Xənkəndi şəhərində ictimai nəqliyatın hərəkəti hər gün saat 20:00-dan sonra dayandırılacaq.
Moderator.az Dağlıq Qarabağdakı erməni mənbələrinə istinadla xəbər verir ki, bununla bağlı qərarı Xankəndi şəhərinin rəhbərliyi qəbul edib.
Separatçı rejimin Məlumat Mərkəzinin açıqlamasında bildirilir ki, son günlər əhalinin passivliyi səbəbindən sərnişin axınının xeyli azaldığını nəzərə alaraq belə bir qərar qəbul edilib. Qərar bu gündən qüvvəyə minir.
Qeyd edək ki, separatçıların bu qərarla bağlı irəli sürdükləri səbəb bir çoxları tərəfindən bəhanə kimi qiymətləndirilir. Yazın gəlişi ilə əhalinin hərəkətinin fəallaşdığı bir mövsümdə sərnişin axınının azalması məntiqli hesab edilə bilməz.
Hesab edilir ki, Dağlıq Qarabağın separatçı rejimi “seçki” oyunu pozulmasın deyə bölgədə koronavirusun yayılmasını hər vəchlə gizlətməyə çalışır.
Buna görə də şəhər nəqliyyatının hərəkətini məhdudlaşdırmağa məcbur olsa da onun əsas səbəbini gizlətməyə çalışır.
Taleh