Vicdan azadlığı, “qızıl ayna” və Vətən müharibəsi nümunəsi...
Araşdırma
Oxunub: 3245
26 Jun 2022 | 08:56
Vicdan azadlığı, “qızıl ayna” və Vətən müharibəsi nümunəsi...

Hüquqi dövlətlərdə vicdan azadlığı dövlətin vətəndaşa tanıdığı ən mühüm azadlıqlardan biridir. Bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da vətəndaşın hər hansı bir dinə inanmaq, sitayiş etmək və ya heç bir dinə inanmamaq hüququ mövcuddur. Məhz bu hüquq insanlara öz dini inanc və təsəvvürlərinin tələblərini azad şəkildə yerinə yetirməyə, heç bir təzyiq altında qalmadan öz inanc sistemlərinə sadiqlik sərgiləməyə imkan verir. Bəs Azərbaycanda hüquqi platformada öz əksini tapan bu azadlığın real ölçü və miqyası hansı həddədir? Mövcud hüquq sistemi bu azadlığın praktiki tətbiqini təmin edə bilirmi? Bu və bu kimi sullara cavab vermək üçün bəzi nüanslara diqqət yetirmək kifayətdir.

 

“İlahi seçim” və konstitusyon hüquq bir arada...

 

Hər şeydən öncə qeyd edək ki, insanın hər hansı bir dinə inanıb-inanmaması, öz inancını açıq şəkildə dilə gətirməsi və onun təlbələrini yerinə yetirməsi konstitusiya səviyyəsində təsbit edilən ali hüquqdur. Əgər bu inanc və onun tələblərinin icrası ictimai əxlaq və qanunlara zidd deyilsə, digər vətəndaşların hüquq və azadlıqları ilə hər hansı formada ziddiyyət təşkil etmirsə, o zaman bu icraatın məhdudlaşdırılması yolverilməzdir. Hansı ki, Azərbaycanda biz bunun təkrarsız nümunəsi görməkdəyik. Ölkəmizdə ən müxtəlif din və mədəniyyətlərin mənsubları yaşamaqda, onların hər biri öz dini inancının tələblərini azad surətdə, hər hansı hüquqi, ictimai və psixoloji təzyiqə məruz qalmadan icra etməkdədir.

 

Maraqlıdır ki, konstitusiyamızda yer alan bu müddəa səmavi dinlərin hamısında, o cümlədən İslam dinində də öz əksini tapıb. Belə ki, İslam dini insanların hər hansı bir dinə sitayişə məcbur edilməsini, onlara bu və digər məsələdə təzyiq göstərilməsini tamamilə yolverilməz hesab edir. Dini etiqad və inanc məsələsində azad seçim, insanın qəlbinin və ruhunun səsinə görə hərəkət İslam dinində açıq şəkildə öz əksini tapır: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) biləndir!" (Əl-Bəqərə, 256).

 

İslam dini həmçinin, müsəlmanları digər dinlərin nümayəndələrinə qarşı sevgi və anlayışla davranmağa səsləyir, onlarla sülh və mehribanlıq içində yaşamağı tövsiyyə edir. Hətta müsəlmanlara Allahdan başqasına iman gətirənlərlə də ehtiramla davranmaq tövsiyyə olunur: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa, onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər..."(Ənam, 108).

 

Göründüyü kimi, Allah hansı dinə, nəyə və ya kimə iman gətirməyi insanların öz iradəsinə buraxır, bununla bağlı hər hansı məcburiyyət tətbiq etmir. Hansı ki, Azərbaycan Respublikasının konstitusiyası və qanunlarında da vicdan azadlığı aydın şəkildə öz əksini tapıb. Nümunə üçün qeyd edək ki, “Dini etiqad azadlığıa haqqında” qanunun 1-ci maddəsində qeyd olunur ki, “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Yenə eyni maddədə qeyd olunur: “əxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır”. (//e-qanun.az/framework/7649 ).

Yuxarı qeyd edilənlər göstərir ki, ölkəmizdə vicdan azadlığı ilə bağlı “ilahi seçim” və konstitusyon hüquq bir arada fəaliyyət göstərməkdə, vicdan azadlığının təminatçısı qismində çıxış etməkdədir.

 

Vicdan azadlığı media müstəvisində: “Qızıl ayna”da görünən həqiqətlər...

 

Istənilən cəmiyyətdə vicdan azadlığının həqiqi vəziyyəti ilə bağlı ən obyektiv göstərici media və orada yer alan məlumatlardır. Hər hansı bir dövlətdə medianı tədqiq etməklə bu ölkədə vicdan azadlığının durumunu asanlıqla müəyyən etmək mümkündür. Bu mənada medianı  bütün həqiqətlər kimi həm də,  vicdan azadlığı ilə bağlı gerçəkliyin əks olunduğu “qızıl ayna” adlandırmaq olar.

 

Sevindiricidir ki, Azərbaycan mediasına baxış, bu mediada yer alan informasiyaların təhlili ölkəmizdə vicdan azadlığının tam şəkildə təmin olunduğunu, bu azadlığın bütün sahə və sferalarda olduğu kimi media müstəvisində də öz əksini tapdığını göstərir. Nümunə üçün qeyd edək ki, son illər ölkə mediasında vicdan azadlığı ilə təzad təşkil edən, başqa dinləri tənqid edərək insanları konkret hər hansı bir dinə sitayiş etməyə səsləyən, yaxud heç bir inanca sahib olmayan insanları buna görə ittiham edən hər hansı məqalə yer almayıb. Bununla bağlı jurnalistlərin cəlb olunduğu hər hansı məhkəmə işinin yoxluğu da söylənilənlərə sübutdur.

 

Şübhəsiz, medianın vicdan azadlığına bu qədər həssas yanaşması ölkəmizdə aparılan dövlət siyasətinin nəticəsidir. Bununla yanaşı, jurnalistlərin vicdan azadlığına mövcud yanaşma tərzinin bu cür formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, o cümlədən adıçəkilən Komitənin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun media nümayəndələri ilə mütəmadi şəkildə keçirdiyi seminar və görüşlərin, maarifləndirici tədbirlərin də əhəmiyyəti az deyil.

 

Bunu da qeyd edək ki, bütün din və təriqətlərin nümayəndələri, o cümlədən heç bir dinə sitayiş etməyən şəxslər Azərbaycan mediasının imkanlarından istifadə edərək öz fikir və düşüncələrini dilə gətirmək, hər hansı məsələ ilə bağlı öz fikirlərini azad şəkildə ifadə etmək imkanına malidir ki, bu da medianın vicdan azadlığı məsələsindəki obyektiv və demokratik mövqeyini əks etdirir.

 

Vətən müharibəsi Azərbaycandakı vicdan azadlığı haqqında nə deyir?

 

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün içərisində düşmənin darmçadağın edilməsi ilə nəticələnən Vətən müharibəsi də Azərbaycanda vicdan azadlığının yüksək səviyyədə mövcudluğunun ən böyük isbatı oldu. Belə ki, Vətən müharibəsində hansı dinə və təriqətə sitayiş etməsindən, hansı inanca tapınmasından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları böyük əzm və qətiyyətlə iştirak etmiş, onların hamısı ali amal – vətənin azadlığı və suverenliyi uğrunda cəsarətlə döyüşmüşdülər. Cəmiyyətdə vicdan azadlığının təmin olunması, vətəndaşlar arasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsə eyni münasibətin göstərilməsi, xalqımıza xas olan tolerantlıq ənənəsinin inkişafı Vətən müharibəsində fərqli din və inanclara sahib insanların birgə iştirakını təmin etdi. Vətən müharibəsində həyatını qurban verən şəhidlərin müxtəlif etnik-dini mənsubiyyətə mənsub olması gerçəyi bunu bir daha sübut edir. Millət vəkili Aydın Mirzəzadə mövzu ilə bağlı aşağıdakıları bildirib: “YAP bütün şəhidlərin ailəsini, qaziləri diqqətdə saxlamağa çalışır. Partiyanın ərazi təşkilatları da Vətən müharibəsi iştirakçıları ilə maraqlanır, onların üzləşdiyi problemlərin həllinə yardım edir.

 

Biz partiya olaraq bu prosesi həyata keçirərkən məlum oldu ki, Azərbaycan vətəndaşı olan digər millətlərin nümayəndələri də Vətən müharibəsində iştirak edib. Bunların içərisində çoxlu sayda ruslar da var. Onlardan 3 nəfər şəhid olub, 10 nəfərə qədəri yaralanıb. Biz qərara gəldik rus və digər millətlərdən olan müharibə iştirakçılarının ailələrinə səfərlər edək, onlara bir vətəndaş kimi vətənin keşiyində durduqları üçün təşəkkür edək.

 

Bakıda iki rus ailəsini ziyarət etdik. Onlardan biri çənəsindən ağır yaralanıb, əməliyyat olunub. Hər biri medallarnan təltif olunub. Onlar döyüşə-döyüşə Şuşaya qədər gedib çıxıblar.

 

Rus millətindən olan vətəndaşlarımız bildirdi ki, Azərbaycan onların vətənidir və erməni işğalındakı torpaqların azad edilməsi onlar üçün də bir şərəf məsələsi idi”.

 

Millət vəkilinin sözlərindən də məlum olduğu kimi, Vətən müharibəsində dinindən, məzhəbindən, inancından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları cəsarət və qəhrəmanlıqla iştirak edib, 8 Noyabr zəfərinə öz töhfələrini veriblər.

 

Prezidentə ünvanlanan, fəqət bütün dünyanın  oxuması gərəkən tarixi müraciət

 

Ölkəmizdə vicdan azadlığının vəziyyətini əks etdirən tarixi faktlardan biri də 10 noyabr 2020-ci ildə - Vətən müharibəsinin başa çatdığı gün Azərbaycandakı bir çox xalqların nümayəndələrinin Prezident İlham Əliyevə ünvanladığı müraciətdir. Dövlət başçısına ünvanlansa da, ölkəmizdə vicdan azadlığı və multikulturalizmin vəziyyətini əks etdirməsi baxımından ümumdünya əhəmiyyəti daşıyan bu müraciətdə deyilir:

 

“Möhtərəm cənab Prezident!

 

Biz – Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Məhz Sizin komandanlığınız altında şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır. İşğal altında olan ərazilərimizin erməni faşistlərindən təmizlənməsi uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə baxmayaraq, vahid, yenilməz və bölünməzdir. Məkrli düşmənin və onun əlaltılarının illər boyu apardıqları pozuculuq fəaliyyəti, təxribat cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda, Vətən müharibəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimizi daha da möhkəmləndirdi. Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi etnik və ya dini kimliklərinə görə ayırmırıq, onların hər biri bizim fəxrimiz, övladlarımız, bütöv Azərbaycan xalqının oğullarıdır”. (//president.az/az/articles/view/46070 ).

 

Göründüyü kimi, Vətən müharibəsi ölkəmizdə vicdan azadlığının nə qədər geniş və əhatəli olduğunu bir daha sübut etdi və göstərdi ki, Azərbaycan bu məsələdə nəinki region dövlətlərinə, bütövlükdə dünyaya nümunədir!

 

Seymur ƏLİYEV

 

Məqalə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Oxşar xəbərlər
02 Oct 2024 | 23:08
“Bunu atamın sağlığında etmək lazım idi, indi istəmək ayıbdır, o deyirdi ki...”-FOTO+ÖZƏL
02 Oct 2024 | 23:07
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 23:05
Yaponiyalı kişi 10 ildir dənizdə üzərək həyat yoldaşının axtarışındadır
02 Oct 2024 | 23:02
II Elizabetin ölümünün əsl səbəbi açıqlandı
02 Oct 2024 | 22:57
"Qadın kişinin əlinə baxmamalıdır"
02 Oct 2024 | 22:50
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
02 Oct 2024 | 22:43
Gürcüstanın gələcəyi ilə bağlı qərarı yalnız... - Mişel
02 Oct 2024 | 22:35
Əfsanəvi futbolçu ölən oğlunun sevgilisi ilə görüşür?
02 Oct 2024 | 22:29
SENSASİYA! Nəsrullahın ölümü Zəngəzur dəhlizini aça bilər?
02 Oct 2024 | 22:21
İran XİN-ə yeni mətbuat katibi təyin edildi
02 Oct 2024 | 22:18
Adi tüpürcək: Nə vaxt öləcəyimizi deyəcək
02 Oct 2024 | 22:15
Həkim geniş yayılmış mifi dağıtdı; "Soyuqdəyməyə kömək etmir"
02 Oct 2024 | 22:08
Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
02 Oct 2024 | 22:00
İrəvanda mitinq keçirilir
02 Oct 2024 | 21:54
Yıxılıb qabırğasını sındırdı
02 Oct 2024 | 21:46
Zibilxanada 2 milyonluq lüks maşınlar tapıldı
02 Oct 2024 | 21:38
Neftin qiyməti 50 dollara düşə bilər
02 Oct 2024 | 21:30
Maştağada 2 nəfərdən 4 kiloqram narkotik vasitə aşkarlandı
02 Oct 2024 | 21:23
İran İsrailə məxsus hərbi bazaları vurdu - VİDEO
02 Oct 2024 | 21:15
Azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO
02 Oct 2024 | 21:10
Ekspert süni intellekt vasitəsi ilə pul qazanmağın yollarından danışdı
02 Oct 2024 | 20:55
Tezliklə 5 BÜRC üçün elə bir zaman gələcək ki...
02 Oct 2024 | 20:48
"Yaxın Şərqdə müharibəni qızışdıran ABŞ və Avropa ölkələridir" - Əli Xamenei
02 Oct 2024 | 20:40
Uşaqlıq travmalarını necə sağaltmaq olar?
02 Oct 2024 | 20:33
İlin son Günəş tutulması baş verdi
02 Oct 2024 | 20:25
İsrailin qarşısı qəti şəkildə alınacaq - Arakçı
02 Oct 2024 | 20:18
"Ukrayna qalib gələ, Putin məğlub ola bilər" - Britaniyanın sabiq müdafiə naziri
02 Oct 2024 | 20:10
Yapon qadınlarının uzunömürlülüyünün sirri açılıb
02 Oct 2024 | 20:02
Məşhur blogerlər həbs oluna bilər
02 Oct 2024 | 19:55
Avropa İttifaqı bu qışın həlledici “cəbhəsini” açıqladı
02 Oct 2024 | 19:48
Hizbullah MOSSAD-ın qərargahına zərbə endirdi
02 Oct 2024 | 19:40
Kərkinin qaytarılması ilə bağlı Paşinyandan açıqlama
02 Oct 2024 | 19:33
Ölkədə heyvanların mühafizəsi ilə bağlı qanuna dəyişiklik
02 Oct 2024 | 19:25
Xanəndə başına saç əkdirdi - VİDEO
02 Oct 2024 | 19:20
Ətdən imtina etməyin təhlükələri nələrdir?
02 Oct 2024 | 19:15
Bunu açıqlamağımız Bakı üçün düzgün olmaz – Paşinyan
02 Oct 2024 | 19:10
Məşhur veriliş Bakıya gəldi - FOTO
02 Oct 2024 | 19:03
"Bir insan şəkil çəkdirməklə kimisə öldürə bilər?"- Hacı Nurandan AÇIQLAMA
02 Oct 2024 | 18:58
Dövlət Agentliyi hərbi xidmətə qəbul elan etdi
02 Oct 2024 | 18:53
İtkin düşmüş şəxslərlə bağlı bəyanat qəbul olundu
02 Oct 2024 | 18:45
“Dəmir qübbə” şüşədən də kövrəkdir - Pezeşkian
02 Oct 2024 | 18:42
Əli Nağıyevdən böyük ifşa: Məzarlıq qatilləri!
02 Oct 2024 | 18:40
Rusiya aviaşirkətləri Dubaya uçuşları İsrail və İrandan yan keçməklə həyata keçirəcək
02 Oct 2024 | 18:33
Zaurun adı talassemiyalı xəstələrin işində hallandı: “Pul yığılarkən...”
02 Oct 2024 | 18:28
Yaxın Şərqin ən güclü orduları açıqlandı - Bu ölkə yenə birincidir
02 Oct 2024 | 18:20
Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oct 2024 | 18:13
İranın İsrailə hücumu: Danışılmış döyüş, yoxsa qisas?
02 Oct 2024 | 18:08
Bu ölkənin vətəndaşları ABŞ-a vizasız gedə biləcək
02 Oct 2024 | 18:02
Maştağada saxlanılan 2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO
02 Oct 2024 | 18:00
Yaşıl çayın səkkiz xüsusi sağlamlıq faydası ortaya çıxdı
02 Oct 2024 | 17:56
Ahıl yaşınadək aydın zəka və yaxşı hafizəni qoruyub saxlamağa kömək edəcək 5 NƏSNƏ
02 Oct 2024 | 17:52
Bakıda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTO
02 Oct 2024 | 17:46
Snayperlər şərti düşmən hədəflərini məhv etdilər - VİDEO
02 Oct 2024 | 17:40
Bu ərazilərə leysan yağdı - FAKTİKİ HAVA
02 Oct 2024 | 17:33
Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? - ŞOK QİYMƏTLƏR
02 Oct 2024 | 17:27
Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO
02 Oct 2024 | 17:22
Azərbaycan derbisində hakimlərin danışıqları - VİDEO
02 Oct 2024 | 17:17
Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
02 Oct 2024 | 17:12
Saxta 100 manatlıqla benzin almaq istədi - TUTULDU
02 Oct 2024 | 17:10
Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı...
02 Oct 2024 | 17:05
Azərbaycanda “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişdi
02 Oct 2024 | 17:00
Mövsümi viruslardan qorunmaq üçün BUNLARI EDİN
02 Oct 2024 | 16:55
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqləndi
02 Oct 2024 | 16:50
Bakıda 16 yaşlı oğlan həmyaşıdı tərəfindən qətlə yetirildi
02 Oct 2024 | 16:44
Sahil Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi”nin üçüncü gününün açılışında çıxış edib
02 Oct 2024 | 16:38
Prezident general-mayoru rütbəsindən məhrum etdi
02 Oct 2024 | 16:33
İçərişəhərə avtomobillərin girişi qadağan ediləcək
02 Oct 2024 | 16:27
Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir - FOTO
02 Oct 2024 | 16:21
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
02 Oct 2024 | 16:16
İsrail BMT baş katibini "persona-non-grata" elan etdi
02 Oct 2024 | 16:11
Bu gün ilin son Günəş tutulması olacaq
02 Oct 2024 | 16:05
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - TƏHLİL + FOTO
02 Oct 2024 | 16:00
“Anası bütün uzunboylu əsgərləri qucaqlayırdı...” – Heç vaxt qocalmayan 51 yaşlı döyüşçünün itkin əhvalatı
02 Oct 2024 | 15:54
“Green card” üçün müraciət başlayır - Şərtlər açıqlandı
02 Oct 2024 | 15:48
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
02 Oct 2024 | 15:42
"Onların yerinə mən UTANIRAM" - VİDEO
02 Oct 2024 | 15:36
İsrailin İranın hücumuna cavabının "ekstremal ssenariləri" - Qərb mətbuatı
02 Oct 2024 | 15:30
Bakı 120 il əvvəl çəkilmiş rəngli FOTOLARDA
02 Oct 2024 | 15:24
Puqaçova və Qalkin İsraili tərk etdi
02 Oct 2024 | 15:18
Professordan jurnalistlərə çağırış: “Bu vəhşiliyi ifşa edin!”
02 Oct 2024 | 15:16
Bakıda ilk inklüziv kafe - “Kaşalata” kafe fəaliyyətə başlayıb - FOTO
02 Oct 2024 | 15:11
Nazirin kürəkənindən Zeynəbə ŞOK TƏKLİF - VİDEO
02 Oct 2024 | 15:05
Günəş tutulması ilə bağlı 3 BÜRCƏ XƏBƏRDARLIQ: Xüsusilə diqqətli olun!
02 Oct 2024 | 15:00
Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK
02 Oct 2024 | 14:55
Dünyanın ən yüksək nöqtəsində qorxunc fəallıq: Sürətlə böyüyür
02 Oct 2024 | 14:49
Lavrov Aleksandr Nevski ordenini Bülbüloğluya təqdim etdi - FOTO
02 Oct 2024 | 14:43
"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi
02 Oct 2024 | 14:37
Əmisi oğlu anasının əxlaqsız olduğunu söylədi, buna əsəbləşən oğlan isə... – ŞOK
02 Oct 2024 | 14:31
ADNSU tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib - FOTO
02 Oct 2024 | 14:25
Salyan şosesində aparılan təmir işləri yekunlaşdı - FOTO/VİDEO
02 Oct 2024 | 14:20
“Peşəkar teatr dərsləri” layihəsinə başlanılacaq
02 Oct 2024 | 14:14
Yürüdülən hərtərəfli siyasət və taleyüklü məsələ: Qərbi Azərbaycana qayıdış - ŞƏRH
02 Oct 2024 | 14:09
“İran müharibəyə başlamaq əvəzinə, iqtisadi problemlərini həll etməlidir...”- Sabiq səfir
02 Oct 2024 | 14:03
Qurban Qurbanov "Malmö" ilə oyundan DANIŞDI: "Çalışdıq ki..."
02 Oct 2024 | 13:57
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
02 Oct 2024 | 13:51
"Barıt özümüzün olacaq" -  Ukraynada partlayıcı maddələr istehsalı işə salınıb
02 Oct 2024 | 13:45
Güclü leysan və qar yağacaq - Sabahın HAVASI
02 Oct 2024 | 13:40
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
02 Oct 2024 | 13:34
"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
02 Oct 2024 | 13:29
İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
GÜNLÜK
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
28 Sep 2024 | 10:03
“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram, əminəm ki, bacım da bağışlayıb”- ÖZƏL+MÜSAHİBƏ
AYLIQ
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
02 Oct 2024 | 08:33
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...”-“Hraparak”
02 Oct 2024 | 07:30
"İran: "Raketlərin çoxu hədəfləri vurub..."- "Raketlərin əksəriyyəti tutulub...-İsrail"
02 Oct 2024 | 10:15
Kredit borcuna görə edilən zənglər: Bankı məhkəməyə verib təzminat almaq olar
02 Oct 2024 | 09:15
Marketlərdə satılan bu suları içməyin – TƏHLÜKƏ VAR
02 Oct 2024 | 09:34
Aropada inflyasiya REKORD HƏDDƏ ÇATDI - Dollar bahalaşacaqmı?
02 Oct 2024 | 07:04
Respublikaçı qanunvericilər ABŞ-ni İrana zərbə endirməyə çağırdı...
02 Oct 2024 | 12:52
Əhaliyə sarı XƏBƏRDARLIQ edildi - Oktyabrın 3-də...
02 Oct 2024 | 11:44
Pensiya və müavinətlər bu qədər artacaq: Büdcənin 43 faizi sosial xərclərə ayrılıb - Komitə sədri
02 Oct 2024 | 08:50
"Kupça"sız ev problemi tarixə qovuşur? - VİDEO