N. Gəncəvini fars yox, türk adlandıran ilk azərbaycanlı - Nəsiman Yaqublunun araşdırması
Araşdırma
Oxunub: 2893
05 Oct 2021 | 14:32
N. Gəncəvini fars yox, türk adlandıran ilk azərbaycanlı - Nəsiman Yaqublunun araşdırması
Bu il Azərbaycanın böyük şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyidir. N.Gəncəvi şəxsiyyətinin və yaradıcılığının geniş tədqiqinə hələ də ehtiyac vardır.Təəssüflər ki, əsərlərini fars dilində yazdığından uzun müddət böyük şairi fars olaraq qəbul etmişlər.Onun Azərbaycan şairi olduğunu daha dəqiq və ciddi faktlarla əsaslandıran Məhəmməd Əmin Rəsulzadədir.M.Ə.Rəsulzadənin 1941-ci ildə yazdığı və 1951-ci ildə Türkiyədə nəşr etdirdiyi “Azərbaycan şairi Nizami”kitabı böyük əhəmiyyət daşıyır.Lakin maraqlıdır ki, onun doğma əmisi oğlu və tanınmış ictimai-siyasi xadim olan Məhəmməd Əli Rəsuloğlu da mühacirətdə yaşadığı dövrdə “Azərbaycan Yurd Bilgisi” jurnalında ilk olaraq N.Gəncəvi haqqında məqalə yazmış, onu Türkiyə ictimaiyyətinə türk olaraq təqdim etmişdir.Həmin məqalə 1934-cü ildə Ə.Cəfəroğlunun redaktorluğu ilə İstanbulda nəşr edilən “Azərbaycan Yurd Bilgisi” jurnalında çap olunmuşdur.Məqalənin əhəmiyyətini və Nizamişünaslıq elmində ciddi  araşdırma sənədi olduğunu nəzərə alıb oxuculara təqdim edirəm. 
 
Qısa təqdimat: Azərbaycan istiqlalı uğrunda böyük mücadilə aparmış Məhəmməd Əli Rəsuloğlu 1882-ci ildə aprel ayının 7-də Bakıda anadan olub. M.Ə.Rəsuloğlu görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin əmisi oğludur. M.Ə.Rəsuloğlu Azərbaycanın ilk milli-siyasi partiyası olan Müsavatın üç qurucu rəhbərlərindən biridir. M.Ə.Rəsuloğlunun Azərbaycanda başlayan mücadiləsi (sonradan −  mühacirətdə)  Türkiyədə, İranda, Almaniyada, Polşada, Rumıniyada və bir çox ölkələrdə davam etmişdir. M.Ə.Rəsuloğlu 1982-ci ildə fevral ayının 3-də vəfat etmiş və İstanbulda dəfn edilmişdir.
 
 
Rəsulzadə Məhəmməd Əli
 
GƏNCƏLİ NİZAMİ
 
Azərbaycan ədəbiyyatının ən böyük ustadlarından biri sayılan Gəncəli Nizaminin tərcümeyi-halı haqqında, maatəəssüf, hələ bu günə qədər əlimizə sərih(aydın) bir vəsiqə keçməmişdir. Şairin nə doğum və nə də ölüm tarixi məlumumuz olmadığından bu xüsusda bir çox rəvayətlər nəql edilməkdədir. Yalnız şairin son əsəri olan “Həft peykər”in 595-597 illərində yazıldığına təzkirəçilərin müttəfiq olmalarına baxılırsa, şairin daha yeddinci əsr başlanğıclarında yaşadığına qətiyyən şübhə buraxmamaqdadır. Yenə eyni təzkirəçilərin verdikləri məlumata görə, Nizami Azərbaycan Atabəylərindən Eldəniz, onun oğlu Qızıl Arslan və bunun oğlu Toğrul ilə həməsr olmuş və “Məxzənül- əsrar”ı ilə “Xosrovi Şirin” adlı əsərləri də onlara ithaf edilmişdir. Bundan maəda, Nizami Şirvan şahlarından Axsitan şah, Mosul Atabəyi İzzəddin və Bəhram şah Qəznəvi ilə də müasir olmuş, onlara münasibət peyda edərək “Xəmsə”sinin bəzi qismlərini bunlara ithaf eyləmişdir. Şairin kəndi(öz) yazışına görə, Toğrul ilə şəxsən görüşmüşdür. Hətta bir zaman Toğrul şairin vətəni olan Gəncə şəhərinin 30 fərsahlığına yaklaşdığı vaxt şairə qasid göndərmiş, nəzdinə(yanına) dəvət edərək Nizamiyə fövqəladə iltifat göstərmişdir. Ayrıca, Abxaziya (Gürcüstan) hüduduna yaxın bir köy belə hədiyyə etmişdir.
 
Şair haqqında verdiyimiz bu kiçik məlumatdan məqsəd Nizaminin tərcümeyi-halını burada, şübhəsiz, təsbit etmək deyildir. Bizi burada ən çox əlaqədar edən məsələ şairin milliyyəti məsələsidir. İndiyə qədər şair haqqında söz sözyləyənlər Nizamiyi ancaq fars olaraq göstərmişlərdir. Biz isə buradakı təcrübə ilə tam əksinə olaraq Nizaminin xalis türk olduğuna dair bir cığır açmaya çalışacağız. Zira, Gəncədə doğulub burada böyüyüb təhsil görən və ölən Nizamiyi tarixçilərimizin fars olaraq göstərmələri, bizcə, haqsızlıqdan başqa bir şey sayılmamaqdadır.
 
Nizaminin farslığı iddiasında bulunanların meydana atdıqları ən böyük dəlil, şairin də etiraf etdiyi kimi, əcdadının Qum Gəhistanından(İranda əyalət-N.Y) gəlməsidir. Bunun xaricində şairi fars ad etdirəcək digər sağlam və əsaslı dəlillər göstərilməməkdədir. Halbuki bir şairin digər bir məmləkətdən gəlməsi heç də o şairin mühəqqəq(kəskin, həqiqətən-N.Y.) olaraq eyni məhəllin əsas qövmindən və irqindən olmasına dəlalət etməz. Nitəkim də(necə ki-N.Y) Nizaminin Qum Gəhistanından olması onun fars olduğuna qüvvətli bir əsas təşkil etməməkdədir. Zira, məlum olduğu vəchilə, əskidən bəri Qumun civarında bir çox türk əşirətləri(tayfa,icma-N.Y) yerləşmiş və burasını iskan(yerləşmə) etmişlərdir. İndilik, maatəəssüf, bu əski türk qəbilə və əşirətlərinin adlarını burada saymaq imkanında olmamaqla bərabər, farsların “İlibegdadi” adlandırdıqları böyük bir türk əşirətinin bu sahədə oturduğu tamamilə sabitdir. Hətta Qum civarında oturan müxtəlif türk əşirətlərinin bu gün belə farsi bilmədikləri kimsə tərəfindən təkzib edilməyəcək bir həqiqətdir. Bu etibarla, Nizaminin əcdadının Qum şəhəri civarından Gəncəyə gəlməsi heç də şairin mühəqqəq fars olduğunu isbat edəcək  mühiq(doğru-N.Y) bir dəlil deyildir. Bəhsus ki, Nizaminin kəndisinin “Leyli və Məcnun” adlı əsərinin müqəddiməsində verdiyi məlumatın kəndisi dəxi onun türk olduğunu meydana qoymaqdadır.
 
Nizami məzkur müqəddiməsində əsərinin təlif(uzlaşdırma-N.Y) səbəblərini izah edərkən böylə bir izahatda bulunmuşdur: “Bir gün bağçadakı çiçəklərin və yaşıllıqların seyrinə dalmışdım. Bir qasid Şirvan şahı Axsitan şahdan bir məktub gətirdi. Məktubunda Axsitan şah “Leyli və Məcnun” hekayəsinin nəzmə çevrilməsini istiyordu. Mən bu işi yapmaqda tərəddüdə düşdüm. O zaman oğlum Məhəmməd  yanıma gəldi. Məsələyi kəndisinə anlatdım. Oğlum mənə cəsarət verdi və mən də bunun üzərinə Şirvanşahın təklifini qəbul etdim”.
Şair Şirvan şahı Axsitan şahdan aldığı məktubun mündəricəsini böylə şərh etməkdədir:
 
Der ziveri parisiyyü tazi,
İn taze erusra terazi.
 
Dani ki men on suxen şinasem,
Esbabi  to ez kühen şinasem.
 
Ta deh dehiyi gerabiyet hest,
Deh penc dehi rehai ez dest.
 
Binigerki zi hokkeyi tefekkür,
Der merseleyi ki mekeşi dür.
 
Torki sifeti vefayma nist,
Torkane soxen sezayma nist.
 
On kez nesebi bolend zayed,
Ura soxeni bolend bayed.
 
Tərcüməsi: “Leyli və Məcnun” hekayəsini fars dili ilə bəzəndirməlisən. Mənim o sözü (farsiyi) tanıdığımı biliyorsun və sənin bu işdə esbabın ((bacarığın-N.Y) olduğunu da biliyorum. Bax hekayəyi yazarkən türk sifətlik bizə vəfa deyil (Türkə bənzəmək bizim üçün vəfasızlıqdır). Türkcə qonuşmaq bizə yakışmaz və layiq deyildir. Yüksək sülalədən doğulan adama yüksək söz (qonuşmaq - dil) lazımdır”.
 
İşbu (bu,bu səbəbdən-N.Y), Şirvan şahının məktubundan anladığımıza görə, Axsitan şah xalis bir fars olduğundan fars dilinin türk dilinə tərcih(üstünlük-N.Y) edilməsi xüsusunda şair Nizaminin nəzdində təşəbbüsdə bulunmuşdur. Fəqət məktubda Nizaminin farisi şeir yazmaqda bacarıqlı olduğunu təsrih(incəliklə aydınlatma-N.Y) edən qeyd şairin türk olduğunu göstərə bilən vəsiqələrin bəlkə ən mühümünü təşkil eyləməkdədir. Hələ “Leyli və Məcnun”un türkcə olmayıb farisi yazılmasında şahın israr etməsi Nizaminin türkcəyə çox əla vaqif olduğunu və hətta şairin kəndisinə qalırsa, bu əsəri türkcə yazmaq niyyətində olduğunu göstərməkdədir. Yoxsa Şirvan şahının əsərin mühəqqəq farisi olaraq yazılmasında bu qədər israrına lüzum qalamazdı. İştə, bütün bunlar Nizaminin türkcə şeirlər yazdığını göstərməkdədir ki, maatəəssüf(təəssüf ki-N.Y), hələ bu günə qədər  bunu əldə edəməzmiş. Hələ şairin türkcə şeirlər yazdığının Şirvan şahına qədər varması Nizaminin türk şairi olduğu qənaətini bir qat daha təqviyə(gücləndirmə-N.Y) etməkdədir. Çünki farisi şeir yazan Nizamiyə Şirvan şahının türkcə deyil, “farisi yaz” deməsinin heç bir mənası olamazdı.
 
Böyləcə, görüyoruz ki, Nizami hər şeydən əvvəl kəndi milli dili olan türkcə ilə yazmayı tərviç(dəstəkləmək, rəvac vermək-N.Y) etmiş və fəqət Şirvan şahının əmri ilə “Leyli və Məcnun” adlı əsərini farisi yazmışdır. Əgər əksinə olub, Nizami fars olmuş olsa idi, əcəba, Şirvan şahı şairə türkcə yazmamayı və türkə bənzəməməyi təklif edərmi idi? İştə, bu dəlillər dəxi göstəriyor ki, Nizami həm türk olmuş və həm də türkcə şeirlər yazmışdır.
 
Şirvan şahının Nizamiyə göndərdiyi məktubun ayrıca türk harsına(kültürünə-N.Y) təmas edən mühüm digər bir xüsusiyyəti daha vardır. O da bu dövrdə Azərbaycandakı türk dilinin hakimiyyətini göstərən bir mahiyyətdədir. Bir az yuxarıda, gördüyümüz vəchilə, Şirvan şahı şairi farisi yazmaya icbar etməkdədir. Demək ki, türk dili daha bu əsrdə Gəncədə hakim bir mövqedə olmuş. Şirvan şahı isə bu türk dilinin yayılması önünü ala bilmək və yaxud heç olmazsa qüvvətli bir şair olan Nizami qələmi vasitəsi ilə tamamilə söndürməyə çalışmışdır. Yoxsa daha o zamanlarda qüvvətli bir ədəbi və harsi lisan (dil-N.Y) mahiyyətini almış olan fars lisanının Şirvanşahlar tərəfindən himayə edilməsi heç də yersiz və mənasız deyildir. Anlaşılan Orta Asiyada olduğu kimi, bugünkü Azərbaycan sahəsində də fars − türk dilləri mücadiləsi əskidən bəri mövcud olmuşdur.
 
Türk adetmemiz icab edən Nizami ana türkcəsindən maəda başqa bir kaç(bir neçə-N.Y) dilə daha vaqif idi. Farisi, ərəbi bildiyi kəndi əsərlərindən meydana çıxdığı kimi “İskəndərnamə” adlı yazdığı bir əsərinin müqəddiməsindən də yəhudi, nəsrani və pəhləviyi də bildiyi anlaşılmaqdadır. Nizaminin bu dillərə olan vüqufunu(anlamı,bilimi-N.Y.) aşağıdakı bu şeirlərindən anlamaqdayız:
 
Suxenha ki çun genc agende bud,
Beher nusheti der peragende bud.
 
Zi her nusxe berdaştem mayeha,
Beru bestem ez nezm pirayeha.
 
Ziyadet zi tarixhay nevin,
Yəhudiyyu Nəsraniyu Pəhləvi.
 
Guzidem zi her nameyi neğzra,
Zi her pust berdaştem meğzra.
 
Zeban berzeban genc perdaxtem,
Vezan comle ser comleha saxtem.
 
Ziher yekzeban herki ageh boved,
Zebaneş zi biğare kuteh boved.
 
Tərcüməsi: “Dəfinə kibi bol olan sözlər müxtəlif nüsxələrdə dağınıq halda idilər. Hər nüsxədən “öz”lərini aldım. Ən çox yeni yəhudi, nəsrani və pəhləvi tarixlərindən istifadə etdim. Hər kitabdan eyilərini seçdim, hər qabıkdan məğzini aldım. Dildən-dilə dəfinə topladım və onlardan hekayələr doğrultdum. Hər dildən məlumatdar olan adamın dili qaxınçlardan(minnət qoyma,edilən yaxşılığı üzə vurmaq-N.Y.) qısa olur”. 
İşbu, məlumatdan da əldə edilən nəticə şair Nizaminin bir çox dillərə vaqif olduğunu göstərməkdədir. Nədənsə şimdiyə qədər Nizaminin əsərlərində gizli qalan bu nöqtələr adam akıllı tənvir edilməmişdir. Hər kəs ancaq Qumlu olduğundan dolayı Nizamiyi fars olaraq tanıtmaqla iktifa eyləmişdir. 
Bizcə isə Gəncəli olan şair heç bir mübaliğəyə meydan verməmək üzrə ancaq və ancaq türk olmuşdur. İrəlidə bir gün şairə aid əldə ediləcək türkcə şeirlər parçası bizim bu fikrimizi təyid(doğru,təsdiqləmək-N.Y) edəcəkdir, qənaətindəyəm.
 
Məhəmməd Əli Rəsulzadə. Gəncəli Nizami, «Azərbaycan Yurd Bilgisi» (İstanbul), 1934, Yıl 3, sayı 31-32, s.274-277.
Oxşar xəbərlər
00:46, Bu gün
"Kreml etnik almanları Rusiya ordusu sıralarına şirnikləndirir" - "The Telegraph"
00:31, Bu gün
Mayın tam ayı bu iki bürcə ən çox təsir edəcək
00:29, Bu gün
Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib
00:27, Bu gün
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
21 May 2024 | 23:53
Azərbaycanda general-mayor İŞDƏN ÇIXARILDI
21 May 2024 | 23:42
Deputat rəqib deputatın burnunu belə dişlədi - ŞOK GÖRÜNTÜ
21 May 2024 | 23:39
Bir il öncə Rusiya ordusunun fəaliyyətini sərt tənqid edən top-general həbs edilib
21 May 2024 | 23:35
Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
21 May 2024 | 23:27
Abdullahianın dəfn tarixi və yeri açıqlandı
21 May 2024 | 23:04
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 May 2024 | 23:00
Avropa Liqasında 939 milyon avroluq final
21 May 2024 | 22:56
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
21 May 2024 | 22:55
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
21 May 2024 | 22:50
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
21 May 2024 | 22:27
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:22
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
21 May 2024 | 22:21
Çeçenistan rəhbərinin oğlu nazir oldu
21 May 2024 | 22:20
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:05
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
21 May 2024 | 22:02
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21 May 2024 | 21:55
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21 May 2024 | 21:53
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21 May 2024 | 21:38
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21 May 2024 | 21:35
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21 May 2024 | 21:34
Paşinyandan yeni təyinat
21 May 2024 | 21:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 May 2024 | 21:00
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21 May 2024 | 20:58
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
21 May 2024 | 20:57
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
21 May 2024 | 20:38
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
21 May 2024 | 20:37
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
21 May 2024 | 20:24
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
21 May 2024 | 20:23
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
21 May 2024 | 20:22
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
21 May 2024 | 20:21
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
21 May 2024 | 20:01
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
21 May 2024 | 19:49
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21 May 2024 | 19:45
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
21 May 2024 | 19:35
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
21 May 2024 | 19:27
Almaniya kansleri İrana başsağlığı verib
21 May 2024 | 18:51
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
21 May 2024 | 18:40
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
21 May 2024 | 18:34
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
21 May 2024 | 18:27
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
21 May 2024 | 18:18
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
21 May 2024 | 18:16
Nigar Camalın qızı çempion oldu
21 May 2024 | 18:14
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
21 May 2024 | 18:12
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
21 May 2024 | 18:08
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
21 May 2024 | 18:04
Hacıqabulda məktəbli qız qızılcadan öldü
21 May 2024 | 17:59
Bakıda narkokuryer tutuldu - VİDEO
21 May 2024 | 17:56
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
21 May 2024 | 17:54
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
21 May 2024 | 17:50
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
21 May 2024 | 17:47
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
21 May 2024 | 17:45
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
21 May 2024 | 17:38
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
21 May 2024 | 17:35
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
21 May 2024 | 17:30
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
21 May 2024 | 17:25
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
21 May 2024 | 17:22
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
21 May 2024 | 17:20
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
21 May 2024 | 17:15
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
21 May 2024 | 17:13
“Evdə bir yerdə olanda dava düşür”
21 May 2024 | 17:05
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
21 May 2024 | 17:00
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
21 May 2024 | 16:54
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
21 May 2024 | 16:46
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
21 May 2024 | 16:44
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
21 May 2024 | 16:42
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
21 May 2024 | 16:40
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
21 May 2024 | 16:37
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
21 May 2024 | 16:35
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
21 May 2024 | 16:28
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
21 May 2024 | 16:16
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
21 May 2024 | 16:09
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
21 May 2024 | 16:04
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
21 May 2024 | 16:02
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
21 May 2024 | 15:58
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
21 May 2024 | 15:52
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
21 May 2024 | 15:46
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
21 May 2024 | 15:41
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
21 May 2024 | 15:35
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
21 May 2024 | 15:30
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
21 May 2024 | 15:25
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
21 May 2024 | 15:20
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
21 May 2024 | 15:15
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
21 May 2024 | 15:10
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
21 May 2024 | 15:05
Əziz Orucovun həbs müddəti uzadıldı
21 May 2024 | 15:00
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
21 May 2024 | 14:56
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
21 May 2024 | 14:52
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
21 May 2024 | 14:48
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
21 May 2024 | 14:44
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
21 May 2024 | 14:40
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
GÜNLÜK
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
21 May 2024 | 08:50
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
21 May 2024 | 07:19
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
21 May 2024 | 06:30
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar