Kiçik torpaqdan böyük ümidlərlə...- FOTOLAR
Araşdırma
Oxunub: 8111
26 Feb 2015 | 12:45
Kiçik torpaqdan böyük ümidlərlə...- FOTOLAR
İnsan oğlu ta doğulandan günahlardan xilas olmaq üçün yollar arayır və təbii ki, bu zaman ilk yada düşən müqəddəs ziyarətgahlar olur. Əlbəttə, ziyarətgahlar təkcə tövbə qapılarının açarı, günahların asanlıqla yuyulduğu məkan və yalnız günahkarların üz tuta biləcəyi ünvan deyil, ümumiyyətlə, Allahı tanıyan, dünyanın fani olduğunu dərk edən hər bir mömin bəndəyə bütün dönəmlərdə “gəl-gəl” deyib...
Dəyərli oxucu, illər uzunu mənim də belə bir niyyətim olub və oxuduqlarımdan-eşitdiklərimdən ovsununa düşdüyüm “Əshabi-Kəhf”i ziyarət etmək istəyi məni Vətənimizin ana torpaqdan didərgin salınmış bir guşəsinə- adı dillər əzbəri olsa da çoxumuzun bu və ya digər səbəbdən ömründə bircə dəfə də baş çəkmədiyimiz Naxçıvana çəkib apardı. Beləcə bunca şəxsi və peşə fəaliyyətmdəki bitib-tükənməz problemlərə və vaxt qıtlığına baxmayaraq günlərin bir günündə Naxçıvanın hava limanında ayağım bu sehrli torpağa dəydi və təsadüfən əslən Naxçıvandan olan həmkarım Nahid Canbaxışlı da təyyarədə yol yoldaşım olduğundan onun təklifiylə “həm ziyarət, həm ticarət” deyib təkcə “Əshabi-Kəhf”i deyil, demək olar ki, Muxtar Respublikanın əksər görməli yerlərini gəzmək, jurnalist müşahidələri apararaq ilk mənbədən dəqiq informasiya almaq qərarına gəldim. Kim bilir, bir də tale yolumuzu bu diyara sala, salamaya...
Amma Nahiddən bir xahişim oldu ki, mənim Naxçıvana gəlməyimdən rəsmilərdən kimsə xəbər tutmamalı və istədiyimiz məkana yalnız bir qonaq kimi baş çəkməliyik, bu zaman jurnalist olduğumuzu da kimsə bilməməlidir. Çünki ehtiyat edirdim ki, jurnalist olduğumu və üstəlik, hər yerdə əmma axtaracağımı bilən rəsmilər bu ziyarətimin həm də bir əyləncə olmasına imkan verməyə bilər...
Beləliklə, 3 gün Naxçıvanın əksər bölgələrinə getdik, az qala 300 illik təəssüratla Bakıya döndük...
Dəyərli oxucu, ziyarətimin epizodlarıyla sizi tanış etməzdən öncə bir məsələdə sizləri əmin etməyi özümə borc bilirəm ki, oxuyacaqlarınız bir jurnalistin müşahidələri və təəssüratlarıdır, üstəlik, nəyəsə and içməyə ehtiyac duymadan məni tanıyan hər bir dəyərli oxucum əmin olsun ki, mən nə Naxçıvanı bu dünyanın cənnəti, nə də Ali Məclisin sədri Vasif Talıbovu peyğəmbər kimi kiməsə sırımaq niyyətindən çox uzaq bir Allah bəndəsiyəm. Təbii ki, dostlarımdan kimlərsə yazdıqlarımla razılaşmaya, əks arqumentlə çıxış edə bilər, mübahisə etmədən qəbul edirəm. Amma lütfən kimsə günaha batıb hər şeyi qara rəngdə təqdim etməyə çaslışan bəzi ağzıgöyçəklərə, üzdəniraqlara dəstəvuz verməsin. Bir sözlə, məndən düşüncələrimi paylaşmaqdı, inanan da sağ olsun, inanmayan da...
Bəri başdan onu qeyd edim ki, Naxçıvanla bağlı onilliklərə söykənən qənaətim 3-cə günün içində tamamilə dəyişdi və bir daha “yüz eşitməkdənsə bircə dəfə görmək” məntiqinin nə qədər doğru olduğuna əmin oldum. Üstəlik, Naxçıvanı heç cür bəyənə bilməyən dostlar inciməsin, tam məsuliyyətlə qeyd etmək istəyirəm ki, vaxtilə xalq şairi Süleyman Rüstəmin fəxrlə “Cənnət görmək istəyən Azərbaycana gəlsin” çağırışını bu gün Naxçıvana aid etmək olar. Özü də nəinki olar, bu gün Naxçıvan öz inkişafıyla buna Azərbaycanın Bakısı qarşıq digər bölgələrindən daha çox haqq edir. 
Təbii ki, oteldə yerləşdikdən sonra gəzintiyə çıxanda ilk olaraq məscidlərlə və yas mərasim zallarıyla tanışlıqdan başlamaq qərarına gəldim. Bu da təsadüfi deyildi. Naxçıvanı Bakıda elə şəkildə təqdim ediblər, hərdən adama elə gəlir ki, görəsən Muxtar Respublikada nəinki məscid və ziyarətgahlar, ümumiyyətlə Allah evi adına hanısa bir tikili varmı? Amma gördüklərimdən yaxşı mənada şoka düşdüm və zaman-zaman mətbuatda Muxtar Respublikadakı antiislam təşəbbüsləri barədəki yazılan cızmaqaraları oxuduğuma görə vaxtıma heyfim, özümə yazığım gəldi. Çünki adlarını çəkməyə gərək duymuram, demək olar ki, Naxçıvan şəhərində və rayon mərkəzlərində, kəndlərdə Naxçıvan əslli bütün iriçaplı məmurların lap haram puluyla da olsa tikilən ən modern mərasim zallarına, yenicə tikilmiş və ya köhnələrin restavrasiya olunmuş onlarla məscidə baş çəkdim, kimsədən nəsə soruşmadan (çünki eşitmişdim ki, camaat kənar adamlarla söhbətlərində ürəklərini açmağa ehtiyat edir və bəzən həqiqəti də deməkdən çəkinirlər) illərə dayanan mikroskopik müşahidələrimlə hər detalı nəzərdən keçirdim, insanların davranışlarını, ibadətlərini oğrun-oğrun izlədim. 
Naxçıvandakı bütün mərasim zallarında sadəcə 20 manat kommunal xərclərə görə pul alınır, vəssalam. Bakıdakı mərasim zallarının od tutan qiymətlərinə görə bir çox şadlıq saraylarını kölgədə qoymasını nəzərə alsaq bu müqayisə nəticə çıxarmaq üçün yetərli olar. 

“Əshabi Kəhf”...

Adı dillər əzbəri olan və “Qurani ”“Kərim”də belə barəsində də özündən söz etdirən bu ziyarətgaha qədəm qoyarkən Naxçıvanın ucqar dağ kəndindən tutmuş rayon və şəhər mərkəzlərindək diqqəti cəlb edən təmizlik burada da zəvvarların canına yağ kimi yayılır. Yerli daşlardan yüzlərlə pilləkənləri yuxarı  qalxarkən adam sanki ilahi bir qüvvənin sehrinə düşür və bir daha Rəbbinə şükürlər etməkdən özünü saxlaya bilmirsən. Az qala göyün yeddinci qatında olan kiçik məsciddə namaz qılmağınsa ayrı ləzzəti var. Adama elə gəlir ki, sanki bura yer üzündəki Allaha ən yaxın yerdir və Allah sənin burada nə etdiyini daha yaxşı görür. Ziyarətgahın yüksək zövqlə təmir edilməsini və quraqlıq bir iqlimdə, əlverişsiz çoğrafi məkanda xan çinarların artıq zəvvarlara “xoşgəldin” edəcək qədər qol-budaq açmasını da vurğulamamaq diqqətsizlik olardı...
Ziyarəti başa vurub qayıdarkən elə girişdəcə səni kəklikotulu çaya qonaq edirlər və bəh-bəhlə içdikdən sonra əlini cibinə atanda etiraz edərək bunun ehsan olduğu bildirilir. Zorla stolun üstünə bir manat qoymağa razı salmaq ola, olmaya. Yeri gəlmişkən, Bakıda Heydər Əliyev hava limanında bir çaynik çaya 5 manat, bir ədəd “Dirol” saqqızına bir manat verməyim məni necə təbdən çıxarmışdısa Naxçıvan hava limanında bir stəkan çaya 20 qəpik ödəməyim pozitiv səfər təəssüratlarımın formalaşmasında az rol oynamadı. Üstəlik, 3 gün ərzində Naxçıvanda onlarla çay evlərinə baş çəkmək imkanım oldu və hamısında da Bakıdakı qiymətlərlə, adamı “kontuziya” edəcək səs-küylə müqayisə edilməyəcək ortamla rastlaşdım. 
Qeyd etməyi özümə borc bildiyim bir neçə məqam var ki, ömründə bir dəfə də olsun Naxçıvanda olmayan oxucuların bilmək haqqı olduğu düşüncəsindəyəm. Naxçıvan şəhərinin qiyafəsini elə dəyişdiriblər ki, nəinki Bakı və Gəncə, Avropanın özündən deyən meqapolislərinin də paxıllığı tutar. Bakıdakı binaların fasadlarının ucdantutma yöndəmsiz təmir edilməsindən fərqli olaraq Naxçıvanda eyni xarici görünüşdə və dizaynda iki bina tapmaq mümkün deyil. Binalar köhnə və yeni olmasından asılı olmayaraq olduqca cəlbedici, göz oxşayan, şərq memarlıq üslubuna aid üzlüklərlə üzlənib. Üstəlik, Bakının eyiblərini örtən “Gülbax” üzlük daşlarını Naxçıvanda yerli travertin daşı əvəzləyir. Demək olar ki, Naxçıvan şəhərinin və rayon mərkəzlərindəki bütün inzibati binaların fasadları, daxili döşəmələri travertin daşıyla və yüksək zövqlə işlənib. Bu üslub Naxçıvan şəhərində də belədir, erməni səngərindən 100 metr aralıdakı Sədərək rayonunun Heydərabad qəsəbəsində də. Bir anlıq illər öncə mətbuatda Naxçıvanda Vasif Talıbov tərəfindən mənzillərin eyvanından paltar asılmasının yasaqlanması xəbərlərini xatırladım. Öyrəndim ki, vətəndaşdan bir qəpik alınmadan nəinki bütün mənzillərin xarici pəncərələri və eyvanları, hətta giriş qapıları da seyf qapıları ilə əvəzlənib.
Naxçıvandakı tarixi abidələrin çoxluğu və hamısının da yüksək səviyyədə təmirdən çıxması da bu diyarın vazkeçilməz özəlliklərindən sayıla bilər. Hətta adama elə gəlir ki, təkcə Naxçıvanda olan tarixi abidələr Bakıdakı anoloqlarını kölgədə qoyacaq qədərdir. Üstəlik, bu abidələr Naxçıvanın qədimliyinin, əsrlərin sınağına sinə gərərək istilalara boyun əymədiyinin daşlaşmış sübutları da hesab oluna bilər. 
Naxçıvanda ASAN XİDMƏT mərkəzlərinin harada olmasıyla maraqlandım. Bəlli oldu ki, ümumiyyətlə, Muxtar Respublikada bu xidmət sahəsinə ehtiyac duyulmayıb. Bilirsiniz niyə? Çünki elə ASAN XİDMƏT-siz Naxçıvanda bütün dövlət strukturları illər öncədən əhaliyə bütün xidmət növlərini asanlaşdırıblar. Üstəlik, Muxtar Respublikada Gənclər siyasəti barədə də ağızdolusu danılşçılacaq nümunələr varmış. Muxtar Respublikadakı əksər dövlət qurumlarının rəhbərləri 25-40 yaş arasında olan gənclərdir. Yəni Bakıdakı ahıllar klubundan fərqli olaraq bu ilin dekabrında Ali Məsclisin sədri postuna gəlməsinin 20 illik yubileyini qeyd edəcək 55 yaşlı Vasif Talıbovun rəhbərlik etdiyi Muxtar Respublikada çoxdan döyüşə qocaları göndərməyi ayıb hesab ediblər...

18-20 fevral, Bakı-Naxçıvan-Bakı

Ardı var...(erməni əsgəriylə burun-buruna, Ermənistanın miskin görüntüləri, yerin altındakı duzdağ sehrli aləmi və daha nələr-nələr...)
Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3962.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3963.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3964.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3965.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3966.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3967.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3968.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3969.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3970.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3971.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3972.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3973.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3974.jpg">Kiçik torpaqdan böyük ümidlərlə...- <i style=FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/3975.jpg">
Oxşar xəbərlər
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 12:33
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 12:55
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
03 May 2024 | 13:24
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
03 May 2024 | 13:00
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
03 May 2024 | 12:47
Sabahın hava proqnozu AÇIQLANDI
03 May 2024 | 12:50
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
03 May 2024 | 12:40
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək