Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı?-Tariximizin “Qara kitab”ı
Araşdırma
Oxunub: 2524
12 Apr 2021 | 10:32
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı?-Tariximizin “Qara kitab”ı

Moderator.az xəbər verir ki, kulis.az tariximizin ən maraqlı və mübahisəli səhifələrinə işıq tutacaq “Qara kitab” adlı yeni layihəyə başlayır. Layihənin ilk yazısı kimi tarixçi-tədqiqatçı Elmar Həsənlinin üçrəngli bayrağın tarixçəsindən bəhs edən məqaləsini təqdim edirik.

Bayraq dövlətin və millətin atributlarından biridir. Həm də millətin ucalıq rəmzidir, qürur mənbəyidir. Tarixən Azərbaycanda mövcud olmuş dövlətlərin müxtəlif bayraqları olub. Amma ilk Demokratik Cümhuriyyət dövründə meydana gələn üç rəngli bayrağın digər bayraqlardan fərqi çoxdur.

Əsrin əvvəllərində ideyası Əli bəy Hüseynzadənin “Türkləşmək, Avropalaşmaq, İslamlaşmaq” fikrini böyük ideoloq Məhəmmədəmin Rəsulzadə siyasi anlama daşımaqla həm də üç rəngli bayrağımızda ehtiva etdi. Bu coğrafiyada yaşayan, soyu-kökü eyni olan və müxtəlif düşüncəli insanlara (türkçü, avropaçı, islamçı) bir amal uğrunda, yəni bayraq üçün ölməyi bacarmalısınız mesajını verdi. Hər birinizin inandığı ideologiya bu üç rəngli bayraqda əks olunub - dedi.

No description available.

Azərbaycan Cümhuriyyəti 1918-ci ilin noyabrın 9-da üçrəngli bayraq haqqında qanun qəbul etdi. Bu qərardan sonra üçrəngli bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 17-də Dəniz vağzalında ingilis generalı Tomson Ənzəlidən Bakıya gələrkən onun qarşılanma mərasimində dalğalandı. General bayrağın yığışdırlması haqqında göstəriş verdi.

Sonralar - 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyətinin parlamentinin ilk iclasında Məhəmmədəmin Rəsulzadə bu bayraq fonunda parlamentin ilk açılış nitqini söyləyir. Bununla da bayrağın bir dövlət və millət üçün önəminə diqqət çəkir.

No description available.

Hətta ingilislər Azərbaycan Cümhuriyyətinin hökumət binaları üzərində üçrəngli bayrağımızın dalğalanmasına icazə vermirdilər. Yalnız parlamentin fəaliyyət göstərdiyi müddətdə - həftənin 1-4-cü günləri icazə verirdilər.

Cümhuriyyəti quran şəxsiyyətlər bayrağımızın enməməsi üçün daha böyük səylə çalışırdılar ki, qürur mənbəyimiz olan bayraq daim dalğalansın.

No description available.
Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti. 1919-cu il. Arxa planda üçrəngli bayraq

1920-ci il aprelin 28-də Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğala məruz qaldı. Cümhuriyyət liderlərinin bir çoxu bolşevik terrorundan xilas olmaq üçün İranda, Türkiyədə, Polşada mühacir həyatı yaşamalı oldu. Onlar üçrəngli bayrağı mühacirətə aparıb orada dalğalandırdılar.

Mühacir həyatı yaşamayan Cümhuriyyət sevdalıları bayraq sevgisini qəlblərində yaşatdılar. Bunu gizli şəkildə mahnılarda, şeirlərdə dilə gətirdilər. Bunlardan biri məşhur xanəndə Xan Şuşinskidir.

Xan Şuşinski — Vikipediya

Xan Şuşinkinin müəllifi olduğu "Şuşanın dağları" mahnısında üçrəngli Azərbaycan bayrağı haqqında bir çox gizli simvollar vardır. Mahnıda bayraq, vətən sevgisi və müstəqillik həsrəti duyulur. Sovet dönəmində üçrəngli Azərbaycan bayrağının qadağan edildiyi bir vaxtda Xan Şuşinski bayrağımızı məcazi anlamlarla belə təsvir edirdi.

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım...

Dağların başı dumanlı deməklə mavi səmaya, qırmızı qoftalı deməklə dağın lələlər bitən döşünə, yaşıl tumanlı deməklə dağın yamaclarına işarə etsə də əslində Azərbaycan bayrağının simvolik təsvirini yaradırdı.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, barı gül.

Bu sətirlərdəki məna Azərbaycan bayrağındakı ay-ulduzu ifadə edirdi. Mahnının ikinci bəndindəki qaş-göz işarəsi ayparaya və ulduza, tel isə onun gözəlliyinə işarə idi.

Hətta bir zamanlar Xan Şuşinskini bu mahnının sözlərinə görə təqib də etmişdilər və o, məcbur qalıb mahnının birinci misrasını dəyişib "Şuşanın dağları deyil dumanlı" etmişdi.

No description available.

Yaddaşlarda yaşayan bayraq haqqında digər maraqlı faktı isə bayrağa olan sevgisini canı və qanında yaşadan görkəmli diplomat və siyasi xadim, Azərbaycan Cümhuriyyəti dövründə Xarici işlər nazirinin müavini olmuş Adil xan Ziyadxanlı bolşevik işğalından sonra İrana gedir, orada mühacir həyatı yaşayır. İranda yaşadığı dövrlərdə Cümhuriyyətə və bayrağa olan sevgisini Tehranda yaşadığı evin eyvanından asmaqla nümayiş etdirir. Bir gün şəhərin məmurlarından biri Adil xana “Olmayan bir hökumətin bayrağını asmaq nəyə lazımdır?” - deyir. Bu sözlərdən gözləri dolan Adil xan bayrağı eyvandan götürməli olur.

No description available.

Daha bir Cümhuriyyət sevdalısı Çingiz Abbdullayev 1956-ci ilin mayın 28-də öz həmfikiri və dostu Cahid Hilaloğlu ilə birgə cümhuriyyətin yaranmasının 39-cu ildönümü münasibəti ilə üçrəngli bayrağımızı Qız Qalasının üzərinə sancır. Üçrəngli bayrağımız bir saat Qız qalasının üstündə dalğalanır.

Çingiz Abbdullayev siyasi mübarizəsinə görə ömrünün 40 ilini sürgünlərdə, həbslərdə, ruhi xəstəxanalarda keçirib.

Mirzə Bala Məmmədzadə.jpg

Mühacirət nümayəndələrinin önəmli simalarından biri, Rəsulzadədən sonra Müsavat Partiyasının başqanı seçilən Mirzə Bala Məhəmmədzadə ölüm anında ən yaxın adamlarına Azərbaycan bayrağına bükülüb dəfn olunmağı vəsiyyət edir.

Tədqiqatçı Əfqan Vəliyevin dediyinə görə, vaxtilə Cümhuriyyətin “Azneft”də yerləşən hökumət binasının üzərində dalğalanan bayrağı Mirzə Bala Məhəmmədzadə özü ilə Türkiyəyə aparmışdı. O, həmin bayrağı mənəvi oğlu bildiyi mühacir İldəniz Qurtulana əmanət edir.

İldəniz Qurtulansa həmin müqəddəs əmanəti tədqiqatçı Əfqan Vəliyevə verir. Sonralar həmin bayraq Əfqan Vəliyev tərəfindən Azərbaycana gətirilərək, keçmiş baş nazir Novruz Məmmədova təqdim edilir.

Sovet dövründə qadağan edilmiş üçrəngli Azərbaycan bayrağı 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlayan Qarabağ müharibəsində Azərbaycanın azadlığı uğrunda döyüşən igid oğullarının ən böyük and və istəyi şəhid olmaq, öləndə Azərbaycan bayrağına bükülərək dəfn olunmaq idi.

Toyunda özünə şəhidlik arzulayan Pəncəli Teymurov - Video

Bunlardan biri Astara rayonunun Əzərüd kəndində anadan olan, hərbi xidməti başa vurduqdan sonra könüllü xidmətini yeni yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirən və 17 il Azərbaycan ordusunda şərəfli yol keçən Pəncəli Teymurov idi. O. 2013-cü ilin avqustunda ailə həyatı qurdu. Amma doğmalarının, elin-obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu etdi: "Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".


ADR hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd

Qeyd etdiyim kimi, ingilis general Tomson Ənzəlidən Bakıya gələrkən onun qarşılanma mərasimində üçrəngli bayraq qaldırılanda noyabrın 17-si idi.

1988-ci ildə - Milli azadlıq hərəkatı zamanı məhz həmin ilin 17 noyabrında meydanlara Azərbaycanın üçrəngli bayrağı gətirildi.

Azerbaycan Bayrağı - Üçrəngli Bayraq » Turkau

Üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması (2007-ci il) və “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlarını da məhz noyabrın 17-də imzaladı.

Gələcək nəsillər bu faktları unutmamalı, özlərindən sonra gələn gənc nəsillərə ötürməlidir.

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadə bayrağa görün nə deyir:

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.

Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.

Bizlər də bayrağımızı belə sevək, belə tərənnüm edək.

Oxşar xəbərlər
08 Sep 2024 | 23:39
Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
08 Sep 2024 | 23:37
Toya getmişdi, cənazəsi gəldi - FOTO
08 Sep 2024 | 23:26
Nigeriyada azı 48 nəfər yol qəzasında yanaraq ölüb
08 Sep 2024 | 23:22
Azərbaycanda küçədə bıçaqlanma: ANBAAN GÖRÜNTÜLƏR
08 Sep 2024 | 23:21
Bu şəhərdə göyərçinlərə dən atanlar 12,8 min dollar CƏRİMƏLƏNİR
08 Sep 2024 | 23:20
İnterpol niyə bu azərbaycanlıları axtarışa verib: Qətl, oğurluq, terror, zorlama - Aralarında qadın da var
08 Sep 2024 | 23:14
"Mən ikinci Vaqif Gərayzadəyəm" - Müğənnidən ŞOK SÖZLƏR
08 Sep 2024 | 23:01
"Avropa İttifaqı və ABŞ imperiyasının sonu çatıb" - "Haber7"
08 Sep 2024 | 22:57
Türkiyədə FACİƏ! 4 hərbçi HƏLAK OLDU
08 Sep 2024 | 21:45
Tələbələr ən çox bu səbəblərdən universitetdən xaric olunur
08 Sep 2024 | 21:40
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı - VİDEO
08 Sep 2024 | 21:00
“Türkiyədə amerikalıların başına torba keçirilməsinin səbəbi...” - SENSASİON İDDİALAR
08 Sep 2024 | 20:43
"Ukrayna və Yaxın Şərqdə müharibələrin günahkarı kollektiv Qərbdir" - İranın Rusiyadakı səfiri
08 Sep 2024 | 20:16
KVN-nin əfsanəvi aparıcısı Aleksandr Maslyakov vəfat edib
08 Sep 2024 | 20:15
"Putini kim devirə bilər?" - ABŞ ordusunun sabiq komandanı
08 Sep 2024 | 20:09
Sabunçu Tibb Mərkəzinin yaxınlığında YANĞIN: Yolda tıxac yarandı
08 Sep 2024 | 19:34
Paris 2024: Azərbaycan medal sıralamasında neçənci yeri tutub?
08 Sep 2024 | 19:16
İranda avtobus qəzası: Azı 55 nəfər xəsarət alıb
08 Sep 2024 | 19:12
"Bu vərdişlər həyatınızı 24 il uzadacaq" - Araşdırma
08 Sep 2024 | 18:53
Əsabil Qasımov Rusiya kurortlarında qiyməti BAHALAŞDIRDI
08 Sep 2024 | 18:52
Kəlbəcər sakini təzyiqə məruz qalıb? - RƏSMİ AÇIQLAMA
08 Sep 2024 | 18:48
Sosial şəbəkələri boykot edə bilərikmi?
08 Sep 2024 | 18:46
Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək
08 Sep 2024 | 18:35
"Almaniyanın vasitəçiliyi ilə Putinlə danışıqlara getmək olar" - ukraynalı diplomat
08 Sep 2024 | 18:28
SON DƏQİQƏ: Tanınmış ürək cərrahı vəfat etdi - FOTO
08 Sep 2024 | 18:22
"Ukraynalı hərbçilər yeni "əjdaha-dronlar"dan istifadə etməyə başlayıb" - CNN
08 Sep 2024 | 18:07
AzTV- də dəyişiklik - VİDEO
08 Sep 2024 | 17:41
Dəhşətli istilərlə bağlı xəbərdarlıq: Dağıdıcı olacaq...
08 Sep 2024 | 17:35
Rusiya Zəngəzurda kürəyimizə zərbə endirir - Maliki
08 Sep 2024 | 17:32
Ermənistan Ukraynaya silah-sursat satır - İddia
08 Sep 2024 | 17:27
Qəzzada ölənlərin sayı 40 mini keçdi
08 Sep 2024 | 17:23
"Putin Ukraynanın suverenliyi və müstəqilliyini məhv edə bilməyəcək" - ABŞ və Britaniya kəşfiyyatı
08 Sep 2024 | 17:18
Dünyanın ilk trilyoneri peyda ola bilər
08 Sep 2024 | 17:18
Güzəştli ipoteka hərbçilərə necə və hansı şəkildə veriləcək?-DETALLAR 
08 Sep 2024 | 17:16
Azərbaycanda EVDƏ YANĞIN: azyaşlı xəsarət alıb
08 Sep 2024 | 17:15
İranlı deputat Rusiyaya ballistik raketlər və PUA-ların tədarükünü təsdiqlədi - SENSASİYA
08 Sep 2024 | 17:12
İranlı diplomatdan MÜHARİBƏ AÇIQLAMASI: “Qərb dövlətləri Ermənistana kömək edəcək və...”
08 Sep 2024 | 17:10
Məşhur idmançı faciəvi şəkildə vəfat etdi - FOTO
08 Sep 2024 | 17:08
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 16:55
Sabahdan Bakının mərkəzi 9 günlük BAĞLANIR
08 Sep 2024 | 16:54
İrana getmək istəyənlərin NƏZƏRİNƏ - Qaydalar SƏRTLƏŞDİRİLDİ
08 Sep 2024 | 16:52
Bayden hakimiyyəti dövrünün 40 faizini tətillərdə keçirib
08 Sep 2024 | 16:50
Üzüm yığarkən ölən ər və arvadın FOTOSU
08 Sep 2024 | 15:47
Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 15:21
"İsrailin dövlət terrorçuluğuna müqavimət milli məsələdir" - Ərdoğan
08 Sep 2024 | 14:58
“Çılğın itləri insanları, səbirliləri isə mina axtarmağa göndəririk” -Sektor müdiri xüsusi təyinatlı hərbi hissədən danışdı
08 Sep 2024 | 14:57
Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb
08 Sep 2024 | 14:52
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
08 Sep 2024 | 14:51
İsrail HƏMAS-ın təhlükəsizlik qüvvələrinin rəis müavinini məhv etdi
08 Sep 2024 | 14:35
KTMT-nin kəşfiyyat təlimi başladı, Ermənistan qatılmadı
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 13:16
“Yaşayış şəraitimin yaxşılaşdırılması ilə bağlı müraciət etmişəm...” - Əməkdar artist-müsahibə+özəl
08 Sep 2024 | 12:53
"Azərbaycanın savadlılıq səviyyəsi bir çox ölkələrdən xeyli yuxarıdır" - Kamran Əsədov
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 12:44
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
08 Sep 2024 | 12:37
"O, heç vaxt könüllü olaraq öz postunu tərk etməyəcək" - Tixanovskaya
08 Sep 2024 | 12:34
Tanınmış yazıçı-jurnalist Hidayət Elvüsal vəfat edib
08 Sep 2024 | 12:26
Klintondan Kamalaya qeyri-adi məsləhət: "Trampı debatda belə çaşdıra bilərsən..."
08 Sep 2024 | 12:16
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış yağacaq
08 Sep 2024 | 12:10
“Qazancım haqda soruşmayın..”- Amerikada biznesi batan Elariz Məmmədoğlu yeni işə başlayır?-AÇIQLAMA+ÖZƏL
08 Sep 2024 | 12:05
Noyabrda Bakıya giriş məhdudlaşdırılacaq?
08 Sep 2024 | 11:54
ABŞ-də atışma zamanı beş nəfər yaralanıb
08 Sep 2024 | 11:44
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
08 Sep 2024 | 11:28
"Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır"- Prezident
08 Sep 2024 | 11:23
Hansı müğənninin başında bit var? – QALMAQAL
08 Sep 2024 | 11:15
SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
08 Sep 2024 | 11:00
Uğurlu bir dövr başlayır - Yaxın gələcəkdə bu bürclərin bəxti gətirəcək
08 Sep 2024 | 10:52
Aeroportdan şəhərə hərəkət istiqaməti dəyişdiriləcək
08 Sep 2024 | 10:41
Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
08 Sep 2024 | 10:33
Bakıda şadlıq evində yanğın olub
08 Sep 2024 | 10:22
Ağdamda ətraf mühitin çirklənməsinə qarşı tədbirlər görülüb
08 Sep 2024 | 10:10
Bu gün 500-dək şagird üçün əlavə imtahan keçiriləcək
08 Sep 2024 | 10:02
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq
08 Sep 2024 | 09:54
Ermənistanda bir polisi öldürən, digərini yaralayan şəxs yaxalanıb
08 Sep 2024 | 09:43
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 09:35
Bəzi dağlıq ərazilərdə yağış yağıb – FAKTİKİ HAVA
08 Sep 2024 | 09:23
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
08 Sep 2024 | 09:16
Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
08 Sep 2024 | 09:08
Bakıda 14 yaşlı qızı avtomobil vuraraq ağır xəsarət yetirib
08 Sep 2024 | 08:58
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 08:04
Ekspert ölüm qorxusu ilə mübarizə aparmağın yollarını AÇIQLADI 
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:35
“Titanik”in məşhur mahnısının müəllifi VƏFAT ETDİ
08 Sep 2024 | 07:21
Güləşçimiz dünya çempionatında GÜMÜŞ MEDAL qazandı
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
07 Sep 2024 | 23:20
ABŞ Rusiyaya zərbə endirməyə icazə vermədi
07 Sep 2024 | 23:12
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
07 Sep 2024 | 23:11
Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçürülməsinə hazırlıq gedir
07 Sep 2024 | 22:56
Həmin parkinq qanunsuz imiş - Rəsmi açıqlama
07 Sep 2024 | 22:48
Zelenski Ukrayna ilə bağlı yeni plan hazırlayır
07 Sep 2024 | 22:40
Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb
07 Sep 2024 | 22:32
Masanın üstündəki xərçəngin iki mənbəyi
07 Sep 2024 | 22:26
Ermənistanda silahlı atışma: bir polis öldü, digəri yaralandı
07 Sep 2024 | 22:18
İlqar Mikayıloğlu bu kanalda veriliş aparacaq - VİDEO
GÜNLÜK
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI
HƏFTƏLİK
03 Sep 2024 | 10:20
İlk qadın xalq şairi Mirvarid Dilbazinin sadə bağından FOTOREPORTAJ-şəxsi əşyaları, retro avtomobili-ÖZƏL
07 Sep 2024 | 16:11
Respublika rəhbərinə qarşı “terror aktı təşkil edən” BDU rektoru güllələndi...
06 Sep 2024 | 15:20
“Başladım tir-tir əsməyə, dedi ki, köpəkoğlu, birdən...” - Alim Qasımovdan ÖZƏL AÇIQLAMA - FOTO
05 Sep 2024 | 08:55
Bakıda avtoritetə SİLAHLI HÜCUM: kimin qisasını alırdılar? - TƏFƏRRÜATLAR
05 Sep 2024 | 13:58
"İstisu" bu qiymətlə rəqabətə davam gətirəcəkmi?-EKSPERTDƏN AÇIQLAMA 
05 Sep 2024 | 17:20
“Qardaşımın qatilini heç vaxt bağışlamaram, ailəmizi məhv etdi, dağıtdı” - Həsən Turabovun qızı - ÖZƏL + FOTO
02 Sep 2024 | 21:34
Nüvədi təhvil verilir: Dəhliz məsafəsi 12 km azalır - Paşinyan etiraf etdi
04 Sep 2024 | 23:56
Əməliyyat zamanı saxlanılan şəxs POLKOVNİK İMİŞ
07 Sep 2024 | 12:21
“İnternet provayderləri əhalini aldadır...” - İSTEHLAKÇILARI NECƏ SOYURLAR? - AÇIQLAMA + ÖZƏL
03 Sep 2024 | 01:58
Kişi arvadını yataqda ÖLDÜRDÜ - Xızıda baş verən cinayətin DETALLARI
AYLIQ
08 Sep 2024 | 15:40
Azərbaycanda məşhur karate ustası azyaşlı ilə cinsi münasibətdə şübhəli bilinir - YENİLƏNİB
08 Sep 2024 | 07:44
Bu səhər vərdişi olan insanlar kasıblığa MƏHKUMDURLAR
08 Sep 2024 | 07:59
2024-cü ilin sentyabr-oktyabr ayında DÜNYANI NƏ GÖZLƏYİR? 
08 Sep 2024 | 08:30
İran hakimiyyəti paytaxtı Tehrandan köçürür?- Bu əraziyə...
08 Sep 2024 | 08:58
"Bəsdir Putindən qorxdunuz!.." - Amerika kəşfiyyatının rəhbəri
08 Sep 2024 | 13:29
“Lamiyə ilə gündə danışıram, deyirəm ki...”-Dünya rekordçusunun atası ilə ÖZƏL MÜSAHİBƏ-FOTOLAR
08 Sep 2024 | 12:45
Ev-eşik, banka qoyulan pullar, həmkarı tərəfindən şərlənən sənətkar- Xalq artistinin var-dövləti kimə qalıb?-ÖZƏL+FOTO
08 Sep 2024 | 08:15
İnsanları ölümə məhkum edən FOTO - SƏBƏB BU İMİŞ 
08 Sep 2024 | 13:44
Ermənilər dağıtdı, kənd sakinləri bərpa etdi - Sakinləri 113 gün mühasirədə qalan kənddən yeni görüntülər (FOTO/VİDEO)
08 Sep 2024 | 07:07
İlon Mask Marsa ilk uçuşların tarixini AÇIQLADI