Lələtəpə-Azərbaycan Stalinqradı...
Oxunub: 2768
17 Jun 2016 | 09:56
Lələtəpə-Azərbaycan Stalinqradı...

Bu ilin 2-5 aprel tarixində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş verən aktiv hərbi əməliyyatlar və bu əməliyyatlar nəticəsində Azərbaycanın bir sıra kənd və yüksəklikləri düşməndən azad etməsi yalnız ölkə daxilində deyil, bütün dünyada ciddi rezonansa səbəb oldu. Lələtəpə və Talış kəndi ətrafındakı yüksəkliklərin, Seysulan məntəqəsinin azad edilməsi ilə nəticələnən bir neçə günlük əməliyyatın niyə və hansı səbəbdən dünya gündəmini zəbt etməsinə gəlincə, bunun olduqca ciddi əsasları mövcuddur.

 

Üç günə yox edilən bir qərinəlik mif və ya Skotti çağırışı...

 

2-5 aprel döyüşlərinin nəticəsinin ən mühüm önəmlərindən biri bu qələbənin rus ordusunun fəal yardımı ilə Qarabağda uğurlu hərbi əməliyyatlar aparan və Azərbaycan ərazisinin 20%-ni nəzarətə götürən erməni ordusunun məğlubedilməzliyi ilə bağlı yaranan mifin dağıdılması oldu. Baxmayaraq ki, əslində aprel döyüşlərinə qədər də Azərbaycanın Qarabağ müharibəsində Ermənistana deyil, Rusiyaya məğlub olduğu həqiqəti hər kəsə aydın idi. Yalnız Azərbaycan deyil, dünya ictimaiyyəti də yaxşı bilirdi ki, Qarabağda Azərbaycan insanını hədəf alan silahın tətiyini erməni əlcəyi çəksə də, bu əlcəyin içindəki əl Rusiyaya məxsusdur. Lakin bütün bunlara baxmayaraq, uzunmüddətli məğlubiyyət və çarəsizlik psixologiyasının cəmiyyətdə Qarabağda qalibiyyətli müharibənin mümkünlüyü ilə bağlı müəyyən inamsızlığa yol açdığı, şübhə və tərəddüdlərə  səbəb olduğu da bir həqiqətdir. Fəqət aprel döyüşləri bütün bu tərəddüdlərə son qoydu. Qısa müddət ərzində ordumuzun düşmən nəzarətindəki bir neçə strateji məntəqəni ələ keçirməsi göstərdi ki, Azərbaycan ordusu həqiqətən də işğaldkı torpaqları qısa zaman ərzində azad etməyə hazırdır. Alman generalı Skottinin məşhur çağırışında deyildiyi kimi: “İtirdiyimizi bərpa edək! Məzardan keçərək irəli!”

 

Aprel  və Stalinqrad döyüşləri arasındakı analogiya...

 

Aprel əməliyyatları, bu əməliyyatların pik nöqtəsi hesab edilən Lələtəpə döyüşlərinin Azərbaycan üçün əhəmiyyəti II Dünya müharibəsinin Stalinqrad döyüşlərinin SSRİ üçün əhəmiyyətindən heç də az deyil. Doğrudur, aprel və Stalinqrad döyüşlərinin istər miqyas, istərsə də bu döyüşlərdə iştirak edən canlı və texniki qüvvələrin sayı baxımından əsla müqayisə etmək olmaz. Lakin Stalinqrad döyüşlərinin nəticəsi sovet ordusuna psixoloji avantaj qazandırdığı, müharibə tarixində əsaslı dönüşün başlanğıcı qoyduğu kimi, aprel döyüşləri də Azərbaycan cəmiyyətindəki psixoloji diskomfortu, natamamlıq hissini ortadan qaldırdı. Bu, həm də uğursuz hərbi əməliyyatlar seriasına son qoydu. Aprel döyüşləri praktiki şəkildə sübut etdi ki, ermənipərəst qüvvələrin verdiyi hər cür dəstəyə, ermənilərin işğal edilmiş ərazilərdə kifayət qədər möhkəmlənməsinə, sədlər qurmasına, minalanmış sahələr yaratmasına baxmayaraq ordumuz bütün bu bariyerləri aşmağa qadirdir.

 

Aprel əməliyyatı Ermənistanın KTMT-ə olan ümidlərini necə yanıltdı?

 

Aprel əməliyyatının digər mühüm nəticəsindən biri, bu əməliyyatların Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) olan ümidlərinin sabun köpüyündən başqa bir şey olmadığını göstərməsi oldu. KTMT-nin hərbi yardımına böyük ümidlər bəsləyən rəsmi İrəvan, nəticədə gülünc situasiya ilə üzləşmiş oldu. KTMT nəinki Ermənistana hərbi yardım etmədi, bu quruma üzv olan bəzi dövlətlər Azərbaycanın öz ərazisində hərbi əməliyaytlar apardığını və bu əməliyyatları dəstəklədiklərini bəyan etdi.

Millət vəkili Siyavuş Novruzov Ermənistan hakimiyyətinin üzləşdiyi vəziyyəti saytımıza açıqlamasında bu cür təsvir edir:

Sərkisyan hakimiyyəti erməni ictimaiyyətini inandırmışdı ki, Ermənistan KTMT-nin üzvü olduğu üçün, bu təşkilat Azərbaycanla konfiliktə Ermənistanın yanında olacaq. Lakin aprel olayları göstərdi ki, Sərkisyan bu məsələdə də erməni xalqını aldadıb. Çünki aprel döyüşlərində KTMT-ə üzv olan dövlətlər açıq şəkildə Azərbaycana qarşı cəbhə almaqdan imtina etdi. Onlar bildirdilər ki, döyüşlər Azərbaycanın işğal edilmiş ərazilərində gedir. Yəni Azərbaycan Ermənistan ərazisində əməliyyat aparmır ki, təşkilat da onu müdafiə etmək haqqında düşünsün”.

 

2-5 aprel döyüşləri Azərbaycan diplomatiyasının qələbəsi kimi...

 

Aprel döyüşləri yalnız Azərbaycan ordusunun deyil, həm də Azərbaycan diplomatiyasının qələbəsi hesab olunmalıdır. Çünki bu döyüşlər zamanı və ondan sonrakı günlərdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların ortaya qoyduğu mövqe beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə müdafiə etdiyini göstərdi. Bu isə heç şübhəsiz ilk növbədə Azərbaycan diplomatiyamızın uğuru kimi qiymətləndirilməlidir.

Millət vəkili Elman Məmmədov saytımıza açıqlamasında aprel döyüşləri zamanı beynəlxalq birliyin Azərbaycana verdiyi dəstəyin olduqca mühüm önəm daşıdığını vurğuladı: “Aprel döyüşləri zamanı yalnız Türkiyə, Pakistan və s. İslam ölkələri deyil, dünyanın əksər dövlətləri Azərbaycanın haqq işini müdafiə etdi. Dünya dövlətləri cəbhədə baş verənləri Azərbaycanın işğaldakı torpaqlarını beynəlxalq hüquqa dayanaraq azad etmək cəhdi kimi dəyərləndirdi. Baş verənlər göstərdi ki, Qarabağ müharibəsindən fərqli olaraq Azərbaycan informasiya blokadasından çıxa bilib və dünya dövlətləri arasında, beynəlxalq təşkilatlarda uğurlu təbliğat işi apara, bəşəriyyəti Qarabağla bağlı əsl həqiqətlə tanış edə bilib”.

 

Ordumuzun uğurları dünya mediasında

 

Azərbaycan ordusunun qələbələri dünya mediasında da ətraflı şəkildə işıqlandırıldı. Türkiyənin NTV kanalı işğaldan azad edilmiş bölgələrdən reportajlar hazırlayaraq bütün dünyanı Azərbaycan ordusunun uğuru ilə tanış etdi. Türkiyənin Halk TV kanalı da bu döyüşlər haqqında tamaşaçılara mütəmadi informasiya verdi.

Qardaş ölkənin “Anadolu” agentliyi, “Hüriyyət”, “Sabah” və “Milliyət” qəzetləri də ordumuzun qələbələri, habelə ordu daxilindəki böyük ruh yüksəkliyindən ətraflı bəhs etdi.

“Associated Press” nəşri, eləcə də  “ABC News”, “Washington Times”, “Washington Post”, “NBC”,”Fox 13”, “New York Times”, “Deutsche Welle” kimi informasiya nəhənglərində Azərbaycan ordusunun aprel uğuru, bu uğurun fonunda Qarabağ münaqişəsinin kökü, Ermənistanın işğalçılıq niyyətəri ifşa edildi.

İsrailin “Haarretz” və “Yerusalem Post” qəzetləri isə daha çox Azərbaycan ordusunun arsenalında olan müasir silahlardan və bu sialhların uğurlu tətbiqinə diqqət yetirdi.  “Haaretz” qəzeti “İsrailin istehsal etdiyi intihar drounu Dağlıq Qarabağ münaqişəsində istifadə olunub” sərlövhəli yazıda  sözügedən silahın videosunu da yerləşdirərək bu silah haqqında mümkün qədər dolğun təəssürat yaratmağa çalışdı.

 

Xalq, hakimiyyət və ordu birliyinin bariz nümunəsi

 

Aprel döyüşlərinin digər mühüm əhəmiyyəti xalq, hakimiyyət və ordu birliyini ortaya qoyması oldu. Təsadüfi deyil ki, aprel döyüşləri zamanı hansı siyasi qütbdə qərarlaşmasından, hakimiyyətə münasibətindən asılı olmayaraq, bütün qüvvələr hakimiyyətin ətrafında səfərbər oldu və düşmənə qarşı mübarizədə böyük həmrəylik sərgilədi. Zaman-zaman Azərbaycan hakimiyyətinin ünvanına ciddi ittihamlar səsləndirən müxalifət partiyaları, QHT-lər, gənclər təşkilatları və s. aprel döyüşləri zamanı hakimiyyətin qətiyyətli mövqeyini dəstəkləyərək onun qərarlılığı ilə həmrəy olduğunu, hərbi əməliyyatları dəstəklədiyini ortaya qoydu.

Millət vəkili S.Novruzov saytımıza açıqlamasında bu həmrəyliyin danılmaz və təqdirəlayiq olduğunu qeyd etdi:

“Azərbaycan xalqı ali baş komandanın ətrafında biləşdi. Aprel olayları zamanı AXCP-ni çıxmaq şərti ilə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təşkilatlar, QHT-lərin hamısı ali baş komandanın ətafında birləşdi və öz bəyanatlarını səsləndirdilər. Onlar bu gün də döyüşə getməyə, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə hazır olduqlarını bildirdilər. Azərbaycanda bu həmrəylik var”.

 

Azərbaycan ordusunun özünütəsdiq əməliyyatı, yaxud “Telluqov nəzəriyyəsi”

 

Aprel döyüşləri Azərbaycan ordusunda yüksək döyüş hazırlığı, ciddi nizam-intizam və disiplinin mövcudluğunu ortaya qoydu. Bu əməliyyatlar zamanı düşmən ordusunda saysız-hesabsız fərarilik və intizamsızlıq hallarının baş verməsinə baxmayaraq, Azərbaycan ordusunda belə bir olay yaşanmadı.

Ordumuzun əldə etdiyi uğurlar məşhur rus yazıçısı Viktor Telluqovun “əsgərin əhvalı-cəbhədə hər şeydir!” prinsipinin doğruluğunu bir daha təsdiqlədi.

Bu döyüşlər əsgər-zabit münasibətlərində də müsbət mənada ciddi dönüş olduğunu sübut etdi.

Zabitlərin hücum əməliyyatlının əsas yükünü öz üzərinə götürməsi, bu sahədə böyük təcrübəsi olan kadrlar kimi əsgərlərdən öndə vuruşması, onların həyat və təhlükəsizliyinə öz həyatlarından daha böyük önəm verməsi zabit kontingentinə olan sevgi və ehtiramı bir qədər də artırmış oldu.

Aprel əməliyyatları zamanı öz igidliyi ilə əsgərlərə örnək olan xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə mayor Samit İmanovun, “Lələ təpə” yüksəkliyinin alınmasında böyük fədakarlıqlar göstərən polkovnik-leytennat Şükür Həmidovun qəhrəmanlıqları yüksək qiymətləndirilmiş, onların hər üçü Milli Qəhrəman adına layiq görülmüşdür. Dörüş meydanında qəhrəmancasına həlak olan Murad Mirzəyev və Samit İmanovun təltifləri onların ailə üzvlərinə, Şükür Həmidovun təltifi isə ali baş komandan İlham Əliyev tərəfindən şəxsən onun özünə təqdim edilmişdir.

 

Problemin həllinə Vilhelm Buş yanaşması, yaxud perspektivdəki uğurlar...

 

Aprel müharibəsi Qarabağ münaqişəsinin diplomatik həlli ilə bağlı da geniş perspektiv formalaşdırdı. Belə ki, rəsmi Bakının konfilikti sülh yolu ilə həll etmək cəhdlərini Azərbaycanın hərbi baxımdan zəifliyi kimi qiymətləndirən rəsmi İrəvan, aprel müharibəsindən sonra yanıldığını anladı. Qarabağda məhv edilən erməni əsgərlərinin ard-arda sıralanan cənazələrinə qucaq açan İrəvan qısa zamanda başa düşdü ki, bu, 90-cı illərin əvvəllərindəki, siyasi xaos və intriqaların yarımcan hala saldığı Azərbaycan ordusu deyil. Bu, təxminən 25 illik ordu quruculuğu prosesi keçən, yüksək döyüş ruhuna, həqiqi peşəkarlığa malik bir ordudur. Hansı ki, bu ordu “Qordi düyünü”nə bənzəyən bu problemi öz süngüsü hesabına qısa zamanda həll etmək, Qarabağı erməni hərbçilərinə özü boyda qəbiristanlığa çevirməyə qadirdir.

Erməni hakimiyyətinin bu gerçəyi dərk etməsi problemin diplomatik müstəvidə həllinə əngəllər yaradan Ermənistanın daha konstruktiv mövqe səgiləməsinə təsir göstərəcəyi şübhəsizdir. Bundan başqa, aprel müharibəsinin nəticəsi Azərbaycan hakimiyyətinin Ermənistanla güclü tərəfə məxsus psixoloji üstünlük və avantajla danışıqlar aparmasına təkan verəcək.

Xatırladaq ki, diplomatik danışıqları hərbi qüvvələrin üstünlüyü şəraitində davam etdirmək təcrübəsi əsrlər uzunudur ki, özünü təsdiq edən, doğruldan təcrübədir. Təsadüfi deyildi ki, məşhur alman şairi və rəssamı Vilhelm Buş deyirdi: “Mən dinc danışıqlara təpədən dırnağadək silahlanıb gəlməyə həmişə hazıram”.

 

Seymur Əliyev

Məqalə Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə keçirdiyi “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda  keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Oxşar xəbərlər
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 09:50
Jurnalistikamızın dəli-dolu Rahibi...
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:13
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 09:52
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
03 May 2024 | 10:00
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
03 May 2024 | 10:30
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
03 May 2024 | 09:54
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
03 May 2024 | 09:50
Jurnalistikamızın dəli-dolu Rahibi...
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:22
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
03 May 2024 | 10:13
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu