Media düşmən itkilərini gizlətməlidirmi?
Oxunub: 10192
05 Oct 2015 | 19:03
Media düşmən itkilərini gizlətməlidirmi?

Azərbaycan mediasında ermənlərin verdiyi itkilərlə bağlı yer alan informasiyalardan düşmənin beynəlxalq aləmdə öz xeyrinə təbliğat vasitəsi kimi isyifadə etdiyini iddia edən siyasilərin sayı artmaqdadır. Bu qəbildən olan siyasilərin fikrincə, ermənilər Azərbaycan mediasında yer alan bu kimi məlumatlara istinad edərək ölkəmizi aqressiv, zorakı dövlət kimi tanıtmağa, onun sülhə deyil, müharibəyə həvəs göstərdiyini isbatlamağa çalışır. Məhz bu baxımdan da onlar Azərbaycan mediasında ermənilərin verdiyi itkilərlə bağlı informasiyaların yayımının məhdudlaşdırılması, yaxud tamamilə dayandırlmasını zəruri hesab edir.

Maraqlıdır, media ermənilərin verdiyi itkilərlə bağlı xəbərlərdən imtina etməlidirmi? Düşmən itkiləri ilə bağlı yayılan xəbərlərə görə medianı ittiham etmək nə dərəcədə doğrudur?

Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu kimi məsələlərin ayrı-ayrılıqda deyil, kompleks şəkildə həll edilməsinin zəruri olduğunu vurğuladı:

“Bütün bunlar kompleks məsələdir. Əgər biz bunlara ayrı-ayrılıqda yanaşsaq, o zaman bundan baş çıxarda, faydalı, səmərəli nəticə hasil edə bilmərik. Düşmən itkilərinin, atəşkəsin pozulması hallarının necə, hansı şəkildə təqdim edilməsi və s. kimi məsələlərə bütövlükdə yanaşmaq gərəkir.  İkincisi, bu, daha çox dövlət orqanlarının öz informasiya siyasətinin qurulması mövzusu ilə əlaqədar bir məsələdir. Mən inanmıram ki, bu gün medianın kifayət qədər ciddi informasiya qıtlığı hiss elədiyi indiki şəraitdə hansısa KİV sərhəddə oturub ölənləri sayır və ya əlavə mənbələrdən istifadə edir.

Mən ötən gün avtomobildə gedərkən radioda eşitdim ki, Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən erməni hərbçiləri iki nəfər itki verib. Media düşmən itkisi ilə bağlı yaydığı məlumatların ən azı 90%-də rəsmi mənbələrə istinad edir. Rəsmi mənbəyə istinadən verdiyi məlumata görə medianı qınamaq, bir qədər gülünc görsənir. Odur ki, istənilən halda bu mövzuda ilk növbədə rəsmi mənbə rolunda çıxış edən dövlət orqanları düşünməli və informasiya siyasətini öz məqsədlərinə uyğunlaşdırmalıdır. Xxatırladım ki, Müdafiə Nazirliyi informasiya siyasətinin yenidən qurulması ilə bağlı tədbirlər keçirmiş, hətta müəyyən sənədlər də ortaya qoymuşdu. Lakin görünən odur ki, bu tədbirlər o qədər də effektli deyil”.

A.Əliyevin sözlərinə görə, hələ ki, ermənilərin Azərbaycan mediasına istinadən beynəlxalq aləmdə ciddi, tutarlı kampaniya aparması müşahidə edilməyib:

“Mən hələ ki, ermənilərin Azərbaycan mediasında dərc olunan bu cür informasiyalar əsasında ciddi kampaniya aparıb ciddi bir nəticə əldə etməsinə şahid olmamışam. Bu vaxta qədər buna yaxın mövzuda bir neçə dəfə bəlli proseslər olub. Təmas xəttindəki toqquşmaların hansı tərəfin təşəbbüsü ilə baş verdiyi ilə bağlı məsələlər qalxmışdı və tərəflər bir-birlərini ittiham etmişdi. Bu, parlamentdə də müzakirələrə səbəb olmuşdu”.

Ekspertin firkincə, düşmənin itkiləri ilə bağlı xəbərin dərci də, dərc edilməməsi də müəyyən şərtlərdən asılı olaraq bəlli bir zaman kəsimində müsbət və mənfi nəticələr doğrura bilər: “Informasiya qarşıdurması deyilən termin çox geniş bir sahəni əhatə edir. Burada hər bir detalın istifadə ehtimalı və təhlükəsi əlbəttə ki, var. Bunların hamısını tənzimləmək, şübhəsiz ki, çox çətin məsələdir. Bu gün düşmənin verdiyi itkilərlə bağıl yayılan informasiya əgər müsbət nəticəyə malikdirsə, sabah müəyyən şərtlər daxilində eyni informasiya mənfi nəticələrə səbəb ola bilər. Ona görə də, bu barədə qəti nə isə söyləmək çətindir. Əgər media birdən-birə bu cür informqasiyalar verməkdən imtina etsə, o zaman sizi inandırıram ki, bu gün həmin informasiyaların yayılmasını mənfi hal hsab edən siyasətçilərin özü sabah belə bir məsələ qaldıracaqlar ki, ordudakı döyüş ruhunun, cəmiyyətdəki vətənpərvərlik əhval-riuhiyyəsinin yüksəldilməsi üçün düşmən itkiləri ilə bağlı informasiyaların yayılması zəruridir”.

Ekspertin sözlərinə görə,  mediadan ideoloji maşın kimi istifadə etmək, onu sırf inzibati üsullarla idarə etmək də doğru deyil:

“Onu da unutmaq olmaz ki, media infoirmasiyanı əldə edib, hazırlayan və ötürən bir strukturdur. Media ideoloji maşın deyil ki, ona deyəsən ki, sən bu hadisəni mütləq verməlisən və ya verməməlisən. Əgər verilən informasiya yalandırsa, o zaman buna görə həmin medianı tənqid etmək, onu günahlandırmaq mümkündür. Lakin əgər informasiya həqiqətə uyğundursa və o, real mənbələrdən götürülərək yoxlanılıbsa, o zaman medianı günahkar qismində meydana çəkib ittiham etmək olmaz. Əslində diqqət medianın verdiyi informasiyanın əsasında real vəziyyətin dəyişilməsinə yönəldilməlidir. Yəni əgər bu, pis hadisədirsə, o zaman bu hadisələri aradan qaldırın. O zaman media yaxşı hadisə haqqında məlumat verəcək. Yox əgər bu, həqiqətə uyğun informasiyadırsa, o zaman bu informasiya hətta mənfi yük daşısa belə, medianı tənzimləməyə çalışmaq fayda verməyəcək”.

A.Əliyev Müdafiə Nazirliyinin ordu ilə bağlı dezinformasiya xarakterli xəbərlərə şərh verməyəcəyi ilə bağlı açıqlamasında da münasibət bildirdi. Ekspertin qənaətincə, Müdafiə Nazirliyinin dezinforasiyalarla bağlı  nümayiş etdirdiyi bu mövqe yanlışdır və əsla effektli mübarizə vasitəsi hesab edilə bilməz:

“Həqiqətən də, dezinformasiyaya qarşı sükutlə mübarizə aparmaq olmaz və bu, mümknü də deyil. Bu gün qəzetlər, saytlar yalnız ordu ilə bağlı deyil, bir çox ictimai əhəmiyyətli hadisələrlə bağlı yaydığı dezinformasiyalar kifayət qədərdir. Bəzi hallarda bunlar ictimai sağlamlıq, ictimai mühit üçün heç də az əhəmiyyət kəsb etmir. Sosial informasiya-tok şou sahəsində yaranan son qalmaqallar, bəzi verilişlərin bağlanması buna nümunədir. Bu, çox geniş məfhumdur. Bu, çağdaş medianın əsas problemlərindən biridir”.

A.Əliyevin düşüncəsinə görə, məlum problem iki səbəbdən qaynaqlanır: “Mən burada iki əsas səbəb görürəm. Birincisi, informasiya mənbələrinin geniş olmaması, bu sahədə qıtlığın müşahidə edilməsidir. Hansı ki, bu, şaiyə və cəfəngiyyatlara yol açır. İkincisi isə, professionallıqla bağlı olan məsələlərdir. Sosial medianın genişlənməsi də proffesionallıqla bağlı xeyli problemlərin meydana çıxmasına səbəb olub. Belə olan təqdirdə yorğanı başına çəkib demək ki, bundan sonra dezinformasiyalarla bağlı heç bir şərh verməyəcəm, zənnimcə bu, dezinformasiyaya qarşı münasibət və mübarizə baxımından düzgün mövqe deyil. Yazılan informasiya hətta cəfəng olsa belə, çox geniş dairədə həqiqətlə bərabərləşir”.

Ekspertin bildirdiyinə görə, dövlət orqanlarının əsas vəzifələrindən biri də dezinformasiya xarakterli informasiyalara qarşı mübariə aparmaq, ictimaiyyətin doğru şəkildə məlumatlandırılmasını təmin etməkdir:

 “Əslində dövlət qurumlarının, xüsusilə də həssas sahələrlə məşğul olan güc orqanlarının başlıca vəzifələrindən biri də istənilən dezinformasiyanın qarşısının almaq, onların həqiqət kimi qəbul edilməməsi üçün onlara şərh və izah vermək, dövlətin mövqeyini ifadə edən bu izahı cəmiyyətə çatdırmaqdır. Bu, əsasən iki istiqamətdə aparılmalıdır. Birincisi, jurnalistlərlə işləmək, oların inforasiya mənbələrini genişləndirmək lazımdır. Bu sahədə professionallığıl artırmaq lazımdır. İkincisi, ictimaiyyətlə birbaşa iş sahəsində ciddi addımlar atılmalıdır. Əgər bu addımlar atılarsa, o zaman yazılan dezinforamsiyaların təsir qüvvəsi azalacaq”.

 

Seymur Əliyev 

Oxşar xəbərlər
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT