Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ
Araşdırma
Oxunub: 1512
16 Sep 2019 | 17:52
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:   ŞEYX MƏHƏMMƏD XİYABANİ
IV Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Xiyabaninin başçılıq etdiyi Milli hökumətə “Azadistan” adı verməsi də birmənalı qarşılanmamışdır. Bəzi tədqiqatçılara görə, onun Azərbaycan əyalətini “Azadistan” (“Azadllıq ölkəsi”) adlandırmasına səbəb  quzey Azərbaycandakı Azərbaycan Cümhuriyyətinin varlığı olmuşdur. Yəni Xiyabani artıq dünyada Azərbaycan adlı bir dövlət olduğu üçün, Milli hökumətə “Azadistan” adını vermişdir. Xiyabaninin tədqiqatçılarından Şövkət Tağıyeva hesab edir ki, o dövrdə Azərbaycan Cümhuriyyəti rəhbərliyinin Güney Azərbaycanla birləşmək niyyətinə ADF və onun lideri Xiyabaninin münasibəti mənfi olmuşdur. 
Xiyabaninin başqa bir tədqiqatçısı prof. Vüqar Əhməd isə hesab edir ki, Şeyx Məhəmməd Sovet Rusiyasının qurucusu  V.İ.Leninə və Qırmızı Orduya müsbət meyil bəsləmiş, Azərbaycan Cümhuriyyəti və onun liderlərinə isə hüsn-rəğbət göstərməmişdir: “Tarixi mənbələr göstərir ki, Xiyabaninin “Azərbaycan” adının “Azadistan”a çevirməsinin səbəbi məhz bu olmuşdur. Onun Quzey Azərbaycanın 1918-ci il may ayının 28-də elan olunan müstəqillyinə qeyri-səmimi münasibəti, onun Quzey Azərbaycanı “XI qızıl ordu” işğal edənə qədər, Quzey Azərbaycanla bütün əlaqələrinin kəsilməsinə səbəb olmuşdu. Xiyabaninin “Turançılıq ideyası”na da münasibəti müsbət olmamışdır. Lakin Nəriman Nərimanov kimi, Xiyabani də sonradan Leninin və bolşeviklərin riyakarlığını görüb peşimançılıq çəkmişdir”.  
Prof. Cəmil Həsənli isə bu barədə bir qədər fərqli fikir yürüdərək hesab edir ki, Quzey Azərbaycanın zorla sovetləşməsinin gedişində Rusiya bolşeviklərinin ölkənin müstəqilliyinə məhəl qoymaması Xiyabanini ehtiyatlı hərəkət etməyə vadar etmişdi. Belə ki, rus bolşeviklərin Quzey Azərbaycanda işğalçılıq siyasəti yürütdüyü üzə çıxınca Xiyabani Sovet Rusiyasının yardımlarının təmannasız ola bilməsinə şübhələri artmağa başladı. Ona görə də, o, Sovet Rusiyasının yardımlarından imtina edib, “hərəkatın ilkin mərhələsində kiçik hallar istisna olmaqla, Ş.M.Xiyabani bolşevizmə qarşı barışmaz mövqe tutub”. 
Fikrimizcə, Vüqar Əhmədin də qeyd etdiyi kimi, Nəriman Nərimanovun timsalında Sovet Rusiyasına başqa dövlətlərdən çox ümid bəsləyən Xiyabani, rəsmi Moskvanın da işğalçılıq siyasətini (buna ən bariz örnək doğma Azərbaycan Cümhriyyətinin işğalı idi) açıq şəkildə gördükdən sonra rus bolşevizminə ümidləri xeyli dərəcədə azalmışdır. Ancaq bu heç də, Xiyabaninin milli-demokrat əqidəsindən əl üzməsi də ola bilməzdi. Hər halda onun lideri olduğu ADF-nin məramnaməsində sosial-demokrat, liberal-demokrat prinsiplər də öz əksini tapmışdır ki, ancaq onlar daha çox demokratlar, ya da milli-demokratlar kimi tanınırdılar. Artıq milli-demokratlar isə başda Xiyabani olmaqla, rus bolşevizminin iç üzünü daha real şəkildə gördükdən sonra onlarla da əlaqələrini kəsmişdilər. 
Güney Azərbaycanda yaranan Milli hökumətə “Azadistan” adının verilməsi məsələsinə gəlincə, C.Həsənli onu da belə izah edir: “Xiyabaninin silahdaşlarından olan İsmayıl Əmir Xizinin təklifi ilə yeni yaranmış dövlətin adını “Azadistan” qoydular. Əmir Xizi məsləhət  gördü ki, Azərbaycan məşrutə yolunda çox səylər və İrana azadlıq gətirdiyindən, dünyada artıq Azərbaycan adlı dövlət olduğundan milli azadlığa qovuşmuş ölkənin adını “Azadistan” qoysunlar. Xiyabani bu fikri qəbul etdi”. Doğrudan da, Xiyabani Əmir Xizinin bu məsləhətindən sonra demişdir: “Azərbaycanın adını Azadistana dəyişərək, bu gündən bu adı rəsmi ad kimi elan edirik”. Xiyabaninin Azərbaycan Cümhuriyyətinə olan mövqeyini isə C.Həsənli belə izah edir ki, onun Quzey Azərbaycana münasibətdə ehtiyatlı mövqeyi hərəkatın ilk dövrlərində rəsmi Bakının ingilislərin təsirində olması, sonrakı dövrdə isə Sovet Rusiyası tərəfindən işğal olunması ilə bağlı idi. Başqa sözlə, Xiyabani istər İngiltərə, istərsə də Rusiya tərəfindəın olsun, bütövlükdə xarici müdaxilənin əleyhinə olub. Tanınmış tarixçi alim T.Svyatoçovski də yazır ki, Azərbaycan Cümhuriyyətinin Sovet Ruisyası tərəfindən işğalı Xiyabaniyə çox pis təsir göstərmişdir. 
Bizcə də, Xiyabaninin “Azadistan” adının üzərində dayanmasımda artıq Azərbaycan adlı dövlətin mövcudluğu mühüm rol oynamışdır. Həmin Azərbaycan Cümhuriyyəti adlı dövlətlə yaxından münasibətlər qura bilməməsində də, bir tərəfdən İngiltərənin, o biri tərəfdən Sovet Rusiaysının imperalizm siyasəti öz təsirini göstərmişdir. Əlbəttə, bu heç də Xiyabaniyə tamamilə haqq qazandırmaq anlamına da gəlməməlidir. Ancaq dövrün şərtlərini və bölgənin xaotik durumunu da nəzərə almamaq mümkün deyildir. 
Xiyabaninin dini-fəlsəfi baxışlarının formalaşmasında ona fiqh və üsul elmlərini öyrədən Hacı Mirzə Əbülhəsən Ağa Əngəcinin mühüm rolu olmuşdur. Yuxarıda da qeyd etdiyimiz kimi İslam fəlsəfəsi, İslam tarixi ilə yaxından tanış olan Xiyabani müctəhidlik dərəcəsinə yüksəlmiş, bir müddət Hacı Kərimxan məscidindinin axundu, imamcüməsi, ya da vaizi olmuşdur. Xiyabani irsinin araşdırmaçısı, prof. Vüqar Əhməd hesab edir ki, Sovetlər Birliyi dövründə “sosializmin “iti baltası” altında tədqiqat aparan  publisistlər onu az qala ateist, eyni zamanda materialst adlandırmaqdan belə çəkinməsələr” də, əslində Xiyabani haqqındakı bu fikirlər heç də həqiqəti özündə əks etdirmir. V.Əhməd yazır: “Xiyabani İslami dəyərlərə, müqqəddəs Qurani-Kərimə xüsusi əhəmiyyət verir, demokratiyanı, azadlığı və ümumiyyətlə, hürr yaşamağı bunsuz təsəvvürünə gətirmirdi. Eyni zamanda, insanların İslam ehkamlarına riayət etmədikləri halda, onların mənsub olduğu cəmiyyətin mədəniyyətinin tənəzzülə uğramasını dilə gətirirdi”. 
Prof. Əkrəm Rəhimli de hesab edir ki, Xiyabani özünün dini-fəlsəfi baxışlarında islam dəyərlərinə, islamın müqqədəs kitabı Qurani-Kərimdəki ədalətə çağırış olan prinsiplərə riayət olunmasını əsas şərt kimi sürürdü. Ə.Rəhimli yazır: “Xiyabani islamda dini-fəlsəfi prinsiplərin pak əxlaq, halallıq, bərabərlik və ədalət üzərində qurulduğunu söyləyirdi. Başqasının hüququna təcavüzü, haqqının əlindən alınmasını, zülm və zorakılığı islama xəyanət hesab edirdi və ona qarşı çıxmağı özünün mübarizəsində əsas hədəf kimi qəbul etmişdi”.  
Doğrudan da, Xiyabaninin yazılarında və nitqlərində İslam dininə, islamlığa daima həssas yanaşdığını görürük. Belə ki, o, İslam dinini yeni mədəniyyətlərin yaranması yolunda mane deyil, tam əksinə yolgöstərəni olduğuna inanırdı. Xiyabani yazırdı: “Allah-təalanın İslamın bizim üçün istədiyini yenidən əldə etmək, müasir dünyada yeni mədəniyyət yaratmaq, ya heç olmasa istər-istəməz meydana gələcək bir mədəniyyətin yaranmasında fəal iştirak etməkdə öz layiqli borcunu yerinə yetirmək üçün biz müsəlmanların iki əsas işdə səy göstərməsi zəruridir: bunlardan biri ağıl və təfəkkür, digəri isə səbat və hımrəylikdir. Bu iki qiymətli gövhəri əldə etmək üçünsə müqəddəs Qurani-Kərimdən faydalanmaqdan daha qənaətbəxş bir iş ola bilərmi?  Quran kimi hansı bir kitabda varlıq aləmində, dünyada elmə, səbrə, təfəkkürə və tədbirə, millətlərin, xalqlaırn taleyindən nəsihətamiz məsələlərə bu qədər diqqət verilmişdir? İrqi, milli, hətta məzhəb ixtilaflarının və dil fəqihilə mövcud olmasına baxmayaraq, Quran bizim vəhdət amilimiz, bizi bir-birimizə bağlayan ən möhkəm kəndirimiz – vasitəmizdir. Əgər onun qədrini bilsək, bir tərəfdən durğunluqdan və adətpərəstlikdən, digər tərəfdən başqalarının qarşısında özümüzü itirməkdən uzaq olsaq, ağılla ona müraciət etsək, bugünkü həyatımızı və gələcəymizin üfüqlərini onun nuru ilə işıqlandıra bilərik”. 
Şübhəsiz, burada İslam dini ilə, ya da İslam fəlsəfəsi ilə dünəyvi elmlərin uzlaşdırlması çox vacibdir. Əlbəttə, dünyəvi elmlər dedikdə, burada sözün həqiqi mənasında bəşəriyyətə xidmət edən elmlərdən, fənlərdən söhbət gedir. Yəni hər bir xalq öz dini dəyərlərini bildiyi qədər, obyektiv xarakter daşıyan və millətin inkişafına xidmət edən dünəyvi elmlərdən də agah olmalıdır. Bunlar bir-birini tamamlamalıdır ki, hər hansı xalq baqşa xalqların, xüsusilə də daim qəsbkarlıq, faşizm niyyəti güdənlərin qurbanına çevrilməsin. 
Bu baxımdan Xiyabaninin o fikri ilə razılaşırıq ki, artıq günün tələblərinə cavab verməyən, üstəlik milləti geriçiliyə sürükləyən dini, ya da milli olsun adətpərəstlikdən əl çəkilməli, baqşa xalqarın inkişafına səbəbə olan texnologiyaları milli-dini özünəməxsusluqları qotumaq şərtilə, tətbiq etmək lazımdır. Digər tərəfdən də unutmaq lazım deyil ki, milli-dini irsimizin özündə də kifayət qədər lazımlı olub, ancaq unudulmuş dəyərli elmi bazamız var ki, onlara yenidən müraciət olunmalıdır. Xiyabani yazırdı: “Bizim dərdimiz budur ki, bir zamanlar elm, hikmət və mədəniyyət bayraqdarı olan İslam ümməti son əsrlərdə zəifləmiş və geri qalmışdır. Zamanın qalib, böyük nüfuza malik mədəniyyəti qarşısında kədər doğrucu bir ətalət üzündən, hətta  bu mədəniyyətin də əldə etdiyi nailiyyətlərdən bəhrələnmək fürsəti və imkanı tapmamışdır. Bizim bu zəifliyimiz, bir zaman bəşər taleyinin başı üəzrində parlaq bir ulduz kimi işıq saçmış, dövrünün qalib mədəniyyətinin də borclu olduğu və indinin özündə də bir sıra əsərləri və təsirləri həmin pərəstişin yadigarı olaraq qalmış bir mədəniyyətin sona çatmasının nəticəsidir”. 
Xiyabani çox doğru qeyd edirdi ki, milli-dini irsimizi yetərincə bilmədiyimiz üçün, onu çox vaxt arxa plana qoyub, ancaq hazırda inkişafda olan mədəniyyətlərin arxasınca sürünürük.  Halbuki bu gün inkiafda olan mədəniyyətlər, xüsusilə də Qərb mədəniyyəti öz uğurlarına görə yalnız Yunan-Roma mədəniyyətinə deyil, eyni zaamnda Şərq məədniyyətin, o cümlədən də İslam mədəniyyətinə borcludur. Sözün açığı, bu həqiqəti 100 il əvvəl olduğu kimi, bu gün də anlayanlar hələ də yetərincə deyildir. Bütün hallarda, Xiyabani kimi filosoflarmızın yalnız ictimai-siyasi məsələlərdə deyil, eyni zamanda, fəlsəfi və dini fəlsəfi məsələlərdə də öz sözlərini deyə bilməsi, yeni fikirlər irəali sürməsi qürurvericidir.
Beləliklə, Xiyabanin ictimai-fəlsəfi, ictimai-siyasi və dini fəlsəfi görüşləri ilə bağlı düşüncələrimizi yekunlaşdıraraq, hesab edirik ki, o, öz dövrünün sözün həqiqi mənasında müdrik bir şəxsiyyəti olmuşdur.  Xiyabani daha çox fərd və cəmiyyətin bir-birinə bağlılığı, yəni ayrı-ayrı fərdlərin kollektiv halda birləşib ümumi ruhu ifadə etməsi fəlsəfəsi üzərində çalışmışdır. Onun bu fəlsəfəsinə görə, fərdlər daima “xalqın vicdanı” olamldır ki, xalq köləliyə və səfalətə sürüklənməsin. Bu anlamda “xalqın vicdadnı”nını hər daim ayaq üstə tutmaq üçün, yeri gələndə onun eyiblərini göstərməyi də bacarmaq lazımdır. Bu o analma gəlir ki, hər hansı bir xalqın eyiblərini, nöqsanlarını göstərmək onu aşağılamaq niyyəti ilə də, ya da onu yüksəklərə qaldırmaq üçün də istifadə oluna bilər. Xiyabaninin fəlsəfəsində isə fərdin hər cür qorxunu və köləliyi içində öldürüb, cəsarətlə və igidliklə millət, vətən yolunda özünü şəhid etmək əsas yet tutmuşdur. O, özü də məhz bu fəlsəfənin bariz daşıyıcısı kimi vətən və millətin azadlığı uğrunda şəhid olmuşdur.
Oxşar xəbərlər
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
GÜNLÜK
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU