Qadın sevgilisi olmuş, intihar etmiş Marina Svetayeva haqqında qızının xatirələri
Oxunub: 2141
29 Dec 2017 | 15:37
Qadın sevgilisi olmuş, intihar etmiş Marina Svetayeva haqqında qızının xatirələri
Anam haqqında, onun zahiri görünüşü haqqında ilk xatirələrim sürrealistlərin rəsmlərinə bənzəyir.  Ümumilikdə tam bir obraz yoxdur, çünki gözlər onu əhatə etməyə qadir deyil, şüur isə hər şeyi bir vahid altında birləşdirə bilmir.

Bütün ətrafdakılar və ətrafda üst-üstə yığılanlar, ucsuz-bucaqsız, əlçatmaz və qeyri-mütənasibdir  mənim üçün. Adamların nəhəng ayaqqabıları, hündürlüyə qalxan uzun ayaqları, böyük, qüdrətli əlləri var.

Üzlər görünmür, onlar hardasa oralarda - yuxarılardadı. Onları ancaq mənə sarı əyiləndə, ya da məni qucaqlarına götürəndə görə bilirəm. Mən ancaq onda görürəm, barmaqlarımla da toxunuram - böyük qulaq, böyük qaş, barmağım yaxınlaşanda qırpılan böyük göz və gah öpən, gah da barmağımı tutmağa çalışıb "ammm" deyən böyük ağız. Bu həm gülməlidir, həm də təhlükəli.

Yaş, cins, doğmalıq dərəcəsi, anlayışları mənimçün mövcud deyil. Belə baxanda  özümdəki "mən"  hələ özünü tapmayıb, "mən" başdan-başa bütün bu gözlərdən, dodaqlardan və ən başlıcası bu əllərdən asılıdır. Ondan başqa hər şey dumandır. Ən çox bu dumanı elə anamın əlləri yarır. O əllər başımı sığallayır, qaşıqla yedizdirir, şapalaqlayır, sakitləşdirir, paltarımı düymələyir, yatızdırır, istədiyi kimi rəfdar edir. Onlar həyatımda ilk reallıq, ilk hərkət edən və etdirən qüvvədir. İncə, qarabuğdayı, narahat əllər, bütün əllərdən yaxşıdır. Çünki onlar gümüş üzük və bilərziklərin parıltısıyla doludur. O parlaqlıq ki, anamla birgə gəlir və gedir, özündən ayırılmazdır.

Parıldayan əllər, parıldayan gözlər, cingiltili və həm də parlaq səs - mənim ən kiçk yaşlarımın anasıdır bu. Mən onu ilk dəfə görən kimi - bir neçə günlük həyatımdan yoxa çıxıb əməliyyatdan sonra xəstəxanadan evə dönən kimi tamlıqla, bütöv şəkildə dərk etdim. Xəstəxana və əməliyyatın nə olduğunu mən çox sonralar başa düşdüm. Amma indisə, sadəcə, uşaq otağının qapısı açıldı, anam ildırım kimi içəri girdi. İndiyə qədər mənimçün ayrı-ayrı parçalardan ibarət anam tam bir vahid şəklində gözlərimdə birləşdi. Və mən onu tam şəkildə - başdan-ayağa gördüm, üstünə atıldım, xoşbəxtlikdən boğulurdum.

Anam hündür deyildi, ortaboylu, düzgün, dəqiq ifadə olunmuş, lakin incə cizgili qadın idi. Burnu düz, azca donqar, dəlikləri ifadəli idi. Bəli, məhz ifadəli. Xüsusilə də, kinini və nifrətini yaxşı ifadə edirdi. Deyə bilərəm ki, ümumiyyətlə, üzünün hər bir cizgisi ifadəli və işvəliydi: həm dodaqları, həm təbəssümü, həm qaşlarının dağınıqlığı, hətta favn (Amerika meymunu cinsi) kimi balaca və həssas qulaqları da. Gözlərinin rəngisə çox nadir, su pərisi gözü adlanan açıq, parlaq yaşıl rəngdəydi. Bu rəng ta ölən günə qədər nə soluxdu, nə də ki bozardı. Üzündə uşaqlığından hansısa əlamətlər, hansısa gənclik - yeniyetməlik girdəliyi qalmışdı. Açıq xurmayı saçları bir-birinə yumşaq və səliqəsiz şəkildə dolaşırdı. Anamın çiyinləri iri, budları və beli dar, dartılmış idi. Və ömrünün sonuna qədər də yeniyetmə görünüşünü, elastikliyini və zirəkliyini qoruyub saxlamışdı. Əlləri qadın əlinə bənzəmirdi. Oğlan əlləri kimiydi. Çox böyük olmasa da, heç də miniatür - balaca deyildi. Salamlaşanda möhkəm, sərt salamlaşırdı. Barmaqları yaxşı inkişaf etmişdi. Ucları azca kvadrat formalı, enli, lakin gözəl dırnaq quruluşu vardı. Üzük və bilərziklər bu əllərin ayırlmaz hissəsi idi. Əvvəllər kəndçi qızların qulağına sırğanı belə taxardılar, birdəfəlik - ömürlük. Bu cür - ömürlük olanlardan iki qədim gümüş bilərzik vardı. Hər ikisi tökmə, üstü çıxıntılı idi. Biri füruzə qaşlı, o biri hamar, üstündə çox gözəl, qanadları o kənarından bu kənarına qədər uzanan və bütün biləyi tutan uçan quş təsvirli idi. Üç üzük - nişan, "yazılarda salamat qalan" (Svetayevanın şeirindən misra) üzük,  gümüş çərçivəli gemma - gümüş çərçivədə əqiq üzərində Hermes təsvir olunmuş üzük və ətrafında "sənin üçün mənim əzizim" yazısı olan (çox güman ki, onu çoxdan qeyb olmuş dənizçi bəyin, qeyb olmuş gəlinə hədiyyəsiydi) gəmi təsvirli ağır möhür-üzük. Amma mənim yaddaşımda həmin o yazı tamamən silinib. Elə gəmini də güclə göz önümə gətirirəm. Bir çox başqa üzüklər də vardı, gəlib-getdilər. Lakin bu üç üzük onun barmaqlarından heç vaxt çıxmadı. Və onunla birgə getdi...

Anamın mənim gözümdə bütöv bir varlığa çevrildiyi həmin axşamda əynində enli, yuxarı hissədən dar, qəhvəyi rəngli ipək paltar, əlində əməliyyat sonrası sarğı vardı. Mən hətta sarğını da yadımda saxlamışam - Şərq naxışları olan tünd kəşmir yaylıq idi.

Onunla bağlı ilk xatirəm, hətta deyərdim ki, elə özümlə də bağlı ilk xatirəm:  bir neçə pilləkəndir - ən yuxarı pillədə mən dayanmışam və onlar aşağıda böyük, özgə otağa düşür. Mənə hər şey alatoran görünür, çünki bura yarızirzəmidir. İşıq lampası yuxarıda tavandan asılıb, tavan isə alçaqdır, mən də pilləkənin yuxarısında durmuşam. Anlaya bilmirəm, tavan mənə daha yaxındır, yoxsa döşəmə. Anam orda, aşağıda - lampanın altındadı. Gah eləcə dayanır, gah da yavaş-yavaş çevrilib mənə yox, özü-özünə baxır. Anamın yanında dizi üstündə qadın oturub. Anam da nəyəsə toxunur, sığallayır, dartışdırır və havada tanımadığım bu sözlər uçuşur - "klyoş ətək, klyoş ətək". Küncdə bir qadın da var. Onun nə başı var, nə əlləri. Ayaqlarının yerində isə laklı altlıq var. Üstündəki paltarsa əsldi, canlıdı. Mənə sakit durmağı tapşırıblar. Mən də sakitcə durmuşam. Amma birazdan möhkəm ağlayacam, çünki mənə heç kim diqqət yetirmir, axı mən balacayam və pilləkənlərdən yıxıla bilərəm. Bunu anam danışırdı, Krımda olub və o zamanlar üç yaşım olub.

Həmin yaydan yaddaşımda heç nə qalmayıb - nə adamlar, nə əşyalar, nə də yaşadığımız otaqlar. İlk dəfə şüurumda ata obrazı yaranıb - o, anamdan hündür idi, baxış dairəmə sığışmırdı və atamla bağlı ilk xatirəm onu necə tanımamağımla bağlıdır. Anam məni qucağında aparır, qarşıdan ağ geyimli bir nəfər gəlir. Anam onun kim olduğunu soruşur, mənsə tanıya bilmirəm. Ancaq mənə sarı əyiləndə onu tanıyıb bərkdən qışqırıram - Seryoja, Seryoja! (Uşaqlıqda valideynlərimi onlar bir-birlərini çağırdıqları kimi çağırırıdım - Seryoja, Marina. Amma daha çox Seryojenka, Marinoçka deyirdim!)

...Anamın gənclik və mənim uşaqlıq illərimin keçdiyi ev hələ də salamatdır. Bu, bayır tərəfdən ikimərtəbə, həyət tərəfdən üçmərtəbəli olan köhnə ev Borisoqlebsk dalanından 6 nömrəli ev Arbatın - keçmiş Povarskaya və İt meydançalarının yaxınlığında idi. O zamanlar evlə üzbəüz iki ağac vardı - anam onlara şeir həsr etmişdi: "İki ağac". İndi onlardan biri qalıb - yetim kimi. Həmin evin 5 nömrəli mənzilinə anadan olduğum Zamoskvoreçyedən köçmüşdük.  Bu, əsl qədim Moskva mənzili narahat, dolaşıq, mətrəbəyarımlıq və çox səliqəli idi. Evdə müxtəlif otaqlar vardı...

Atamın otağında taxt qapıdan sol tərəfdəki divardaydı. Pəncərədən solda yazı masası, küncdə sakinləri "Albert" və "Mariya" peçenyeləri və holland qız şəkilli dəmir qabda qəhvə olan  dairəvi bufet vardı. Bunun O.E.Mandelştamla xatirəsi var.

Anamın otağı uşaqlığımın bayramı, şənliyi idi. Və bu bayramı qazanmaq lazımıydı. Bayram qapının kandarından girən kimi başlayırdı: mənim üçün musiqili mücrü işə salınırdı, şarmankanın dəstəyini fırlatmağa, tısbağa qınıyla oynamağa, canavar dərisi üzərində uzanmağa, stereoskopa baxmağa icazə verirdilər. Atam məni dizlərinin üstündə otuzdurub heç kimin bilmədiyi nağıllar danışardı. Xüsusilə, quldurlardan olan nağılı sevirdim, amma onu atam nədənsə anamın yanında heç vaxt danışmırdı...

Atam Seryoja yaxşı şəkil çəkirdi. Ən gözəlsə şir şəkilləri alınırdı. Şirlər haqqında mənim ən sevimli nağıllarımı danışır, elə danışan kimi də şəklini çəkirdi. Bir də ki, atam üzündə şir obrazını təsvir edirdi. Və bu ata şiri mən adi atamdan daha çox sevirdim. Marinasa üzündə vaşaqı təsvir edirdi. Nədənsə heç biri alınmırdı. Atamla anam bir-birlərinə zarafatla "şir" və "vaşaq" deyirdilər.

Marinayla gəzməyə çıxanda həmişə dilənçilərə sədəqə verirdik. O uzağı yaxşı görmürdü deyə, həmişə ona harda dilənçi olduğunu mən deyirdim. Qəpiklər verirdi, qaça-qaça gedib onlara çatdırırdım. Bəzilərinin qarşısında papağı dolu, bəzilərininkisə boş olurdu. Biz tez-tez kilsəyə gedirdik. Pilləkənlərlə tullana-tullana üzüyuxarı çıxmağı sevirdim. Amma hamı kimi, anam kimi, bütün uşaqlar kimi üzüaşağı düşməyi bacarmırdım. Və hər dəfəsində  Marina mənə düşməyi öyrədir və əsəbiləşirdi.

Bütün xoş anlar və gözəlliklər keçmişdə qaldı. Qarşıdasa sonsuz, aşağı enən bomboz pilləkənlər görünür. Və mən də hamı kimi bu pilləkənləri pillə-pillə düşməliyəm...
"Ədəbiyyat qəzeti"
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."