\"Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir\"
Oxunub: 897
21 Oct 2019 | 20:56
\
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya müsahibə verib. 

Moderator.az həmin müsahibəni təqdim edir:

- Milli Şuranın 19 oktyabr aksiyası zamanı və aksiyadan baş verənləri necə qiymətləndirirsiniz?

- Aksiyanın təşkilatçıları çox qeyri-konstruktiv, qanunların və hüquq-mühafizə orqanlarının tələblərini qulaqardına vuraraq, təkidlə şəhərin insanların sıx olduğu meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd etdilər. Bir sözlə, qanun keşikçilərinə meydan oxumağa qalxdılar. Bakı Şəhər İcra Hakimiyyəti onların onların mitinq keçirmək istəyini nəzərə alaraq, müvafiq yer ayırmışdı. Əvvəlki dövrlərdə də həmin yerdə Azərbaycanın bəzi siyasi partiyaları aksiya keçirmişdilər. Bu meydanda mitinq keçirmək, çıxış etmək üçün hər cür şərait var. Amma təəssüflər olsun ki, özlərini Milli Şura adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), bu qurumların rəhbərləri qeyri-konstruktiv yol seçərək, hakimiyyətlə bilərəkdən qarşıdurmaya getdilər. Həmin gün Bakı şəhərində, xüsusən də 28 May metrostansiyası ətrafında 200 minə qədər insanın ritmik həyatı pozuldu. Nəqliyyatdan, o cümlədən, metrodan istifadə etmək imkanları məhdudlaşdırıldı, meydanın ətrafındakı bütün ticarət obyektlərinin, kommersiya müəssisələrinin, institutların, məktəblərin ahəngdar fəaliyyəti pozuldu. Həm əhaliyə hərəkət üçün kifayət qədər problemlər yaratdılar, həm də bütövlükdə Azərbaycan cəmiyyətində qarşıdurma ovqatı yaratmaq üçün hüquq-mühafizə orqanları ilə bilərəkdən qarşıdurmaya getdilər. Hər bir sivil dövlət öz inkişafını, vətəndaşlarının təhlükəsizliyini, dövlətin və şəhərlərin asayişini hər şeydən üstün tutur. Lazım gəldikdə isə qanun keşikçiləri istənilən metodlardan istifadə edərək, asayişi qoruyurlar, bərpa edirlər, yaxud da asayişi pozmaq istəyənlərə qarşı hüquqi və fiziki tədbirlər görürlər. Bu, bütün dünya ölkələrində belədir. Müvafiq olaraq Azərbaycanda da eyni proses həyata keçirildi.

 
- Beynəlxalq təşkilatların bəziləri artıq bu aksiya cəhdinə reaksiya verib. Onların reaksiyasını necə qarşıladınız?

- Biz dövlətimizi beynəlxalq təşkilatlar üçün deyil, Azərbaycan vətəndaşları üçün qurmuşuq. Azərbaycan hakimiyyətinin əsas vəzifəsi ona səs verən, hakimiyyəti formalaşdıran, hakimiyyətin rəhbərini, parlamentini seçən və öz iradəsini ortaya qoyaraq onlardan özünün təhlükəsizliyi, firavan həyatı və digər məsələlərdə sabitliyi tələb edən Azərbaycan xalqı qarşısında hesabat verməkdir, onun maraqlarını ifadə etməkdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici tərəfdaşlarımızla, o cümlədən region dövlətləri ilə əlaqələr- bunların hamısı Azərbaycan dövlətinin və xalqının maraqlarını ifadə etmək anlamında bizim üçün əhəmiyyətlidir. Ona görə hansısa beynəlxalq təşkilatın bu məsələlərə bildirdiyi münasibət Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır, onların çağırışları, tövsiyələri öyrənilir, müvafiq olaraq dəyərləndirilir, ən məqbulları qəbul olunaraq bizim fəaliyyətimizdə nəzərə alınır. Amma biz bütün ölkələrdə olandan artığını etməmişik. Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib. Azərbaycan polisinin hərəkəti küçə və meydanlara çıxıb aranı qatmaq istəyən, Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə zəmin yaradan, onların ritmik həyatını, nəqliyyatın hərəkətini, şəhərin asayişini pozan insanların hərəkətlərinə tam adekvat idi. Polisin gördüyü tədbirlər yalnız bunların qarşısını almağa yönəlmişdi. Polis onları təqib etmirdi ki... Polis razılaşdırlmamış ərazidə mitinq keçirilməsi cəhdinin qarşısını alırdı, həmin meydana insanları buraxmırdı , ora girməyə təkidlə cəhd edən, polislə qarşıdurma yaratmaq istəyən insanları asayişə dəvət edirdi, tabe olmayanları isə müvafiq olaraq nəqliyyat vasitələri ilə bölmələrə apararaq, lazımi hüquqi tədbirlər həyata keçirirdi. Yəni burada qeyri-adekvat heç nə yoxdur.

- Ən çox müzakirə olunan məsələlərdən biri də polisin aksiya zamanı davranışı ilə bağlıdır. Sosial şəbəkələrdə polis əməkdaşlarının aksiya iştirakçılarına, aksiya iştirakçısı olmayan şəxslərə qarşı davranışı ilə bağlı birmənalı fikir yoxdur. Bununla bağlı fikrinizi bilmək istərdik...

- Məncə, polisin davranışı tam adekvat, kifayət qədər qətiyyətli idi, qanunlar çərçivəsində tənzimlənirdi və təmin olunurdu. Ona görə də polisi burada günahlandırmaq doğru deyil. Əlbəttə, polis orqanlarının əməkdaşlarının da hansınınsa hərəkətində kiminsə xoşuna gəlməyən hallar ola bilər. Amma polislə toqquşmaq, qarşıdurmaya getmək istəmirsənsə, o zaman polisin qanuni tələblərinə əməl etmək lazımdır. Polisin qanuni tələblərinə əməl etməyən insanlara qarşı, xüsusən də asayişin təmin olunması mənasında istənilən hüquqi çərçivədə addımlar gözləmək olar. Polisin həyata keçirdiyi tədbirlər oradakı insanların nümayiş etdirdiyi hərəkətə adekvat olur.  Bilirsiniz, sosial şəbəkələrdə fərqli insanlar münasibət bildirirlər. Onların sırasında, əlbəttə, sağlam, adekvat, ölkənin vətəndaşlarının rəyini ifadə edən, ziyalı, təhsilli insanlar var. O cümlədən aksiyanı həyata keçirən insanların ətrafında cəmlənən, onlar üçün fon yaradanlar da var. Dünyada nə qədər insan varsa, bir o qədər də fikir, mülahizə var. Amma nümayiş olunan kadrlar da onu göstərir ki, Azərbaycan polisi kifayət qədər korrekt, adekvat davranıb və qanunların tələb etdiyi formada asayişin pozulmasının qarşısını alıb. Mən düşünürəm ki, burada iki mənalı şərhə ehtiyac yoxdur. Azərbaycan polisi lazım olanı edib.

- Əli Kərimli sərbəst buraxıldıqdan sonra müəyyən işgəncələrə məruz qalması ilə bağlı açıqlama verdi. Bundan əlavə, aksiyada saxlanılan Tofiq Yaqublu, Rüfət Səfərov və digərlərinin də təzyiqə məruz qalması ilə bağlı iddialar var. Bu iddialara münasibətiniz necədir? Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılırmı?

- Hesab edirəm ki, hüquq-mühafizə orqanları onların bu bəyanatlarına reaksiya verəcək, araşdırma aparır və aparacaq, müvafiq məlumatlar yayacaq. Mən şahidi olmamışam ki, onlar aparıldığı, saxlanıldığı yerdə hansısa təqibə və təzyiqə məruz qalıblar. Onların bu hərəkətlərinin qarşısını almaq üçün polisin gördüyü tədbirlər hamının gözünün qarşısında olub. Əvvəlcə onları qayda-qanuna dəvət ediblər, sözsüz ki, tabe olmayanda, israrlı şəkildə meydana daxil olmaq istiqamətində hərəkətlər nümayiş etdirəndə polis onları izolyasiya etməli, müvafiq bölmələrə apararaq hərəkətlərinə hüquqi qiymət verməlidir. Əminəm ki, onlar təcrid edilərkən polisin hərəkətində qeyri-adekvat və ya qeyri-qanuni xüsusi bir hal baş verməyib.

- Müxalifətin bundan sonra Bakının mərkəzində mitinq keçirmək tələblərinə münasibət necə olacaq? Bu məsələ ətrafında müzakirələr olubmu?

- Biz hakimiyyət olaraq heç bir müxalifət partiyasına, hərəkata, təşkilata, quruma qanunları pozaraq fəaliyyət göstərməyə, hansısa razılaşdırılmamış aksiyalar keçirməyə imkan verməyəcəyik. Onların qanunlar çərçivəsində mövcud olan haqlarını da pozmayacağıq. Yəni, biz hakimiyyət olaraq bütün müraciətlərə adekvat münasibət bəsləyəcəyik, qanuni tələblər yerinə yetiriləcək, insanların mitinq, yürüş keçirmək , öz tərəfdarları ilə bir araya gəlib fikir mübadiləsi aparması üçün hakimiyyət onlara müvafiq yerlərdə şərait yaradacaq. Amma onların hakimiyyət, qanun üzərində öz ambisiyalarını reallaşdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir. Bu hakimiyyəti kimsə öz iradəsindən daşındırmağa, çəkindirməyə qalxmasın. Çünki buna nail olmaq qeyri-mümkündür.

- 19 oktyabr aksiyasından sonra sosial şəbəkələr üzərindən iğtişaşlara, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsinə çağırışlar olunub. Hüquq-mühafizə orqanları bu çağırışları araşdırırmı, bu çağırışları edənlərə qarşı hansısa tədbirlər görülürmü?

- Bu, birinci hal deyil. Uzun müddətdir ki, radikal müxalifətin bir qrup anti-milli ünsürləri xarici ölkələrdə özlərinə isti yuva taparaq, xarici xidmət orqanlarının bəlli təhriki ilə anti-Azərbaycan fəaliyyəti həyata keçirirlər, terrora, dövlət rəsmilərinə qarşı terror cəhdlərinin həyata keçirilməsinə, qanuni hakimiyyəti devirməyə çağırışlar edirlər. Bunların hamısı, əlbəttə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən qeydə alınır. Onlar Azərbaycan hüquq məkanına daxil olduqca,  eyni zamanda, Azərbaycan hüquq-mühafizə orqanları onları ölkəmizə gətirib hərəkətlərinə hüquqi qiymət vermək vermək imkanına malik olduqca, bu insanların əməlləri qanuna müvafiq şəkildə tövsif olunacaq, onlara qarşı tədbirlər görüləcək. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları belə çağırışları diqqətdən kənarda qoya bilməz. Zaman-zaman bu əməllərindən əl çəkən insanlara adekvat münasibət olub, əl çəkməyənlər isə qanun qarşısında cavab veriblər. Əminəm ki, bundan sonra da onlar qanundan qaça bilməyəcəklər.

- Baş verən son hadisələr iqtidar-müxalifət dialoqunun aktuallığını yenidən gündəmə gətirib. Hökumət tərəfindən belə bir dialoq təşəbbüsü gözlənilirmi?

- Biz həmişə dialoqa açıq olmuşuq. Ümummilli lider Heydər Əliyevin zamanında dəfələrlə fərqli düşərgələri təmsil edən müxalifət partiyalarını – sağçılar, solçular, radikallar, qeyri-radikalları bir araya toplamışıq. Onlarla seçki, daxili siyasət, islahat, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ məsələlərini müzakirə etmişik. Ayrı-ayrı zamanlarda onların rasional təklifləri bizim tərəfimizdən ümumiləşdirilərək, tətbiq və istifadə olunub. Amma son zamanlar bir qrup müxalifət, onların sırasında 19 oktyabr aksiyasını həyata keçirmək istəyən təşkilatlar həmişə dağıdıcı, radikal mövqe nümayiş etdiriblər. Belə qüvvələrlə, partiyalarla bizim dəfələrlə əməkdaşlıq, dialoq, dəyirmi masalar keçirib nəyisə müzakirə etmək cəhdlərimiz həmişə mənfi nəticələnib. Onlar bu dialoqu tərk ediblər, qeyri-konstruktiv münasibət sərgiləyərək özlərinin radikal xəttini, siyasətini davam etdiriblər. Belə insanlarla biz dialoqun hansısa formada bərpasını çətin görürük.  Amma Azərbaycan hakimiyyəti  digər siyasi, ictimai təşkilatlarla dialoqa həmişə açıqdır. Biz həmin o radikal qüvvələrin ətrafında cəmləşmiş Azərbaycan vətəndaşlarına da çağırış edirik ki, əgər sizin bu hakimiyyətlə, iqtidarla probleminiz varsa, gəlin bu problemləri müzakirə edək, problemlərin kökünü araşdıraq. Biz hakimiyyət olaraq hər bir Azərbaycan vətəndaşını dinləməyə borcluyuq və hazırıq. Ona görə də gözləyirik ki, sağlam Azərbaycan müxalifətinin özü də bu dağıdıcı qüvvələrə münasibət bildirsin, onların pozucu fəaliyyətini ifşa etsin. Gözləntimiz odur ki, yeni nəsil, xüsusilə də yaxşı təhsilli gənclər belə müxalifətə indiyə qədər sərgilədiyi kimi, bundan sonra da adekvat münasibət sərgiləyəcək. Bu insanların partiya rəhbərliyindən uzaqlaşdırılması, yeni, daha konstruktiv, uzaqgörən, dövlətin, millətin qayğısını çəkməyə hazır olan insanların partiya rəhbərliyinə gətirilməsinə çalışacaqlar.

- Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrin media müstəvisinə daşınmasından danışıb, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq edib. Sizcə, dövlət başçısı kimləri nəzərdə tutur?

- Burada konkret ad sadalamaq mümkün deyil. Digər tərəfdən də cənab Prezident bilir ki, hansı məmurlar Prezidentin yürütdüyü islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir. Əlbəttə, bunları cənab Prezident bilir, zamanı çatdıqca da bu insanlar öz cəzasını alacaqlar. Prezidentin irəli sürdüyü islahatlar kursu bir ildən artıqdır ki, sözün həqiqi mənasında, ölkədə öz nəticələrini göstərməkdədir. Sosial,  sahibkarlıq, aqrar və iqtisadi islahatlar, vergi siyasəti, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin xətti ilə həyata keçirilən siyasətin müasir dünyanın standartlarına uyğunlaşdırılması, aztəminatlı ailələrə yardım sisteminin təkmilləşdirilməsi və s. sahələrdə çox ciddi işlər həyata keçirilib. İslahatlar nəticəsində büdcəyə daxilolmalar artıb. Əlbəttə, burada maddi marağına toxunulan şirkətlər, şirkət rəhbərləri də var. Bizim məmurların da bir qisminin yaxınları, ətrafında olan insanlar kommersiya ilə məşğuldur, bəzən kommersiya strukturlarında vergi sisteminə müqavimət hərəkətləri də müşahidə olunur. Bu barədə mediada da mütəmadi məlumatlar yayılır. Cənab Prezident bu çağırışları edir ki, şirkət rəhbərləri, məmurlar və onların ətrafındakı insanlar dövlətin islahatlar kursuna sabotaj etməsinlər. Dövlətin siyasi iradəsi ortadadır. Heç kim buna mane ola bilməz. Əgər belələri aşkarlanarsa, onlar cəzalandırılacaqlar. Bəzən mübarizə aparmaq üçün mətbuatdan da istifadə edirlər. Ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda başqa-başqa insanlar, o cümlədən, islahatları həyata keçirən qurumlar haqqında müəyyən materiallar yayırlar. Belə hallara qarşı Azərbaycan Prezidenti və iqtidarı ciddi iradə meydana qoyub. Bu iradənin də nəticəsi olaraq bu tipli neqativ hallar tezliklə aradan qaldırılacaq.
Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO