Multikultural proseslərdən imtina: total fəlakətlər təhlükəsi...
Oxunub: 2600
17 Jun 2016 | 16:07
Multikultural proseslərdən imtina:  total fəlakətlər təhlükəsi...

Ötən əsrin 90-cı illərindən etibarən dünyada yeni tendensiyaların baş verməsi qlobal mənada yeni anlayış və terminləri ictimai, fəlsəfi, siyasi, iqtisadi, elmi və dinifəlsəfi kontekstdə qabardaraq aktuallaşdırmışdır. Bu anlayışlar içərisində özünün əhatəliliyi və çoxaspektliliyilə seçilən qloballaşma anlayışı cəmiyyətin bütün sferalarında: sivilizasiyalararası münasibətlərdə, mədəniyyətdə, müxtəlif dini dünyagörüşlərində, siyasətdə, iqtisadiyyatda, milli-etnik münasibətlərdə və s. canlanmalar yaratmış və özünü daha qabarıq şəkildə göstərməyə başlamışdır. Başqa sözlə, qloballaşma anlayışı həm pozitiv, həm də neqativ anlamda “özündə dünya tarixinin və mədəniyyətinin inkişaf tendensiyasını əks etdirən mədəni-fəlsəfi inteqrativ konsepsiya...” olaraq müasir sivilizasiya tarixinin daha aktiv fazası kimi aktuallaşmışdır.

Dünya tarixinin inkişaf dinamikasına nəzər salsaq, tarixin danılmaz faktoruna çevrilmiş ictimai-iqtisadi, inqilabi-mədəni dəyişikliklər fonunda sivilizasiyaların, dinlərin və mədəniyyətlərin həyatına təsir göstərən və qlobal mahiyyət daşıyan hadisələrin sürəkli baş vermədiyini görürük. XXI əsrin başlanğıcı bütünlüklə bəşər və sivilizasiya tarixinin elə bir dövrüdür ki, burada müxtəlif cəmiyyətlərin həyatında baş vermiş hadisələri nəzərdən keçirərkən epoxanın fundamental və qlobal dəyişikliklər ərəfəsində olduğunu aydın müşahidə edə bilərik. Bu dəyişikliklər tarixən keçid mərhələlərinə müvafiq olaraq müsbət tendensiyalara şərait yaratmaqla yanaşı, neqativ ziddiyyətlərə də açıqdır, odur ki, dünya sanki idarəolunmaz bir xaosa doğru yuvarlanmaqdadır. Proseslərin dinamikası bir çox aspektlərdən tədqiq edilərkən aydın olur ki, qloballaşmanın bütövlükdə “müxtəlif maraqların riskli və münaqişəli oyunu” olduğu heç də mübahisə doğurmur.

Çünki soyuq müharibə başa çatdıqdan sonra qlobal dəyişikliklər dövrünün xarakteristikasına uyğun olaraq, uzun illər təzyiqlərə məruz qalan xalqlar, millətlər, insanlar öz dini və milli kimlikləri, identiklikləri uğrunda daha aktiv mübarizəyə başlamışlar. Amerikalı sosioloq S.Hantinqtonun təbirincə desək, “Öz köklərini axtaran insanlar üçün düşmənlər həmişə vacibdir, buna görə də dünyanın əsas sivilizasiyaları arasında “qırılma xətti” boyunca həmişə ən potensial təhlükəli düşmənçilik yaranır”.

Yaxud professor Fərman İsmayılovun da haqlı olaraq qeyd etdiyi kimi, “epoxa sarsıdıcı inqilablar, dağıdıcı müharibələr, kəskin təzadları ilə tarixə qədəm qoymuşdur; onu paradokslar və ya əksliklərin qardaşlaşması dövrü kimi də xarakterizə etmək olar. Halbuki baş verən proseslərin dinamikasının analizi bir daha sübut edir ki, atom əsri və daha qorxulu dağıdıcı silahların aktuallığı dövründə, milli, etnik, dini münaqişələrin baş verdiyi müasir zamanda dünyanın salamat qalmaq, insanların normal qarşılıqlı münasibətlərini təmin etmək məqsədilə sivilizasiyaların, dinlərin, mədəniyyətlərin, siyasi sistemlərin tolerant, multikultural şəraitdə yanaşı yaşamasından, onlar arasında dialoq və əməkdaşlığa keçiddən başqa yolu yoxdur. Başqa sözlə, müasir dünyada stabilliyi bərpa etmək, xalqlar, cəmiyyətlər və insanlar arasında tarixi müsbət ənənələri qorumaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dəfələrlə yüksək tribunalardan qeyd etdiyi kimi, “dünyada multikulturalizmin alternativi yoxdur”.

Etiraf etmək lazımdır ki, qloballaşma dövründə dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu bütün neqativ proseslərə qarşı ümidverici ortaq model kimi pozitiv mexanizm statusunda çıxış etdiyindən, dialoqdan və multikultural proseslərdən

imtina dünyada total fəlakətlərə gətirib çıxara bilər. Çünki hadisələrin inkişaf kursu göstərir ki, “epoxa insanı və cəmiyyəti xoşbəxtliyə aparan qüvvələrlə bərabər, bir an ərzində yer üzərində bütün canlıları məhv edə biləcək qüvvələr də yetişdirməklə bəşəriyyəti labirintə sürükləyir”.

Artıq qlobal anlamda həyəcan o qədər artmışdır ki, xalqların, millətlərin bir-birini başa düşməsindəki çətinliklər pik həddə çatmış, insanlararası münasibətlərdə ünsiyyətin, humanizmin və sevginin yerinə, insanın özü, eqosu, şəxsi maraqları və ambisiyaları ön plana keçmiş, bu səbəbdən də başqalarının mədəniyyətlərinə, dinlərinə, adət-ənənələrinə “məndən olmadığı üçün mənimlə deyil” münasibəti yaranmışdır. Həmçinin, “müqəddəs” və üstün Qərb ideyaları, xristian-müsəlman, Şərq-Qərb kimi qərəzli bölgülər tarixən olduğu kimi, maraqlı dairələr tərəfindən dövriyyəyə elə incə siyasətlə buraxılmışdır ki, ondan çıxış və ya imtina istənilən cəmiyyət üçün labirintə çevrilmişdir. “Bütün bu problemlər kompleksinin təhlili kontekstində çox hörmətli akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı məqaləsi böyük əhəmiyyət kəsb edir”. Bu anlamda Qərbin, o cümlədən Şərqin bir sıra qərəzli ideoloji kurslarının fəsadları kimi artıq dünyada nihilizmə, absurdizmə kor-koranə inamlar, dialoq fəlsəfəsindən total imtinalar, “total özgələşmələr”, multikulturalizm və tolerantlığa biganəliklər tüğyan etməkdədir. “Belə olan təqdirdə zamana bəzək-düzək vurmaq, onun ancaq müsbət tendensiyası haqda danışaraq mənfi tendensiyası haqda susmaq, hətta onu ört-basır etmək heç kimə heç bir xeyir gətirməz”, yaxud hətta super güc hesab edilən istənilən dövlət özünü və cəmiyyətini bu proseslərdən kənarda saxlamaqla, qorumaqla “xoşbəxt” edə bilməz. Çünki etiraf olunmalıdır ki, hazırkı ümumi qlobal proseslərə qiymət verərkən, “tarixin mənası, dünya düzəni və ikiqütblü dünyanı əvəz edən nizamın mahiyyəti mövzusunda fikir yürütməyə çalışan bir çox tədqiqatçılar dünyada nə baş verdiyini anlaya, buna görə də onunla bağlı suallara cavab verə bilmirlər”.

Bu problemlər kontekstində, obyektivlik naminə qeyd etməliyik ki, ziddiyyətli meyllər bütövlükdə müasir insanın ümumi inkişaf səviyyəsi və təfəkküründən, iqtisadisiyasi maraqlarından, bəzən dini-coğrafi bölgülərə məruz qalmasından asılı olduğundan, baş verən proseslərin fərqli cəmiyyətlərdə birmənalı qarşılanmaması və ya neqativ dərk edilməsi başa düşüləndir. Çünki mədəni, milli, dini identikliyə təhlükələr yaradan bu proseslər heç də bütün cəmiyyətlər üçün ümumi bir xoş mənzərə yaratmamışdır. Belə ki, “kimsə müasirliyi qloballaşma və dünya təsərrüfatına inteqrasiya kimi, kimsə bazar iqtisadiyyatının qurulması və amiranə iqtisadiyyatdan imtina kimi, kimsə internet və informasiya texnologiyaları əsri kimi təsvir edir”. Lakin dünyada baş verən müasir qarşıdurmalar kontekstində qloballaşma prosesinin necə anlaşılmasından və ya mənalandırılmasından asılı olmayaraq, əsas odur ki, “ümumdünya sivilizasiyasının vəhdəti tezisinin yanlış olmadığı getdikcə dərk edilməkdədir”. Ümidverici başlıca istiqamətlərdən biri də budur ki, müxtəlif ziddiyyətlərə baxmayaraq, qərəzli ideoloqlardan fərqli olaraq, bir çox hallarda həm Şərqin, həm də “Qərbin intellektualları epoxanı məhz bu baxımdan tənqid edir, onun mənfi aspektlərinin hərəkətverici qüvvələrini aşkara çıxarıb, dəf edilməsi üçün cəhd göstərirlər”. Başqa sözlə, dünyada baş verən silsilə böhranların, bütün neqativ situasiyaların və qarşıdurmaların forma və məzmunundan asılı olmayaraq, ümumi dinamika dialoq və əməkdaşlıq, multikulturalizm, o cümlədən vəhdət anlayışını tarixin arxivinə atmaq iqtidarında deyildir. Tarix müəyyən böyük keçid mərhələlərindən ibarət olduğundan, deyə bilərik ki, elmi və mənəvi nailiyyətlərə, siyasi və mədəni münasibətlərə, bir sözlə, tarixin bütövlükdə bizə qədər yaratdıqlarına - dəyərlər sisteminin cəminə ümumilikdə təsir etmək iqtidarında olan

hazırkı mərhələsi qloballaşma adı altında bir sıra neqativ tendensiyalara rəvac vermişdir. Buna baxmayaraq, o, özündə obyektiv olaraq “dünya ruhu”nun tarixən paralel aktoru olmuş humanizm, tarixi multikulturalizm və vəhdət anlayışlarının, o cümlədən dinlərarası dialoqların, açıq cəmiyyətlərdə (Azərbaycan nümunəsi) dini və siyasi multikulturalizmin də canlanması üçün daha münbit şərait yarada bilmişdir.

Başqa sözlə, tarixən insan zəkasının ən ümdə və ali istəyi olan qloballaşma (fikrimizcə, vəhdət) biz istəsək də, istəməsək də, “dünya ruhu”nun inkişaf dinamikasını özündə ziddiyyətli məqamlarla paralel olaraq ifadə etməkdədir. Biz bu prosesi əbədi-fəlsəfi bir problematika olan xeyir və şər dualizminin daha böyük və geniş qlobal ictimai-tarixi mübarizəsinin davamı kimi də xarakterizə edə bilərik. Hələ ötən əsrdə yaşamış böyük filosof Bohenski (1902-1995) yazırdı: “...indi dünyada mövcud olan dünyagörüşləri sarsılmışdır; hər tərəfdə sosial “dağılmanın əlamətləri hiss edilir”, elmin əsaslandığı müasir dünyagörüşləri “kosmik tərəqqi üçün ümid vermir”. Həmçinin, qeyd etməliyik ki, həqiqətən də, belə paradoksal hadisə və əksliklərin dualizmi tarixən ictimai-sosial həyata paralel olmuş və o, özündə tanrı-təbiət-insan, sosial insan, ictimai insan, dini-ekzistensional insan dualizmini dağıdan insan, öldürən insan əksliyini ortaya ataraq onu sınağa çəkmişdir. Belə ki, əgər Qədim Yunan mədəniyyətinin əsasını estetika və ondan doğan monologizm, yaxud tanrı və yunan mifoloji çarpışmaları, Roma mədəniyyətinin ruhunu demokratiya və ondan doğan güc faktoru təşkil edirdisə, orta əsrlər mədəniyyətinin əsasında İslam intibahı, nə qədər paradoksal olsa da, İslam ekspansionizmi, Yeni Dövrdə “dünya ruhu”nun təməlində Qərb renessansının yaradıcı əsasları və dünyanın fiziki olaraq yenidən fəthi, yaxud Qərb ekspansionizmi dayanırdı.

Müasir dünya üçünsə, bu tarixi tendensiyalara ekvivalent olaraq bütün dünya mədəniyyətlərini, iqtisadi sistemlərini, mürəkkəb elmi potensialını, hətta insanların, bütövlükdə millətlərin, xalqların mənəvi-milli, etnik-mədəni, diniekzistensional varlığını kökündən silkələyən, ona bəzi aspektlərdə “qlobal zəka” obrazını vermək iqtidarında olan qloballaşma prosesləri dayanır. Başqa formada desək, təəssüf ki, bəzi Qərb mütəxəssislərinə görə, “öz köklərini axtaran insanlar üçün düşmənlər həmişə vacib...” obraz hesab edilsə də, bütün dualist təzahürlərə adekvat olaraq, artıq epoxanın məntiqi onu diktə edir ki, istənilən super güc, istənilən dövlət, sosial institutlar, hətta dinlər və mədəniyyətlər nə qlobal proseslərdən, nə də ki, başqaları ilə qarşılıqlı münasibətlərdən tam təcrid olunaraq “özündə özü üçün” mövcud ola bilməzlər.

Məsələyə fəlsəfi kontekstdən yanaşsaq, Şərq Qərbin, Cənub Şimalın alternativi və ya müxtəlif aspektdə inkişaf etmiş, yaxud geridə qalmış variantı kimi çıxış etdiyindən, müxtəlif qütblərdə hadisələr bir-birinin məntiqi davamı kimi baş verir. Belə ki, bir çox qərəzli ideoloqlardan fərqli olaraq, “Şərqin və Qərbin müdrikliyində biz artıq düşmən, birbiri ilə mübarizə aparan qüvvələri deyil, ümumi həyatın gah o tərəfə, gah da bu tərəfə yönəlmiş olduğu qütblərini görürük” və yaxud onları tərəfsiz, vahid bir tam halında qəbul edirik. Yəni müasir “dünya ruhu”nun bütövlüyü səbəbindən, həmçinin istər neqativ, istər pozitiv aspektdə istənilən regionda baş verən hadisələrin digər qütbdə də mütləq qarşılıqlı refleksiyalara “açıqlığından”, artıq hər hansı müstəvidə baş verənləri dar çərçivədə qəbul etmək, yaxud onu bir qütbün qərəzli mövqeyi kimi təqdim etmək yanlış sayılmalıdır. Hər hansı xalqın və ya ölkənin həyatında baş verən pozitiv hadisələrə paralel olaraq, neqativ tendensiyaların da ortaya çıxması ilə müşayiət olunan proseslər bu və ya digər şəkildə başqa xalqların və ölkələrin həyatına bilavasitə təsir etdiyindən, terrorizm, irqçilik, ksenofobiya, istənilən dinlərə və mədəniyyətlərə qarşı düşmənçilik mövqeyi artıq bütün dünya üçün bir geriyədönməzlik statusu

qazandırmaqdadır. Başqa sözlə, Qərbin Şərqdə tarixən yandırdığı tonqalların qığılcımları artıq Qərbin özünü də yandırmaqdadır.

“Psixoloq Leynig yazırdı ki, bizim əsrdə xəstə daha çox sağlamdır, nəinki bu dünyanın normal sakinləri”. Müasir Qərb siyasi-ideoloji kursuna nəzər saldıqda təəssüf ki, bu paradoksun həqiqiliyi qətiyyən şübhə doğurmur. Çünki həm mənəvi, həm siyasi, həm iqtisadi, həm də dini anlamda “dünyada baş verənlər getdikcə daha çox onu göstərir ki, ziddiyyət, qarşıdurma və münaqişələr güclənməkdədir və açıq-aşkar görünür ki, beynəlxalq hüquq və əxlaq dərin böhran içindədir”. Bu anlamda epoxanın dialektikası və məntiqi inkişafı bütün bəşəri pozitiv aktorlardan ortaq mövcudluq naminə qara qüvvələrə qarşı birgə mübarizəni tələb edir. Ancaq təzadlı olsa da, etiraf etməliyik ki, hətta bu “qara qüvvələr”ə qarşı mübarizə aparacaq “ümumilik” daxilən bəzi hallarda ayrı-ayrı elementlərdən, ziddiyyətli aktorlardan təşkil olunduğundan, bu mübarizədə öz maraqlarını həyata keçirmək istəyən hansısa gizlinlər də mövcuddur. Başqa sözlə, bu “gizlinlər” tarixən mövcud olmuş həm dini, həm mədəni, həm siyasi, həm də iqtisadi mənada müxtəlif qərəzli rasional istəkləri ifadə etməklə yanaşı, bəlkə də, fenomenoloji instinktlər formatında mövcud olan müəmmalı “tarixi sehrlər” kimi də baş verməkdədir. Onu da etiraf etmək məcburiyyətindəyik ki, “...bugünkü dünya müxtəlif dünyalardan təşkil olunmuşdur ki, bu dünyaların da hər biri müstəqil, bütöv dünyadır və bu səbəbdən də, üstünlük və ağalıq uğrunda zor tətbiqini ləğv etmədən, dialoq və kompromis axtarışlarında olmağa məhkumdur”lar. Göründüyü kimi, müasir dövrün başlıca paradiqması olan qloballaşma özünü müsbət sferalarda göstərməklə yanaşı, müxtəlif ziddiyyətli məqamlarla da ortaya çıxmaqdadır. Çünki bir çox hallarda “qara qüvvələri” dəf etmək adı altında “Qərb özü siyasətdə zor və yalandan istifadə edir, başqalarına isə bu hüquqdan istifadəni yasaqlayır”. Bu anlamda, professor İlham Məmmədzadənin haqlı olaraq qeyd etdiyi kimi, “dialoq zərurəti bərabərsizliyin, yaxud rəqabətin məkrini ləğv etmir”. Yaxud J.Deridanın təbirincə desək, indi artıq “yaxşı və pis” anlayışlarının aradan qalxdığı bir dövrdə hər kəsin, hər bir dövlətin, hər bir cəmiyyətin yalnız öz “yaxşısına” tarixi sədaqəti ağrılı olsa da, başa düşülən olmalı, yaxud o, instinktlərdən, ənənədən, tarixi və dini-mədəni varislikdən doğan ziddiyyətlər kimi qəbul edilməlidir.

Ardı var...

Şölət ZEYNALOV,

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsinin elmi işçisi
Oxşar xəbərlər
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
GÜNLÜK
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın