Bir dəfəyə 60 milyon dollar şabaş səpdi, indi işıq pulu verə bilmir...
Cəmiyyət
Oxunub: 4473
09 Nov 2015 | 14:14
Bir dəfəyə 60 milyon dollar şabaş səpdi, indi işıq pulu verə bilmir...

Xəbər verdiyimiz kimi, Azərbaycan əsilli oliqarx və keçmiş milyarder Telman İsmayılovun Antalyadakı yeddiulduzlu “Mardan Palace” oteli bu günlərdə borca görə dəyərindən düz 12 dəfə ucuz - cəmi 128 milyon dollara məcburən satılıb


1,5 milyard dollara başa gələn və Telman İsmayılovun atasının adını daşıyan, Yaxın Şərqin ən dəbdəbəli oteli sayılan “Mardan Palace”in yeni sahibi nəzarət səhm paketi Türkiyə dövlətinə məxsus olan “Halk bank”dır.

















Bank Telman İsmayılova verdiyi təxminən 60 milyon dollarlıq krediti geri ala bilmədiyi üçün otelə həbs qoydurub.

Daha sonra məhkəmə oteli hərracdan satışa çıxarıb və cəmi 128 milyon dollara banka satıb. Bu, bir vaxtlar milyonları sağa-sola səpələyən, Hollivud ulduzlarını ad günü qonaqlıqlarına və digər dəbdəbəli ziyafətlərə çağırıb qızıl-brilyant yağmuruna tutan, onlara milyonlarla dollar qonorar verən T.İsmayılovun biznesmen və oliqarx kimi acınacaqlı sonluğudur.




















Telman İsmayılov Şeron Stounla rəqs edir

T.İsmayılov cəmi 7-8 ay əvvəl haqqin.az saytına müsahibəsində deyirdi ki, “Mardan Palace” otelini heç vaxt satmayacaq. O, otelin əsl sahibinin Telman adlı nəvəsi olduğunu deyirdi.

Xatırladaq ki, T.İsmayılovun Rusiyada da yüz milyonlarla dollar borcu var. Bu borclara görə onun şəxsən müflis elan edilməsi üçün məhkəmə iddiası da qaldırılıb.



















Monika Belucci oliqarxın şəxsi qonağıdır

“Bu, “nuvoriş”lərin Qərbə getdiyinə və orada ancaq pul xərcləməyi bacardıqlarına, daha sona müflis olduqlarına dair daha bir nümunədir. Axı onlar orada pul qazana bilmirlər, onların həyat tərzi Qərbdə qəbuledilməzdir”- Rusiyanın “Vesti” telekanalının süjetində T.İsmayılovun müflisləşməsini belə şərh edirlər.

Virtualaz.org saytı xəbər verir ki, telekanal “Mardan Palace” otelinə çəkiliş qrupu göndərib. Otelin qarşısında Telmanın atası Mərdanın yaşının sayı qədər - 96 ədəd qızılgül kolu əkilib. Bir vaxtlar T.İsmayılovun az qala bütün sərvətini xərcləyib tikdirdiyi və atasının adını verdiyi otel indi dəbdəbə və zənginlik rəmzi deyil.





















Otelin maliyyə vəziyyəti ağırdır və indi hətta işıqlandırmada da qənaət etmək lazımdır. Mərkəzi holl istisna olmaqla otelin bütün dəhlizlərinə qaranlıq çöküb. Bu, heç də dizayner tapıntısı deyil. Tavanda hər bir neçə metrdən bir büllur çilçıraqlar asılıb, hərəsinin üstündə çoxlu sayda lampalar var. Lakin lampalardan heç biri yanmır. Çünki “Mardan Palace” otelinin 2 milyon dollar işıq pulu borcu var və borc üzündən otelin işıqları kəsilib.

2009-cu ildə otel açılanda isə orada heç bir problem yox idi. Hətta planeti bürümüş iqtisadi böhranın da “Mardan Palace” otelinə dəxli olmamışdı. Tonlarla qızıl, mərmər, xüsusi olaraq icarəyə götürülmüş təyyarədə gətirilən 242 funt qara kürü, çimərlik üçün 9 min ton qızılı qum, açılışda iştirak edən Moskva meri və hərəsinə azı 5 milyon dollar ödənilən Hollivud ulduzları....

İndi isə T.İsmayılovun daşıtdığı həmin qızılı qumun çoxunu dəniz yuyub aparıb. Şikayətlər və təkliflər kitabında son aylar otelin müştərilərinin T.İsmayılova ünvanlanmış çoxlu şikayətləri var. Onlar şikayətlənir ki, oteldə hər gün eyni yeməklər verilir, bəzi otaqlarda təmir lazımdır.

İndi bu şikayətlərlə “Halk bank” məşğul olacaq. Çünki İsmayılovun oteli borc üzündən 12 dəfə ucuz satılıb. “Mardan Palace”in tikintisinə görə o, Türkiyə banklarına və podratçı inşaat şirkətlərinə 200 milyon dollar borclu qalıb.

Əslində oteli tikəndə İsmayılovu xəbərdar etmişdilər ki, ora qoyulan pulu ancaq 200 ildən sonra geri qaytarmaq olar. Ancaq sağa-sola milyonlar səpələyən adamı bununla çəkindirmək olardımı?

Qərb mətbuatı yazırdı ki, ziyafətlərdən birində rəqs edən İsmayılov 60 milyon dollarlıq kupyuru şabaş kimi səpələmişdi. Onun qızıl suyu ilə örtülü “Falcon” təyyarəsi də məşhur idi. İsmayılov dünya estrada ulduzları ilə bir gecə keçirmək üçün milyonlarla dollar ödəyirdi.

2006-cı il. Telman İsmayılovun 50 illik yubileyidir. Həmin yubileydə İsmayılovun Azərbaycandan olan nazir və oliqarx dostları da iştirak edir. “Çerkizovsk” bazarından pullar sel kimi axır. Ora şəhər içində toxunulmaz şəhərdir. Milyardlarla dollarlıq qaçaqmalçılıq, qul vəziyyətinə salınmış minlərlə adam. Telmanın FTX-dəki və Kremldəki qüdrətli dostları, onu “əbədi dostum” adlandıran mer Yuri Lujkov...

“Onların öz bankları, öz ordusu var idi. Olduqca çox etnik qruplaşmalar fəaliyyət göstərirdi. Vaxtaşırı olaraq bizim əməkdaşlar bazarda əleyhqazlarla işləməli olurdu, çünki zirzəmilərdə zəhərli kimyəvi maddə hopdurulmuş nəhəng miqdarda mallar olurdu”- Federal Gömrük Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəisi, general-mayor Aleksandr Smelyakov deyir.

Bir vaxtlar əfsanəvi “Praqa” restoranı, Moskvanın digər bahalı və tarixi obyektləri də Telman İsmayılovun mülkiyyətinə keçmişdi. Ancaq Lujkovun istefasından və “Çerkizovsk” bazarının bağlanmasından sonra İsmayılovun imperiyası silkələndi, oliqarx borc bataqlığına düşdü.

“O, sivil biznes apara bilməz, bunu sadəcə olaraq bacarmır. Kölgə iqtisadiyyatının tüğyan etdiyi vaxtda isə o, suda balıq kimi üzürdü”- deyə İctimai Layihələndirmə İnstitutunun direktoru Valeri Fadeyev bildirir.

İndi borclular hər yerdə Telmanı axtarır. Axı o, götürdüyü yüz milyonlarla dollarlıq kreditlərə görə ödəmələri çoxdan dayandırıb. Məsələn, “Bank VTB”-dən 230 milyon dollar götürüb.

“Bizim onu məhkəməyə verməkdən başqa yolumuz qalmayıb”- deyə bankın rəsmisi Vadim Suxoverxov bildirir.

Məhkəmə icraçılarının əlində Telmanın həbs qoyulmuş əmlakının siyahısı var: 3 min kvadratmetrlik ev, obyektlər, torpaq sahələri, hətta yüksək və aşağı təzyiqli qaz kəmərləri...(virtual.org)
Oxşar xəbərlər
09:31, Bu gün
Çinarə türk futbolçu sevgilisindən AYRILDI - VİDEO 
09:22, Bu gün
Azərbaycanın bu rayonuna qar yağdı - FAKTİKİ HAVA AÇIQLANDI
09:21, Bu gün
Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı
09:17, Bu gün
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu
09:10, Bu gün
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO
08:59, Bu gün
Bu yol bizi Naxçıvana, daha sonra Türkiyəyə aparacaq - EKSKLÜZİV GÖRÜNTÜLƏR
08:44, Bu gün
Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT
08:30, Bu gün
Eldar Baxışın oğlu: Atamı zəhərləyib öldürdülər
08:12, Bu gün
"Mançeser Yunayted"dən antirekord
08:00, Bu gün
İlk baxanda nə gördünüz? - Şəxsiyyət testi
07:45, Bu gün
Satışda olan saxta məhsulları necə ayırd edək?  - VİDEO
07:30, Bu gün
Batumidə “Xarici agentlər haqqında” qanuna qarşı yürüşə aktyorlar da qoşuldu...-VİDEO
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
07:11, Bu gün
Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı  daha böyükdür
06:33, Bu gün
Yezidilər də keşiş Baqratın İrəvana revanşist yürüşünə qoşuldu...-VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
GÜNLÜK
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 09:36
Laos Prezidenti Rusiyaya səfər edəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 10:40
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
06 May 2024 | 10:55
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
06 May 2024 | 10:59
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
06 May 2024 | 09:45
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
06 May 2024 | 09:56
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
06 May 2024 | 10:30
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 10:50
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 | 11:28
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
06 May 2024 | 09:36
Laos Prezidenti Rusiyaya səfər edəcək