Qız qalası əfsanələri...
Oxunub: 19517
26 Jul 2015 | 22:00
Qız qalası əfsanələri...
Azərbaycanın ayrı-ayrı bölgələrində yer-yurd adları ilə bağlı əfsanələr geniş yayılmışdır. Belə əfsanələrdən bir neçəsi Yardımlıdakı Qız qalası haqqındadır. Tarixçi-arxeoloq Mirnağı Nəzərli bu Qız qalasını orta yüzilliklərin əzəmətli abidəsi sayır: “Yardımlı rayonu ərazisində erkən orta əsrlərdə, mühüm müdafiə istehkam rolunu oynayan abidələrdən biri Qız qalasıdır. Viləşçayın hövzəsində ən çox maraq doğuran və möhtəşəmliyi ilə fərqlənən Qız qalası Alar kəndinin sərhəd ərazisində uca dağ silsilələrinin birində yerləşir” (2, 43). Qala hər tərəfdən sıldırım yoxuşlar və qayalıqlarla əhatələnib. Qayalıqlarda çoxlu mağaralar vardır. Qalada 10-15 gözətçi məntəqəsi mövcud olmuşdur. Burada həmçinin antik və ilk orta yüzilliklərə aid qəbiristanlıq yerləşir. Mirnağı Nəzərli aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələrinə əsaslanaraq, Yardımlıdakı Qız qalasının erkən orta yüzilliklərdə inşa olunduğunu bildirir (2, 46). Onun gəldiyi elmi qənaət belədi ki, III-V yüzilliklərdə yaxud V-X yüzilliklərdə Qız qalasında intensiv insan yaşayışı olmuşdur. Burada ictimai əmək bölgüsünə əsaslanan təsərrüfat sahələrinə malik insanlar həyat sürmüşlər (2, 49). Qalanı ziyarət etmiş Sabir Rüstəmxanlı yazır ki, burada qayanın ortada qazılmış bir çuxur var, içindən vən toğası qalxır. Deyilənə görə, bura təndirdir, içindəki şiş də göyərib ağac olub. Qocalar iddia edirlər ki, təndirdən qalanın içinə yol açılırmış. Qalanın yerləşdiyi meydançada hər tərəfə saxsı qırıntıları səpələnib. Alar çayından buraya ssaxsı borularla su çəkilibmiş. S. Rüstəmxanlı yazır: “Aşağı baxıram, gözüm qaralır. Alar çayı nazik bir sap kimi görünür. Lakin elmi işçilər xalq arasındakı söhbəti təsdiqləyiblər: Su doğrudan da yoxuşa qaldırılıb, çaydan qalaya, doğrudan da su kəməri gəlib. Bu kəmərin yeri qalanın sinəsində də qalır, belinə qurşanıb qapıdan içəri girir” (3, 326).  Qala haqqında yerli əhalinin şifahi məlumatı, həmçinin bu ərazidən tapılmış döyüş və məişət alətləri buradakı yaşayışın islamaqədərki dövrlərlə bağlı olduğunu deməyə əsas verir. Müxtəlif variantları əldə olunmuş əfsanələrin əsas məzmunu ondan ibarətdir ki, Oğlan qalasının sahibi zorla Qız qalasında yaşayan Qızı almaq istəyir. Lakin Qız ona ərə getmək istəmir və gecəykən atını tərsə nallatdırıb Ərdəbilə yola düşür. İz Oğlanı azdırır. Bir müddət sonra Qız, Oğlana sifariş göndərir ki, məni axtarma, məni ərdə bil. Guya buradan da Ərdəbil adı yaranır. Qız qalasında baş verənlərin Ərdəbillə bağlanması bu bölgələrin bir-biri ilə mədəni, iqtisadi və ticarət əlaqələrinin qədim tarixə malik olmasından irəli gəlir. 
Birinci əfsanə: Sabir Rüstəmxanlı variantı. Qız qalalarının hərəsinin öz əfsanəsi var. Ümumi olan cəhət nədir? Yadelli düşmənə və ya sevmədiyin adama əyilməmək, öz sevgisini, toxunulmazzlığını, müqəddəsliyini və ismətini qorumaq; ələ düşməmək üçün ölmək, əlac hər yerdən üzüləndə qurban getmək! Yardımlı Qız qalasında əfsanə həm də Ərdəbillə bağlıdır. 
Yadelli hökmdarın bütün təkliflərini, arzularını cavabsız qoyan, öz sevgisinə sadiq qalan qız müdafiənin uzun çəkəcəyini bilir. Qabaqcadan öz sevgilisinə, öz “Fərhadına” qalaya gizli su çəkdirir. Sonra düşmən bunu duyub suyu kəsəndə əlacı qalmır. Atları tərsə nallatdırıb gecəylə qaladan qaçır. İz düşməni çaşdırır. Qızı itirirlər. bir müddət sonra düşməni ondan məktub alır: “Sənin istəyin baş tutan deyil! Məni axtarma! Məni ərdə bil!”
Guya qaladan qaçan qız bir mənzil yol gedib Savalanın ətəyində dayanmış, məktubu da ordan göndəribmiş. Onun köç saldığı yer də o gündən Ərdəbil adlanıb. 
Hansı tarixi həqiqətin sorağıdır bu əfsanə, kim bilir?
Qız qalası ilə üzbəüzdə - ayrı bir zirvədə, ayrı bir əfsanə dumanına bürünmüş Oğlan qalası ucalır (3, 326-327).
 İkinci əfsanə: Mirnağı Nəzərli variantı. Bu ellərin başçısının gözəl qızı Qız qalasında yaşayırmış, həmin qız hədsiz məhəbbətlə Oğlan qalada yaşayan bir oğlanla sevirşirmiş. İki gənc öz sevgilərinə ömürlərinin sonunadək sadiq qalacaqlarına and içmişdilər. Hətta sevgilisi gizli yolla Qız qalasına su kəməri də çəkdirmişdi. Lakin düşmən eldən bu qıza vurulan var imiş. Həmin düşmən qlqyq çəkilən suyu da kəsir. Qızın ümidi kəsiləndə öz sevgilisinə qovuşmaq üçün birlikdə gecəykən atları tərsə nallatdırıb qaladan qaçaraq Savalan ətəklərinə qədər gedirlər. düşmən tayfa qızı axtarır, lakin tapa bilmir. Bir ay yetişməmiş qızdan həmin düşmənlərə namə gəlir və orada qız oğlana yazır: “Məni bundan sonra axtarma. Məni ərdə bil”. Dyilənə görə, Ərdəbil şəhərinin adı belə yaranıb və qızın gəlib köç saldığı yer də Ərdəbil kimi tanınmağa başlayıb” (2, 112). 
Üçüncü əfsanə: Şamil Əsgər variantı. Alar kəndinin əsasını bu kənddə yaşayan əhalinin onuncu babası Alıxan adlı cəsur bir kəndli qoymuşdur. İran şahı ilə üz-üzə gələn Alıxan ailəsi ilə birlikdə qaçıb bu dağlara sığınmış, zülmün qarşısında baş əyməmişdi. Onun Nigar adlı bir qızı dünyaya gəlmiş, gözəlliyində, qoçaqlığında qqüsur olmamış, qeyrətinə görə eldə, obada ad qazanmışdı. Şahın qoşun başçısına ərə getməyi rədd edən bu qız sıldırım qayanın başında qala tikdirib Şah qoşununa qarşı meydan oxumuşdu. Buna görə də lar kəndindəki Qız qalasına “Nigar qalası” da deyirlər. qız istəyən qoşun başçısını və ona havadarlıq edən öz əmisi uşaqlarını öldürdükdən sonra Zəngələ kəndində ərə gedir. Hazırda Zəngələ camaatı Nigarlı adlanır. Ş. Əsgər qalanın adını “Qız qalası ”“ Nigar qalası” kimi yazmışdır. Bunun səbəbi əfsanənin mətnində aydın şəkildə izah olunmuşdur. Ş.Əsgər Alar kəndindəki abidələr haqqında ətraflı məlumat verir: “Yardımlı abidələrinin ən çoxu Alar kəndi ərazisində və və onun səmtlərindədir. Bu ərazidə dəvə karvanını, qəbiristanlığı, qadın fiqurunu və s. xatırladan təbii daşlar toplusu vardır. ətəyində Alar kəndi yerləşən hündür dağın döşündə, sıldırım bir qayanın üstündə “Qız qalası”nın xarabalığı qalmışdır... Alar kəndi səmtindəki “Qoreş” və “Gavur” qəbiristanlıqları da tədqiqat əhəmiyyəti olan abidələrdir” (1, 16).
Dördüncü əfsanə: İlham Əsgərov variantı. Bu əfsanəni bizdən böyüklər nağıl eləyiblər. Oğlan qalasında yaşayan bir igid Qız qalasında yaşayan bir qıza elçi düşür. Amma oğlan bu qızın xoşuna gəlmirdi. “Yox, deyəsən, bu oğlan məndən əl çəkməyəcək. Bu təkəbbürlüyü, özündən razılığı ona yedizdirməli, həddini başa salmalıyam” ”“deyə qız qalanın yaxınlığındakı min başa qədər qoyun tutan mağaranın qənşərində dayanıb yaraşıqlı, qız birçəkli atına heyran-heyran baxdı. Atı yançidar edib otlağa buraxdırmışdı. Gözünü yaxın dost qədər əziz olan atına diksə də, fikri başqa yerdə, özündənrazı oğlanın yanında idi. Söz yox ki, oğlanın dilinə görə dilçəyi də vardı. Onun qalasının həndəvərinə həlhəbəs cauıl yaxınlaşa bilməzdi. İgidliyinə, qoçaqlığına bərabər cavan tapılmazdı. Amma xasiyyətindəki təkəbbür, lovğalıq qızı özündən çıxarır, daha coşqun, inadkar edirdi. Qız bilirdi ki, nə vaxtsa oğlanın qurbanına çevrilə bilər, əli heç yerə çatmaz. Çox düşünüb-daşınandan sonra oğlana xəbər göndərib görüş təyin etdi. Oğlan bildi ki, burada nəsə iş var, qız belə asanlıqla təslim olan deyil, amma çoxdan intizarında olduğu görüşəuça-uça gəldi. Qızın təklifini eşidəndə qanı cuşa gəldi, biləklərinddə kainatın gücünü duydu. Özlüyündə qovuşduğu həsrətin ləzzətini yaşamağa başladı. Amma qız da az aşın düzü deyildi. Bir şey bilməsəydi, bu mərci gəlməzdi: Bir-birimizin qalasına kəmənd atacağıq. Əgər sən mənim qalamı kəməndinlə dağıda bilsən, mən razı, sənə ərə gedəcəyəm. Əgər mən sənin qalanı uçursam, məni həmişəlik unudacaqsan. Öz gücünə inanan oğlan burada heç bir çətinlik görmürdü. Elə həmin inamla da kəməndini fırladıb qızın qalasının lap dibindən doladı. Güc verib qalanı yerlə yeksan etmək istədi. Amma nə fayda? Qalanı silkələsə də, başından bir neçə daş qopara bildi. Qalanın bütün çevrəsində zəncirin izləri qaldı, amma qala dağılmadı. Zəncirin izzləri də, qalanın başından qopan daşların yeri də bu gün aydınca görünür. 
Növbə qıza çatdı. Əslində qız oğlanın dəliqanlılığını nəzərə almışdı. Bilirdi ki, o, belə bir yol seçəcək, qalanı uçura bilməyəcək. Qız işinə daha ağıl və çəm-çümlə girişdi. Kəməndini oğlanın qalasının dibindən yox, başından atdı, tədricən çəkib qalanı dağıtdı. Dağılmış Oğlan qalanın izləri bu gün də qalmaqdadır. Beləliklə, oğlan məğlub oldu, kor-peşman çıxıb getdi. Ancaq dəli sevda onu rahat buraxmadı. Bu məğlubiyyət oğlanın inadını daha da artırdı. O, hər vəchlə qızı ələ keçirməyə, öz məqsədinə qovuşmağa can atdı. Oğlanın vədəxilaflığı qızı daha da qəzəbləndirdi, bu yerlərdən birdəfəlik çıxıb getmək qərarına gəldi. Bilirdi ki, oğlan onun dalınca gələcək, ona görə də atını tərsə nallatdırıb yola düşdü. Oğlan atın izi ilə səfərə çıxdı. Altı ay səfər axtarışından sonra ağlına gələn fikirdən az qaldı ağlını itirə bəlkə qız məni aldadıb, atını tərsə nallatdırıb, tamam başqa səmtə üz tutub?! Üç günlük yolu bir günə qət edib qalanın yanına çatdı. Yubanmadan əks istiqamətə yola düşdü. Xeyli müddət yol getdi. Bir gün qarşıdan gələn tacir karvanı ilə rastlaşdı. Karvanbaşı oğlanın kim olduğunu bilincə, uzun müddət qoynunda gizlətdiyi məktubu ona verdi. Məktub qızdan idi. Qız yazırdı: “Bir daha məni axtarma, artıq məni ərdə bil”. Deyirlər, qızın yaşadığı Ərdəbil şəhərinin adı elə bu sözlərdən yarandı (4, 56-58). Hacı İlham Əsgərov əfsanəni atası Əsgərov Şükür Paşa oğlunun söyləməsindən yazıya almışdır. Şükür Əsgərov 1925-ci ildə Yardımlı rayonunun Alar kəndində anadan olmuş, 1996-cı ildə vəfat etmişdir. Qəbri Alar qəbiristanlığındadır. 
Beşinci əfsanə: Rəhmanov Sənhan Nurulla oğlunun vüriantı. Oğlan öz elinin xanı idi, qız öz elinin. Hərəsinin öz qalası vardı. Oğlanın qıza düşdü, dedi, hökmən mənə gəlməlisən. Qızın öz istədiyi vardı. Oğlana getmək istəmədi. Oğlan dəstəsi gəlib qızın qızın qalasına kəmənd atdı, qalanın başını uçurdu. Qız da öz dəstəsini başına alıb oğlanın qalasına kəmənd atdı, qalanı uçurub dağıtdı. Oğlanla qızın arasında ədavət gücləndi, qız gördü ki, öz qalasında dinc yaşaya bilməyəcək, istədiyi oğlana qoşulub bu yerlərdən getdi. Oğlan gəlib onu tapmasın deyə, atları tərsə nallatdılar. Oğlan atın getdiyi istiqaməti tapa bilmədi. Qız canını oğlanın əlindən qurtardı. Sonra qız oğlana məktub göndərdi ki, məni ərdə bil. Oğlan başa düşdü ki, qız onu aldadıb. O vaxtdan qızın yaşadığı yer Ərdəbil adlanır (4, 58). Bu variant 1929-cu ildə anadan olmuş, Alar kənd sakini, təhsilsiz Rəhmanov Sənhan Nurulla oğlundan lentə alınmışdır. Sənhan kişi gəncliyində ağac döyüşçüsü olub, xüsusi təlimlə hazırlanan ağac döyüşçüləri eli-obanı təhlükələrdən qoruyurdular. Sənhan kişi hər iki gözünü itirib, ancaq evdə hər şeyin yerini bilir və övladları onun bəllədiyi əşyaların yerini dəyişmirlər. Sənhan kişi Əmiqonanın nəslindəndir, Əmiqona Şıxhüseynin atası olub. Şıxhüseyndən Xanhüseyn, Xanhüseyndən Rəhman, Rəhmandan Nurulla olub. Nurulla Sənhan kişinin atasıdır. Cənub bölgəsinin istedadlı qələm sahibi Şakir Xanhüseynli bu nəsildəndir. 
Yardımlının Qız qalası haqqında əfsanələr tarixi hadisələrlə tam üst-üstə düşməsə də, folklor nümunələri kimi dəyərlidir. Qalanın ətrafındakı Dərəkeçməz və Şahnişin adlı yerlər də müdafiə əhəmiyyətli sayılır. Sarıbulaq, Dəvəboynu, Çarpayılı mağara, Əmbüs, Gəlin (Arvad) daşları, Alar çayı haqqında olan əfsanə və rəvayətlər bölgənin sirli-soraqlı keçmişindən soraq verir. Bütün bu yerlər Qız qalasının ətrafında cəmləşib və onun tarixi ilə bilavasitə bağlıdır.
İşin elmi yeniliyi: Yardımlının Qız qalası haqqında əfsanələr ilk dəfə elmi şəkildə araşdırılır. 
İşin nəticəsi: Qız qalası əfsanələri müqayisəli şəkildə nəzərdən keçirilmiş və elmi nəticələr əldə olunmuşdur
 
                                    Qaynaqlar 

1. Əsgərov Ş. Dağların hikməti. Bakı, İşıq, 1987, 78 s.
2. Nəzərli M. Yardımlı rayonunun qədim və orta əsrlər tarixi, I cild. Bakı: Nafta-Press, 2012, 112 s.
3. Rüstəmxanlı S. Ömür kitabı. Bakı, Gənclik, 1989, 368 s.
4. Yardımlı folklor örnəkləri. 1-ci kitab. Toplayıcılar İsrafil Abbaslı, Bəhlul Abdulla, Elxan Məmmədli və Bilal Alarlı. Tərtib edənlər f.ü.f.d. Elxan Məmmədli və f.ü.f.d. Bilal Alarlı (Hüseynov). Ön sözün müəllifi Bilal Alarlı (Hüseynov). Bakı: Elm və təhsil, 2014, 334 s.

                                           Bilal Alarlı Hüseynov

                                     QIZ QALASI ƏFSANƏLƏRİ

                                                   Xülasə

Yardımlının Qız qalası haqqında əfsanələr tarixi hadisələrlə tam üst-üstə düşməsə də, folklor nümunələri kimi dəyərlidir. Məqalədə beş müxtəlif əfsanə nəzərdən keçirilir.
Açar sözlər: Yardımlının Qız qalası, Qız qalası haqqında əfsanələr

                                  Bilal Alarly Hüseynov

                                     LEGENDS OF MAIDEN TOWER

                                                   Summary 

If the legends of Maiden Tower of Yardimly don”™t have completely correspondence between historical events they are valuable as folk-lore example. Five different legends are looked through in the article.
Key words: The Maiden Tower of  Yardimly, the legends of Maiden Tower.


 Ð‘илал Аларлы Гусейнов

                                ЛЕГЕНДЫ «ДЕВИЧЬЯ БАШНЯ»

                                          Резюме 

Ярдымлынские легенды о «Девичьее башни» не смотря на то, что не очень сочетаются с историческими событиями, как фольклорные образцы, очень ценны. В статье рассмотриваются пять разных легенд.
Ключевые слова: «Девичья башня» Ярдымлынского района, легенды о «Девичья башня».

Bilal ALARLI HÜSEYNOV,
Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu  

Oxşar xəbərlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı