Özün öz yolunu arayıb da tap...
Oxunub: 2131
13 Feb 2016 | 12:23
Özün öz yolunu arayıb da tap...
(Qənirə Paşayeva ilə addım-addım Pakistan)

(5-ci yazı)
 
Bu əyalət Şalimar Bağları, Lahor Qəsri, Badşahi məscidi, Rohtas qəsri və qədim Harrapa şəhərinin xarabalıqları daxil olmaqla tanınmış tarixi yerlərin vətənidir. Anarkali Market və Cahangirin məzarı lahorun görməli yerləri olmaqla yanaşı, burda Lahor muzeyi də yerləşir. Qədim Taxila şəhərinin şimal-qərbində buddist və hindlilərin təsirinin güclü olduğu əsas mərkəz yerləşir. Bir çox ibadətgahlar Pəncabın Pakistan hissəsində yerləşir. Bura ilk Qurunun doğum yeri olduğu yer də daxildir: Quru Nanakda (Nankana Sahibdə) anadan olub.
Asiyanın ən böyük duz mədənləri Pakistanda Khevra duz mədənləridir. Khevra duz mədənləri ziyarətçilərin sıx-sıx gəldiyi yerlərdən biridir. Burda böyük duz mədənləri bir-birilə mürəkkəb yollarla əlaqəlidir. Mədənlərin içində duz daşından olan kiçik, lakin gözəl məscid yerləşir. Bu mədənlər asma xəstələrinin şəfa tapa biləcəyi yer olub, asmalı xəstələr burda nəfəs almaq və müalicə kursları keçməklə asma və nəfəs sistemi ilə bağlı bir çox xəstəliklərdən qurtula, şəfa tapa bilərlər. Burada bir neçə məşhur vadi stansiyaları vardır ”“ Murrce, Bhurban, Patriata və Munro qəsri.

Pəncab bir yazıya sığdırıla bilməyəcək qədər böyük bir tarixə, mədəniyyətə, zənginliyə sahib olmaqla bərabər, dünyada ən səmimi insanların yaşadığı yerlərdən biridir. Dədələrimizin ayaq izləri ilə gəzdim hər zaman Pəncabı və onların ruhu mənə bu yerlərin doğma olduğunu, onu daha yaxından tanımanın və Pakistanla qardaşlığın, dostluğun artmasının vacibliyini pıçıldadılar. Pəncabdan “təkrar görüşənədək” deyib ayrıldım: “Yaxın zamanlarda yenidən görüşənədək sirli, əsrarəngiz və gözəl Pəncab!”
 
Uğursuz eşqin aqibəti, tarixin daş yadigarı...

Lahoru seyr etmək və sonra da sakit bir guşəyə çəkilib təəssüratlarını kağıza köçürmək təkcə bir səfər boyunca görüb-anlaya bildiklərini bir araya gətirmək deyil ki! Gərəkdi 1588-ci ilin dekabrında bu şəhərdə müsəlman müqəddəsi Həzrət Mian Mir Ci tərəfindən əsası qoyulan harmandir Sahib daşını əldə etmiş Quru Arcan Devin 1606-cı ildə imperator Cahangirin əmrilə edam olunarkən duyduğu əzabları canında-qanında hiss edə biləsən... Elə ki imperator Cahangir adı qələmin ucuna gəldi, istər-istəməz bəxtsiz, uğursuz bir istəyin oduna yanmış, qul taleyini Lahorun ən önəmli bazarlarından birinin adıyla əbədiləşdirən dünyalarca sevdalı Anarkalinin taleyini yada salıb da yas tuta biləsən... Düşündükcə böyük Füzulinin qarasevdalı Leylinin dilindən Məcnununa yazdığı namədən misralar düşür yadıma: “Olsaydı əlimdə ixtiyarım, olmaz idi səndən özgə yarım...”

İxtiyarı yox idi Anarkalinin. Adi bir qul idi. Sonralar imperator Cahangir adı ilə tanınan şahzadə Səlimlə aralarında olan qeyri-qanuni əlaqələrinə görə şahzadənin atası imperator Əkbərin əmri ilə diri-diri torpağa basdırılmışdı bu zavallı qız. Uğursuz sevdası yolunda qeyb etmişdi həyatını. Ancaq bu əfsanəvi istək adını əbədiləşdirmiş, tarixdən-tarixə köçürə bilmişdi. İndi bəxtsiz qızın adıyla tanınır Lahorun ən qaynar ticarət mərkəzlərindən biri olan Anarkali bazarı... Bu, həmin bazardı ki, qədim bölümündə daha çox ənənəvi yeməklər diqqət çəkir, yeni bölümündə naxış-naxış əl işləri zövqlü müştərilərini gözləyib durur.
 
Özün öz yolunu arayıb da tap...
 
Ev sahibliyi edəcəm, yazıb da birər-birər tanıdacam bu gözəl şəhəri sizlərə, dəyərli oxucularım. Ancaq tanıdılası, tarixi gəlişmələrindən bəhs ediləcək o qədər zənginliklər var ki, hansından başlayıb, hansında bitirməyin fərqini tuta bilmirəm.

Əvvəlcədən də qeyd etdiyim kimi, Asiya Parlament Asaambleyasının gərgin müzakirə və toplantılarından sonra, xüsusilə axşamlar mütləq Lahorla baş-başa qalmaq imkanımız da olurdu və mən bu möhtəşəm yerləri təkrar görməyimin zövqünü yaşayırdım. Təbii ki, çox bənzərsiz, gözəl yerlərdi, hər kəsin nəsibi olmağını istərdim. Lahora səfər edəcək hər bir müsafirin öncə Lahor Qalası ilə tanış olması gərəkdi. Buradan başlamaq lazımdı ilk gəzintini. Çünki bu qala dədələrimizin mirası və tariximizin bir parçası olaraq durur göz önündə... Moğol imperatoru Əkbərin 1584-1598-ci illər arasında yapdırdığı Lahor Qalasından boylanıb baxmayınca tarixin o uzaq keçmişinə, olmuşlarına diqqət kəsilə bilməzsən ki...

Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında Pakistan Parlament  sədrinin qonaqların şərəfinə verdiyi axşam ziyafəti də məhz bu qalada düzənlənmişdi. Gecə keçdikcə ay işığı o qədim, tarixi keçmişin unudulmazlıq ziyası kimi Lahor qalasını əfsanəvi bir simsarlıqla nura boyayırdı və elə bil ki, o tarixi qalanın əzəmətini, qos-qoca durumunu bir boy da daha da ucaldırdı. Qonaqların şərəfinə verilən bu ziyafətdə nələri seyr etmədik?... Çeşidli folklor nümunələri könülləri yaxdı, yaxdı... Şərqilər, rəqslər... Hələ sahibinin sözünü tutub musiqi ritmiylə hərəkət edən ağca dəvələri görəydiniz kaş! Sirli bir aləmə düşmüş kimiydik. İmkan düşən kimi gəzməyə başladım qədim qalanı. Ürəyimdən qıpır-qıpır keçirdim ki, aç gizlinlərini, əlini, üzünü, gözünü, aç dünəninin olmuşlarını...

Lahor qalasından Almagiri qalasına qədər yürüyərək getdim. Qala qədim şəhərin sınırları içərisində qərar tutub. Uçurulub, yandırılıb və sonda bir də yenidən qurulan çağları olub. Daxilində Əkbər, Cahan şah, Cahangir kimi Moğol imperatorlarının sarayları, bağçaları, odaları indinin özündə durur inadla. İngilislərin zamanında müəyyən dəyişikliklərə uğradığı da göz önündədi; gah qala divarlarını təmir edərkən, gah da silah anbarına çevirərkən müəyyən dəyişikliklər, uyğunlaşdırmalar yapıblar. Mənə yardımçı olan pakistanlı rəfiqəm anını qaçırmadan diqqət yetirdiyim hər tarixi abidə barəsində həmən məlumat verir: “Bu hovuzu Cahangir ağa xatunu Nurcahan üçün yapdırıb. Nə yazıqlar ki, ömür vəfa etməyib. Hovuz hasilə gəlincə dünyasını dəyişib. Ancaq bu acı səbəbindən imperatorun üzüntülərinə şahidlik edən siyah mərmərlər durur hələ də”. Hər qədəmi qəlb, könül şəkillənməsi ilə iç-içədi!
On üç qapılı bu dördkünc qala hər əlçim daşıyla, abidəsiylə Moğol dönəminə şahidlik edir. Aynalarla bəzədilmiş şüşələri eynən bizim Şəki Xan sarayının mövcud şəbəkələrini xatırladır. Bu aynalı guşə Aynalı şah tərəfindən yapdırılıb. O ki qaldı divarlar boyu diqqət çəkən yazılara, bunlar ingilis işğalı zamanlarının yadigarlarıdı. Ani nəzər yetirmək bəs edər ki, hər addımbaşı qarşınıza çıxsın.
Yerli dildə qalanı Şahi qala deyə adlandırırlar. Lahorun Divarlı şəhərinin şimal-qərb səmtində, Pakistanın ən böyük şəhər parklarından olan İqbal Parkda trapesiya formasında yerləşib, 20 hektarlıq ərazini əhatə etməkdədi. 1556-1605-ci illər arası Moğol imperatoru Əkbərin təşəbbüsü ilə ucaldılan qalanın Moğol, Sikh və Britaniya idarəsində olduğu zaman müəyyən dəyişikliklərə də uğrayıb.
Məşhur Alamgiri darvazası imperator Aurangzeb tərəfindən inşa etdirilib və Padşah Məscidi səmtə açılır. Digər daha qədimi Masseti (Pəncab dilində məscid mənasındadı) və ya Məscidi Darvaza adlanır. Qalanın ən gözəl hissəsi aynalı işləmələrlə süslənmiş bölümdən baxıb görə biləcəyiniz əsrarəngiz mənzərədi. Əzəmətli minarə gözünüzə çarpan kimi Badişah Cami ilə üzbəüz qaldığınızın fərqində olacaqsınız. Yüz min kişini eyni anda içərisinə ala bilən bu məscid-abidə məşhur Moğol imperatoru Aurangzəb tərəfindən yapdırılıb və adı da burdan gəlməkdədi. Bu gözəl məkana ya mütləq sübh çağı, ya da axşam saatlarında güzar etmək gərəkdi. Vaxtı tutun, zamanı bilin... Heç unutduğum olmayıb ki... Günün atışı, Ayın doğuşu anında seyr etmişdim bu yerdən Badişah camisini...

Ziyafətin rəsmi hissəsi bitən kimi təxminən 40 addımlıqdakı camiyə gedirəm. Dualar oxuyub səssizliyi dinləyirik. Elə qəribə bir huzur var ki burada...

Lahorda Badşahi Məscidi 6-cı moğol imperatoru Aurangzeb dövründə 1671-ci ildə inşasına başlanılıb və 1673-cü ildə tamamlanıb, Pakistanda və Cənubi Asiyada ikinci, dünyada 5-ci ən böyük məsciddir. Moğol dövrünün gözəlliyini, əzəmətini və füsunkarlığını özündə ehtiva edən bu məscid turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Məscid Lahorda İqbal Parkda yerləşir.
1993-cü ildə Pakistan hökuməti Badşahi məscidini YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsini tövsiyə etmişdir və bu siyahıya daxil edilmişdir.

Məsciddən hərbi qarnizon kimi istifadə edilməsinə qarşı müsəlmanlar arasında artan narazılıq Sikhlərin hakimiyyəti illərindən başlayaraq Britaniya hakimiyyəti illərinə qədər davam etmiş və nəticədə Britaniya hökuməti 1852-ci ildə Badşahi Məscidinin bərpa edilməsi və məscidin müsəlmanlara dini ibadət yeri kimi qaytarılması barədə qərar qəbul etmişdir. 1852-ci ildən Badşahi məsciddə bəzi təmir işləri aparılmışdır. 1939-cu ildə Pəncab naziri ser Sekandar Hayat Khan bu məqsədlə vəsait toplanmasına başlaması ilə məsciddə böyük təmir işləri həyata keçirilməyə başlanmışdı.
1939-cu ildə memar Navab Zen Yar Canq Bahadurun rəhbərliyi altında məsciddə geniş təmir işləri başlamış, 1960-cı ilə qədər davam etmişdir. Təmir işlərinin ümumi dəyəri 4,8 milyon rupi təşkil etmişdi.
 
Tarixə adını yazan Minar-e-Pakistan
 
23 mart 1940-cı ildə Ümumhindistan Müsəlman Liqasının iki millət nəzəriyyəsinə uyğun olaraq Cənubi Asiyada müsəlmanlar üçün ayrıca dövlətin yaradılması haqqında Lahor qətnaməsinin qəbul edildiyi ərazidə daha bir abidə ucaldılıb; İqbal Park daxilində... Minar-e-Pakistan ismilə tanınmaqdadı... Özündə Moğol, İslam və müasir memarlıq üslublarını ehtiva edir. Əslən Dağıstandan olan memar və mühəndis Nəsrəddin Murad xan tərəfindən inşa edilib. Quran ayələri və Allahın 99 adı ilə süslənən divar yazıları göz oxşamaqdadı. Urdu və benqal dillərində Pakistanın dövlət himni, Məhəmməd Əli Jinnahın nitqindən parçalar, Allah kəlamları bənd-bənd yer tutubdu minarə boyu.

Böyük övladıyla tanınır xalqlar... Və ya
Pakistanın atası- Muhəmməd Əli Jinnah 

Pol da Qondi və Kardinal dö Retzdən oxuduqlarımdı: “Arzudan iradəyə, iradədən qətiyyətə, qətiyyətdən vasitəyə, vasitədən həyata keçirməyə çox uzun bir yol var”. Hər dəfə Pakistan xalqının atası və böyük lideri Məhəmməd Əli Jinnahın tarixi yeri və həyat yolu barədə düşünəndə bu müdrik kəlamı xatırlayıram: Tarixi dəyişdirə bilən, mənsub olduqları xalqların taleyində əfsanəvi rola malik, vətəndaşlıq missiyasını sonadək ləyaqətlə yürüdə bilmiş şəxsiyyətləri heyranlıqla yad edirəm. Bir daha böyük Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin o böyük kəlamını dönə-dönə xatırlayıram: “Bir xalqın böyüklüyü onun sayca çoxluğunda deyil, bəşəriyyət tarixinə bəxş etdiyi böyük dühaları, dəyərli övladları ilə ölçülür...”

Bu fikrin poeziya, şeir dili ilə ifadə olunan yozumu da var:

Cənablar!
Təzədən yazılsın istəklər, haqlar!
Sayca, hesabca yox,
Böyük oğullarla tanınsın xalqlar.

Say, kəmiyyət hesabıyla yox, öz xalqını böyük, fenomen şəxsiyyəti ilə tanıdan bir simadı. Pakistanın görkəmli dövlət xadimi, qurucusu və lideri Məhəmməd Əli Jinnah...
Pakistanın bir dövlət kimi var olması, imzasının imzalar içində nəqş edilməsi prosesində “hökm onun hökmü, fərman onun fərmanıdır”.

XI əsrin məşhur mütəfəkkir şairi, ortaq türk ədəbiyyatının ilk banilərindən olan Əhməd Yəsəvi türkçülük düşüncəsinin formalaşmasında hansı önəmli yerə sahibdirsə, Məhəmməd Əli Jinnah da Pakistan tarixi, yaşamı üçün həmin ucalıqda dayanmaqdadı. Əhməd Yəsəvi öz yetirmələrinin etibarlı dəstəyi ilə türk dili, türk varlığı düşüncələrini Türküstandan Anadolu sınırlarına hakim etdiyi kimi, Məhəmməd Əli Jinnah da Hindistan ”“ İngiltərə arası əxz etdiyi elm, azadlıq mücadiləsi yolçuluğunun dərsi sayəsində öz xalqının varlığını siyasi müstəvidə ortaya qoya bildi, müstəqil Pakistanı dünya tarixi səhifəsinə gətirdi. 

O, 1906-cı ildə Sir Seyid Əhməd Xanın öncüllüyü ilə qurulan “Bütün Hindistan Müsəlmanları Liqası” Partiyasının ideya, düşüncə şəklində irəli sürdüyü fikirləri 14 avqust 1947-ci ildə tam reallığa çevirə bilən dahi lider olaraq yaddaşlara həkk olunmuşdur. Böyük düşüncələri böyük reallığa çevirən dahilərin yeri isə mütərəqqi bəşəriyyətin hafizəsində əbədiyaşar məqamında yer tutur. Məhəmməd Əli Jinnahın öz xalqı və qurduğu dövlət uğrunda apardığı mücadilə yoluna nəzər saldıqca dahi filosof Paskalın “Düşüncələr”ində yer alan fikirlər yenidən oyanır yaddaşımda: “Bizim bütün ləyaqətimiz düşüncədən ibarətdir. Bizi doldura bilməyəcəyimiz boşluqdan və zamandan yox, məhz düşüncədən tərbiyə etmək lazımdır. Deməli, biz yaxşı düşünməyə çalışmalıyıq. Əxlaqın əsası elə budur”.
Məhəmməd Əli Jinnah bütün həyatı boyu azadlıq düşüncələrinin bərqərar edilməsi yönündə dönməz mübarizə aparmış, istək və arzularının gerçəkləşməsi uğrunda hər çətinliyə mətanətlə sinə gərmişdir. Öz sistemli, ardıcıl, dönməz mübarizəsi ilə o, tarixin siyasi gedişini dəyişə bilən dahi dövlət xadimi kimi önəmli bir liderliyə sahib olmuşdur.

Tale Məhəmməd Əli Jinnahın can evində, ruhunda sönməz bir mücadilə, azadlıq yanğısı, atəşi alovlandırmışdı və dahi Azərbaycan şairi Hüseyn Cavidin misraları ilə qiyaslandırmış olsaq, onun vücudunun hər zərrəsi milli mücadilə, azadlıq qığılcımları saçmaqdadı:

Atəşsiz, inan, nur olmaz sabitü qaim,
Atəş, günəş atəş, bəşəriyyət bütün atəş.
Hər bir hərəkət məbdən-xilqət bütün atəş...
...Yalnız o böyük baş bu böyük kəşflə məşhur.

Pakistanın azad, müstəqil bir müsəlman dövləti olaraq öz azadlığına, azad varlığına qovuşması ideyası Məhəmməd Əli Jinnahın böyük düşüncəsinin (əyilməz başının) kəşfi idi. Bu düşüncə, bu kəşf yolunda apardığı uğurlu və atəşin azadlıq mücadiləsi onun bir çox ilklərə imza atması ilə sonuclanmışdı; Məhəmməd Əli Jinnah Ümum-Hindistan Müsəlman Liqasının ilk lideri, Pakistanın ilk general-qubernatoru olmuşdur. Məhz o Hindistanda yaşayan müsəlmanları seçkin, vahid bir ulus və dövlət altında birləşdirməyi bacarmışdı.
Məhəmməd Əli Jinnah öz dərrakəsi, parlaq fəaliyyəti ilə mənsub olduğu xalqın taleyini, eləcə də tərəqqipərvər bəşəriyyəti işıqlandıra bilən tarixi şəxsiyyətlərdən olmuş, bu silsiləni davam etdirmişdir. 
O, dönməz bir xidmətkarlıqla həmişə öz xalqının arzu və istəklərinin gerçəkləşməsi yolunda ömrünü şam kimi əritmiş, ancaq sönməmiş, bitməmiş, daha çox şölələnmiş, məşələ çevrilmişdir.
Məhəmməd Əli Jinnah bütün parlaq düşüncələri, parlaq əməlləri ilə doğma Pakistanın, əfsanəvi paklıq, gözəllik dünyası olan ölkəsinin təmənnasız xidmətkarı olaraq şərəfli bir ömür yaşadı. O qədər şərəfli ki, onun doğum günü hər il Pakistanda ümumxalq bayramı kimi qeyd edilir. 
Bizlərdə, ağız ədəbiyyatımızda sıx-sıx dolanan bir bayatı var:

Mən aşiq vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.

Məhəmməd Əli Jinnah qürbət elləri, xüsusilə İngiltərəni sıradan biri olaraq gəzib-dolaşanlardan olmadı, hüquqi müstəvidə dünyəvi bilikləri əxz etmək və öyrəndiklərini, əxz etdiklərini öz millətinin, vətəninin azadlığı, müstəqilliyi yolunda səfərbər etmək yoluyla getdi.
Məhəmməd Əli Jinnah qürbət diyardan vətəninə ölmək üçün dönənlərdən olmadı. Gərgin zəhmət və mərhumiyyətlər bahasına siyasi-hüquqi müstəvidə əxz etdiklərini xalqının, müsəlman düşüncəsinin parlaq gələcıyi yolunda şam kimi şölələndirənlərdən oldu.
İki islam dahisinin, nur içində nur kimi tarixdə yaşayan iki müəqddəs şəxsiyyətin ”“ Həzrəti Məhəmməd və İmam Əlinin mübarək adlarını bir isimdə birləşdirərək yaşayan, ömr edən və mücadilə aparan böyük Pakistan öndəri bu gün öz soydaşları tərəfindən Millət atası olaraq əziz tutulmaqdadı və bu, onun haqqıdı...

(Ardı var)
Oxşar xəbərlər
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:01
İranda zəlzələ olub
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:01
İranda zəlzələ olub
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib