"Bəli, Vurğun Əyyub da “günahkar” idi" - Əli Şamildən Tanrıverdi Paşaya açıq məktub
Cəmiyyət
Oxunub: 1073
17 Oct 2019 | 11:35

Redaksiyadan: Ağsaqqal jurnalist və dəyərli tədqiqatçı alim Əli Şamilin açıq məktubla “söz güləşdirdiyi”  Tanrıverdi Paşa Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiridir.

“GÜNAHKAR”LARI ÖLƏNDƏN SONRA, “GÜNAHSIZLARI” SAĞLIĞINDA SEVƏN TOPLUMUN ÖVLADLARI

(Məqaləyə çevrilən status)

Hörmətli Tanrıverdi bəy! Adətən sosial şəbəkədə yazılanlara çavab verməyə, müzakirə və mübahisə açmağa çalışmıram. Amma Milli Azadlıq Hərəkatımızın öndərlərindən birinin, Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyən iqtisadçının, demokratikləşmə sürəcinin öncüllərindən biri olan Sizin xatiriniz mənim üçün əziz olduğuna görə sualınızı cavabsız qoya bilmədim.

Vurğun Əyyubun dünyadan köçməsi münasibətilə yazdığım statusu oxuduğunuza, fikrinizi bildirdiyinizə görə çox sağ olun deyirəm. Yazırsınz: “...özünün və ölkənin dəyərli insanlarının hüquqlarını qoruya bilən, şərəf və və ləyaqətlə yaşamağı hər şeydən üstün tutan bir xalqın - toplumun hələ də təşəkkül tapmamasında bizim də günahımız yoxdumu?”

Əlbəttə, var! Məni Xristian inanclılıqda suçlasalar da, deyəcəyəm ki, biz günahı nəinki əməllərimizlə qazanmışıq, hətta günahkar doğulmuşuq. İnsan haqları tapdanan, vicdan azadlığı, xüsusi mülkiyyət azadlığı olmayan, saxtakarlığın, zorakılığın, riyakarlığın hakim olduğu Sovet cəmiyyətində biz dünyaya günahsız gələ bilərdikmi? Oxuma-yazma öyrənməmiş yaxamıza bir nişan taxaraq “Siz oktyabryatsınız!” - deyirdilər. Biz də bununla qürurlanırdıq. Sonra pioner, komsomol olurduq. Orta məktəbdəki dərslərdə eşitdiklərimizi və oxuduqlarımızı, müəllimlərimizin dediklərini təkrarlamağımızı xatırla. Məktəbdə qiymət almaq, kursdan-kursa keçmək üçün materialist fəlsəfə, siyasi iqtisad, etika, estetika, elmi kommunizm fənlərini yada sal. Bunlar bizim günahlarımız deyildirmi?!

Keçmişə çox getməyəcəm. Ötən illərdə sosial şəbəkədəki bir statusunuzdan misal çəkəcəyəm. Yazırdınız: “Nazir bəy, ... Sənin kitabınla bağlı mənim də başım "ağrımaqdadır"... Sənin bizim kənd (Ardanış), xüsusən bizim tayfa haqqında mənə göndərdiyin materialın bir qismi kəndimizin ziyalıları arasında yayılmışdır və onların əksəriyyəti sənin Göyçə haqqında kitabını səbirsizliklə gözləyirlər. Lakin eləsi də var ki, nəinki Aşıq Ələsgərin yaşını, hətta öz tayfalarının 2 siyahıyaalmada əksini tapmamasını böyük saxtakarlıq sayırlar. Onlar indiyə qədər yaxın babalarının (ən uzağı 100 il) nə vaxtsa danışdığı "nağıllara və rəvayətlərə" inanmağı üstün sayırlar... Onlara tarix, arxiv, siyahıyaalma, arxeologiya, etnoqrafiya nə olduğunu başa salmaq mümkün deyidir... Belə vacib və əhəmiyyətli iş, əsər "cahil kütlə" üçün nəzərdə tutulmaz, ona görə, onlara baş qoşma...”

Görürsünüzmü, Sizin də başınızı ağrıdır, Sizi də tənqid atəşinə tuturdular. Məclislərdə, söhbətlərdə kitabı nəşrə hazırlayan, ön söz yazanlar o yana, haqqı dediyinizə, fakta dayandığınıza, hadisəyə elmi prinsiplərlərlə yanaşdığınıza görə Sizi də günahkar sayırdılar. "Cahil kütlə" adlandırlarınızın sayı Sizin kimi düşünənlərdən qat-qat çox idi. Özü də əksəriyyəti ali təhsilli, cəmiyyətdə üstün mövqe tutan, on illərdir xalqa yol göstərən ziyalılar, şairlər, alimlər, mühəndislər, həkimlər və başqa peşə sahibləri idi. Onların fəxri adları, gurultulu titulları, vəzifələləri və s. vardı.

Ölkənin ən yüksək hakimiyyət orqanlarına yazılmış şikayət məktubda sizin adınız yox idi. Əslində bu bir şikayət məktubu deyildi, ittihamnamə idi! Dədə-babasını yaxşı tanımayanlar kitabı hazırlayan, ona önsöz yazanların milli mənsubiyyəti haqqında əsassız fikirlər söyləyir, onları vətənə xəyanətdə, casusluqda suçlanırdı. 1937-ci il olsaydı, yəqin ki, həmin adamların ittihamı ilə kitabın hazırlanmasında əli olanlar güllələnmiş, Sizin kimi tərəfdarlar da ən azı 10 illiyə həbsxanaya göndərilmişdilər. Çünki Siz də həqiqəti dediyinizə görə, arxiv işinin nə olduğunu bildiyinizə görə, elmi araşdırmaların necə aparıldığından xəbərdar olduğunuza görə “günahkar idiniz” və cəzalandırılmalıydınız.

“Günahkar”ların cəzalandırılması isə yeni bir iş deyil. Bəlkə də kağız almağa imkanı olmadığında elmi kəşflərini qum üzərində yazarkən yazdıqlarını tapdayan əsgərə “Oranı tapdalama!” deyən alim də “günahkar” olduğuna görə öldürülmüşdü. Orta məktəb dərsliklərində oxuduğumuz Kopernik, Qaliley, Nəsimi, Nəimi və başqaları da “günahkar” idilər. Nəimi, Nəsimi ona görə günahkar idi ki, onlar kamil insan tərbiyə etmək istəyirdilər.

Çox uzağa getməyək. Yaxından və yaxşı tanıdığın Asif Ata (Asif Əfəndiyev) də fərqli düşündüyünə, bir az da fərqli yazdığına görə “günahkar” idi. Ona görə də, Asif Əfəndiyevə vurulub onunla ailə quran xanım da “günahkar” alimdən tez boşandı. Xanımı da, oğlu da onun “günahlarına” şərik olmamaq üçün Asif Əfəndiyevdən imtina etdilər.

İşdən çıxarılmış, evi əlindən alınmış Asif Əfəndiyevin yeganə sığınacaq yeri M.F.Axundov kitabxanası idi. Kitabxana açılanda oraya gələr, bir küncdə sifariş verdiyi kitabları alıb oxuyar, kitabxana bağlananda oradan çıxardı.

Bir dəfə M.F.Axundov kitabxanasının yaxınlığındakı dayanacaqda, indiki Yeni Azərbaycan Partiyasının qarşısında avtobus sürücüsünün Asif Əfəndiyevi dartışdırdığını, dartib köynəyini cırdığını gördüm. Sürücü onu beş qəpik yol pulunu verməməkdə suçlayırdı. Tələbə idim. Cibimdəki sonuncu manatı sürücüyə uzatdaraq dedim: “Al bu da sənən yol pulun!” Sürücü o qədər hirslənmişdi ki, pulu alıb cırıq-cırıq edib üstümə atdı. Özümü də elə itələdi ki səkiyə yıxıldım. Avtobusda yaman sıxlıq idi. Qapıdan sallananlar da vardı. 23 yerlik avtopusa yəqin ki, 40 adam minmişdi. Onların əksəriyyəti sürücünü tanımasa da, Asif Əfəndiyevi tanıyırdı. Onu relevizyada və radiyodakı azsaylı çıxışlarından, məqalələrindən tanıyırdılar. Avtobustakılardan biri enib sürücünü sakitləşdirməyə səy etmədi.

Asif Əfəndiyevin arvadını, qohumlarının, tanışlarının, dostlarının əksəriyyətinin ondan imtina etməsi yeni hadisə deyildi. 1936-1937-ci ilin mətbuatında bu gün vətənpərvər, millətçi, xeyirxah insan saydığımız onlarla insanın övladlarının, xanımlarının, qohumlarının “xalq düşməni”ndən imtina etdiklərini təkrarı idi. Yəqin ki, yadınızdan çıxmayıb. 1993-cü ilədək ətrafınızda nə qədər qohumunuz, dostunuz, tanışınız vardı. Həmin ilin iyun ayından sonra onların əksəriyyəti necə oldu? Sizdən uzaq durmaq üçün min bir bəhanələr uydurdular. Qəribədir ki, Sizi meydanda tək qoyanlar bu gün özlərini deyil, cəmiyyətdəki nöqsanlara görə Sizi suçlayırlar.


“Dissident sorağında” kitabında 1956-1986-cı illərin dissidentləri haqqında 21 məqalə hazırlamışdım. Onlar haqqında kiçik bir hesablama apardim. Gördüm ki, həmin “günahkar”lardan altı nəfəri ailə qurmayıb, ev-eşik, oğul-uşaq sahibi olmadan dünyadan köçüb. Beş nəfərinin ailəsi dağılıb, dörd nəfəri çox gec evlənə bilib. Həmin vaxt “günahkar” olmayan onlarla rüşvətxor, yaltaq, xalqın qanını soran və millətinə divan tutan isə yağ içində böyrək kimi yaşayıb.

1957-ci ildə Qız qalası üzərində Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını dalğalandırmış, xalqının yaddaşını korlanmağa qoymamış Çahid Hilaloğlna 10 il həbs cəzası verdilər. Həbsxanada ona verilən zülümlər isə başqa bir mövzudu.
Cahid Hilaloğlu ilə birgə gizli təşkilat quran Çingiz Abdullayevi “günahları”na görə həbs etməklə kifayətlənmədilər, dəli adı qoyub məcburu psixi xəstəxanaya müalicəyə göndərdilər. Dəli adlandırdıqları Çingiz Abdullayev 1950-ci illərdə həbsxanadan Rusiya Sovet Fedarativ Sosialist Respublikası Ədliyyə Naziri Boldırevə yazırdı: ”Məni yazdığım vərəqlərdə Sovet Sosialist Respublikaları İttifaqının bütün xalqlarını üsyana, insanları qul, zorakılıq, aclıq, böhran şəraitində saxlayan kommunist rejimindən azad olmağa çağırışıma görə ittiham edirdilər. Mən bildirməyə məcburam ki, bu “məhkəmə iclası” teatr tamaşasına oxşayırdı. Burada marionet hakim məni hətta son sözdən də məhrum etmişdi. Çünki son sözdə mən onların sifətlərindən maskalarını çıxaracaq, iç üzlərini açaraq onların fırıldaqçı, qaniçən, başkəsən, zülümkar olduqlarını sübut edəcəkdim. Bütün respublikaların milli mənafeyini müdafiə edərək onların Rusiya imperiyasının müstəmləkəsi olduğunu açıqlayacaq və respublikalarda BMT-nin nəzarəti altında azad seçkilər keçirilməsinin zəruri olduğunu söyləyəcəkdim. Onlar isə bütün qanunları kobudcasına pozaraq, ən elementar qaydaları tapdalayaraq mənə son söz vermədilər.
Çünki Sovet Sosialist Respublikaları İttifaqının bütün məhkəmə və prokurorluq orqanlarının yuxarıların göstərişi ilə işlədiyinə mənim heç bir şübhəm yoxdur. Mən tam qətiyyətlə deyirəm ki, Azərbaycanın qəhrəman oğluyam və alçaq kommunist rejiminə qarşı mübarizə aparmışam. Bizə məlum olduğu kimi, aprelin 5-7-də Tbilisidə və bütün Gürcüstanda çoxsaylı nümayişlər keçirilmişdir. Burada 200 min tələbə, fəhlə, kolxozçu, qadın və qoca iştirak etmişdir. Onlar əllərində şüar tutaraq öz müstəqilliyi və azadlıqlarını, BMT-nin nəzarəti altında azad seçkilər keçirməyi tələb etmişlər.

Lakin imperator-diktator Rusiya, bütün Polşanın və Finlandiyanın ağası, “qarğıdalı generalı” Nikita Xruşşovun əmrini yerinə yetirən silahlı qüvvələr günahsız tələbələrin, qadınların, qocaların üstünə tanklarla hücüm edərək onları güllələmiş və çoxlarını Sibirə sürgün etmişlər. Azərbaycan xalqına qarşı da belə ədalətsizliklər edilmişdir. Xeyli günahsız adam qanunsuz həbs edilmiş, təqiblərə məruz qalmışdır...

Sovet Sosialist Respublikaları İttifaqı Konstitusiyası ilə hər bir vətəndaş Sovet Sosialist Respublikaları İttifaqında yaşamaqdan imtina edib xarici ölkəyə gedə bilər. Bəs nə üçün Sovet Sosialist Respublikaları İttifaqının təcavüzkar hökuməti Konstitusiyada yazılanların həyata keçməsinə imkan vermir? Əgər bunun həyata keçməsinə imkan verməyəcəksə, onda nə üçün bu maddə Konstitusiyadan çıxarılmır? Görünür bu, vicdansız kommunistlərə dünya içtimaiyyətini çaşqınlığa salmaq üçün lazımdır.

Qəzetlərdə yazılmışdır ki, Kiprdə yunan gənclərinin nümayişi zamanı İngilis hökuməti bir tələbəni öldürmüşdür, bu da Sovet içtimaiyyətinin hiddətinə səbəb olmuşdur. Maraqlıdır, görəsən Azərbaycanda və Gürcüstanda baş vermiş hadisələr – dinc nümayişçilərin güllələnməsi vs. qanlı divanlar hansı miqyasda Sovet və dünya ictimaiyyətinin hiddətinə səbəb olmalıdır?! Mən bütün bunların hamısını DTK-dan olan Serova danışdım. O isə bu fikirlərimə görə, məni azı 10 il azadlıqdan məhrum etdirəcəyini bildirdi.

Sovet Sosialist Respublikaları İttifaqı hökuməti hər yerdə car çəkir ki, bizdə mətbuat və söz azadlığı var. Lakin hər bir xırda tənqid üçün milyonlarla insanı həbsxanalarda və islah-əmək düşərgələrində çürüdür. Dünyanın heç bir ölkəsində belə qanunsuzluq yoxdur.
On üç il kommunist əsarəti altında qalan Macar xalqı bu zorakılığa, yalana, aclığa dözməyib 1956-cı ilin oktyabr - noyabr aylarında ayağa qalxdı. Onlar Sovet qoşunlarının Macarıstan əra-zisindən çıxarılmasını, bir sözlə, öz azadlıqlarını və müstəqilliklərini, yeni hökumətlərini qurmalarını istəyirdilər. Bunun müqabilində Sovet hökuməti oraya əlavə qoşun yeritdi, tank və təyyarələrin gücüylə dinc əhalini vəhşicəsinə qırdı. Burada baş verən hadisələr “əksinqilabi qiyam” adlandırılır. Bəs nə üçün Əlcəzairdə, Yəməndə, Suriyada belə hadisələr “xalq azadlıq hərəkatı” adlanır?”

Tanrıverdi bəy, yuxarıdakı sətirləri yazan Çingiz Abdullayev haradadır, bilən varmı? Onun haqqında məqalə yazanda da, “Dissident sorağında” kitabını nəşrə hazırlayanda da çox yerə baş vurdum. Çingiz Abdullayevin öldüsündən, qaldısından bir xəbər tuta bilmədim. Son öyrənə bildiyim o oldu ki, gözləri kor olmaq dərəcəsinə çatmış, yaşamaq imkanından məhrum, yəni ölümlə üzbəüz qalmış dissidenti BMT Qaçqınlar təşkilatı 1991-ci ildə İsveçrəyə göndərib. Haqqında dəfələrlə məqalə yazan, xalqımıza belə bir qəhraman oğlu olduğunu bildirən, bir zaman “7 gün” qəzetini çıxarmış Haçı Emin təxminən 1998-ci ildə İsveçrə aeroportunda onunla görüşməyk istəyib. Bu görüş də baş tutmayıb.

Çingiz Abdullayevin taleyi ilə bağlı İsveçrənin müxtəlif təşkilatlarına müraciət etdim. Cavabları bu oldu ki, siyasi mühacirlər haqqında sizə bilgi verə bilmərik. Belə bilgini yalnız rəsmi hökumət orqanlarına veririk.

1956-cı ildə həbs olunmuş Çingiz Abdullayev kimi “günahkar”ları neçə nəfər müdafiə etdi? Həbsdə olarkən kömək görmədikləri o yana, həbsdən çıxandan sonra onlara neçə nəfər əl tutdu? Əlbəttə, tutmadılar, tutmayacaqlar da! Çünkü onlar “günahkar”dırlar. Dövr gələcək övladlarımız, ya da nəvələrimiz heç olmasa Çingiz Abdullayevin məzarını ziyarət etmək istəyəcəklər. Onu tapa bilməyəndə bizləri-“günahkar”ları qınayacaqlar. “Günahkar olmayan” rüvətxorlardan, millətinin qanını içənlərdən, saxtakarlardan, namussuz və şərəfsizlərdən isə heç kim heç nə soruşmayacaqlar. Çünki Çingiz Abdullayevin məzarını axtaranlar onların varlığından xəbərsiz olacaqlar.

Yəqin ki, Möhsün Əliyevi yaxşı xatırlayırsan. Sısqa, nimdaş geyimli, orta boylu bu insan ac-yalavac yaşasa da, millətin azadlığı uğrunda mübarizə aparan kişilərdən yazırdı. Azərbaycan Cümhuriyyətinin liderlərini bizim nəslə o tanıtdırdı. Ürəyimi hələ də sızladan bir hadisə gözümün önündən getmir. 1993-cü ilin martında Türkiyənin Antaliya şəhərində keçirilən Türk Xalqlarının və Topluluqlarının Birinci Qurultayına Azərbaycandan gedən böyük nümayəndə heyətinin tərkibinə onu da salmışdılar. Qaldığımız beşulduzlu hotelin restoranda səhər yeməyindən sonra o əllərini gönə tuturaq, dua edirmiş kimi dedi: “Allahım sənə min şükür! Möhsünün də qarnı doyunca yemək görərmiş!”

Oradan geri döndükdən sonar da Möhsün Əliyev köhnə peşəsini davam etdirir, Azərbaycan Cümhuriyyətinin tarixini təbliğ edirdi. Məhəmmədəmin Rəsulzadəni faşizmdə suçlayanlara, “Hitlerlə görüşüb” deyə suçlayanlara məşhur tarixçilər, akademiklər, siyasi partiya rəhbərləri deyil, Möhsün Əliyev mətbuatda sərt cavab verdi. Aradan çox keçmədi ki, bu cavaba görə həbs edildi. Nədəsə suçladıqları yadımda deyil. Səhv etmirəmsə 5-6 il həbs cəzası verdilər. Həbsxanada yanına gedən, halını xəbər alan oldumu?

Sonra eşitdim ki, Ziya Bünyadovun xahişi ilə həbsdən azad olunub. Tək-tənha yaşadı. Nə vaxt dünyasını dəyişdiyini, uzun illər topladığı zəngin arxiv sənədlərinin necə olduğunu bilən olmadı. Aparıb kimsəsizlər məzarlığında dəfn ediblər. Orada da nə başdaşı var, nə də ad, soyad yazılmış bir lövhə. Möhsün Əliyev, kimsəsizlər evində dünyasını dəyişən dissident Sabir Yanardağ kimi “günahkar”ları da gələcək nəsillər arayıb axtaranda, onlardan bir iz tapmayanda bizləri qınayacaq, bizləri günahkar sayacaqlar. Daha bilməyəcəklər ki, həmin günlərdə mənim maaşım 20 dollar idi. Onun da az qala yarısı kommunal xərclərə, yol puluna və s. gedirdi. Təkcə mən həmin gündə deyildim. Çingiz Abdullayevə, Möhsün Əliyevə, Sabir Yanardağa, Asif Ataya və b. sayğı göstərənlər, onlara canı yananlar və yardım etmək istəyənlərin hamısı mən gündə, bir çoxu da məndən çətin vəziyyətdə yaşayırdı.

Bir xeyir-şərə gedəndə görürəm ki, rüşvətxorlar, Azərbaycanın sərvətlərini talayıb xarici ölkələrdə şirkət quranlar içəri girəndə adamlar irişə-irişə onun qabağına qaçır, gözünə görünmək, salam vermək üçün basabas salırlar. Amma həyatını toplumun firavanlığı, vətəninin azadlığı uğrunda qurban verən “günahkar”ları görəndə ona istehza ilə yanaşır, bu pul qazana bilməyən, sərvət sahibi olmayandan uzaq olmağa çalışırlar. Qorxurlar ki, “günahsızlar” onları “günahkar”ların yanında görsələr narazı qalarlar. Bilmirəm, “günahsızların” narazı qalmasından bu aç-yalavac tayfa, bu məddahlar dəstəsi nə itirəcək?

Yazımı Sizin bir fikirinizlə tamamlamaq istəyirəm. Nazir Əhmədli Göyçə haqqında dəyərli bir əsər ortaya qoyduğu halda, əsasən göyçəlilərin və bu işin mahiyyətindən xəbəri olmayan başqa bölgələrin insanlarının onu təhqir etmələrinə, ona yersiz hücumlar etmələrinə əsəbiləşirdi. Siz isə ona təskinlik verərək yazırdınız: “Nazir bəy, bəs nə fikirləşirdin??... Nəsimini, Seyid Əzimi, Sabiri, Cəlil Məmmədquluzadəni və digərlərini vaxtında, hətta bu gün də "daşlayanlar" Göycədə də yoxdumu?”

Tarixə nəzər salaq. Toplumda kim qəddar davranıbsa, şirin vədlərlə toplumu aldadıbsa, çoxluq onu da sevib, müdafiə edib. Kim həqiqəti deyibsə, milləti üçün çalışıbsa, bu yolda da ölümə getməyə hazır olubsa, onu “günahkar” sayıb.

Bu günlərdə dünyasını dəyişən Vurğun Əyyub da toplumun çoxu üçün bax, belə “günahkar”lardan biri idi. Ona görə də, sağlığında deyil, dünyasını dəyişəndən sonra qədrini bilməyə çalışdıq. Yalnız Azərbaycanda deyil, açıq şəkildə Türkiyənin Qars, Kayseri, Ankara, İstanbul şəhərlərində, İsveçin Yöteburq, Stokholm və b. şəhərlərində, eləcə də hələ xəbərimiz olmayan neçə ölkədə, gizli şəkildə İran İslam Respublikasının müxtəlif şəhərlərində yas saxladılar, ehsan verdilər.

Qəbri nurla dolsun! Yeri cənnətlik olsun!

Tanrıverdi bəy, biz “günahkar”ları öləndən sonra, “günahsız”ları sağlığında dəyərləndirən toplumun övladları deyilikmi?!

 

Əli Şamil

30.09.2019

Oxşar xəbərlər
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
GÜNLÜK
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub