Mirzə Əli Bayram oğlunun 100 illik yubileyinə - Svetlana Bayramova yazır
Oxunub: 2195
01 Dec 2016 | 11:41
Mirzə Əli Bayram oğlunun 100 illik yubileyinə - Svetlana Bayramova yazır
Bakının qədim məhəllələrindən birində əslən Ərdəbildən olan səkkiz qardaş uzun illər idi məskunlaşmış, özlərinə yaxşı ad qazanmışdılar.

Öz əllərinin zəhmətinə yurd-yuva qurmuş, bəzilərinin dini təhsil aldığı, digərlərinin isə ticarət, çovdarlıq sahəsində uğur qazandığı qardaşlardan ən tanınmışı məşədi hüseynəli ailədə də böyük nüfuz sahibi idi, məhəllənin 7 yerində mülkləri, Buzovnada kənd evi, qum bağı və meyvə-tərəvəz sahələri var idi. Məşədinin ürəyinin yaralı yeri oğlan fərzəndinin olmaması idi. Ərdəbilin məşhur ərbablarından olan, şəhər yaxınlığındakı Torpaqlı kəndinin mülkədarı Rəhim Ağanın qızı ilə izdivacdan dünyaya gələn oğlan uşağı kiçik yaşlarında dünyasını dəyişmişdi. Bilqeyis xanım xəstəliyi ucbatından oğul anası olmaq ümidini itirmiş, üç qız övladı ilə kifayətlənməli olmuşdu. Məşədi Hüseynəli isə qardaşı Bayramın oğlanlarına mehrini salmış, onlara doğma balaları kimi qayğı göstərirdi. Qardaşı oğlu Qulamın zirək, bacarıqlı bir gənc kimi püxtələşməsi, əziz-xələf balası Zivərin göbəkkəsməsinin özünün həqiqi varisi olacağına ümidini artırırdı.

Ötən əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi proseslər Azərbaycandan da yan keçmədiyindən imkanlı adamların bir çoxunu min bir zəhmətlə əldə etdikləri varidatın taleyi barədə düşünməyə vadar edirdi. Ona görə də Məşədi Hüseyn Əli qardaşı oğlanlarını təhsil almağa ruhlandırır, onlara zəhmətkeş və savadlı olmağı tövsiyə edirdi. Sovet hakimiyyətinin ilk illərində bacarıqlı tacirlərin imkanlarından proletar hakimiyyətinin iqtisadi dayaqlarının möhkəmlənməsi üçün istifadə olunur, siyasətə qarışmayan varlılardan yararlanırdılar.

Sovet hakimiyyətinin ilk illərində Nəriman Nərimanov şəxsən Məşədi Hüseyn Əli ilə görüşür və onu əmin edir ki, narahat olmasın, xeyriyyəçi və rəhmdil insan kimi tanındığından rahat öz işlərini davam etdirsin.

Əfsuslar ki, hadisələr başqa cür cövlan etdi. Məşədi qolçomaq kimi sürgün edildi, bütün var-dövləti əlindən alındı. Xoş bir təsadüf nəticəsində Sibirə yox,

Cənubi Azərbaycana deportasiya olundu. Qardaşı Bayramın böyük oğlunda ərdə olan qızı Zivər həmin dövrdə “qırmızı kommersant” kimi məşhurlaşmış Qulama görə bu proseslərdən kənarda qalsa da, sevimli atası və bacılarından ayrı düşməyinin nisgilini ömrü boyu yaşadı.

Bayram kişinin oğulları əmilərinin nəsihətlərinə əməl edərək zəhmətkeş,zirək, bacarıqlı oldular. Onların arasında Mirzə Əli intellekti, elmlərə olan həvəsi, çalışqanlığı ilə 18â„–li məktəbdə seçilən şagird oldu.

Bütün kataklizmləri ilə bərabər 30-cu illər həm də yeni təhsil sisteminin uğurları ilə yadda qalıb. Həmin dövrdə bir çox tanınmış şəxsiyyətlər məktəblərdə dərs deməyi millətə xidmətin nümunəsi sayırdılar.

Mirzə Əliyə dərs deyən müəllimlərdən biri də gənc şair, qeyri-adi istedad sahibi Mikayıl Müşfiq idi. Müşfiq uşaqlara təkcə ədəbiyyatı sevdirmirdi, onlarda mədəniyyət, gözəllik, mərhəmət hisslərini formalaşdırırdı.

Mənim əziz Mirzəli əmim ömrünün sonunadək Müşfiq dəsrlərini unutmadı. Şair qəlbli, musiqi duyumlu bu insanın tikintisinə rəhbərlik etdiyi binaların hamısında dövrün məhdudiyyətlərinə rəğmən imzasını qoymağı bacardı.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun İnşaat-memarlıq fakültəsində ali təhsilini uğurla başa vurdu.

Müharibənin başlanması gənc inşaatçının tikinti ilə bağlı arzularını gerçəkləşdirməsində fasilə yaratdı.

Faşıstlərin SSRİ-nin böyük bir hissəsini qəsb etməsi ilə əlaqədar həyati əhəmiyyətli müəssisələrin Qafqaza və Orta Asiyaya köçürülməsi zərurətə çevrildi. Mirzə Əliyev Azərbaycanda yeni istiqamətli zavod və fabriklərin qurulması işinə cəlb edildi.

Bir sıra məktəb və digər binaları hərbi hospitallara çevirmək üçün təcili şəkildə əlavə tikililər və quraşdırma işlərinə qoşuldu. Dəfələrlə müharibəyə getməyə can atsa da arxa cəbhədə qalması lazım bilindi. Müharibənin taleyində müstəsna rol oynayan Bakı nefti ilə bərabər, arxa cəbhədə əzmkarlıqla çalışan insanların da xidmətləri unudulmazdır. Hələ müharibənin gedişatında Stalinin göstərişi ilə

yaralıların reabilitasiyası üçün sanatoriya və istirahət evlərinin tikintisinə rəvac verildi.

Mirzə Əli Əliyev Zuğulbada dövlət adamları üçün nəzərdə tutulan pansionatın tikintisinə cəlb olundu. Sonralar Bakıda inşa olunan istirahət evləri və sanatoriyaların qurulmasında Mirzə Əli Əliyevin təcrübəsindən istifadə olundu. Müharibədən sonra qurulan Sumqayıt, Mingəçevir kimi şəhərlərdə fəhlə qüvvəsinin şəhərlərə axını ilə bağlı ölkədə inşaat işlərinə ehtiyac artırdı. Bu məqsədlə mütəxəssislərin təkmilləşdirilməsi və yeni kadrların yetişdirilməsi üçün Moskvaya göndərilən kadrların arasında inşaatçı Əliyev də yer almışdı. SSRİ-nin ən prestijli,rəhbər kadrlarının hazırlanması üçün nəzərdə tutulan Akademiyasında təhsil almaq çox şərəfli sayılırdı. İki körpə uşağı və xanımı ilə birgə soyuq Moskvada məskunlaşmaq o qədər də asan deyildi. Son dərəcə ailəcanlı insan olduğundan Mirzə Əli bütün çətinliklərə baxmayaraq ailəsinin yanında olmasını daha məqbul saydı.

Akademiyada təhsilini uğurla başa vurub Bakıya döndükdən sonra Bakı Baş Tikinti İdarəsində məsul vəzifələrdə çalışdı və baş mühəndis vəzifəsi ona etibar olundu. Həmin dövrün idarəetmə sisteminə bələd olanlar yaxşı bilirlər ki, paytaxtın Baş Tikinti İdarəsinin baş mühəndisi nə qədər mühüm və məsuliyyətli iş sayılırdı. Şəhər əhalisinin evlə təminatı respublikada ən strateji məsələ olduğundan, paytaxt ətrafında mikrorayonların salınması, köhnə, yararsız binaların sökülməsi ilə Baş Tikinti İdarəsi məşğul olurdu.

Əhalinin mədəni səviyyəsinin artırılması üçün yeni mədəniyyət evlərinin tikintisinə də böyük ehtiyac yaranmışdı. Taxtadan quraşdırılmış köhnə sirk sökülərək yeni yerdə dövrün tələblərinə uyğun tərzdə tikildi.

Mirzə Əlinin dədə-baba yurdunda, əmisi Məşədi Hüseynəliyə məxsus evlərin sökülməsi ilə bağlı xatirələrini yada salan əmim, “xalq ata yurdunu qoruyar, mən isə uçurub dağıtdım. Amma nə yaxşı ki, yerində həmin dövrdə Sovet İttifaqının ən gözəl sirk binalarından birini tikdik” ”“ deyə təsəlli tapırdı.

Əhmədli qəsəbəsinin salınması 60-cı illərdən başlayaraq ən möhtəşəm layihə kimi gerçəkləşdi və qısa zamanda on minlərlə insanların ev problemi həll olundu.

Bir sıra müəssisələrin tikintisi də Bakı Baş Tikinti İdarəsinə həvalə olunurdu. Xüsusilə tikintidə yaranan böyük canlanma yeni-yeni layihələrin gerçəkləşdirilməsini təmin edirdi. Elmlər Akademiyası, Azərbaycan Dövlət Universiteti, Politexnik İnstitutu, Akademik Dram Teatrı, Naxçıvan oteli, sonralar “stalinka” adlanan binalar xalqın istifadəsinə verildi.

1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərliyə başlaması ilə digər sahələr kimi inşaat işləri yeni vusət aldı. Tikintinin sürətini artırmaq üçün yeni texnologiyaların tətbiqi, dünya təcrübəsinin öyrənilməsi, ixtisaslı kadrların hazırlanması prosesində Bakı Baş Tikinti İdarəsinin üzərinə böyük vəzifələr qoyuldu. Xarici ölkələrin təcrübəsinə istinad edən 1â„–li tikinti kombinatının işə düşməsi sürətli inşaat işlərinin aparılmasına şərait yaratdı. Şübhəsiz ki, həmin dövrdə Sadıq Rəhimov, Əmiraslanov kimi şəxsiyyətlərin, Mikayıl Hüseynov kimi memarların tikinti işlərinə cəlb olunması, Əliş Ləmbəranskinin şəhərin meri olması işgüzarlığı daha da artırırdı. Tikintinin texniki təminatı üçün cavabdehlik baş mühəndis Mirzə Əli Əliyevin üzərinə düşürdü.

70-ci illərin ən nəhəng binalarından olan Respublika Sarayının tikintisi bu dövrə təsadüf edir. Şəhərin mərkəzindən Bakı tütün kombinatının və digər obyektlərin sökülərək köçürülməsi, yerində dünya standartlarına cavab verən möhtəşəm binanın inşasını şəhər əhalisi böyük maraqla izləyirdi. Ölkə rəhbəri Heydər Əliyevin şəxsi nəzarəti altında olan binanı inşa etmək böyük məsuliyyət tələb edirdi. Binanın vaxtında istifadəyə verilməsi üçün böyük potensial səfərbər olunmuşdu. İnşaat işlərinin bütün incəliklərinə bələd olan Heydər Əliyevin problemlərə şəxsi müdaxiləsi və göstərişləri şəhərimizin bəzəyi olan bu monumental abidənin əsas təminatçısı oldu.

Bu gün dahi liderin adını daşıyan saray, onun qarşısındakı park və ölməz rəhbərin möhtəşəm heykəlinin yaratdığı ansambl harmoniya təşkil edir.

Vaxtında və qüsursuz istifadəyə verilən tikintilər inşaatçılara olan inamı doğruldur, yeni-yeni layihələrin reallaşdırılması üçün stimul yaradırdı.

Azərbaycan öz inkişafının yeni dövrünə başladığından, yeni konsert və idman komplekslərinə, məktəb tikililərinə, otellərə ehtiyac artırdı. Abşeron, Azərbaycan, Qarabağ və digər otellərin inşası turist və qonaqların sayını artırırdı. Bakı bulvarının yenidən qurulması, yeni park və bağların salınması yaşıllıqların

artmasına səbəb olur, paytaxtımızın ekoloji təmizliyini təmin edirdi. Bir sıra sanatoriyaların, istirahət evlərinin, müalicə ocaqlarının tikintisi insanların sağlamlığına göstərilən qayğının təzahürü idi. Fəaliyyətində qazandığı uğurlara görə Mirzə Əli Əliyev respublika rəhbərliyinin diqqətindən kənarda qalmır, fəxri ad, orden və medallarla təltif olunurdu. Sosial obyektlərin və mədəniyyət təmayüllü binaların inşasını həyata keçirən ixtisaslaşmış tikinti trestinə rəis təyin olunması bu sahədə daha keyfiyyətli inşaat işlərinin aparılmasını sürətləndirdi. Bu gün Heydər Əliyevin adını daşıyan idman kompleksi, dünya standartlarına cavab verən möhtəşəm bina dünyanın bu qəbildən olan nadir abidələrindəndir. Heç zaman “kabinet adamı” olmayan, inşa olunan bütün binalara nəzarəti şəxsən həyata keçirən, sadə insanlarla, fəhlələr, inşaat mühəndisləri, binalarla daim ünsiyyətdə olan idarə rəhbəri böyük hörmət və nüfüz sahibi idi.

İstirahət bilməyən, səhər tezdən bəzən gecədən keçmişə qədər iş başında olan M.Əliyev eyni zamanda gözəl ailə başçısı, etibarlı dost, qayğıkeş qohum, diqqətli qonşu kimi də rəğbət qazanmışdı. Klassik poeziya və muğamlara bələd olması, gənc yaşlarından ədəbiyyat və incəsənət xadimləri ilə təmas qurması onun yaradıcı ruhunun əsas qidası idi. Ailə qurduqdan sonra da birgə yaşadığı böyük qardaşı Qulamın övladlarının tərbiyəsində və formalaşmasında əmi kimi böyük zəhmət çəkmişdir. Şəhərin mərkəzinə köçdükdən sonra da qohumlarına olan diqqəti davam etmiş, 28 May küçəsindəki mənzili hamının doğma evinə çevrilmişdi.

Qardaşım Tofiq Bayramın Cahangir Cahangirov, Şövkət Ələkbərova ilə birgə yaradıcılıq əlaqələrində əmimin qonşusu olmaları öz bəhrəsini verib. Cahangir Cahangirov, Şövkət Ələkbərova, Azad Mirzəcanzadə ilə bir blokda yaşaması və aralarındakı səmimi münasibətlər həmin şəxsləri doğmalaşdırmişdı. Xoşbəxtlikdən biz uşaqlıq və gənclik illərində bu insanların əhatəsində olmuşduq.

Əliyev Mirzə Əli Azərbaycanın ən görkəmli inşaatçılarından biri kimi bu gün də hörmətlə xatırlanır. Onun xatirəsini əbədiləşdirən Bakıda 50-ci illərin sonundan 90-cı illərə qədər tikilən binalar, onların mühəndis-texniki göstəriciləri və davamlılığıdır. Bir də böyüdüb tərbiyə etdiyi namuslu övladları nəslimizin bu günki davamçılarıdır.

Svetlana Bayramova
Oxşar xəbərlər
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:50
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”