Surət Hüseynov haqqında şok iddia...
Oxunub: 18348
24 Jul 2014 | 10:08
Surət Hüseynov haqqında şok iddia...
















Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa Süleymanov Moderator.az-a aşağıdakı məzmunlu girişlə bir yazı göndərib:


Surət Hüseynova yaxın şəxs kimi tanınan 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramovun bir müddət öncə saytınızda getmiş yazısıyla bir qədər gec tanış olmuşam və onun iddiaların həqiqəti əks etdirmədiyini görüb Gəncə hadisələrinin həmin epizodunun xronologiyasını ardıcıl təqdim etmək zorunda qalmışam. Ümid edirəm ki, buna şərait yaradacaqsınız.


Əvvəli burada--moderator.az/?xeber=50442

.Elmar Hüseynovla Taryel Nəsirov gedəndən bir saat sonra bizim yanmıza bir hərbi tibb yardım maşını yaxınlaşmışdı. UAZ” markalı bu hərbi tibb maşınından Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinin üzvü olan qvardiyaçı Kazımov Səməd Qara oğlunun atası düşmüşdü. Qvardiyaçı Səmədin atası Qara kişi ilə bərabər həmin tibb maşınını sürən üzü çapıq hərbçi də maşından düşmüşdü. Onlar biz saxlanılan yerdən beş-on metr aralı dayanmışdılar. Bizdən Səmədi soruşurdular. Qara kişi oğlu Səmədi sağ və salamat görən kimi, oğlu ilə  görüşmədən bizim ünvanımıza yağlı söyüşlər söyüb, maşına minib onu gətirən hərbi formalı üzü çapıq sürücü ilə çıxıb getmişdilər. Səməd özü də çox pis pərt olmuşdu. Bu zaman mən gülərək ona yaxınlaşmışdım. Qoluna girib Səmədə  demişdim ki, atanın bizim ünvanımıza dediklərindən sıxılma. İndi bizim hər birmizin valideynləri onların əlinə düşsə onları da eyni Qara kişi kimi öyrədib bizim üstümüzə göndərəcəklər. Qvardiyaçılardan Məhərəmov Ədalət, Əliyev Natiq, Paşayev Namiq, Novruzov Məhiyəddin və bir neçəsi bizə yaxınlaşıb Səmədin atasının yanında gələn hərbçi formasında olan şəxsin Səməddən kimliyin soruşmuşdular. Həmin qvardiyaçılar  4 iyun 1993-cü il tarixində surətçilər tərəfindən  avtobusda olan Milli Qvardiyaçılar güllələnən zaman təsadüf nəticəsində sağ qalan qvardiyaçılar idi. Səmədin atası ilə gələn həmin hərbçi sürücü qvardiyaçılar güllələnən zamanı avtobusda qvardiyaçıları güllələyənlərdən biri idi. Onu uşaqlar tanımışdı. Səməd isə onu tanımadığını bizə bildirmişdi. Mən həmin şəxsin əlamətlərini yadda saxlamağı qvardiyaçılara məsləhət görmüşdüm ki, bizə gələcəkdə lazım olacaq. İndi də onun siması mənim gözlərim önündədir. Dövlət istintaq orqanları istərsə biz həmin şəxsin kimliyini qısa bir müddət ərzində müəyyən edə bilərik. ( Kazımov Səməd Qara oğlu Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində “Alfa” dəstəsində xidmət edib hərbi rütbəsi polkovnik-leytenantdır) Bununla da Gəncə hadisələrinin faciəli dramasının final mərhələsinin mahiyyətinin cizgiləri görünə bilər və Gəncə hadisələri ilə əlaqədar bir çox gizli cinayət işləri açıla bilər...

 Həmin günü axşama yaxın biz saxlanılan yerə bir dəstə hərbçi yaxınlaşdı. Onlar Azərbaycan ordusunda xidmət edən hərbçilərə oxşamırdılar. Milliyətcə ya rus idilər, ya da ukraniyalı (sonradan öyrəndiymizə görə göy bretli bu hərbçilər Rusiya Müdafiə Nazirliyinin əks kəşfiyyat idarəsinin əməkdaşları imiş.) Onları tanımasaq da Milli Təhlükəsizlik Nazirliyinin bizimlə birlikdə saxlanılan əməkdaşları tanıyırdılar. İşin tərsliyindən Gəncə şəhərində Surət Hüseynovun rəhbərlik etdiyi qüvələr tərəfindən saxlanılan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarını da biz tanımırdıq. Sürət Hüseynovun rəhbərlik etdiyi hərbçilər tərəfindən saxlanılan hər bir hərbçi eyni hərbi forma geymişdi. Heç kimdə fərqləndirici nişan yox idi ki, kimin kimliyi müəyyən edilsin. Biz ölkə daxilindədə o zaman birlikdə müəyyən tədbirlərdə iştirak etməmişdik ki, bir- birimizi tanıyaq. Yalnız 1993-cü il tarixində ölkə rəhbərliyi tərəfindən Gəncə Şəhərinə göndərilən Milli Qvardiyanın Xüsusi təyinatlı dəstəsinin üzvləri Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi təyinatlı dəstəsinin əməkdaşlarını tanıya bilərdilər. Çünki Milli Qvardiyanın Xüsusi təyinatlı dəstəsi Milli Təhlükəsizlik Nazirinin birinci müavini Sülhəddin Əkbərovun sərancamına göndərilmişdi. Şəxsən Milli Qvardiya alayının şəxsi heyəti Milli Təhlükəsizlik Nazirliyinin bir əməkdaşını da üzdən tanımırdı. Azərbaycan Respublikaında Sovet höküməti dövründə təhsil alan hər bir vətəndaş Milli Təhlükəsizlik Nazirliyində xidmət edən vəsiqəsi olan süpürgəçini  də mühüm adam hesab edirdi. Sovet höküməti suquta uğrayandan sonrada Milli Təhlükəsizlik Nazirliyində xidmət edənlərin yekəliyi xofu bu dövrdə yetişən insanların yadaşından silinməmişdi. Biz Surət Hüseynovun adamları tərəfindən dövlət rəhbərliyində xidmət edən, lakin qiyamçılarla gizli əlaqəsi olan mənəviyyatını satan xainlərin rəhbərliyi altında bu gün bu acınacaqlı vəziyyətə düşərək bir- birimizi tanımaq məcuburiyətinə düşmüşdük. Bizi bu vəziyyətə Sürət Hüseynovun əsiri edənlər, dövlətin dayağı olan iki güc strukturunun  əməkdaşlarının xidmət etdiyi dövlətin bel sütunu sayılan, prezidentin inanıb güvəndiyi, vəzifə sahibi təyin elədiyi  şəxslər bilərəkdən və yaxud bilməyərəkdən bu günə salmışdılar.

Azərbaycan dövətçiliyinin tarixində vətəni yolunda hər an özərini qurban verməyə hazır olan və bu yolda şəhid olmalarını əməlləri ilə sübut edən vətən övladları, müstəqiliyini yeni tapmış  Azərbaycan Respublikasınının iki dövət orqanlarının əməkdaşlarına həyatda yaşamaq üçün vətəninə xainlik etmək təklif olunurdu. Surət Hüseynovun rəhbərlik etdiyi qiyamçı hərbçilər tərəfindən  bizi saxladıqları beton zirzəmiyə sonradan bildiyimiz Rusiya  Xüsusi Təyinatlı hərbi dəstənin göy bretli əməkdaşları gəlmişdi. Milli Qvardiyaçılar onların kimliyini tanımasalar da respublikanın bizimlə Surət Hüseynovun qiyamcı dəstə üzvləri tərəfindən əsir götürülən MTN əməkdaşlarının bəziləri onları tanıyırdılar. MTN xüsusi təyinatlı dəstəsində xidmət edən bəzi əməkdaşlar bu gün bizim yanımıza gələn rus ordusunun xüsusi təyinatlı dəstəsinin üzvləri ilə vaxtilə Dağlıq Qarabağda rastlaşmışdılar. Onlar Milli Təhlükəsizlik Nazirliyinin  əməkdaşlarından bir neçəsini çölə çıxarıb nə barədəsə söhbət edirdilər. Biz hiss edirdik ki, bura gələn göy bretli hərbçilərlə MTN əməkdaşları ilə nə barədəsə söhbətləri alınmır. Bu zaman bura gələn göy bretli hərbçilərlə söhbət edən MTN əməkdaşlarından biri onlardan ayrılaraq bizə yaxınlaşmışdı. Mənə müraciət edərək sözü olduğunu bildirmişdi. O yavaşcadan mənə demişdi ki, bunlar Surət Hüseynovun adamları tərəfindən bura göndəriliblər, ölkə prezidenti Əbülfəz Elçibəyi tutmaq üçün şəhərdə onun yerini bilən bələdçi adam istəyirlər. Bu sözü eşidən kimi mən MTN-in həmin əməkdaşına demişdim ki,  get onlara de ki, ünvanı səhv salıblar. Satqınlar çoxdan çıxıb aradan. Burada qalanlar əsl kişidirlər. Əsli kişi olan  vətəninin atrıbutunu satmaz. Ölkə prezidenti bizim dövlət atriburutmuzdur. MTN və Milli Qvardiya əməkdaşları arasında satqın tapa bilməyən tanımadığımız göy bretli xüsusi təyinatlı dəstənin üzvləri  çıxıb getmişdilər. Bu hadisədən sonra MTNəməkdaşları Milli Qvardiyaçıların gözündə dahada yüksəlmişdi. Onların mərdlinə heyran olmuşduq. İki gün ərzində Surət Huseynovun qiyamçı dəstə üzvlərinin əlində bir yerdə əsir olmağımıza baxmayaraq biz öz-özlüyümüzdə müyənləşdirə bilməmişdik ki, Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvləri arasında rəhbər vəzifəli şəxs kimdir. Gör nə günə qalmışdıq ki, döyüş bölgəsində erməniləri diz çökdürən bir dövlət atrubutuna sahib olan Milli qvardiyanın Qərargah rəisi və alay komandiri belə böyük həyat təcrübəsinə və dövətçiliyin dayaq dəstəsi olan təhlükəsizlik orqanlarının əməkdaşlarının gözləri qarşısında qiyamçının rəhbərlik etdiyi əməkdaşların əli ilə tabeçiliyində olan hərbçi yoldaşlarını başsız qoyaraq çıxıb getmişdilər. Bu hadisədən sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları arasında istər- istəməz Milli qvardiyaçılara  inamsızlıq əmələ gəlmişdi. 

      Bizi mühafizə edən əsgərlər yavaş-yavaş bizə isinişirdilər. Onların içərisində yanılmıramsa əslən Tovuzdan olan çox kiçik yaşlı bir əsgər də var idi. Həmin əsgər öz cibinin pulu ilə bizə siqaret və çörək alıb gətirirdi. Bir sutka idi ki, dilimizə su dəymirdi. Bunu bilən həmin əsgər haradansa iki bardaq su gətirtdirmişdi. Hərbi forma geyməyinə baxmayaraq heç onun 16 yaşı da yox idi. Söhbət zamanı o bizimlə bir yerdə olan, alayın texniki təchizat bölüyünün komandir müavini baş leytenant Hüseynov Tapdıq Məcid oğlunun yaxın qohumu çıxmışdı. Bundan sonra o bizə daha da yaxın münasibət bəsləmişdi. O mənə söz vermişdi ki, əgər siz uşaqların qaçmayacağına söz versəniz, mən sizin qapınızı açıq saxlatdıraram. Mən onda olan bu cəsarəti görüb üzümü qvardiyaçılara tutub nə dediklərini soruşmuşdum. Hamısı bir nəfər kimi demişdi ki, komandir, o bu yaşında belə cəsarət sahibidirsə söz ver. Mən də ona heç kimin qaçmayacağı barədə söz vermişdim. Bizim üstümüzdə duran əslən Hacıqabul rayonunun Udlu kəndindən olan Muxtar və adını bilmədiyim Muxtarla eyni kənddən olan qarayanız hərbçi onun bu qərarına razı olmaq istəməsələr də həmin cavan uşağın zəhmli hərəkəti və bizim Şamaxı zonasından olan qvardiyaçıların həmin şəxsləri dannamaları onların da yumşalıb razılaşmasına səbəb olmuşdu. Bununla da bizim üzümüzə qapı açılmışdı. Onlar qərargaha yaxın yerdə əsgər yerləşdirmişdilər ki, gələn olsa xəbər versinlər. Bizim üstümüzdə duran bu qara tərs mühafizəçinin üstündə avtomat silhından başqa iki ədəd  TT markalı Milli Qvardiyaçılara məxsus tapança da var idi. Həmin silahların birin belindən, o birini isə iplə döşündən asmışdı. Biz onu danışdıranda hiss etdik ki, bunda bir az ağıl kəmliyi var. Uşaqlar onu dolamaq istəsələr də mən qoymadım. Bizim qaravulumuzu çəkən hərbçilərdən öyrənmişdik  ki, onlar bizim üzümüzə qapı açdıran, bizə çölə cıxmağa icazə verən  həmin cavan əsgərə tabedilər. Biz pul yığıb ərzaq almaq üçün ona vermişdik. Əvvəl o pulu götürmək istəməsə də mən ona təkid etmişdim. O gedib ərzaq alıb gətirmişdi. Gün batmaq üzrə idi. Hava yay olmasına baxmayaraq soyuq idi. Bizi mühafizə edən hərbçilər həmin cavan hərbçinin göstərişi ilə gedib haradansa taxta-talaş yığıb gətirmişdilər və biz saxlanılan zirzəminin qarşısında ocaq qalamışdılar. Bizimlə bərabər ocağın istisinə qızınan bizi mühafizə edən keşikçilər plaşlarına bükülüb bizim yanımızdaca yatmışdılar. Hətta bizim qvadiyaçılardan biri yatmış mühafizəçinin avtomatını götürüb  gülərək yoldaşlarına demişdi ki, qaçmaq fikirinə düşməyin, o avtomatını mənə etibar  edib. Düzü, mənim halım heç özümdə deyildi. Alay komandiri Elmar Hüseynovla Milli Qvardiyanın qərargah rəisi Tariyel Nəsirovun hərəkətləri mənə pis təsir etmişdi Milli Qvardiyanın komandanı Tahir Məmmədovun cavan siması gözümün önündən getmirdi. Özüm də bilmədən gözlərim yaşarmışdı. Bunu görən  mühəndis istehkamçı bolüyünün komandiri kapitan Vaqif Şakir oğlu Mustafayev və tağım Komandiri Hüseynov İsmayıl  Məmməd oğlu üzlərini mənə tutub dedilər ki, komandir, özünü ələ al, uşaqlar sənə baxır, onların ümidi sənədir. Onlar qoluma girib ocağın başından məni qaldırdılar. Sanki yatmışdım, qəfil oyandım.  Saxlandığımız istehkamın yaxınlığında gəzən qvardiyaçıların bir neçəsi mənə yaxınlaşdı. Gecə qaranlıq zülmət kimi idi. Qvardiyaçi Novruzov Məhyəddin  Firəddin oğlu dedi ki, komandir, uşaqların sənə sözü var. Onlar mənə dedilər ki, komandir hər tərəfi gəzmişik heç kim yoxdur. İcazə ver aradan çıxaq. Düzü, mən çox pis vəziyyətə düşmüşdüm, bir yandan oğlum yaşlı bir uşağa göstərdiyi kişiliyə görə söz vermişdim. Bir yandan da Qvardiyaçıların günahsız yerə əzab çəkmələrinə dözə bilmirdim. Onlara dedim ki, mən o uşağa söz vermişəm, ölsəm də bu gün buradan gedən deyiləm. Mən sizin yerinizə cavab verə bilərəm, siz isə mənim yerimə yox. Alayın qərargah rəisi Zakir Ağayarova təklif edin, o gedirsə onu da aparın. Bizdən bir az aralıda tək gəzən Zakirə yaxınlaşıb uşaqların fikirini ona bildirmişdim. O məndən sən də gedirsən? deyə soruşmuşdu. Mən o uşağa söz vermişəm, o gəlməmiş gedən deyiləm- deyə fikirimi bildirmişdim. Qvardiyaçıların bir hissəsi neçə günün yorğunluğundan istekamın içərisində daş kimi yatmışdılar. Mən keşikçilərin ayılıb duyuğ düşmələrini nəzərə alıb ocaq başına qayıtmışdım, Bizim keşiyimizi çəkən əsgərlər yuxudan oyanıb məni ocaq başında oturan görüb təzədən yatırdılar. Qvardiyaçıların bir hissəsi həmin gecə qaçsa da bir hissəsi mənim yanımda qalmışdı. Axşam bizim qapımızı açıq qoyduran o gənc uşaq evlərinə gedən zaman mən ona qohumu Tapdıq  Hüseynovu da özü ilə aparmağı  məsləhət görmüşdüm. O, mənimlə razılaşıb Tapdığı özü ilə aparmışdı. Bu iki gündə Bakıda və Gəncədə hansı hadisələr baş verdiyindən xəbərimiz yox idi. İstəyirdim ki, əlimizə düşən bu fürsətdən  istifadə edib, Tapdıq Hüseynov vasitəsi ilə bir məlumat əldə edək. Həmin gecə Ağayarov saxlandığımız yerə gəlmədi. 6 iyun 1993 cü il tarıxində səhər tezdən yanımda olan Novruzov Məhiyəddinə dedim ki, dur uşaqları yoxla gör kim gedib kim qalıb. Bir azdan o bildirdi ki, komandir, uşaqların əksər hissəsi  yoxdur, o cümlədən də alayın qərargah rəisi mayor Ağayarov. Düzü, mən onların gecə çıxıb  getmələrinə çox sevindim. Artıq səhər açılmışdı, günəşın isti hərarəti hiss olunurdu. Birdən yanımızda oturan kapitan Vaqif Mustafayevi gülmək tutdu. O aralıdan gələn Zakir Ağayarovu göstərib daha da ürəkdən gülməyə başladı. Zakir gəlib yanımızda oturdu. Ondan soruşanda ki, Zakir müəllim, harada idin, dedi ki, gedib qarajda bir hərbi maşının salonunun içində yatıb. Zarafatla mən onun boynuna minnət qoyub bildirdim ki, Zakir müəllim, sənə görə biz qaçmadıq, istəmədik sən tək qalasan. Buradan hansı yolla olursa-olsun çıxıb getmək mümkün idi. Lakin birbaşa şəxsi heyətin taleyinə cavabdeh olan komandirlərin şəxsi heyəti atıb çıxıb getməsindən sonra şəxsi heyət arasında az-çox hörməti olan komandirlərin də özü haqda düşünüb şəxsi heyətsiz çıxıb getməsi qalanlara çox böyük mənəvi zərbə vurmuş olardı. Odur ki, baş vermiş bu hadisələrin hansı nəticələrlə qutaracağın gözləmək məcburiyyətində idik. Bu axşam hamılıqla buradan qaçmağı planlaşdırmışdıq.

 Həmin gün günortaya yaxın biz saxlanılan yerə Murov dağını erməni hərbi birləşmələrindən mühafizə edən tabor komandirlərindən biri  gəlmişdi. Onun yanında bizim iki milli qvardiyaçımız da var idi. Bunlar Milli qvardiya alayında tibb məntəqəsində tibb yardımçısı vəzifəsində xidmət edən  qvardiyaçı Məmmədov Samir Kərim oğlu və Sofiyev İfrət Qurban oğlu idi. Onlarla gələn komandirin familyası adı  səhv etmirəmsə Əliyev Əliyev idi. Çox dəhşətli bir mənzərə yaranmışdı. Ölkənin atributu saylan Milli Qvardiya döyüşçüləri keçmişin qul bazarında satılan əsgərlərə bənzəyirdi. O qvardiyaçılara təklif edirdi ki, kim istəsə, onun taboruna keçə bilər. Mən onun təbliğatına qulaq asandan sonra ona demişdim ki, müəllim, sən gəl özünü yorma, Milli Qvardiyanı satanlar dünən çıxıblar aradan, burada siz axtaranlar yoxdu. İmkanınız varsa bizə bir az su təşkil edin, iki gündür bu insanların dilinə heç nə dəymir. Mənim bu sözümdən sonra həmin zabit bizə ərzaq göndərəcəyinə söz verib, gəldiyi qvardiyaçılarla birlikdə çıxıb getmişdi. Ərzaq isə göndərməmişdi. Deyəsən Surət Hüseynovun hərbçiləri qvardiyaçıların axşamkı qaçışından xəbər tutmuşdular. Günorta biz saxlanılan hərbi hissəyə iki “İkarus” avtobus gətirilmişdi. Bizi avtobusa mindirib Gəncə şəhərinin mərkəzinə tərəf silahlı dəstənin müşayəti altında aparırdılar. Gəncə şəhərinin mərkəzində yerləşən yeni gətirildiymiz hərbi hissə  sovet ordusunun Gəncə şəhərində yerləşən xüsusi təyinatlı briqadasının hərbi bazası idi.

  Əsir kimi bura gətirilən hərbi qurumun nümayəndələri ayrı-ayrılıqda düzülmüşdü. Ortalıqda canfəşanlıq edən Surətin qiyamçı polkovniki Eldar Əliyev əsirlərin sıra baxışının düzülüş qaydasını yoxlayırdı. Hiss olunurdu ki, böyük ranqlı kimsə bura təşrif buyuracaq. Beş-on dəqiqə keçəndən sonra hərbi hissənin hündür darvazaları açılmış, bir neçə minik maşınının müşayəti ilə Surət Hüseynov gəlmişdi. Polkovnik Eldar Əliev sırada duran əsirlərə fəraqat komandası verib iri addımlarla Surət Hüseynovun önünə gedərək əsirlərin düzülməsi barasəndə ona məruzə edirdi. Surət Hüseynov elə görkəm almışdı ki, elə bil hərbi parad qəbul edir. Eldar Əliyev ona Azədaycanın Milli Qəhrəmanı, korpus komandanı deyərək ərznamə verirdi.  Surət Hüseynov Eldar Əliyevə göstəriş verdi ki,  zabit heyətinin bir sıraya, gizir heyəti və əsgərləri isə başqa bir sıraya düzdür. Eldar Əliyevin göstərişi əsasında biz əsirlər yeni sıra baxışına düzüldük. Bundan sonra Surət Hüseynov sıranın ön cərgəsinə yaxınlaşaraq küçə söyüşü ilə ölkə rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədib bir az da bizi hədələyib komandir heyətinin beş addım qabağa çıxmasını əmr etmişdi.  MTN,DİN və Müdafiə Nazirliyinin rəhbər vəzifəli komandirləri qabağa çıxmışdılar. Milli Qvardiya heyətindən heç kim qabağa çıxmamışdı. Bu zaman Surət Hüseynovun yanında gələn Zobik ləqəbli cinayət aləmində lotu adına malik olan Ruslan Rzayev sırada mənə yaxınlaşıb demişdi ki, sən niyə çıxmırsan? Ona  demişdim ki, siz komandirləri dediniz, mən isə rəisəm. O isə mənə demişdi ki, burada ən böyük komandir sənsən, çıx qabağa. Onun bu sözündən sonra mən də sıradan çıxıb başqa hərbi qurumların komandirləri duran sırada durmuşdum. Sıradan çıxarılıb beş addım sıranın qabağında duran komandirlər bunlar idi; MTN xüsusi təyinatlı dəstəsinin komandiri polkovnik Əhmədov Eldar Nəcməddin oğlu, müavini  polkovnik  Rüfət (familyası yadımda deyil, çox mehriban, peşəkar savadlı bir insan idi). Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının komadanının birinci müavini polkovnik Səfərov, müdafiə nazirinin artilleriya üzrə komandanı polkovnik Hacırəhim Məmmədov  və  kapitan Süleymanov Əzizağa Mirpaşa oğlu. Bizdən sonra Surət Hüseynov tabor komandirlərinin sıradan çıxmağı barədə göstəriş vermişdi. Bu zaman Milli Qvardiya alayının birinci taborunun komandiri mayor Akif İsaxan oğlu Yusifov sıradan çıxmışdı. Surət Hüseynov yanındakı silahlı hərbçilərə bütün orada olan insanların gözü önündə əmr etmişdi ki, aparın bunları güllələyin! Onlar da bizi aparanda Milli Qvardiya taborunun komandiri Yusifov Akif İsaxan oğlu qorxuya düşüb həqiqətən güllənəcəymizi zənn edib Surət Hüseynova müraciət etmək istəmişdi. Surət Hüseynov isə hirslə onun üstünə qışqıraraq “aparın,yoxsa onu indi özüm güllələyəcəm” demişdi...

Ardı var...


Oxşar xəbərlər
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
GÜNLÜK
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO