"Mənə Bakıda, Azərbaycanın paytaxtında ermənilər tərəfindən təzyiqlər var idi..."
Oxunub: 2915
02 Jun 2020 | 11:27
“...Sonra daha çox dərk etdim ki, Türkiyəsiz Azərbaycan yetim bir uşaq təsiri bağışlayır”

Hər gün erməni saytlarını açıb düşmənin nələr yazdığını bilmək, Ermənistan televiziyalarını izləmək, qələbə eyforiyasında olan düşmən ölkənin təbliğatına birbaşa şahidlik etmək...Təbii ki, təkcə bu deyil.

Həm müəllif yazıları, həm də müxtəlif media orqanlarındakı şərhlərlə erməni yalanlarını alt-üst etmək...Bu, onun gündəlik iş qrafikinə daxildir. Deyir uzun müddətdir bu fəaliyyətlə məşğul olsa da, ermənilərin Qarabağla bağlı iddialarını öz dillərindən dinləsə də, yenə də bu mənzərələr ona olduqca pis təsir edir. Doğulduğu Qərbi Azərbaycan əraziləri, doğma kəndi ilə bağlı həsrətini ovundurmağa macal tapmamış Qarabağ nisgili də yazıldı onun ürəyinə, hər birimiz kimi. 

Həmsöhbətimiz ermənişünas alim,  Türkiyənin Kayseri şəhərindəki  Ərciyəz Universitetində pedaqoji fəaliyyətlə məşğul olan professor Qafar Çaxmaqlıdır. Tətildə olduğu üçün Bakıya gəldiyini eşidəndə onunla şəhərin sakit bir guşəsində söhbətləşmək istədik.

- Qafar bəy, avqustun 16-da 63 yaşınız tamam olur. Açığı, bu yaşı vermək olmur. Siz necə, özünüzü 63 yaşda hiss edirsinizmi?

- Diqqətinizə və təbrikinizə görə minnətdaram. 63 yaş “Peyğəmbər yaşı” sayılır. Keçmişdə bu yaşa çatanlar onu xüsusi qeyd edər, bu qədər “yetər” deyib bundan sonrakı ömrü qazanc hesab edərdilər.  İnsanın nə qədər yaşaması da  Allahın təqdiridir.  Müəyyən sağlıq problemlərim olsa da,  özüm də özümə o yaşı vermirəm, çünki  millətə xidmət və yaradıcılıq mənasında əlimdə  yarımçıq işlərim var, onlara isə illər və enerji lazımdır.  Əslində insanın özünün özü qarşısında borcu olur. Bu borcu yerinə yetirmək öhdəliyi bir ayrı. Mənim belə bir öhdəliyim  varmı? Deyə bilmərəm. Amma hər gün bilgisayar arxasına keçib müəyyən işləri görmək “xəstəliyim” var. Bu, daha çox peşəmizlə bağlıdır.  Zənnimcə, o, hansı yaşda olur-olsun, məni tərk etməyəcək.

- Bilirik ki, Türkiyənin Ərciyəz Universitetində çalışırsınız. Bir çoxları yay tətilini Türkiyədə keçirməyə üstünlük verir, amma siz Azərbaycana gəldiniz. Doğum gününü Vətəndə keçirmək istədiniz, yoxsa başqa səbəb var?

- Doğum gününə xüsusi önəm verən adamlardan deyiləm.   Məsələn, keçən il ad günümü Kiyev- Trutskavets qatarında qarşılamışdım. Ondan əvvəlki il Trabzon-Kayseri avtobusunda. Amma dostlarımla, ailəmlə  keçirdiyim, hətta   təmtəraqlı  ad günlərim də olub. Mənim iş yerində rəsmi tətilim yay aylarına təsadüf etdiyindən həmişə onun çoxunu Bakıda keçirirəm.  Qohum-əqrəba, dost-tanışla bir arada oluram... Bu da bir ehtiyacdır.  Zatən digər aylarda Türkiyədəyəm. Dincəlmək, istirahət etmək anlayışım da bir az fərqlidir. Bəzən heç bir iş görməyən adamlar yekə - yekə  özlərinə istirahət həftələri, günləri, ayları ayırırlar. Mən belələrinə deyirəm, “sən nə iş görüb yorulmusan ki, indi də dincəlirsən?”  Doğum gününü vətəndə keçirməyin heç bir səbəbi yoxdur. Demək, burdayamsa, ailəmlə onu qeyd edəcəyik. Bu il Bakı əsl istirahət yeridir, hava da Kislovodsk havası... Avqust ayında yağış yağdı. Görünməmiş haldır.  Hələ ki, o qovurucu istilər olmayıb.

“Bu günün pəncərəsindən, 63 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə daha çox kədərli günlər gəlir”

- Qafar bəy, Amasiyanın Çaxmaq kəndində anadan olmusunuz. Soyadınızda kəndinizin adını yaşadırsınız. Bəs Qərbi Azərbaycan, düşmən əlində qalan yurd yerləri ilə bağlı yaddaşınızda nələr qalıb?

- Kəndimiz 1988-də ermənilər tərəfindən işğal olunandan sonra özümə “Çaxmaqlı” təxəllüsünü götürdüm. Başqa bir məqsədim olmayıb, sırf kəndimizin adını yaşatmaq üçün bu addımı atmışam. Və bunu nə qədər doğru etdiyimi indi anlayıram. Bu günün pəncərəsindən, 63 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə daha çox kədərli günlər gəlir. Ona görə ki, kəndimizi əbədi itirdiyimizdən orada keçirdiyimiz xoş günlərə belə qara bir kədər bürünür. Doğulduğum kənd Türkiyə sərhədində yerləşir. Hər gün pəncərələrimizdən Türkiyədən gələn hava ilə qidalanırdıq. Bu sözümü də qəribçiliyə salmayın.  İnsana hər yerdə mənəvi qida lazımdır. Onu almasa, yaşaya bilməz.  Mənim doğma Bakıda belə mənəvi qidaya ehtiyacım olur.  Onu nə dərəcədə təmin edirəm, bu ayrı bir söhbətdir.  İndi düşünürəm ki, biz  Türkiyədən gələn ab-hava  ilə nəfəs aldığımıza görə ayaqda dura bilirdik. “Bir gün gələcəklər, gəlib, bizi incidənlərin cəzasını verəcəklər”, - deyirdik, türkləri arxamız bilirdik. Elə də var əslində.

- Tale elə gətirdi ki, Türkiyədə çalışmalı oldunuz. Sizcə, Türkiyə Azərbaycan üçün nə deməkdir?

- Orada işləyəndən sonra daha çox dərk etdim ki, Türkiyəsiz Azərbaycan yetim bir uşaq təsiri bağışlayır.  O vaxtlarda belə hisslərlə yaşayırdıq ki,  sanki bədənimizin bir hissəsi orada qalmışdı... İnanın, bu həqiqətən də belə idi. Ata nəslimizin, demək olar, hamısı orada qalmışdı. Bizimkilər bir zamanlar orada yaşamışdılar. Sərhədin o tayında daha bir Çaxmaq kəndinin olduğunu bilirdik. Amma burada kimlər yaşayır, bizimkilərdən kim var, kim yox, bizim kəndə bənzəri varmı, yoxmu - bunlardan xəbərsiz idik. Digər bir həsrətli kənd anamın kəndi idi - İbiş... Anamın anası - Bahar nənəm Türkiyədəki Köhnə İbiş dediyimiz kənddən bu kəndə ərə gəlmişdi. O vaxtlar sərhədlər açıq imiş. Türkiyə ilə SSRİ arasında sərhədlər çəkiləndə bir İbiş bu tərəfdə, o biri İbiş isə digər tərəfdə qalmışdı. Qardaşı bacıdan ayırmışdı bu sərhəd. Demək, nənəmin qardaşları o tərəfdə qalmışdı, nənəmsə bu tərəfdə. Bir - birini görə bilmirsən, gedə bilmirsən, gələ bilmirsən - doğmalarını əbədiyyən əbədi itirirsən. İnsan üçün bundan böyük faciə varmı?!

- Kəndinizdə olanda necə, Türkiyə həsrətiniz var idimi?

- Kənddə ikən o tərəfin həsrətini çox çəkirdik. İndi adiləşib. Türkiyə ilə sərhəddəki tikanlı məftillərin içəri tərəfində bir “neytral zona” vardı - tikanlı məftillərlə əhatəli idi, bizi oradan ayıran “ala ağaca”  - sərhəd boyu yerə basdırılan dirəklərə belə deyirdik - qədər, yəni bir az içərilərə kəndimizin camaatını yalnız xüsusi “propusk”larla buraxırdılar. Oralar bizim kəndin kolxozuna aid olduğundan əkin - biçin vaxtı bizimkilər bu neytral deyilən zonaya işləməyə, daha çox ot biçməyə, yığıb gətirməyə gedirdilər. Bir də buraya yenə xüsusi “propusk”la kəndin mal-qoyununu otarmağa aparırdıq. Sərhəddə əsgərlər  bizi  ən yaxın yerə buraxmasalar da, bəzən burada türkiyəliləri, yəni bizim o taydakı qohumları görürdük. Amma onları tanımırdıq. Daha bir faciə də bu idi. O tərəfə boylanmaq belə yasaq idi. Üzünü başqa bir tərəfə tutub qorxa-qorxa bəzi şeyləri soruşanlar olurdu. O gün kənddə elə bil bir bayram yaşanırdı. Hamı bir yerə toplanıb, o tərəfdən bizə fırladılan kəlmələri müzakirə edirdi. Müzakirələr aylarla sürürdü. Türkiyədə ən yaxın adamları olan adamlar göz yaşı axıdırdılar. Çox böyük həsrət yaşanırdı bizim kəndimizdə. 1999-da mənim bir kitabım çıxdı. Adını “Qars adlı Vətən” qoydum.  Bu, bir həsrət öyküsüydü. Həm də təkcə mənim hisslərimdən ibarət deyil, bütün həsrət çəkən insanlar üçündü.

- Bir az da jurnalistikadan danışaq. Siz 1975-80-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışınız. Həmin ilin noyabrından ermənicə “Kommunist” qəzetində müxbir kimi fəaliyyətə başlamısınız. Bu qəzet Ermənistanda nəşr olunurdu, yoxsa Bakıda? Ümumiyyətlə, jurnalistika fəaliyyətinə ermənicə başlamaq sizin üçün nə demək idi? Hansısa təzyiqlər hiss edirdinizmi?

- Jurnalistika fakültəsinə yüksək qiymətlərlə girmişəm. Bizim fakültə  məzunlarına təyinat vermirdi. Kim harda iş tapdı, tapdı.   Ermənicə danışıq dilini bilməyim və orta məktəbdə ermənicə dərs keçməyimlə əlaqədar olaraq ermənicə bir qədər hazırlığım vardı və o zaman “Azərbaycan ” və “Ulduz ” jurnalları üçün   bəzi tərcümələr də edirdim. Yox, o qəzet Ermənistanda deyildi, Bakıda çıxırdı. O vaxt  Azərbaycan Kommunist Partiyası Mərkəzi  Komitəsinin üç orqanı vardı: “Kommunist” (azərbaycanca) “Kommunist”(ermənicə) və “ Bakinskiy raboçiy”(rusca). Ermənistanda azərbaycanca analoji mətbuat orqanı “Sovet Ermənistanı” idi.   Fakültədə dekanımız rəhmətlik Tofiq Rüstəmovun  məni ermənicə “Kommunist” qəzetinə işləməyə  göndərmək təklifinə çox da yaxşı baxmadım və o dövrün şərtləri çərçivəsində bunu qəbul etməkdən başqa çarəm də yox idi.  Çünki təyinat yox, indiki kimi qəzet-jurnallar da az idi. Ermənilər məni işə götürmək istəmirdilər, çünki qəzetdə hansı yazıların, Azərbaycanın əleyhinə hansı fəaliyyətlərin olduğundan xəbərdar olacağımdan ehtiyat edirdilər.  Qəzetdə yaradıcı işçi olaraq tək azərbaycanlı olmağım onları çəkindirirdi.  Əlbəttə, mənə Bakıda, Azərbaycanın paytaxtında ermənilər tərəfindən təzyiqlər var idi. Amma onları dəf etmək və bəzi erməni şovinistlərini ifşa etmək qərarlılığım da olmuşdur. Mənim oraya işə girməyimdə Mərkəzi Komitənin ideologiya katibliyi maraqlı idi. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu bilən və buna çalışan  yoldaşlar vardı.  Bu qəzetdə mən düz  9 il, 1989-da o qəzet bağlanana qədər işlədim. 1990-dan başlayaraq  yeni dövr jurnalistikasında öz sözümü deməyə başlamışam. Ermənistanda doğulmağım, ermənicə bir qəzetdə çalışmağım, şübhəsiz, ermənilərlə bağlı olan hər şeyə maraq oyadırdı və onların xalqımıza qarşı nə dərəcədə düşməncə davranışlarını bilirdim. Bunları yeni dövr jurnalistikasında reallaşdırmaq imkanlarım oldu. “Millət”, “Vətəndaş”, “Avrasiya” və b.  kimi qəzetlərinin baş redaktoru olmuşam.  Gündəlik çıxan qəzet konveyerdir, o səni özünə bağlayır və başqa heç nə barədə düşünməyə qoymur Bu cəhətinə görə deyirlər ki, jurnalistlər ən az ömürlü peşə sahibləridir. Gələn il jurnalistika fakültəsini bitirməyimizin 40 illiyidir. Demək olar ki, hər gün yazmışam...

- Bəs necə oldu ki, elm sahəsinə gəldiniz?

- 2000-ci ildə Bakı Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi işə başladım. Elə burada “Erməni məsələsi” ilə bağlı tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu" adlı dissertasiya yazdım və müdafiə etdim. Türkiyədə isə elmi fəaliyyətimə görə mənə professor elmi dərəcəsi verdilər.

- Bu gün çalışdığınız Türkiyə Universitetində ermənişünaslıq bölümünü yaratmısınız. Görünür ki, Türkiyədə bu sahəyə həssas münasibət var...

- Türkiyənin özündə də uzun illər ermənicə bilən mütəxəssis hazırlığı olmayıb. Bu işə barmaqarası baxıblar, ona ehtiyac olmadığını düşünüblər, onu kiçik məsələ hesab ediblər. 80-90-cı illərdən başlayaraq ASALA terroru boy göstərərkən, qondarma “erməni soyqırımı” dünyanın gündəminə daşınarkən və bununla bağlı Türkiyənin özünə təhdidlər ciddiləşəndən sonra “erməni məsələsi ” ciddi şəkildə araşdırılmağa başladı. Bu, yaxşıdır ki, Türkiyə bu işi alverə çevirmək və onu Türkiyəyə qarşı istifadə etməyə çalışanlara imkan vermədi. “Erməni məsələsi ” ilə bağlı elə bir mövzu yoxdur ki, Türkiyənin tarixçiləri ondan yan keçsinlər. Əskik qalan ermənicə qaynaqlardan istifadə edərək bunları ortaya qoymaq idi, onu da etməkdə dövlət qərarlı addımlar atır. Bu addımlardan biri  Erciyes Universitetində strateji mərkəzin yaradılması və ermənicə bölümün açılması idi. Onu qurmaq xoşbəxtliyi  2010-cu ildə mənə nəsib oldu.   

- Bəs Azərbaycanda necə, ermənişünaslıq ixtisasına ehtiyacın olduğu qənaətindəsinizmi? Qayıdıb burda çalışmaq istəməzdinizmi?

Davamı var... (musavat.com)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama