“Böyük Qayıdış” yolunda böyük addım: Qarabağ Dirçəliş Fondu!
Oxunub: 3262
05 Aug 2021 | 13:24
“Böyük Qayıdış” yolunda böyük addım: Qarabağ Dirçəliş Fondu!

Sentyabrın 27-də başlayan və noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatan 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın edilməsi, düşmən qoşunlarının işğal etdikləri torpaqlardan qovulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Müharibə 30 illik işğala son qoymaqla yanaşı, post-müharibə dönəmində meydana çıxan yeni reallıqlar dövlətimiz və xalqımız qarşısında yeni vəzifələr qoydu. Bu vəzifələrdən ən ümdəsi isə heç şübhəsiz, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışı təmin etmək, qaçqın və məcburi köçkünlərin öz doğma dədə-baba torpaqlarına geri dönməsinə nail olmaqdır. Hansı ki, Prezident İlham Əliyev müharibə başa çatdan dərhal sonra bununla bağlı ciddi və sistemli addımlar atmaqdadır ki, bu adımlar öz miqyasına, çoxşaxəliliyinə, regional və qlobal əhəmiyyətinə görə diqqət çəkir.

Qarabağ Dirçəliş Fondu – Vahid bayraq altında vahid amala doğru...

Vətən müharibəsində Azərbaycan xalqının tarixi zəfərini təmin edən ölkə başçısı müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası istqiamətində ciddi qərarlar qəbul etdi ki, bunlardan biri də Qarabağ Dirçəliş Fondunun yaradılması oldu. (//az.wikipedia.org/wiki/Qaraba%C4%9F_Dir%C3%A7%C9%99li%C5%9F_Fondu ). Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə publik şəxs kimi yaradılan Qarabağ Dirçəliş Fondunun formalaşdırılmasında məqsəd, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək nəhəng tikinti-quruculuq prosesini vahid mərkəzdən koordinasiya etmək, bu məsələdə hər hansı pərakəndəlik və ya qeyri-müəyyənliyin müşahidə edilməsinə imkan verməmək idi. Başqa sözlə desək, Qarabağ Dirçəliş Fondu Qarabağı dirçəltmək, onu əzəli rifahına qovuşdurmaq, ölkə başçısının təbirincə desək, işğaldan azad edilmiş bu torpaqları dünyanın ən gözəl guşələrindən birinə çevirmək kimi vahid amalı vahid bayraq altında reallaşdırmaq məqsədi ilə yaradıldı ki, bu yenilik bütün xalq tərəfindən məmnunluqla qarşılandı.

Yarandığı ilk gündən etibarən Qarabağda həyata keçirilən tikinti-quruculuq işlərinə maliyyə dəstəyi təmin etmək üçün geniş təbliğati fəaliyyət ortaya qoyan Qarabağ Dirçəliş Fondu bu istiqamətdə mühüm addımlar atmaqda, sadəcə Azərbaycan dilində deyil, eyni zamanda xarici dillərdə  maarifləndirmə işi həyata keçirməkdədir. Bugünlərdə Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə edildi ki, bu da vətəndaşlara “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının,  eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürmək imkanı yaradır. (//moderator.az/cemiyyet/388533/qaraba-dircelis-fonduna-iane-etmek-imkani-mobil-bank-tetbiqlerine-elave-olundu/ ). Qarabağ Dirçəliş Fondu hər bir vətəndaşın işğaldan azad edilən ərazilərin bərpası prosesində iştirakını təmin etmək üçün hər bir imkan yaradıb ki, bu da Qarabağda həyata keçirilən böyük quruculuq işinə maliyyə dəstəyini, bu dəstəyin dayanıqlılığını təmin etməlk baxımından son dərəcə böyük əhəmiyyətə malikdir.

Qarabağın gələcəyi hər bir fərdin ölkə başçısının, onun yaratdığı Qarabağ Dirçəliş Fondunun ətrafında nə dərəcədə sıx birləşməsindən asılıdır. Odur ki, hər bir vətəndaş bu məsələdə məsuliyyətini dərk etməli, Qarabağ Dirçəliş Fonduna ianə etməklə tarixi torpaqlarımızın inkişafına, xalqımızın bu torpaqlara geri dönməsinə öz töhfəsini verməlidir. Unutmayaq ki, “Qarabağ Azərbaycandır” və biz Azərbaycanımızın inkişafı üçün heç bir fədakarlıqdan çəkinməməliyik.

Günümüzün reallığı ilə xəyallarımız arasındakı körpü, yaxud “qızıl paralellik”...

Qarabağ Dirçəliş Fondunun fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri Fondun işğaldan azad edilən ərazilərin bərpası prosesini həyata keçirməklə yanaşı, həm də buna paralel şəkildə erməni faşizminin törətdiyi vəhşilikləri dünya miqyasında ifşa etməsi, bu vandalizmi beynəlxalq ictimai rəydə kütləvi qınaq obyektinə çevirməsidir. Başqa cür desək, Qarabağ Dirçəliş Fondu vətəndaşların bərpa prosesində aktivliyinə səy göstərməklə birlikdə, ermənilərin son 30 ildə Qarabağda törətdiyi vəhşiliklərə də diqqət çəkir ki, bu da Ermənistanın əsl simasının ifşa edilməsi, onun beynəlxalq hüquqi müstəvidə məsuliyyətə cəlb edilməsi üçün gərəkli zəminin hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev 4 avqust 2021-ci il tarixli məqaləsində Ermənistanın 30 illik işğal dönəmində Qarabağda həyata keçridiyi ekoloji terrora toxunmaqla yanaşı, beynəlxalq birliyin bu məsələdəki məsuliyyətini də xatırladır, beynəlxalq təşkilatların, aparıcı dövlətlərin uzun illər ərzində baş verənlərə seyrçi qalmasının ağır nəticələrə səbəb olduğunu vurğulayır:

“Biz bu dünyada ilk növbədə özümüzə arxalanmalıyıq.

Bu gün Türkiyədə baş verən yanğınları laqeydcəsinə izləyənlər, on illərlə Qarabağın ekologiyasını məhv etmiş bir ölkəyə maliyyə dəstəyi üçün milyardlarla avro ayıranlar, çətin ki, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı təşəbbüslərimizi dəstəkləsinlər.

Mən artıq yazmışdım ki, təkcə 2014-2018-ci illərdə Qarabağda bütün Ermənistandakından 2,3 dəfə çox ağac qırılıb.

İşğal illərində ermənilər Qarabağın meşə örtüyünün təxminən 20%-ni qırıblar. Bunlar sadəcə inanılmaz rəqəmlərdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, zərər çəkmiş ağaclar arasında qoz, xurma, palıd və Eldar şamı kimi qiymətli ağac növləri də var.

Ancaq, deyəsən, işğal illərində meşə örtüyünün sistemli şəkildə məhv edilməsi ermənilərə azlıq edib.

44 günlük müharibə zamanı Qarabağın ekologiyasına daha bir böyük zərbə vuruldu – ermənilərin fosfor bombalarından istifadə etməsi nəticəsində baş verən yanğınlar meşə massivlərinin geniş ərazisini əhatə etdi.

Hərbi əməliyyatların dayandırılması haqqında saziş bağlandıqdan sonra isə ermənilər möhlət hüququndan istifadə edərək Kəlbəcərdə tələm-tələsik meşələri qırmağa və evləri yandırmağa başladılar, təki bütün bunlar həmin torpağın əsl sahibi olan azərbaycanlılara qalmasın.

20 ildən artıq olan bu uzun müddət ərzində dünya ictimaiyyəti (təbii ki, ən yaxın dostlarımız istisna olmaqla) nə edirdi?

Bəli, erməni işğalçı qüvvələrinin Qarabağın təbii ehtiyatlarını talan etməsini, meşələri qırmasını, narkotraffikinqlə məşğul olmasını, su terroru törətməsini, cəbhəyanı bölgələri atəşə tutmasını, öz ətrafına yüz minlərlə mina basdırmasını və başqa qeyri-qanuni fəaliyyətlərdən çəkinməməsini dinməz-söyləməz izləyirdi”. (//moderator.az/gundem/388569/turkiyede-bas-veren-mese-yaninlari-qarabada-mehv-edilen-meseler-ve-tarixin-dersleri-haqqinda/ ).

Göründüyü kimi, günümüzün reallığı – daşından tutmuş suyuna, torpağına qədər talan edilən, viran olunan Qarabağla, xəyallarımız - sabahın gözəl, firavan, müasir Qarabağı arasında körpü olan Qarabağ Dirçəliş Fondu erməni vəhşiliklərini konkret faktlar, rəqəmlər, təkzibedilməz sübutlar əsasında ifşa edir, eyni zamanda beynəlxalq ictimaiyyəti də baş verənlərə səssiz qalmamağa, Azərbaycanın ədalətli mövqeyini müdafiə etməyə səsləyir.

Millət vəkilindən çağırış: “Qarabağın dirçəlişində iştirak etmək hər birimiz üçün borc və şərəfdir”

Millət vəkili Məşhur Məmmədov da hesab edir ki, hər bir Azərbaycan vətəndaşı Qarabağın dirçəldilməsi prosesində yaxından iştirak etməli, ölkə başçısına, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməlidir. Bunun hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirən millət vəkili, dünyanın harasında yaşamasıdnan asılı olmayaraq hər bir azərbaycanlını bu prosesdə fəal olmağa səsləyib:

“Qarabağın dirçəldilməsi, onun hərtərəfli inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ölkə başçısının bu məsələdəki yanaşmasında əsas məqam ondan ibarətdir ki, heç kim bu prosesdən kənarda qalmasın.

Təbii ki, Qarabağın dirçəlişində iştirak etmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu prosesdə yalnız ölkəmizdəki vətəndaşlar deyil, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın da yaxından iştirakı vacib və arzuediləndir. Qarabağın dirçəlişində, inkişafında iştirak etmək həm tarixi torpaqlarımızın abadlaşması, onun dünyanın ən inkişaf etmiş bölgəsinə çevrilməsi, həm də mənəvi-ruhi rahatlığımız baxımından önəmlidir. Yəqin ki, bu prosesdə türk-islam dünyasının müxtəlif təşkilatları, fondları, şirkətləri də yaxından iştirak edəcək. Avropa dövlətləri, onların müvafiq qurumlarının da Qarabağın dirçəldilməsi prosesində iştirakı gözləniləndir.

Məsələ bundadır ki, bu prosesdə iştirak etmək istəyən insanlar, şirkətlər çoxdur. Buna görə də bütün bu fəaliyyətin koordinasiya edilməsinə, bütün işlərin nizamlı, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə ehtiyac var. Qarabağ Dirçəliş Fondunun yaradılmasında əsas məqsədlərdən biri də məhz budur.

Buna görə də, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində yaxından iştirak etmək, işğaldan azad edilən torpaqlarımızın tərəqqisinə töhfə vermək, bu böyük, müqəddəs  işdə pay sahibi olmaq hər birimiz üçün borc və şərəfdir. Əminəm ki, xalqımız, soydaşlarımız, sivil dünyanın müvafiq qurumları və dövlətləri ölkə başçısının fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun moderatorluğu altında qısa zamanda doğma Qarabağımızın yenidən dirçəldilməsini təmin edəcək,  işğaldan azad edilən torpaqlarımız sadəcə Azərbaycanın deyil, bütün regionun ən qabaqcıl bölgələrindən birinə çevriləcək. Prezidentimizin qətiyyəti, ölkəmizin iqtisadi gücü, xalqımızın ölkə başçısı və dövlətimiz ətrafındakı birliyi bu böyük missiyanı uğurla başa vurmağa imkan verir”.

 

Seymur ƏLİYEV

Moderator.az

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.7. istiqaməti üzrə (işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış) hazırlanmışdır.

Oxşar xəbərlər
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
GÜNLÜK
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI