Yağı bütünlüklə tərgidib, bunlardan yararlanmaq lazımdır 
 – 100 il yaşamaq üçün
Cəmiyyət
8222
17 Aug 2018 | 22:43

Yağı bütünlüklə tərgidib, bunlardan yararlanmaq lazımdır – 100 il yaşamaq üçün

Müxtəlif növ yağlar – xüsusən də heyvan südündən alınan- insan orqanizmi üçün həm vacib, həm də zərərlidir. Təbii ki, ifrat istifadə edildikcə… İnsan orqanizminin bir günlük yağ ehtiyatı cəmi 20 qramdır. Azərbaycan mətbəxi isə özünün yağlı yeməklərinə görə, xüsusilə fərqlənir. Hətta xaricdən gələn turistlər də öncə bunu qeyd edirlər. 

Müasir insan isə onsuz da piylənmədən əziyyət çəkir. Piylənmə, kökəlmə bəşəriyyətin bəlasına çevrilən 5 xəstəlikdən biridir. Yağ isə bunun əsas yaradıcılarından sayılır. 

Moderator.az xəbər verir ki, sağlamlıq mütəxəssisləri, naturport alimlər gözlərinin düşməni sandıqları yağı ümumiyyətlə tərgitməyi və onu aşağıdakılarla əvəzləməyi məsləhət biliblər. Nişi sisteminin davamçısı olan Ərşad Əzimzadə də yağ ehtiyatını aşağıdakılarla təmin etməyi tövsiyə edir:

Qoz-fındıq, göyərtilər - Təbii yağlar qozun, fındığın, günəbaxan tumunun və digər tumların tərkibində kifayət qədərdir. Bunlarda tez həzm olunan miqdar və tənasübdə zülal, yağ, karbohidrat, vitaminlər, mikroelementlər və Günəş enerjisi cəmləşib. Lakin yağla zəngin olan bu qidaları çox qəbul etmək pis nəticələr verə bilər. Əgər siz qoz-meyvə dietası saxlamaq istəyirsinizsə, onda qozu və ya tumu 100 qramdan artıq yeməyin. Əgər bunları qatıq, balıq, ət, yumurta, kəsmiklə bərabər yeyirsinizsə,onda qozu azaltmaq, ya da rasiondan çıxarmaq lazımdır.  

Keçi südü -  Digər vacib “akkumulyator” ana südü və çiy toyuq yumurtasıdır(xüsusilə də sarısı). Ana südündən sonra, bütün yaş dərəcələri üçün ən faydalı süd keçi südüdür. Keçi südü təmiz qidadır,onun hər hansı bir xəstəlik törətmək təhlükəsi yoxdur.
Bu,  onunla izah olunur ki, keçi ev heyvanları arasında ən təmizkarıdır. Onun ifraz orqanları ideal səviyyəyə yaxındır.Çiy keçi südünün tərkibində çoxlu zülalsız azot var,faydalı niasin və tiaminlə zəngindir. Uşaq ishal olanda, keçi südü ilə müalicənin yaxşı səmərə verməsi məhz bununla izah olunur. Bütün südlər kimi keçi südü də 75 dərəcdən artıq qızdırıldıqda tərkibini dəyişir və orqanizm üçün zərərli olur. Qaynamış inək südü çox çətin həzm olunur. Həm də onun tərkibində artıq nə Günəş enerjisi qalmışdır, nə vitaminlər, nə də mikroelmentlər. 

Yumurta - ağını ayrıca bişirib yemək, sarısını isə çiy qəbul etmək məsləhətdir.Salmanell xəstəliyinə tutulmamaq üçün onu içməzdən 10-15 saniyə əvvəl üstünə hər hansı turşu damcısı(limon,alma sirkəsi,yaxud tomat) əlavə etmək lazımdır. Qayğanağı və suda bişmiş  yumurtanı tərəvəz salatlarının və çiy göy-göyərtinin müşayəti ilə yemək lazımdır.Yumurtaya çox uymaq lazım deyil. Bu uşaqlara daha çox aiddir.

MODERATOR.AZ

Link kopyalandı!
Son xəbərlər