Razi Nurullayev Ukrayna olaylarını şərh etdi
Oxunub: 3739
04 Mar 2014 | 16:37
Razi Nurullayev Ukrayna olaylarını şərh etdi

“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev Ukrayna olayları ilə bağlı analitik yazı ilə çıxış edib. Moderator.az-a daxil olan təhlili oxuculara təqdim edirik.

 

Ukrayna hadisələrinə baxış - TƏHLİL

Ukraynada hadisələr gərgin müstəvidə davam edir. Fikrimcə, Ukraynada yaşanan hadisələrə birbaşa Ukraynanın öz içindən qaynaqlanan bir hadisə kimi yanaşmaq düzgün deyil.

Ukraynanı qazanmaq uğrunda bir tərəfdə Rusiya, o biri tərəfdə Avropa Birliyi və ABŞ olmaqla mübarizə gedir. Onlar Ukraynanı öz orbitlərinə salmaq uğrunda mübarizə aparırlar.

Əgər, Ukrayna prezidenti Yanukoviç bir neçə ay sonrakı hadisələrin gedişini real görə bilsəydi, heç düşünmədən Assosiativ Sazişə qol çəkərdi. O həm hakimiyyətini, həm var-dövlətini, həm də nüfuzunu itirdi. Üstəlik şəxsiyyətini də itirdi və Ukrayna xalqı üçün xain bir şəxsə çevrildi. O, mart ayının 1-də Rusiya prezidenti Putinə Ukrayana hərbi müdaxilə etməyi xahiş edib. Artıq o Ukraynalıların gözündə xaindir və bundan sonra da ölkəyə yolu birdəfəlik bağlanıb. O daha keçmiş prezidentlər Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko ilə bir sırada otura bilməyəcək.

 

Bundan böyük dərd və məhrumiyyət olarmı?

 

İnqilab necə baş verdi?

Avropa Birliyi və ABŞ-ın dəstəyi olmadan Ukraynada növbəti inqilab baş verə bilməzdi. Düzdür, Ukrayna xalqı siyasi yetginliyini bir daha sübut etdi, amma beynəlxalq dəstək olmadan inqilab beşiyindəcə boğulacaqdı.

Yanukoviç hakimiyyəti itirdi. Yanukoviçin hakimiyyəti itirməsi Putinin də Ukraynanı itirməsi ilə nəticələnmək təhlükəsini ortaya qoydu. Rusiya Ukraynanı əldə etmək üçün bütün mühum variantlardan istifadə etmişdi. Ukraynaya 15 milyard xərcləmək niyyətindəydi. 3 milyard dollar da artıq vermişdi. Belə demək olar ki, bunu rəsmi Kiyevə yox, Yanukoviçin siyasi hakimiyyətinə -  Regionlar Partiyasına vermişdi.

Bu gün reallıq budur ki, Ukraynanı Avropa Birliyi ilə ABŞ qazandı. Putin həm özünün təşəbbüsü ilə yaradılan Avrasiya İttifaqının prestijini qorumaq, Rusiyanın beynəlxalq aləmdə sovetlər birliyindən sonra yaranan digər bir güc qütbü olduğunu sübuta yetirmək cəhdini ortaya qoymalı oldu və bunun da nəticəsində Krımı və Ukraynanın Şərq vilayətlərini zəbt etmək çabaları göstərməkdədir.  

Görünən odur ki, bu il ərzində Ukraynanın yeni hakimiyyəti təbii ki, Avropa Birliyi ilə yeni saziş imzalayacaq. Ukraynanın NATO-ya qəbulu məsələsi çox ciddi şəkildə müzakirə olunur və yəqin ki, Ukraynanın NATO-ya tamhüquqlu üzv olması üçün proseslər daha da sürətləndiriləcəkdir. Bu isə NATO-nun Rusiyanın burnuna qədər gəlib çıxması deməkdir.

 

NATO xoxandırmı?

 

Rusiya NATO-dan qorxur, yoxsa prestij və güc davası aparır? Soyuq müharibə artıq arxada qalıb. İnanmaq olmaz ki, ABI və Rusiya arasında klassik anlamda müharibə baş versin. Rusiya cəmiyyəti də kifayət qədər yetgin bir cəmiyyətdir, insanları mədənidir, oxumuşdur və təhsillidir. Milyonlarla ruslar mədəni dünyaya iteqrasiya edib və onlar Putinin imperialist siyasətini bəyənmirlər. Digər tərəfdən, Vladimir Putin də, haqqı demək lazım ki, müharibə etmək istəməz. Putin çox gözəl bilir ki, Rusiya hazırda nə iqtisadi, nə də siyasi cəhətdən bu imkanlara malik deyil. Hərbi cəhətdən güclü olsa da, ordusu tam olaraq müasir silahlarla təmin edilməyib.

Rusiya Çeçenistanla müharibə aparan zaman minlərlə qurban verdi və Şimali Qafqazda baş verən azadlıq hərəkatlarını (həm də terrorizm, qaçaqmalçılıq, adam oğurluğu və müxtəlif qanunsuzluqlar) boğmaq üçün 10-12 il zaman sərf etdi. Bütün dünya gördü ki, Rusiya əvvəlki gücünə malik deyil.

NATO Rusiyanın sərhədlərinə yaxınlaşsa da bu o demək deyil ki, NATO Rusiyaya hücum edəcək və Rusiyanı dağıdacaq. Dünya əvvəlki dünya deyil. Əgər dünya bilsəydi ki, Rusiya demokratik quruluşdur və demokratik cəmiyyətə malikdir, bəlkə də heç NATO-nun belə genişlənməsinə ehtiyac qalmazdı.

Rusiya öz davranışları və siyasəti ilə AB və ABŞ ehtiyatlı tədbirlər görməyə vadar edir. Əgər Putin Qərblə düzgün oyun qaydaları üzrə hərəkət etsəydi, keçmiş sovet PR və texnologiyalarından əl çəksəydi, bu gün Rusiyanın iqtisadi və soyasi quruluşu daha mütərəqqi və daha inkişaf etmiş olardı.

Rusiya gərək unutmasın ki, o zor gücünə bir yerə yığılan və assimilyasiya edilən xalqların birliyindən ibarətdir. Bu gün Ukraynanı parçalamaqla gələcək üçün özünə qəbir qazır. Çünki, Rusiyanın tərkibində olan federativ respublikalar bir gün Rusiyadan ayrılmaq qərarı verəcəklər və o milli-etnik zəmində baş verən mübarizə meydanına çevriləcək.

Rusiya əlində olanı saxlamaq əvəzinə, öz ərazilərini işğal vasitəsilə genişləndirmək niyyətinə düşür. Bu isə ona problemlərdən başqa heç nə qazanadıra bilməz.

 

Gürcüstan variantı təkrarlana bilərmi?

 

İstənilən halda, hesab etmək olmaz ki, hal-hazırda ikinci bir Gürcüstan variantı yaşanır. Oxşarlıqlar var. Bu barədə bir az geniş təhlil aparacağıq. Amma, Qərb təsirli addımlar atmazsa, Gürcüstan variantı təkrarlana bilər.

Rusiya daha ciddi addımlara gedərək Krımın hətta Rusiyaya birləşdirilməsi haqqında qərar qəbul edə bilər. Yaxud Krım parlamenti bununla bağlı qərar qəbul edər və yaxud Krımın ayrıca bir Respublika kimi Ukraynadan ayrılması məsələsini gündəmə gətirib Krımın ayrıca bir dövlət kimi tanınmasını da həyata keçirə bilər. Amma, təsirli imkanlar ondan ibarətdir ki, dünya ictimaiyyyəti də Rusiyanı cəzalandırmaq üçün kifayət qədər mövqe ortalığa qoymaq imkanına malikdir. Bu Çeçenistanla, Şimali Qafqazla, Tatarıstanla bağlı məsələdir. Təbii ki, Rusiya bütün dünya ictimaiyyətindən izolyasiya oluna və İranın gününə düşə də bilər.

Hələ ki, sərt mövqeni ABŞ sərgiləyir. ABŞ o gücə malikdir ki, Rusiyanı bir ay içində fəlakətə sürükləsin. Amma, ABŞ-ın qəti addım atmasını şərtləndirən reallıqlar zəifdir. Ərəb inqilabları gözlənilən müsbət nəticələrə gətrib çıxara bilmədi. Bundan əlavə, ABŞ Suriyada Rusiya və Çin tandeminə ilişib qaldı. Bu problemlər çözülməmiş Rusiya ilə ciddi cəbhənin açılması ABŞ üçün də çətinliklər yaradır.

Amma, ABŞ Dövlət katibi Con Kerrinin də anonsunu verdiyi iqtisadi təzyiq və embarqolar tətbiq edilməmiş artıq Rusiya birja bazarında təlatüm yaradıb və rubl dəyərini itirib. ABŞ iqtisadi embarqolar tətbiq edərsə isə, Rusiyada daha ciddi sosial təlatümlər baş qaldıra və sosial partlayışın baş verməsi üçün zəmin də yarana bilər. Rusiyada Putini yıxmaq üçün pusquda yatmış milyonlarla insan və onlarla siyasətçilər də vardır.

Rusiyanın hazırda vəziyyəti o qədər də yaxşı deyil. Çünki, Soçidə olimpiadanın baş tutmasına Rusiya 55-60 milyard dollar pul xərcləyib. Bu, çox böyük bir məbləğdir. Rəsmi Moskva 60 milyard dollar xərcləməklə həm özünün super güc olduğunu ortalığa qoymaq istədi, eyni zamanda dünyaya digər simalı bir Rusiyanı təqdim etməyə çalışdı. Buna nail də oldu. Təsadüfü deyil ki, dünya bunu Putinin Olimpiadası adlandırmışdı. 60 milyard dollar xərcləyərək nail olduğu müsbət imicini bu gün Kreml demək olar ki, itirib. Yaxın günlərdə 60 milyard dollar sərmayədən ancaq və ancaq abadlaşdırılmış Soçi qalacaq.

Yəqin ki, dünya ölkələri də bundan sonra Soçidə keçiriləcək digər yarılara da qatılmağdan imtina edəcklər. Artıq bunun da təzahürləri var. “Böyük Səkkizlər” Soçidə düzənlənəcək Zirvə Toplantısının iptal olunması çağırışı etməkdədirlər. Tezliklə “Böyük Səkkizlər” “Böyük Yeddilik” variantına da qayıda bilər.

Qayıdaq Gürcüstan variantının təkrar olunma ehtimalına.Ukrayna bir dərsdir. Bu dərs həm Rusiyanın caynağından qurtarmaq istəyən ölkələr üçün bir dərsdir, həm də ABŞ və Avropa Birliyi üçün böyük bir sınaq və dərsdir.

Əgər Qərb 2008-ci ildə qətiyyətli olsaydı, Kreml ikinci dəfə başqa bir ölkənin ərazisini işğal etmək cəsarətinə malik olmazdı.

Belə çıxır ki, Azərbaycan AB-yi ilə Assosiativ Saziş imzalasa, o zaman daha 20% torpaqlarını itirmək təhlükəsi ilə üzləşəcəkmi?

Ermənistan Rusiyadan imtina edərək, AB-yə çevrilsə, acından, susundan və soyuqdan öləcəkmi?

Belarusun ömürlük lideri Lukaşenko bir gecədə yuxu görüb, sabah demokratik açılım elan edərək Şərq Tərəfdaşlığın çərçivəsində əməkdaşlığa başlayarsa, qarantiyası varmı ki, Belarus dövləti bir gecədə Rusiyanın əyalətinə çevrilməyəcək?

Məsələ burasındadır ki, Səddam Hüseyn 1991-ci ildə Kuveyti işğal edən zaman ABŞ Kuveyti bir günə azad etdi. Bu dünya üçün ciddi bir dərs oldu. Heç bir ölkənin ixtiyarı yoxdur ki, digər dövlətin ərazisini işğal etsin.

Dövlət katibi Con Kerri demişkən, dünya keçən əsrin əvvəlindəki kimi idarə oluna və o tip əsaslandırmalara da inana bilməz. 21-ci əsrin qaydaları başqadır.

 

Qərb nə etməlidir?

 

Birinci növbədə, Qərb sözdən işə keçməlidir. Yəni Assosiasiya Sazişinə ciddi dəyişikliklər edərək, Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün onu daha cəzbedici etməlidir. Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle də Münxen Təhlükəsizlik Konfransında da çıxışında ŞT üzv ölkələrinə gələcəkdə AB-nin üzvü olmaq imkanı verilməsini istəmişdi.

Avropa Birliyi Ukraynanı qoruya bilməsə, o zaman digər ölkələri də itirəcək. Bu gün bütün Avropa “Hamımız Ukraynalıyıq” devizi altında mübarizəyə qoşulmalıdır. Bu baş verməyəcəksə, ŞT iflasa uğraya bilər.

Bu gün ŞT ölkələri assosiasiya sazişini imzalayan zaman və bundan sonrakı inteqrasiya dövründə sərhədlərinin toxunulmazlığı və stabilliyin saxlanılması zəmanətinə malik olmalıdırlar. Bu məsuliyyəti ABŞ və AB üzərinə götürməlidir. Əks halda, heç bir ölkə istəməz ki, Rusiya Ukraynanın başına gətirdiyini onun da başına gətirsin.

Demək ortaya vacib bir məsələ çıxır: ABŞ və AB birinci növbədə Rusiya ilə problemlərini həll etməli və ondan sonra ŞT ölkələrinə inteqrasiya ilə bağlı təzyiqlərini artırmalıdır. Əks halda, demokratikləşmə istəməyən ölkələr də əlavə bəhanə əldə edərək assosiasiya sazişindən imtina edəcəklər.

 


Oxşar xəbərlər
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:10
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 13:25
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:10
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 13:25
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR