İranla sazişin təsdiqində millət vəkilləri nə deyiblər?
Cəmiyyət
Oxunub: 3275
09 May 2020 | 17:17
İranla sazişin təsdiqində millət vəkilləri nə deyiblər?
Qüdrət Həsənquliyev: “İranın bugünkü rəhbərliyinin yürütdüyü siyasət, çox təəssüf ki, Azərbaycana dost siyasət deyil”

Fazil Mustafa: “İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq”

Zahid Oruc: “Dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük”

Artıq bir neçə gündür ki, fəaliyyətləri qara yaxmaq, göz önündə olan həqiqətləri təhrif etməkdən ibarət olan bəzi nüfuz müvəkkilləri idia edirlər ki, Milli Məclisdə “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri sadəcə susublar və Sazişlə bağlı mövqelərini ifadə etməyiblər. 

Əlavə şərh vermədən, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, BQP sədri, millət vəkili Fazil Mustafa və millət vəkili Zahid Orcun çıxışlarını oxucularımıza tədqim edirik: 

Qüdrət Həsənquliyev: Sazişlə bağlı onu qeyd etmək istəyirəm ki, doğrudan da, bu sənəd Azərbaycanın milli və dövlət maraqlarına cavab verir. Ona görə mən də buna səs verəcəyəm. Oqtay müəllim, mən şəxsən Sizin və iqtidar təmsilçilərinin narahatlığını başa düşürəm. İqtidar bu illər ərzində həmişə çalışıb ki, İranla dostluq münasibətlərini qorusun və inkişaf elətdirsin. Amma bizim el məsələsi var, deyir, belə olmur da, yəni “səni sevəcəyəm, sən sevməsən də”. Çox təəssüf ki, biz bunun qarşılığını İran tərəfindən görməmişik və bu sazişin də tərəfi İran olduğuna görə onu müzakirə edərkən bəzi məsələlərə münasibətimizi bildirməliyik. Xahiş edirəm, Siz də bizim narahatçılığımızı bölüşəsiniz və qəbul edəsiniz. Əvvəla, bu sazişin preambulasında qeyd olunur ki, tərəflər bu sazişi imzalayarkən, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” 2002-ci il 20 may tarixli Müqaviləni, o cümlədən BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alırlar. Bu, çox önəmli bir məsələdir. Digər önəmli bir məsələni Valeh müəllim burada qeyd etdi. Sazişin 11-ci maddəsində qeyd olunur ki, tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planı hazırlayacaqlar. O cümlədən tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər. Amma buradan ortaya suallar çıxır. Birincisi, Oqtay müəllim, biz İranın rəsmilərindən və İranın din xadimlərindən soruşmalıyıq ki, islamda, ümumiyyətlə, Şərqdə necə belə dostluq ola bilər? Eyni dinin daşıyıcılarıyıq, eyni təriqətin daşıyıcılarıyıq və İranda öz tarixi dədə-baba torpaqlarında 30 milyon azərbaycanlı yaşayır. İran da qəbul edir ki, bizim torpaqlarımız işğal olunub, amma İran rəsmiləri deyir ki, bu torpaqları işğal edən Ermənistan bizim ən yaxın siyasi müttəfiqimizdir. Sanki bizə acıq verirlər və qeyri-rəsmi söhbətlərdə deyirlər ki, siz niyə İsraillə əməkdaşlıq edirsiniz? Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, onlardan müasir silahlar alaq və müsəlman torpaqlarını – Qarabağı işğaldan azad edək. Bəs İran niyə Ermənistanla əməkdaşlıq edir? Əməkdaşlıq edir ki, Azərbaycan torpaqlarının işğalda qalması daha çox davam etsin? Bu gün xarici mətbuatdan oxudum, Seyid Əli Xamneyi parlamentarilərlə görüşündə deyib ki, İranda etnik, milli, tektonik xətlər var və onu aktivləşdirmək istəyən düşmən qüvvələr səylər göstərir. Bu səyi İran hakimiyyəti, İran rəhbərliyinin özü göstərir. Allah rəhmət eləsin, bizim Çingiz Mustafayev Xocalı soyqırımından sonra orada erməni canilərinin törətdiyi cinayətlərin bir qismini lentə almışdı. Orada Sarkisyanın başçılığı ilə ermənilər azərbaycanlıları, qadınları və uşaqları qətlə yetiriblər. Hələ bununla kifayətlənməyib, sonra 3–5 yaşındakı qız uşaqlarını soyundurub təhqir ediblər. Həmin o azərbaycanlıların soyundurulmuş şəkilləri var, dəfələrlə bu kadrlar televiziyada nümayiş etdirilib. Ola bilməz ki, İran rəsmləri bunu görməsinlər. Axı onlar müsəlman uşaqları idilər. Onlar İranda yaşayan 30 milyon azərbaycanlının bacı-qardaşlarıdır. Tektonik xətləri bax bu cür ədalətsiz yanaşma aktivləşdirir. Aparılan bu siyasət aktivləşdirir, biz aktivləşdirmirik. Ona görə ki, o həm də Cənubda yaşayan 30 milyon azərbaycanlının namusudur. Qarabağ həm də onların torpaqlarıdır. Qüds günü keçirilir. Qarabağ elə bizim üçün Qüdsdür. Biz də Qarabağı azad etmək istəyirik. Ona görə mən hesab edirəm ki, Azərbaycan hökuməti, Azərbaycanın din xadimləri bu məsələlərdə susmamalıdırlar. Hörmətli Şeyximiz Allahşükür Paşazadə kifayət qədər cəsarətli adamdır, Azərbaycan tarixinin keşməkeşli dövrlərində öz cəsarətli mövqeyi ilə həmişə seçilib. Hesab edirəm ki, indi də İranın din xadimlərinə, İran rəsmilərinə, Seyid Əli Xamneyiyə rəsmi müraciət etməlidir. Bizim hökumətimiz rəsmi şəkildə müraciət etməlidir ki, bu nə davranışdır? Bizə sanki acıq vermək üçün Nalbandyan Tehranda az qala dünya lideri səviyyəsində qəbul olunur. Axı dediyim kimi, Sarkisyanın Xocalıda əli qana batıb. Bu həmin cinayətlərə şərik olmaq deməkdir. Bu necə dostluqdur? Biz bu barədə açıq danışmalıyıq. Düşünürəm ki, bundan başqa Azərbaycan İslam Əməkdaşlığı Təşkilatında da bu məsələni qaldırmalıdır. İranın bu davranışına, bu fəaliyyətinə həm mənəvi, həm siyasi qiymət verilsin ki, bu necə müsəlmançılıqdır? İndi biz burada Xudafərindən danışırıq, YUNESKO-ya müraciət edirik ki, Dünya İrs Siyahısına salınsın. O biri tərəfdən, işğal olunmuş ərazilərdə minlərlə məscid dağıdılıb. İslam mədəniyyətinə, islam tarixinə məxsus nə qədər eksponatlar, muzeylər dağıdılıb, məscidlərimizin çoxu donuzxanaya çevrilib. Onlar bunu necə qəbul edirlər? Biz niyə buna susmalıyıq? Ona görə də mən düşünürəm ki, İranın bugünkü rəhbərliyinin yürütdüyü siyasət, çox təəssüf ki, Azərbaycana dost siyasət deyil. Onlar Azərbaycanın inkişaf edən, öz ərazi bütövlüyünü bərpa edən dünyəvi bir dövlət olmasına yanlış olaraq həyəcanlanırlar. Amma onları burada narahat edəcək heç nə olmamalıdır. Əslində, biz əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla dostluq münasibətləri İranın sabitliyinə, regionun inkişafına xidmət edən faktordur. Amma dediyim kimi, əgər onlar orada 30 milyon azərbaycanlının, – hələ müsəlmançılığı qırağa qoyuram, – milli kimliklərinə xidmət etməyəcəklərsə, bu formada həqarət edəcəklərsə, əlbəttə, İran bu siyasətin acı nəticələrini dadacaq. Ona görə mən həm də buradan Cənubdakı azərbaycanlı qardaşlarımıza müraciət edirəm, onlar da öz səslərini qaldırmalıdırlar. Dediyim kimi, vaxtilə Rusiya ilə İran Azərbaycanı iki yerə bölüblər, Azərbaycanın bir hissəsində – Şimali Azərbaycanda biz öz dövlətimizi qurmuşuq. Oqtay müəllim, hesab edirəm ki, bu torpaqlar həm də onların torpaqlarıdır, burada baş verənlərə onlar da biganə qalmamalıdırlar”. Fazil Mustafa: Saziş təsdiq edildikdən sonra İrana Azərbaycan torpaqlarının işğaldan azad edilməsində birgə iştirak təklif olunmalıdır. İran Azərbaycanın İsraillə münasibətlərindən narahatdır, ancaq Azərbaycan aprel savaşında işğalçı Ermənistana bu silahlarla zərbə endirdi. Biz İranın Azərbaycan siyasətinin dəyişəcəyinə təsir edən istiqamətləri formalaşdıra bilərik. İranın tarixi ənənəsi odur ki, Azərbaycanın müstəqilliyində, möhkəmlənməsində maraqlı olmayıb. 1918-ci ildə Azərbaycan müstəqillik əldə edəndə də İran Azərbaycan adına qarşı çıxıb, müstəqilliyimizi tanımayıb. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin İranın Ermənistanla əməkdaşlığı, hətta silah-sursat verməsi bu ölkənin öz tarixində qara ləkə kimi qalacaq. Parlament tribunasından bu məsələnin səsləndirilməsi vacibdir. Zahid Oruc: 1990-cı illərdə İran “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə həyata keçirmək istəyirdi, o zaman prezident Heydər Əliyev buna çox sərt reaksiya verdi. O baxımdan, indi Azərbaycan və İran arasında belə sazişin imzalanması və təsdiq edilməsi təqdirəlayiqdir. Mən Həsən Ruhaninin Ermənistana səfərə gedib-getməməsi barədə məsləhət vermək istəmirəm. Ancaq dünyada müsəlmanların himayəçisi kimi çıxış etməsinə baxmayaraq, İrandan Azərbaycan torpaqlarının işğalına Fələstin məsələsinə olduğu kimi münasibət görmürük. Nüvə problemi dövründə Azərbaycanın İrana qarşı platsdarma çevrilməsinə yol verilmədi. İran Azərbaycanla dost münasibət qurmaq, yoxsa fərqli yol seçmək istəyir? Ötən dövr ərzində Azərbaycandan İrana ancaq dostluq münasibəti göstərilib.
Oxşar xəbərlər
00:46, Bu gün
"Kreml etnik almanları Rusiya ordusu sıralarına şirnikləndirir" - "The Telegraph"
00:31, Bu gün
Mayın tam ayı bu iki bürcə ən çox təsir edəcək
00:29, Bu gün
Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib
00:27, Bu gün
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
21 May 2024 | 23:53
Azərbaycanda general-mayor İŞDƏN ÇIXARILDI
21 May 2024 | 23:42
Deputat rəqib deputatın burnunu belə dişlədi - ŞOK GÖRÜNTÜ
21 May 2024 | 23:39
Bir il öncə Rusiya ordusunun fəaliyyətini sərt tənqid edən top-general həbs edilib
21 May 2024 | 23:35
Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
21 May 2024 | 23:27
Abdullahianın dəfn tarixi və yeri açıqlandı
21 May 2024 | 23:04
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 May 2024 | 23:00
Avropa Liqasında 939 milyon avroluq final
21 May 2024 | 22:56
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
21 May 2024 | 22:55
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
21 May 2024 | 22:50
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
21 May 2024 | 22:27
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:22
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
21 May 2024 | 22:21
Çeçenistan rəhbərinin oğlu nazir oldu
21 May 2024 | 22:20
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:05
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
21 May 2024 | 22:02
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21 May 2024 | 21:55
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21 May 2024 | 21:53
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21 May 2024 | 21:38
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21 May 2024 | 21:35
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21 May 2024 | 21:34
Paşinyandan yeni təyinat
21 May 2024 | 21:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 May 2024 | 21:00
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21 May 2024 | 20:58
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
21 May 2024 | 20:57
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
21 May 2024 | 20:38
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
21 May 2024 | 20:37
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
21 May 2024 | 20:24
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
21 May 2024 | 20:23
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
21 May 2024 | 20:22
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
21 May 2024 | 20:21
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
21 May 2024 | 20:01
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
21 May 2024 | 19:49
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21 May 2024 | 19:45
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
21 May 2024 | 19:35
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
21 May 2024 | 19:27
Almaniya kansleri İrana başsağlığı verib
21 May 2024 | 18:51
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
21 May 2024 | 18:40
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
21 May 2024 | 18:34
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
21 May 2024 | 18:27
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
21 May 2024 | 18:18
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
21 May 2024 | 18:16
Nigar Camalın qızı çempion oldu
21 May 2024 | 18:14
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
21 May 2024 | 18:12
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
21 May 2024 | 18:08
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
21 May 2024 | 18:04
Hacıqabulda məktəbli qız qızılcadan öldü
21 May 2024 | 17:59
Bakıda narkokuryer tutuldu - VİDEO
21 May 2024 | 17:56
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
21 May 2024 | 17:54
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
21 May 2024 | 17:50
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
21 May 2024 | 17:47
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
21 May 2024 | 17:45
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
21 May 2024 | 17:38
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
21 May 2024 | 17:35
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
21 May 2024 | 17:30
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
21 May 2024 | 17:25
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
21 May 2024 | 17:22
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
21 May 2024 | 17:20
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
21 May 2024 | 17:15
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
21 May 2024 | 17:13
“Evdə bir yerdə olanda dava düşür”
21 May 2024 | 17:05
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
21 May 2024 | 17:00
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
21 May 2024 | 16:54
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
21 May 2024 | 16:46
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
21 May 2024 | 16:44
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
21 May 2024 | 16:42
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
21 May 2024 | 16:40
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
21 May 2024 | 16:37
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
21 May 2024 | 16:35
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
21 May 2024 | 16:28
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
21 May 2024 | 16:16
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
21 May 2024 | 16:09
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
21 May 2024 | 16:04
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
21 May 2024 | 16:02
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
21 May 2024 | 15:58
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
21 May 2024 | 15:52
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
21 May 2024 | 15:46
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
21 May 2024 | 15:41
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
21 May 2024 | 15:35
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
21 May 2024 | 15:30
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
21 May 2024 | 15:25
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
21 May 2024 | 15:20
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
21 May 2024 | 15:15
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
21 May 2024 | 15:10
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
21 May 2024 | 15:05
Əziz Orucovun həbs müddəti uzadıldı
21 May 2024 | 15:00
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
21 May 2024 | 14:56
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
21 May 2024 | 14:52
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
21 May 2024 | 14:48
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
21 May 2024 | 14:44
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
21 May 2024 | 14:40
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
GÜNLÜK
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar