8-ci sinfin Azərbaycan dili dərsliyi və onun ideya tərsliyi....
Cəmiyyət
6898
11 Nov 2015 | 19:53

8-ci sinfin Azərbaycan dili dərsliyi və onun ideya tərsliyi....

Dərslik silahdır! Həm də gələcəyə tuşlanmış silahdır. Əgər bu silahlar ( dərsliklər) müasir tələblərə cavab verməsə, sabahımızın qranit bünövrəsinə çevrilməsə, gənc nəslin gələcəyinin sevindirici olmasından danışmaq qeyri - mümkündür. Orta məktəblər üçün son yüz ildə nəşr edilən Azərbaycan dili dərsliklərinin, demək olar ki, hamısı ilə tanışam. Onların müsbət və mənfi cəhətlərindən kifayət qədər xəbərdaram. Son 20 ”“ 30 ildə nəşr olunan Azərbaycan dili dərslikləri ilə bağlı kifayət qədər tənqidi yazılarım nəşr olunub. Ancaq kurikulumun tələbləri əsasında yazılan dərsliklərlə bağlı fikirlərimi paylaşmamışam. Cünki ciddi nöqsanlarla dolu olan bu dərsliklərlə bağlı fikir söyləsəm, bilirəm ki, o qədər də xoş qarşılanmayacaq. 

Elə bu yazını da mətbuat səhiflərinə çıxarmayacaqdım. Orta məktəbin 8 ”“ ci sinifləri üçün nəşr olunan Azərbaycan dili dərsliyində gedən elmi yanlışlıq haqqında sıravi bir gənc vətəndaşın dərsliklə bağlı tənqidi yazısını oxumasaydım. Düzdür, orta təhsilli vətəndaşın qeyd etdiyi səhvi mən də oxumuşdum. Ancaq fikirləşmişdim ki, əgər belə səhvləri nəzərə alsan, gərək bu dərsliyi ləğv edib yenisi haqqında fikirləşəsən. 
   
Maraqlı odur ki, dərslikdə qrammatik anlayışlarla bağlı verilən fikirlərin bəziləri tamamilə bir ”“ birinin əksini təşkil edir və yaxud dərsliklərə daxil edilən mətnlərdəki əsas qayə, fikir şagirdləri qələbəyə, döyüşə, mübariz olmağa səsləmək əvəzinə, onları məğlubiyyətlə barışmağa, müdafiəyə çəkilməyə səsləyir. Bu isə dərslik tərtib edənlərin hansı bilik və bacarığa sahib olmalarından xəbər verir. Bəzən hazırladığı dərsliyin aid olduğu elm sahəsi ilə bağlı bir neçə elmi məqaləsi belə nəşr olunmayan müəlliflərin adına dərsliklərin üzərində rast gəlirik. Bir sanballı bədii əsəri işıq üzü görməyən müəlliflərdən nümunə verilən mətnlərlə qarşılaşırıq. 
   
2015 ”“ ci ildə “Şərq- Qərb Nəşriyyat Evi”x9dtərəfindən nəşr olunan “Azərbaycan dili”x9d(Ümumtəhsil məktəblərinin 8 ”“ ci sinfi üçün) dərsliyində bu cür faktlar isə istənilən qədərdir. Həmin faktlar haqqında ətraflı fikir söyləmək lazım gəlsə, onda həmin materialın həcmi dərsliyin həcmindən daha geniş olar. Ona görə də mən dərslikdə özünü qabarıq şəkildə göstərən elmi yalnışlıqların bir neçəsi haqqında öz fikirlərimi qısa şəkildə söyləməklə yekunlaşdıracağam.
   
Məsələn, dərsliyin 43 ”“ cü səhifəsində “yanaşma əlaqəsi”x9d ilə bağlı yazılır: “Asılı tərəfin qrammatik şəkilçi qəbul etmədən əsas sözə bağlanmasına yanaşma əlaqəsi deyilir”x9d. Birinci növbədə yanaşma əlaqəsinə verilən bu tərifin ifadə formasında yanlışlıq var. Verilən tərifdə “asılı tərəfin qrammatik şəkilçi qəbul etmədən”x9d ifadəsinin işlədilməsinə ehtiyac varmı?!
   
Xeyr! Həmin tərifi “Tabe sözün tabeedici sözə yanaşıb mənaca ona bağlanmasına yanaşma əlaqəsi  deyilir”x9d formasında vermək daha məntiqli olmazmı?!
   
Elə həmin mətnin daxilində qeyd olunur ki, yanaşma əlaqəsi, adətən I növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. Məsələn, ali hislər.
   
Dərsliyin 20 ”“ ci səhifəsində yazılır: “Birinci tərəfi qeyri ”“ müəyyənlik bildirən yiyəlik halda olan, ikinci tərəfi mənsubiyyət şəkilçili ismi birləşmələrə ikinci növ təyini söz birləşmələri deyilir. Məsələn, Xəzər dənizi”x9d.
   
Orta məktəb şagirdi də bilir ki, ismin yiyəlik halının iki forması var və həmin halda olan sözləri həm müəyyənlik, həm də qeyri ”“ müəyyənlik bildirən formada işlətmək mümkündür. Məsələn, məktəb direktoru, məktəbin direktoru, kolxoz sədri, kolxozun sədri və s.
   
Həmin qaydanı Xəzər dənizi birləşmələrinə tətbiq etmək olarmı?! Xeyr!! Dərslik tərtib etmək üçün əvvəl həmin elm sahəsi ilə bağlı söylənilən yeni fikirlərlə tanış olmalı və həmin fikirlərdən yerli yerində faydalanmağı bacarmaq lazəmdər.  İkinci növ təyini söz birləşmələrinin tərəfləri arasında olan qrammatik əlaqə növləri ilə bağlı 1999- cu ildə “Çaşıoğlu”x9d nəşriyyatında nəşr olunmuş “Orta məktəbin “Azərbaycan dili”x9d dərsliklərində dilçilik məsələləri”x9d (Elmi redaktoru filologiya elmləri doktoru ( S.Z ”“ bu gün akademik)Tofiq Hacıyev, rəyçilər f.e. doktoru Elbrus Əzizov, filologiya elmləri namizədi ( bu gün elmlər doktoru) Məhəmmədəli Novruzov, pedoqoji elmlər namizədi Ənvər Abbasov) monoqrafiyasında yazılır: “İkinci növ təyini söz birləşmələrinin birinci tərifində işlənən sözün qeyri ”“ müəyyənlik bildirən yiyəlik halda olduğunu iddia etmək əsassızdır”x9d (səh. 47). Müəllif orada oxumaq həvəsi, süd anası, görmək istəyi kimi nümunələr gətirərək, həmin birləşmələrin birinci tərəfini müəyyənlik bildirən yiyəlik halda işlətməyin qeyri ”“ mümkün olduğunu vurğulayır və ikinci növ təyini söz birləşmələrinin birinci tərəfini təşkil edən sözlərin ismin yalnız adlıq halında işləndiyini nümunələrlə əsaslandırır. 
   
20 ”“ ci səhifədə müəlliflər ata öyüdü, məktəb həyatı, Azərbaycan ordusu kimi nümunələri ikinci növ təyini söz birləşməsinə aid etdiyi halda, 24 ”“ cü səhifədə, gül ləçəkləri birləşməsini üçüncü növ təyini söz birləşməsinə nümunə göstərirlər.
   
Müəlliflər ikinci növ təyini söz birləşmələri deyəndə birinci tərəfi qeyri- müəyyənlik bildirən yiyəlik halda olan birləşmələri, III növ deyəndə birinci tərəfi müəyyənlik bildirən yiyəlik halda olan birləşmələri nəzərdə tutmuşlar. Görəsən, birinci tərəfi ismin adlıq halında olan  süd anası, yaşamaq həvəsi, oxumaq arzusu və s. kimi birləşmələri müəlliflər hansı növə daxil etmək fikrindədirlər. Əgər dilimizdə bu cür nümunələr kifayət qədər varsa, onda ikinci növ təyini söz birləşmələrinə tərif verərkən “Birinci tərəfi qeyri ”“ müəyyənlik bildirən yiyəlik halda”x9d ifadəsini tərifdə işlətmək elmin yanlışlıq deyil, bəs nədir?!  
   
27 ”“ ci səhifədə feili birləşmələrdən bəhs edən müəlliflər əvvəlcə feli birləşmələrə”x9dƏsas  tərəfi feilin təsriflənməyən formaları ilə ifadə olunan birləşmələrə feili birləşmələr deyilir”x9d şəklində tərif verir və ardınca qeyd edirlər: “Feili birləşmələrin üç növü var: Məsdər tərkibləri, feili sifət tərkibləri, feili bağlama tərkibləri. Kiçik bir mətnin daxilində eyni nümunələri iki müxtəlif terminlə ( birləşmə- tərkib) adlandıran müəlliflər bu müxtəlifliyə aydınlıq gətirməli və onun aydın izahını verməli deyillərmi?!
   
Dərslikdə fikirlərin ifadəsində, qrammatik anlayışlara verilən təriflərdə o qədər yanlışlıq və dolaşıqlığa yol verilir ki, şagird bu dolanbac yollarda çaşıb qalır, tələb olunanın nədən ibarət olduğunu qavraya bilmir. Məsələn, dərsliyin 74 ”“ cü səhifəsində verilmiş 8 nömrəli çalışmada yazılır: “Mətndən uzun cümlələri tapın, onları bir neçə cümlə şəklində sadələşdirin”x9d. Müəlliflərdən sual olunur: Azərbaycan dilində “uzun cümlə”x9d termini işlədilirmi?! Əgər müəlliflər “uzun cümlə”x9d deyəndə mürəkkəb cümləni nəzərdə tuturlarsa, elə sadə cümlələr vardır ki, mürəkkəb cümlələrdən qat ”“ qat uzundur, yəni cümləni təşkil edən sözlərin sayına görə.  Elə mürəkkəb cümlələr də vardır ki, onu təşkil edən sözlərin sayı,sadə cümlələri təşkil edən sözlərin sayından beş dəfə azdır. Ancaq dilimizdə müxtəsər və geniş cümlə terminlərindən istifadə edilir ki, bu da sadə cümlə ilə bağlı terminlərdir. 

(ardı var...)
   
Hörmətlə Sərdar Zeynal                                                                                          
Filologiya üzrə elmlər doktoru                                                                                           
Sabunçu rayonundakı 142 â„– li                                                                                           
orta məktəbin dil- ədəbiyyat müəllimi.
                                                                                                                                              
09. XI. 2015.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər