Rəsmiləşdirilən "Kürdüstan" və Güney Azərbaycan reallığı...
Cəmiyyət
Oxunub: 2317
20 Sep 2017 | 15:38
Rəsmiləşdirilən
Sentyabrın 25-də İraq Kürdüstanı müstəqillik referendumu keçirmək niyyətindədir. Baxmayaraq ki, rəsmi Bağdad bu addımı ölkənin ərazi bütövlüyü üçün təhlükə adlandıraraq qınayıb. Şübhəsiz indi referendumun təxirə salınmasına çağıran ABŞ da vaxtilə İraqı de fakto parçalayıb Şimalda Kürd İqlimi - Adminstrasiyası yaradanda kürdlərin bir gün dövlət iddiasının böyüyəcəyini də gözəl bilirdi, əslində bu ideyaya ilham verən də elə məhz qərbin özü idi. Təəsüf ki, Türkiyə və Azərbaycan olaraq biz də qərbin Orta Şərqlə bağlı planlarının məcrasını yalnız seyr etməklə kifayətləndik. Halbuki 2020-ci ilədək Yaxın Şərqin xəritəsinin yenidən cızılacağını sezməmək yalnız sadəlövhlük ola bilərdi. Amma haqlı olaraq belə bir sual ortaya çıxır. Vaxtilə İraqa hücumu qadağan edən 2 mart təzkirəsinə görə Türkiyəni də "cəzalandırmağı" düşünən Ağ Ev öz demokratiya prinsiplərinə adekvat olmayan şəkildə təpədən dırnağadək silahlanan kürdlərə yardım etdiyi halda illərdir İranda sivil, demokratik mübarizə aparan Azərbaycan türklərinin durumuna nədən maraq sərgiləmir? Dövlətsiz kürdlərin dövlət yaratması üçün İraqı parçalayacaq qədər israrlı olan qərb görəsən nə səbəbə görə ötən əsrin 20-ci illərinə qədər İranda daim dövlətin başında qərar tutan, bir sözlə dərin dövlətçilik ənənəsinə sahib Güney Azərbaycan türklərinin taleyinə bu qədər biganə qaldı? Sualın cavabını tarixdə aramaqla bəlkə də müəyyən sonuclar ala bilərik. Amma yanlışlarımızdan qaynaqlanan və bu gün etiraf edəcəyimiz məqamlar da az deyil. Yəni biz Güneyli, Quzeyli Azərbaycan olaraq bölünmüş millət olduğumuzu dünyaya yetərincə çatdıra bildikmi? Haqqımızın bəşəriyyətə tanınması yolunda kifayət qədər lobbiçilik fəaliyyəti göstərə bildikmi? Dünyanın dörd bir nöqtəsində milli mübarizə yolunda fəaliyyət göstərən soydaşlarımızın birliyinə nail olduqmu?  Quzey Azərbaycan olaraq Güneyin sorunlarına nə qədər maraq göstərdik və yardım etdik? Güney Azərbaycandan cəlayi vətən olub Avropa və Amerikaya mühacirət edənlər öz aralarında fikir ayrı seçkiliyindən qurtulub bir masa arxasında əyləşərək illərdir yaşadıqları soruna çözüm yolu aradılarmı? Yəqin ki bu kimi analoji suallar uzana bilər. 

Əgər yanılmıramsa Güney xaricində siyasi fəaliyyət göstərən fərd və qurumların son dəfə bir araya gəlməsi  2014-cü ilin martına təsadüf edir. Ondan öncəki Amsterdam və Brüssel toplantılarından sonra bir birlərinə qarşı ağır ittihamlarda bulunan ( təəsüflər olsun) bəzi Güneyli soydaşlarımız nəhayət incikliyi kənara qoyub 2014-cü ilin mart ayının 15-də  Kopenhagendə bir araya gələrək Güney Azərbaycanın keçici Mühacirət Parlamentinin yaradılması haqda bəyannamə də imzaladılar. Şübhəsiz bu heyət Güney adına bütün qrupları əhatə etməsə də, ilkin mərhələ üçün , özəlliklə incik tərəflərin əl sıxışması acısından qənaətbəxş sayıla bilərdi. Təəsüflər olsun ki, Güneyli , Quzeyli soydaşlarımız arasında böyük sevinc və qürur hissilə qarşılanan bu olaya reaksiyalar da birmənalı olmadı. Yaxşı xatırlayıram. İlk öncə toplantıya dəvət olunmayanların etirazı yüksəldi. Bəziləri sanki  "Güney  Azərbaycanın istiqlalı üçün Təbrizdə seçki keçirilib və bəziləri haqsızlıqla seçki siyahısına daxil edilməyib" kimi ironiyaya səbəb olacaq  bir tablo  yaratmışdı. Elə o günlər Keçici Parlamentin yaradılması haqda qaldırılan iddialar öz önəmini itirdiyi bir zamanda 15 mart bəyannaməsinə imza atarkən "imzasına sahib çıxmayan şərəfsizdir!" deyə həmin toplantı iştirakçılarına xitab edən başqa biri də gözlənilməz şəkildə mövqe dəyişərək 9 nəfərlik işçi qrupunun fəaliyyətini əngəlləməyə başladı. Həmin şəxs hətta 15 mart toplantısında bəzi məqamların gizli qalması haqda alınan sonucları da ayaq altına qoyaraq 2014-cü ilin aprel ayından başlayaraq əlindəki media imkanlarından istifadə edərək uzun illərdən sonra güneyli soydaşlarımızın əldə etdiyi uğura qarşı çıxış etməyə başladı. Beləcə Güney Azərbaycan insanının, soydaşlarımızın böyük ümid bəslədiyi Mühacirətdə Keçici Parlamentin yaradılması əleyhinə başlanan hücum getdikcə daha da şiddətləndi. Sonucda proses səngidi və dayandı. Halbuki o toplantıya qatılanlar yaxşı bilirdilər ki, Kopenhagen iclası Orta Doğudakı proseslərin fəallaşdığı, İraq və Suriyadakı olayların səngimədiyi bir zamanda Güney Azərbaycan üçün həyati önəmə malik toplantılatdan biri idi və ilk oturumda uğurlu sonuca da varmışdı. Lakin Güney Azərbaycanla bağlı keçirilmiş əvvəlki görüşlərin, toplantıların uğurlarını əngəlləyən məlum qüvvə yenə də boş dayanmadı və öz işini gördü. Sonucda Güney üçün daha bir şans əldən verildi. Halbuki beynəlxalq arenada , mötəbər qurumlarda Güney Azərbaycan adına təmsilçilik haqqının bir qrup ya fərd tərəfindən irali sürülməsi əvəzinə , bu hüququn Müvəqqəti Mühacirət Parlamenti adına təyin edilməsi daha təsirli olmazdımı?! Beynəlxalq qurumlara "Biz də 35 milyonluq Güney Azərbaycan olaraq öz dilimizdə yaşamaq, yaratmaq, öz dövlətimizi belə qurmaq haqqına malikik!" mesajının bir parlament ya məclis qrupu tərəfindən təqdim edilməsi daha effektif sonuca səbəb olmazdımı?! Təəsüf ki, bu fürsət də itirildi. Təsəvvür edin , həmin qurum formalaşsaydı 2014-cü ildən ötən üç ildən artıq bir zaman kəsiyində Güney Azərbaycanla bağlı nə qədər təsirli addımlar ata bilərdi. Nə yazıq ki, 35 milyon soydaşımızın taleyinə uzanan qara əllər bu dəfə də , özü də sapı özümüzdən olan baltaların köməyilə önəmli bir prosesi əngəlləməyi bacardı. Halbuki, Orta Şərqdə baş verənlər kontekstində soydaşlarımızın bu addımı çox vacib və önəmli idi. Necə ki, uzun illər İraq kürdləri, Türkiyədə və İrandakı soydaşları ilə kordinativ şəkildə çalışaraq öz millətləri üçün uğura gedən yolu hamarlamışlar və bu gün artıq onun bəhrəsini görməkdədirlər. Amma təəsüflər olsun ki, Güney Azərbaycan adına atılan hər bir addım isə prosesin daxilindən, daha korrekt ifadə etsən prosesə yerləşdirilmiş ünsürlər vasitəsilə tormozlanmaqdadır. Və həmin ünsürlər ifşa olunmadıqları sürəcə prosesə təmənnasız dəstək verən və perspektiv vəd edən hər kəsi ləkələməklə Güney Azərbaycan hərəkatından uzaqlaşdırmağa ciddi cəhdlə çalışırlar.  Sonuc isə göz önündə..

Bu gün Güney Azərbaycanın qonşuluğunda yeni, Urmunu, Xoyu, Qoşaçayı, Makını, Səlması, hətta Təbrizi belə hədəf ala biləcək, Naxçıvana da ərazi iddiası irəli sürən Kürdüstan adlı dövlət yaradılmaqdadır. Düşünürəm ki, bu olay Güney Azərbaycan üçün növbəti həyəcan təbili hesab olunmalı və prosesə adekvat addımlar atılmalıdır. Əks halda heç uzaq perspektivdə belə Güney Azərbaycan adına hər hansı pozitiv dəyişiklik olacağı real görünmür.

Rüfət Muradlı
Oxşar xəbərlər
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
GÜNLÜK
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək