XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi-siyasi fikir
Cəmiyyət
Oxunub: 2439
20 Aug 2017 | 14:10
XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi-siyasi fikir
I YAZI

XX əsrin əvvəllərində şimali Azərbaycandakı fəlsəfi fikir tarixi ilə bağlı mövcud ədəbiyyatda kifayət qədər ziddiyyətli bilgilər verilir. Ümumiyyətlə, həmin dövrdə fəlsəfi fikrin nədən ibarət olması və hansı istiqamətlərdə öz əksini tapması belə, bir çox hallarda qaranlıq qalır. Bunun əsas səbəblərindən biri, mövcud ədəbiyyatın əksəriyyətinin hələ də sovet ədəbiyyatı təsirindən kənara çıxa bilməməsidir. Belə ki, həmin dövrlə bağlı sovet ədəbiyyatında öz əksini tapmış bilgilər, hazırda bir qədər dəyişdirilmiş formada cəmiyyətə təqdim olunur. Məsələn, sovet dövründə inqilabi-demokratik cərəyanın nümayəndələri (N.Nərimanov, M.Ə.Əzizbəyov, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, M.S.Ordubadi, Ö.F.Nemanzadə və b.) kimi qələmə alınanlar, hazırda bir çox ədəbiyyatda milli-demokratik cərəyanın nümayəndələri kimi təqdim olunurlar. Şübhəsiz, milli məsələlərə bu cür baxış ciddi tədqiqat işlərinin aparılması əvəzinə, sovet ədəbiyyatının məzmununun müəyyən qədər dəyişdirilməsindən, fəlsəfi fikir tariximizə obyektiv qiymət verilməsi istiqamətindəki qarşıya çıxan əngəllərdən, başqa sözlə milli fəlsəfi fikir tariximizə sovet elminin prizmasından yanaşılmasından, bir sözlə Azərbaycan türk fəlsəfəsi tarixinə münasibətdə vahid baxışın olmamasından irəli gəlir.

Qeyd etdiyimiz problemlər isə yalnız Azərbaycan türk fəlsəfə tariximizlə bağlı deyil, bütövlükdə bu məsələlər Azərbaycan türk tarixi, Azərbaycan türk ədəbiyyatı, Azərbaycan türk dili sahələrində də mövcuddur. Əgər torpaqlarımızın kiçik bir hissəsində yenidən əldə etdiyimiz müstəqillik dövrünün ötən 25-26 il ərzində tariximiz, ədəbiyyatımız, dilimiz, dini dünyagörüşümüz ilə bağlı vahid konsepsiya formalaşmamışdırsa, üstəlik bu müddət ərzində bir-birinə zidd onlarla, yüzlərlə kitablar işıq üzü görmüşdürsə, eyni problemlə fəlsəfə tarixində də qarşılaşımağımız təəccüblü deyil. Bu baxımdan ictimai və humanitar elmlərdə vahid konsepsiyasının yaradılması ilə bağlı irəli sürülən təkliflər söz olaraq qalmamalı, bu sahədə əməli işlər görülməlidir. 

Hazırkı əksər ədəbiyyatda belə bir fikir mövcudur ki, XX əsrin əvvəllərində şimali Azərbaycanda fəlsəfi fikir əsasən Maarifçilik cərəyanında tapmışdır. Maarifçilik adı altında da sosial yönündən asılı olaraq mülkədar, müsəlman-islahatçı, liberal-demokratik, radikal-demokratik və inqilabi-demokratik cərəyanlardan bəhs olunur. Burada o da göstərilir ki, yalnız 1905-1907-ci illərdən sonra maarifçilik iki ”“ marksist-bolşevik və milli burjua-demokratik istiqamətdə inkişaf etmişdir. Başqa bir ədəbiyyatda isə yazılır ki, həmin dövrdə islam və vəhdəti-vücud, maarifçilik, realist və inqilabi-demokratik, milli-demokratik və romantizm cərəyanları olmuşdur. Digər ədəbiyyata görə isə, həmin dövrdə altı sosial-siyasi fikir cərəyanı olmuşdur: maarifçi demokratlar, islamçılar, türkçülər, qərbçilər, marksist-leninçilər və islamçılıq-türkçülük-müasirləşmək tərəfdarları. 

Bizə elə gəlir ki, həmin dövrdə mövcud olan fəlsəfi fikri nə bu cür dağınıq, nə də ümumi bir ad altında (maarifçilik) təqdim etmək doğru deyildir. Əgər biz həmin dövrdə fəlsəfi fikirdən bəhs ediriksə, ilk növbədə həmin fəlsəfi fikrin nədən ibarət olduğunu və nəyin zəminində meydana çıxmasını müəyyən etməliyik. Bu formada araşdırma aparanda bəlli olur ki, XX əsrin əvvəllərində Azərbaycanda milli fəlsəfi fikri iki yöndə araşdırmaq daha məqsədə uyğun olardı: 

1.Siyasi-ideoloji cərəyanlarda fəlsəfi fikrin təzahürü (milli-dini demokratiya, qərbçi liberal-demokratiya və marksist sosial-demokratiya)

2.Maarifçi-demokratik dünyagörüşdə fəlsəfi fikrin təzahürü (realizm və romantizm) 

XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi fikrin, ilk növbədə öz əksini mövcud siyasi-ideoloji cərəyanlarda (milli-dini demokratiya, qərbçi liberal-demokratiya və marksist sosial-demokratiya) tapması təsadüfi olmamışdır. Çünki bu dövrdə iqtisadi məsələlərin siyasətə təsiri ilə, siyasi-ideoloji proseslərin ziyalıların dünyagörüşünə təsiri biri-birinə mütənasib idi. Çar Rusiyası rejiminə qarşı çıxışların əsasında əvvəlcə sosial-iqtisadi tələblər dayansa da, sonrakı proseslər siyasi-ideoloji amlləri gücləndirməyə başladı. Siyasi-ideoloji mübarizəsi isə, istər-istəməz fəlsəfənin əsas məsələlərindən olan materializm və idealizm, eləcə də sinfi və ya milli məsələni ”“ milli azadlıq ideyalarını da gündəmə gətirdi. 

Milli azadlıq ideyasının meydana çıxması, ilk növbədə şimali Azərbaycanın çar Rusiyasının müstəmləkəsi olması ilə bağlı idi. Bir sözlə, XX əsrin əvvəllərində Azərbaycan işğal altında olduğu üçün, onun ziyalılarının əsas ictimai-fəlsəfi ideallarından birincisi, siyasi-ideoloji yönlü milli məsələ idi. Bizcə, həmin dövrün sosial-siyasi və fəlsəfi fikrində əsas görüş ayrılığı milli məsələyə münasibətdə özünü büruzə vermişdir.

Həmin dövrdə, siyasi-ideoloji cərəyanlar arasında marksizm (sosial-demokratiya) əqidəsindən çıxış edənlər milli məsələ dedikdə, bütün millətlərin azadlığı və bərabərliyi uğrunda sinfi mübarizəni, sinfi məsələni nəzərdə tutur, dini-mənəvi məsələlərdə isə daha çox materializmə, ateizmə üstünlük verirdilər. Bununla da, ümumbəşəri ideyalarla (bütün millətlərin azadlığı, sosial bərabərlik, mütləqiyyət rejimlərinin devrilməsi, dinlərin məhv edilməsi və s.) səhnəyə çıxan marksist-leninçilər tərəfindən iki vacib məsələ ”“ dini və milli məsələ özünəməxsus şəkildə həll olunurdu. Guya, marksist-leninçilər üçün milli məsələ yoxdur, sinfi məsələ var, kapitalizmlə mübarizələri də milli deyil, sinfi xarakter daşıyır və imperalizmdən əziyyət çəkən bütün millətlərin azadlığı uğrunda çalışırlar. Sinfi mübarizədə əsas hədəfləri isə ayrıca bir millətin deyil, bütün dünya millətlərinin, heç bir ayrı-seçkilik qoymadan sosializm quruluşuna keçməsinə nail olmaqdır. Din məsələsinə gəlincə, onlar sosializm uğrunda mübarizdə bütün dinlərlə barışmaz mövqe tutduqlarını və sosializm cəmiyyətində dinə yer olmadığını iddia edirdilər. 

Əslində marksist-leninçilərin dini və milli məsələnin həllini bu cür şəkildə qoymaqda başlıca məqsədləri çar Rusiyasında müstəmləkə şəraitində yaşayan xalqları, o cümlədən böyük əksəriyyəti türk olan 30 milyona yaxın müsəlmanın islam (dini-ideoloji amil və s.) və millət (milli özünüdərk-türkçülük, milli özünütəyin, milli istiqlal və s.) ideyaları ətrafında birləşməsinə əngəl olmaq idi. Onlar müəyyən qədər də olsa, bu istəklərinə nail ola bildilər. Belə ki, marksist-leninçilərin siyasi-ideoloji mübarizədə tutduqları məhz bu taktika, xüsusilə marksizmin yayıldığı ilk dövrlərdə ”“ 1900-cu illərdə istər Azərbaycanda, istərsə də ondan kənarda yaşayan türk millətinin ziyalıları arasında bəzi ideoloji ziddiyyətlərə, fikir ayrılıqlarına yol açdı. Bununla da, Azərbaycan türk ziyalılarından mühüm bir qismi (H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov, B.Talıblı, Ə.Müznib, A.Axundoğlu, F.B.Köçərli, Y.Talıbzadə və b.) marksizmi əsasən inkar edərək, əsasən islamçılıq, türkçülük və müasirləşmək ”“ milli-dini demokratiya yolunu tutduqları halda, ondan heç də az əhəmiyyət kəsb etməyən başqa bir hissəsi (M.Ə.Rəsulzadə, N.Nərimanov, A.Kazımzadə, İ.Aşurbəyov, M.Hacınski, Ü.Hacıbəyli, Q.Qarabəyov, Ö.F.Nemanzadə və b.) sosial-demokrat, liberailizm əqidələri ilə milli və dini məsələlərdə orta və barışdırıcı nöqtələr tapmağa çalışırdılar. Bu dövr ziyalılarından çox az bir qismi (S.M.Əfəndiyev, Ə.C.Axundov, M.Ə.Əzizbəyov, H.H.Sultanov, R.Axundov, Ə.Qarayev və b.) isə, birmənalı şəkildə sosial-demokrat cərəyanına ciddi rəğbət göstərirdilər ki, bunlar da öz növbəsində marksizmin bolşevizm və menşevizm qanadlarında təmsil olunurdular. 

Gördüyümüz kimi, 20-ci əsrin əvvəllərində şimali Azərbaycanda ictimai-fəlsəfi və təbii-elmi fikir bir-birinə çulğalaşmış şəkildə inkişaf edir, materializm-idealizm, elm-din kimi problemlər xeyli dərəcədə cəmiyyətin aparıcı ziyalı təbəqələri arasında müzakirə oybektinə çevrilirdi. Bu və ya başqa fəlsəfi, ideoloji təlimlərə - marksizm, maxizm, pozitivizim, "həyat", personalizm, islamçılıq, türkçülük (millətçilik), qərbçilik və başqalarına yanaşmada Azərbaycan türk mütəfəkkirləri fərqli mövqelərdən çıxış edir, müdafiə etdikləri ideyaları qəzet səhifələrində, ictimai yığıncaqlarda əsaslandırmağa çalışırdılar. 

Bu dövrdə qərbçilik, şərqçilik və millətçilik ideyalar daha geniş yayılmışdı. Azərbaycan mütəfəkkirləri də bu ideyalar ətrafında cəmləşərək, ideoloji və fəlsəfi yönlərdə mübarizə aparırdılar. Xüsusilə birinci rus inqilabı və onun nəticələri, milli azadlıq hərəkatının güclənməsi nəticəsində şərqçilik islamçılıq, millətçilik türkçülük, qərbçilik müasirlik şəklində formulə edilir, Azərbaycanın fəlsəfi fikrində mühüm dəyişikliklərə səbəb olurdu. 

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində şərqçilik-islamçılıq mühafizəkarlıq kimi, müasirlik-qərbçiliyə qarşı dayanmışdı. Qərbdən gələn yeni dəyərləri qəbul etmək istəməyən mühafizəkarlar, dövrün mövcud problemlərinin həllini yalnız islamda - şəriət qanunlarında gördükləri halda, avropalaşma tərəfdarları çıxış yolunu Qərb mədəniyyətini mənimsəməkdə görürdülər. Mühafizəkarlar Qərbin yeni dəyərlərinə qarşı, heç vaxt köhnəlməyən islam dəyərlərini irəli sürür, nicat yolunu dini elmləri öyrənməkdə görürdülər. Ancaq Axundzadədən başlayaraq Qərb mədəniyyətini qəbul edənlər isə, islamı tamamilə inkar etməsələr də, köklü şəkildə islahatların aparılmasına ehtiyac olduğunu deyirdilər. Qərbçilərin fikrincə, bu dəyişikliklər yalnız dini deyil, bütün sahələrdə (məktəb, əlifba, dövlət və s.) aparılmalı idi. Bu baxımdan cəmiyyətdə köklü islahatların aparılmasını zəruri sayanlar qərbçilər-müasirlik tərəfdarları kimi tanınırdılar. Mühafizəkarlar isə islamdan kənara çıxmağın mümkünsüzlüyünü iddia etdikləri və hər cür yeniliyi şəriət qanunlarında axtardıqları üçün islamçılar kimi xarakterizə olunurdu. 

Qeyd edək ki, islamçılar-şərqçilər arasında daha ifrata varanlar - islam birliyini irəli sürənlər ittihadçılar, qərbçilər içərisində eyni mövqe tutanlar marksisitlər idi. İttihadçılar (Abuturab Axundoğlu və b.) birmənalı şəkildə islam - şəriət qanunlarının tətbiq olunmasını vacib sayırdılar. Marksistlər isə dini-idealizmi rədd edərək, dinsiz və xüsusi mülkiyyətsiz (ictimai bərabərlik) cəmiyyət yaratmaq istəyirdilər. Azərbaycanda ilk dövrlərdə, bu cür ifrat mövqedə duran qərbçilərin demək olar ki, əksəriyyəti azərbaycanlı olmayanlar, başqa millətin nümayəndələri idilər. Azərbaycanlı mütəfəkkirlər əvvəllər bu cür radikallıqdan qaçırdılar. 

Dos., Dr. Faiq Ələkbərli
Oxşar xəbərlər
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib