M.Ə.Rəsulzadə: Rusiyada milliyyət məsələsi-Nəsiman Yaqublunun təqdimatında...
Araşdırma
Oxunub: 3244
06 Mar 2022 | 09:47
M.Ə.Rəsulzadə: Rusiyada milliyyət məsələsi-Nəsiman Yaqublunun təqdimatında...
Bu gün Azərbaycan Cümhuriyyətinin yaradıcısı və Milli Qurtuluş Hərəkatımızın böyük ideoloqu M.Ə.Rəsulzadənin vəfatının 67-ci ildönümüdür.Azərbaycan xalqının azadlığı uğrunda dayanmadan  mücadilə etmiş M.Ə.Rəsulzadə zəngin irs qoyub getmişdir.Onun mühacirətdəki əsərlərinin 10 cildliyini nəşrə hazırlayıram və 2 cildi artıq nəşr edilib.Hazırda 3-cü cildi nəşrə hazırlayıram.Bu gün isə onun vəfatı günündə xatirəsini yad etmək üçün  1928-ci ildə  Türkiyədə “Azəri Türk” jurnalının 6-cı sayındakı(15 aprel, 1928-ci il) məqaləsini oxuculara təqdim edirəm.
 
 
Məhəmməd Əmin Rəsulzadə
 
Avropa məktubları: (I)  Rusiyada milliyyət məsələsi
       
Avropa məktublarına Rusiyaya aid bir mövzu ilə başlıyoram. Bu həm təsadüfi, həm də təbiidir. Təsadüfidir, çünki Parisə gəlir-gəlməz burada işbu mövzu ətrafında cərəyan edən bir mübahisənin təmas etdiyim məhfillərdə bir çox inikas¬ları¬nı gördüm. Təbiidir ki, çünki “Rusiyada milliyyət məsələsi” demək bizim mə¬sə¬lə deməkdir.
Hadisə bundan ibarətdir: məruf Kerenskinin müdiriyyəti altında Parisdə “Dni” namında rusca bir qəzetə çıxıyor. “Dni”nin ötədən bəri bəzi siyasi məsələlər üzə¬rin¬¬də siyasi mübahisə məclisləri təşkil etmək adətidir. Bu dəfə də “Dni” mühərrir¬lə¬rin¬dən və Kerenski qrupunun rüknlərindən Vişnyakın “Rusiyada milliyyət məsə¬ləsi” mövzusunda təqrir etdiyi rapor üzərinə rus sosyalist-revolyusioner firqəsinin sağ cinah liderlərindən Avksentyevin təhti-riyasətində bir mübahisə açılmışdır. Mübahisə həm mövzu, həm də kəndisinə iştirak edən ünsürlər etibarilə mühümdür. Burada başda eser firqəsi olduğu halda rus millətçiləri arasında mövcud bütün sol firqələrin müməssilləri iştirak etdiyi kibi, Rusiyadan ayrılmaq yolunda əzm və mü¬ca¬dilədə bulunan istiqlalçı qeyri-rus millətlərin də müməssilləri iştirak etmiş¬lərdir. Şunu da qeyd etməliyiz ki, bu iştirak məzkur müməssillər tərəfindən şəxsləri namına icra olunmuş, yoxsa bir firqə və təşkilatın rəsmi mandəsini haiz olmamış¬lardır.
 
Vişnyakın raporunu təşkil edən tez, son zamanlarda bir tərəfdən rus sosyalist¬ləri, digər tərəfdən də gürcü sosyal-demokratları arasında zühur edən ixtilaf ilə əla¬qə¬dardır. Hətta Vişnyak raporunun elmi qismini sərahətən bu məsələ ilə bağ¬la¬mış¬dır. Gürcü sosyal-demokratlarının lideri və milli Gürcüstan hökumətinin rəisi Noy Jordaniya axirən nəşr elədiyi risaləsində sosyalizm əsatizəsinin səlahiy¬yə¬tinə isti¬nad¬la milliyyət məsələsinin həddi-zatində müsbət bir qiyməti haiz olub hər hanki bir millətin kəndi müqəddəratını təyində səlahiyyətdar və istərsə bir döv¬lətdən ta¬ma¬milə ayrılmaya və kəndi başına müstəqil bir dövlət təşkil etməyə haqlı olduğunu dava etmişdir.
Vişnyak isə bu davanın əleyhindədir. Onunca “bir millətin kəndi müqəd¬də-ratını təyinə səlahiyyətdar olması” mütləq surətdə anlaşılamaz. Hələ bir millətin bu haqqında dövlət təşkilinə təşəbbüs edərək, mövcud təşəkküli-siyasidən ayrılmaya qədər qalxışması heç bir zaman,Jordaniyanın yapdığı kibi,mütləq surətdə vəz olunamaz. Çünki digər bir çox məsələlər kibi milliyyət məsələsi də zaman və mə¬kan xaricində, mücərrəd bir taqım nəzəriyyat sahəsində həll olunamazmış. Vişnyak ilə arkadaşlarının nəzərində milliyyət məsələsi mövcud və millətlərin kəndi mü¬qəd¬dəratlarını həllə səlahiyyətdar olmaları haqq isə, bu, məşrut bir haqdır. Hər halda istərsə ayrılır, kəndi başına müstəqil bir dövlət təşkil edər, şəklində təsəvvür olunacaq qədər mütləq bir haqq deyildir. Rusiyada bolşeviklərin becərib də səh¬ne¬yi-həyata yetişdirdiklərinə nəzərən üç yüzə qərib millət varmış. Bütün bun¬lar Rusi¬ya¬dan ayrılıb kəndi başlarına birər dövlət olurlarsa, o zaman Rusiyadan nə qalır! Bu hadisə nə rusların, nə də qeyri-rusların faydasına olamazmış. Binaə¬ni¬leyh mil¬lət¬lər və bu millətləri təmsil edən sosyalist və demokrat firqələr təqib olunan “müf¬rit iftiraqçılıq və mütləq istiqlalçılıq” qayəsindən vaz keçməli və fede¬rasyon prin¬si¬pini tərvic edən rus demokratiyası ilə şimdidən ümumi bir lisan bul¬ma¬ya çalışmalı imişlər.
 
Rapor sahibi başda Jordaniya olduğu halda, gürcü sosyalistlərinin qafqasiya¬lı¬lar, ukraynalılar və türkistanlılarla birlikdə Rusiya əleyhində hazırlıqlarda bulu¬na¬raq kəndisini parçalatdırmaq niyyətində olduqlarını və sadə bolşeviklərə deyil, ələl¬ü¬mum Rusiyaya qarşı vəziyyət aldıqlarını şiddətlə tənqid edərək Jordaniyanın bir sözünü alaraq bununla istiqlalçılıqda müzirr olan millətləri təhdid ediyor. Əvət, doğrudur, diyor; “Biz şimdidən vəziyyət almalı, hadisata icrai-təsir etməli, tarixin təbii qüvvətlərini tənzim etməliyiz” bu təbii qüvvətin hürr yanı,Jordaniyaya görə, məh¬kum millətlərin istiqlallarını kəsb edəcəkləri bir istiqamət üzərində inkişaf ediyor. Halbuki Vişnyaka görə sövqi-təbiət Rusiyadan ayrılmaq istəyən millətlərin deyil, bu millətləri sərbəst buraxmaq istəməyən rusların lehində imiş. Çünki “daha gənc, qüvvətli və istiqbala malik olan bir millət heç bir zaman sıcaq dəniz yolla¬rı¬nın kəndi üzünə qapanmasına təhəmmül edəməz”miş.
 
Kerenskinin qəzetəsi bu mövzui münaqişə üçün Parisdə mövcud müxtəlif mil¬lət və firqələrə mənsub zəvata surəti-məxsusədə dəvətnamə göndərmişdir. Bu¬nun¬la “Dni” sənələrdən bəri yekdigəri ilə görüşməyən zəvatın Rusiya millətlərini candan əlaqədar edən bu məsələdə nə düşündüklərini öyrənmək üçün bir vəsilə ehzar et¬mək istəmişdir. Vəsilədən bilistifadə bir çox rus, ukraynalı, gürcü, erməni, azər¬bay¬canlı, yəhudi və sair millətlərə mənsub natiqlər bəyanatda bulunmuş, bun¬lar¬dan bir qisminin xülaseyi-bəyanatı nəşr edilmiş, digər qisminin də bəyanatları nəşr ediləcəkdir.
 
Fəqət bu vaxta qədər nəşr olunan bəyanatlar belə professor Milyukovun qəze¬tə¬sinə “bu adamlarla (yəni qeyri-rus millətlərə mənsub adamlarla) milliyyət məsə¬lə¬sinin həlli üçün müsbət bir şey görüşüləməyəcəyi” qənaətini vermişdir.
 
Mübahisəyə iştirak edən natiqlərdən bəzilərinin şayani-diqqət gördüyümüz mütaliə və cümlələri ilə möhtərəm qareləri aşina etmək istəriz. “Millətlərin faydası Rusiyadan ayrılmaqda deyil, kəndisi ilə qalmaqda” olduğunu isbat edən və “Böyük Rusiya” zehniyyətini daşıyan natiqlərin iqamə etdikləri dəlillər çox qəribdir. Bun¬lar¬dan biri Vişnyakın təsəvvürüncə “müştərək rus kültürü”dür. Qeyri-rus millətlərə mənsub natiqlərdən heç biri böylə müştərək bir kültür mövcud olduğunu qəbul etmi¬yorlar. Azərbaycanlı Ataməlibəyov bu kültürün sadə münəvvərlərdən bir qis¬mi¬nə şamil olduğunu, yoxsa Azərbaycan xalqının kəndi həyat və kültürü ilə müstə¬qil olaraq yaşadığını qeyd ediyor. Yəhudi sosyalistlərindən “Bund” müməssili Bra¬von isə qeyri-rus millətlərdən bir çoxunun rus xalqından daha ziyadə mədəni və kültürcə daha yüksək olduğunu dava və isbat etmişdir. Bu dava qarşısında şaşıran raportor isə “kültürü oxur-yazar adamların ədədi deyil, yüksək əsəri-düha yetiş¬dir¬mək istedadını göstərə bilmək əlamətləri ilə ölçmək lazımdır” deməkdən başqa bir cavab bulamıyor. “O halda ruslar isveçrəlilərdən daha kültürlüdür” sualına da “Əvət!” cavabını vermək zərurətində qalıyor.
 
İkinci səbəb iqtisadi iştirak mənafeyidir. Rusiya coğrafi bir vəhdət imiş. Bu vəhdəti pozmaq rusların faydası olmadığı kibi, qeyri-rusların da faydası deyilmiş. Məsələn, Rusiyadan ayrılan Azərbaycan petrolunu, Türkistan pambığını, Ukrayna buğdası ilə daş kömürü nə yapar? Kimə satar? Bu istidlalın nə qədər qərib olduğu¬nu söyləmək belə zaiddir. Rus natiqlərdən Timyaşev Gürcüstan ilə Ermənistanın Rusiyadan ayrılaraq tamamilə müstəqil olmaları ilə Rusiya ülfət peyda edə bilir; bu məmləkətlər ziraət məmləkətidir. Onların getməsindən Rusiya pək də mütəzərrir ol¬maz. Yalnız Donetsk kömürünə malik Ukrayna ilə Bakı petroluna malik Azər¬bay¬¬can nə der də Rusiyadan ayrılmaq fikrinə düşər?!.. Rusiya xalqı buna qətiyyən təhəmmül edəməz. Sərvət və məvaddi-zəruriyyə mənabeindən məhrum buraxılan Velikorusiya istər-istəməz, avtokratik bir hökumətə malik olur. Böylə bir hökumət isə kəndisindən ayrılan bütün bu məmləkətləri yeni başdan zəbt etmək zərurətinə düşər. Rus natiqlərindən bir qismi Türkistan, Ukrayna və Qafqasiyanın Rusiyanın həyat və inkişafı üçün bu qədər zəruri olduğunu şu surətlə isbat edərlərkən, digər bir qism natiqlər məsələyi başqa nöqteyi-nəzərdən təhlil ediyor, Rusiyada qalma¬nın bu məmləkətlərin kəndi mənfəətləri iqtizasından olduğunu iləri sürüyorlar. Türküstan və Qafqasiya cümhuriyyətləri ancaq mərkəzin təxsisatı ilə kəndi büdcə¬lərini tənzim edə biliyorlarmış. Görülüyor ki, Rusiya imperializmi bir tərəfdən ba¬za¬rın həqqi-hakimiyyəti, digər tərəfdən də sadə insani bir fikri-şəfqət üzərinə təəs¬süs ediyor. Mübahisəyə iştirak edən natiqlərdən zərafət örsü ilə təmayüz edən Bra¬vo¬¬nun dediyi kibi, dünyada bir dövlət və bir millət yoxdur ki, möhtac olduğu bütün məvaddı kəndi hakim olduğu ərazi daxilində bulmaq zərurətində bulunsun. Fərzən bir qitə petrol ərazisinə malik olmayan Fransa paytaxtında Moskvadan daha ziyadə bulunan avtomobillər benzinsizlik üzündən bir gün olsun durmamışlardır.
Eyni zamanda, petrola malik olmayan İtaliya müstəqil və böyük bir dövlət olmaqdan heç də məhrum olmamışdır. Ruslar yaşadığımız bu əsrdə beynəlmiləl mübadilənin fəth və istila sistemi xaricində üsullarla da qabili-icra olduğunu nədən unuduyorlar. Sıcaq və açıq dənizə çıxmaq ehtiyacı da mənasız və məntiqsiz bir dəlildir. Çünki məqsəd Qara dəniz isə bu nə sıcaq, nə də açıq bir dənizdir. Bəhri-səfid belə açıq deyildir. O halda Ataməlibəyovun dediyi kibi, rus sosyalistləri hü¬dud¬larını bəhri-mühitəmi dayandıracaqlar?
Xülasəsi, buna Vişnyakın müdafiə etdiyi “tez” millətlərdən nə ukraynalıları, nə türküstanlıları, nə də yəhudilərdən bir qismini tətmin etmişdir. İrlanda, Misir və Hindistan kibi məmləkətlərin İngiltərəyə qarşı elani-istiqlal davasında bulunduqları böylə bir zamanda nə kültürcə, nə iqtisadca, nə də tarixcə qüvvətli rabitələrdən məhrum bulunan Rusiya millətlərini siyasi bir qalpaq altında tuta bilmək əmri-mühaldır.
 
Rusiya ilə federasyon əsasını prinsip etibarı ilə qəbul edənlər miyanında qeyri-rus millətlərdən yalnız erməni müməssilləri təmayüz etmişlərdir. Bunlardan daşnaksütyun müməssili Xatisov hər nə qədər Ermənistan istiqlalının müdafiəsi, kəndi firqəsi üçün bir namus məsələsi və erməni milləti üçün bir ehtiyac olduğunu, bir taqım qeyd və qüyudla söyləmişsə də; erməni liberalları namına söz söyləyən Atabəyov irqdaşının bu nitqini şiddətlə tənqid eləmişdir. Rusiya xaricində müstəqil olaraq bir Ermənistan düşünmək qılıncdan baqi qalan erməniləri də ölümə vermək deməkdir. Bu natiqə görə ermənilər üçün Rusiya himayəsi və müdafiəsi xaricində müstəqil bir dövlət həyatı yaşamaq təsəvvürü cinayətdən ibarətdir. “Ermənistan təcrübə taxtası, ermənilər dəxi farə deyildir”. Rusiya Qafqasiyaya gəldiyi zaman ədədləri on mini keçməyən Qafqasiya ermənilərinin sayı bu gün bir milyon səkkiz yüz mini keçməkdədir. Halbuki vaxtilə iki milyonu mütəcaviz Türkiyə ermənilə¬rin¬dən bu gün bir kişi də qalmamışdır, fəqət bu məclisdə Atabəyova xatırladıl¬ma¬lı¬dır ki, Qafqasiyadakı erməni nüfusunun artması ermənilərin rusçuluğundan iləri gəliyorsa, Türkiyədəki fəlakətlərinin səbəbini də yenə o təşkil edər. Xatisov böyük bir tərəddüd və ehtiyatla olsa da istiqlalçılıq şüarının müdafiəsində əsrdidə qon¬şu¬la¬rı ilə həmahəng olmaq meylini izhar etməsi ilə Atabəyovdan daha ağıllı dav¬ran¬mışdır. Mübahisə tamamilə tamam olmamışsa da, raportor əcələ olaraq Parisdən getmək zərurəti ilə müarizlərinə cavabını vermiş və müdafiə etdiyi “tez” üzərində israr edərək nitqini şöyləcə xülasə etmişdir:
– Ya Pilsudskiyi, yaxud da sosyalist internasyonalını, ya Kamal Paşayı, yaxud da rus radikal-demokratizmini tərvic etməlidir. Jordaniyanın yapdığı kibi, Rusiyayı yıxmaq və parçalamaq məqsədi ilə bir tərəfdən Türkistan və Ukrayna ilə əsgəri ittifaq bağlamaq, digər tərəfdən də rus radikalizminə müraciət etmək olamaz!
Beş-altı ictimada söylənən bir çox nitqlərin çox müxtəsər və bilzərurə naqis bir xülasəsini təşkil edən bu sətirləri qaralarkən bu məsələdə bizzat Kerenskinin də bəyanatda bulunduğunu xəbər aldım. Fəqət bu qismindən də sonra bəhs edəriz. Şimdilik bu qədər ərz edə bilirəm ki, vaxtilə hərbdən bıkmış rus ordusunu nitq və iqna təriqilə hərbi-nihaiyə sövq etmək qeyrəti sayəsində “baş komandan” ikən “baş propaqandist” ləqəbini alan Kerenski sadə iqna və söz təsiri ilə rus köylüsünü hər¬bə sövq edəmədiyi kibi, hər nə qədər tarixi vəzifəsinə sadiq qalaraq milli qayələrini dərk etmiş millətləri rus idarəsi altında qalmaya təşviq etsə də, bu təşviqdən müs¬bət bir nəticə çıxmaz. Bilxassə ki, rus demokratiyası namına söz söyləyən natiq¬lərin ən qüvvətli dəlilləri sadə təhdiddən ibarətdir.
Qorxu üzərinə təəssüs edən federasyonun bugünkü bolşevik federasyonundan daha iyi nəticə verəcəyini bizə hanki məntiq isbat edər?!..
 
Paris, 22 mart 1928
“Azəri-Türk”, 15 nisan 1928, №6
 
Mandə – qalmış
Müzir – israr edən, təkid edən
Əsatizə – ustad, müəllim
Tətmin - təminat vermə
Təmayüz – üstün duruma, gəlmə
Müməssil – nümayəndə
İqna - inandırma
 
Red: 15 nisan 1928 -15 aprel 1928
Oxşar xəbərlər
23:10, Bu gün
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
23:07, Bu gün
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
23:03, Bu gün
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
GÜNLÜK
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..