"Ağdərə azad olundu, Xankəndinə bir neçə istiqamətdə yaxınlaşdıq"
Oxunub: 17678
03 May 2016 | 10:01
Moderator.az bir neçə gündür ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...


Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar---




...Şəfəq kəndinə çatanda gördüklərimiz bizə yaxşı təsir bağışlamadı. Kəndin mədəniyyət evində xeyli sayda milis işçilərini görəndə ilk sualımız bu oldu ki, Siz burda  qüvvəsiniz, bəs bizim uşaqlar niyə mühasirədədi? Milis işçiləri başqa rayondan ( ad çəkmək istəmirəm, çünki o rayondan şəhid olanların ruhuna günah olar) gəldiklərini, buraları yaxşı tanımadıqlarını bəhanə gətirdilər. Dərinə getmədik, faktiki qorxudan irəli getmədikləri açıq hiss olunurdu. Bizə yaxınlaşan gənc oğlan: sizin işçilər bizim evdə mövqe tutublar, amma ermənilər də evimizi mühasirəyə alıblar. Bir yerdən ora keçmək olar, amma risk də var. Məlum oldu ki, Şəfəq kəndinin hündür yerində kolxoz sədri Şubayın evi var və strateji nöqtədə olan bu evdən kəndə yaxınlaşan düşməni görmək mümkündü, amma ermənilər evin üç tərəfini tuta bilmişdilər, yalnız dar bir yerdən evlə əlaqə saxlamaq mümkün idi, o yolu da qarşı tərəf ferma tərəfdən atəşə tuturdu. Ev sahibinin oğlu qoçaq  idi. Bizi qonşu həyətlərdən keçirib, həmən dar keçidə çatdırdı. Burdan keçmək və düşmən gülləsinə tuş gəlməmək qismət məsələsi idi. Fasilələrlə bir-bir yolu keçib yoldaşlarımıza çatdıq. Dostlarımızın əhval ”“ruhiyyəsi yaxşı idi. Riyad (Milli Qəhrəman Riyad Əhmədov) məni görən kimi: Bildim ki, gələcəksən ”“ dedi, əlimdəki pulemyota baxıb: “Hə, indi  gəl, iki istiqamətdə bu əclafların üstünə iki daraq boşalt, qoy bilsinlər pulemyotumuz da var.” Pulemyot şaqqıldadıqca əhval-ruhiyyə də yüksəlirdi. Evin ikinci mərtəbəsində pəncərənin ağzında dayanıb ermənilərin yaxınlaşa biləcəyi yolu nəzarətdə saxlayır, hərdən düşmən tərəfə də atəş açırdım. Ermənilər də yaxın məsafədə evi, dayandığım pəncərəni atəşə tutur, reaksiyamızı yoxlayırdılar. Pəncərədən girən güllələr əks divarda sanki arx açmışdı. Qaranlıq düşdükcə mühasirədə olmağın həyəcanı da artırdı, gecə vəziyyətin gərgin olacağı bəlli idi. Əfqanıstan müharibəsini keçmiş dəstəmizin komandiri Ağəli Rəhimovun soyuqqanlılığı  onun bir tərzi idi. Riyad isə həmişəki kimi şən idi, zarafatlarından qalmır, hərdən rus dilində ermənilərə tərəf gur səslə yaxşı bir söyüş yollayıb, qumbaraatanla atəş açırdı. Növbə ilə evin birinci mərtəbəsində şam edirdik. Gəncədən gələnlər - mən, Vahid Hüseynov( sonra Tovuz rayon bölməsinin rəisi ), Aydın Muradov ( sonra Gəncə şəhər şöbəsinin rəisi ) şam edən zaman ermənilər güclü atəş yağdırdılar, hətta bayaqdan təhlükəsiz yer hesab edilən birinci mərtəbəyə güllələr yağmağa başladı. Atəşdən əvvəl mühasirənin stresini çıxarmaq üçün stol arxasında meyvə arağı ilə sağlıq deyirdik. Komandir: -Yerə yatın!-əmrini verəndə süfrənin arxasındakılar stolun altına girdik və qəribə mənzərə hamımızı güldürdü. Məlum oldu ki,”yerə yatın”əmri veriləndə hamımız stolun altına əlimizdəki qədəhlə girmişik. Qədəhləri toqquşdurub, gülə-gülə içdik və hər kəs mövqeyinə süründü. Güllələrin dağıtdığı pəncərə şüşələrinin parçası Vahidin əlinə girib yaralamışdı. Qarşılıqlı atışma dayanmadan davam edirdi. Ermənilərin atəşi o qədər yaxından atılırdı ki, darvazadan, hasardan, pəncərənin altından, həyətdən hər an içəri girəcəklərini gözləyirdik. Gecəyə ermənilər yaxşı hazırlaşmışdılar. Ev sahibinin oğlu bizə baş çəkməyə gəlmişdi, kəndə əlavə milis işçilərinin, cəbhəçilərin də gəldiyini, amma bizim mövqeyə yaxınlaşmaqdan çəkindiklərini söylədi. Bu qoçaq oğlanı hər dəfə gördükcə çöl aləmlə hələ əlaqənin kəsilməməsi bizdə ruh yüksəkliyi, inam yaradırdı. Vəziyyət getdikcə dramatikləşirdi. Bu ev alınsa bütün Şəfəq kəndi alınacaqdı, bizim də sağ qalmağımız möcüzə ola bilərdi.
 
“Şubayın evi” Böyük Vətən müharibəsində Stalinqraddakı məşhur “Pavlovun evi”nə dönmüşdü. 58 gün müdafiə olunan “Pavlovun evi” kimi “Şubayın evi” də xeyli müddət, daha çox MTN işçilərinin, sonra yerli döyüşçülərin hesabına sonadək qorundu. Sonralar öyrənəcəyəm ki, mənim dayandığım pəncərəni qoruyan Goranboy sakini ermənilərin qumbaraatanla atdığı atəş nəticəsində başına dəyən zərbədən həlak olacaq.
   
Baxmayaraq ki, patron və digər sursatımız kifayət qədər idi, amma bütün gecəni intensiv atışsa idik, o da tükənə bilirdi. Arada atışma dayanır, gecənin zülməti, sükutu güllə səslərindən də çox adamı daha da vahimələndirirdi. Növbəti həmləni dəf etmək üçün gözümüzü qırpmadan qarşı tərəfə baxırdıq. Gecə, təxminən saat 4 radələrində bir BTR gəlib kəndin başqa hündür yerində durub atəş açmağa başladı. Atəş əsasən erməni tərəfə atılırdı, hərdən bizim mövqeləri də atəşə verəndə çaşıb qaldıq. Hava işıqlanırdı, tək-tək atılan güllələr də eşidilməz oldu. Bu vaxt rayon rəhbərlərindən bir neçə nəfər gözləmədiyimiz halda qoruduğumuz evə gəldilər. İlk ağlımıza gələn sual bu adamların mühasirəni necə keçib gəlmələri idi. Onlar atəş açmamağı söyləyib, bildirdilər ki, Rusiya Federasiyası deputatlarının bir neçəsi erməni tərəfdən gəliblər, kənddə görüş keçirib, atəşkəsə nail olmaq istəyirlər. BTR-in gəlişi hamımıza aydın oldu.
 
Bir neçə saatdan sonra RF Dumasının iki deputatı, iki jurnalist, bir neçə rus hərbiçisi və 1990-cı ilin 14 yanvarında Çaykənddə azərbaycanlı girovlarla dəyişdiyim Meqriyan Şagen nümayəndə heyətilə kəndə gəldilər. Deputatlar məqsədlərinin atəşkəs əldə etmək olduqlarını bildirdilər. Danışıqları rayon rəhbərliyi aparırdı. Şagen ehtiram əlaməti olaraq əlini sinəsinə qoyub məni salamladı. Bizə kənarda dayanmaq, söhbətdə iştirak etməmək tapşırılmışdı. Kənarda dayanmağımıza baxmayaraq rus jurnalistlərdən biri mənə yaxınlaşıb suallar verməyə başladı və hərbi formama, rütbəmə baxıb biləndə ki, mən DTK-nın mayoruyam, təəccüb etdi, hətta könüllü və ya əmrlə vuruşduğumu soruşdu. Hər ikisinin olduğunu söyləyib izah etdim ki, rəhbərliyin göstərişi olmadan əlimdəki pulemyotu mənə kim verər? Döyüş məsələsində könüllülük də vacib şərtdi, çünki şöbədə xeyli əməkdaş olmasına baxmayaraq, vuruşa kimlərin gedəcəyini rəhbərlik də yaxşı bilirdi.( Bizdə biri vardı, Əfqanıstanda da olmuşdu, amma ordan simulyantlığına görə, kəsəsi qorxaqlığına görə qovmuşdular. Gəncədə də heç vaxt ona silah verilmədi.) Rus jurnalist  gülüb dedi:” Это, уже конец СССР”. Jurnalist düz fikirləşmişdi. Dörd aydan sonra SSRİ adlı dövlət rəsmən dağıldı...

Sentyabrın 13-də Ayaz Mütəllibov Vaqif Hüseynovu vəzifədən azad etdi... Bu qərarın incəliklərini bilmədiyim üçün xüsusi fikir söyləyə bilmirəm, amma  indi də bu fikirdəyəm ki, Ayaz Mütəllibov Vaqif Hüseynovu işdən  azad etməkdə, Əbülfəz Elçibəy isə onu həbs etdirməklə böyük səhvə yol vermişdilər. Birincisi, Vaqif Hüseynovun  Azərbaycan qarşısında xidmətləri böyük olmuşdu, ikincisi də onun potensialı imkan verirdi ki, xalqa yenə xidmət etsin. Vaqif Hüseynov kabinet generalı deyildi. Azərbaycanda gərginlik yaşanan  bölgəyə şəxsən özü gələrdi, Qazaxın, Tovuzun Ermənistanla sərhədlərində, Çaykənddə, Todanda, Goranboyun döyüş bölgələrində bir yerdə olmuşuq. Qarabağ da öz yerində. 

Əməliyyat müşavirələrində generalın yüksək  intellekti, ədəbiyyatı, tarixi gözəl bildiyi, strateji düşündüyü, ən əsası, yüksək idarəetmə qabiliyyətinə malik bir rəhbər olduğu hamımıza məlum idi. O bizim işin peşəkarı deyildi, DTK-ya, necə deyərlər, partiya işindən gəlmişdi, amma biz heç zaman onu hiss etmədik. İndi də internetdə Vaqif  Hüseynovun Rusiya və dünya siyasəti ilə bağlı analitik yazılarını, müsahibələrini oxuyur və... yalnız təəssüf edirəm. O, Azərbaycan üçün çox şey edə bilərdi...

Dəyərli oxucu, məni düzgün  başa düşün, olanı  deyirəm. Məqsədim də o dövrdə Azərbaycan torpaqlarının necə planlı şəkildə azad olunduğunu faktlarla göstərməkdir. Bu, xatirə deyil, Azərbaycan tarixinin  bir parçasıdır və bu tarixə öz imzasını qoymuş şəxslərin əməyini danmaq, gizlətmək olmaz! 

Gənclik illərimizdə “işıqlı gələcək” ifadəsi  bir sovet siyasi termini, siyasi şüar kimi tez-tez işlədilirdi. Bu gündən yaxın  keçmişə nəzər salanda çox məsələdə - insan münasibətləri, ədalət, təhsil və s. - keçmiş daha işıqlı görünür. Bu kitabın yazılmasını aydınladan da keçmişdən süzülən işıqdı. Bəhs etdiyim  hadisələr  - Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi işi bu gün də qürurvericidir. SSRİ-nin dağılması  ərəfəsində, ordu olmayan bir zamanda yalnız yüngül döyüş silahları ilə təchiz edilmiş DTK və “OMON” dəstələri Azərbaycan tarixində iz buraxdılar. O günlər, bütün fiziki çətinlikləri ilə, mənən çox gözəl idi, çünki görülən işin nəticəsi vardı.
Buzluq, Manaşid, Erkeçin azad edilməsindən sonra 1992-ci ilin mayın  sonunadək Ermənistan-Azərbaycan müharibəsində heç bir uğurumuz olmadı. 1992-ci ilin may ayının sonundan 1993-cü ilin martın 30-dək Qarabağ cəbhəsində böyük uğurlar qazanıldı. Ağcakənd, Ağdərə azad  olundu. Xankəndinə bir neçə  istiqamətdə yaxınlaşmışdıq. 

1993-cü il aprelin 2-dən - Kəlbəcər işğal olunandan bu günə qədər Azərbaycan yalnız torpaq itkisinə məruz qalıb, bir qarış torpaq belə işğaldan azad olunmayıb. Qarabağ danışıqlarında isə iş o yerə çatıb ki, Çaykənd və ətrafındakı kəndlər belə “Getaşenskiy podrayon” ərazisi kimi erməni tərəfindən müzakirə predmetinə çevrilib və Minsk qrupu da bunu qəbul edib.
Qeyd etdiyim kəndlərin azad  olunması praktikası göstərdi ki, uğurlu döyüş üçün əvvəlcə ağıllı, çevik diplomatiya vacib şərtdir. Uğurlu sülh danışığı üçün  də güclü hərbi qüvvəyə malik olmalısan. 
Deyəsən, çox şey istədik. Stalinin sözü  olmasın, olanımız budur.
Budurmu?!
                                                    
                                                  
TARIXIN DƏRSİ

Tarix o elmdir ki, insanı vətəndaş edir. (“Bazar ertəsinədək gözləyək” filmindən)

Mən Azərbaycan tarixinin bir parçasını ”“ 1990-1991-ci illərdə Gəncəbasar ətrafındakı bölgələrdə baş verən qanlı-qadalı hadisələri, Çaykənd, Qarabulaq, Quşçu, Buzluq, Manaşid, Erkeç kəndlərinin erməni silahlı dəstələrindən  azad edildiyini, Əlibəyli, Şəfəq kəndlərini necə müdafiə etdiyimizi  yazdım. Necə vardısa elə, çünki  hadisələrin iştirakçısı, şahidi, bəzənsə hadisənin  özünü yaradan  idim. Bu hadisələrin detallarını  təsvir etsəydim, bədii təxəyyülə güc versəydim, təbii ki, iri bir kitab alınardı. Amma məqsdim bədii əsər yazmaq  deyil, tarixi qələmə almaqdı. Yazdıqlarımın  hər sətirinə cavabdehəm. Azərbaycanın bəzən çox uzaq olmayan keçmişində elə hadisələr olub ki, bu gün onun yarımçıq izlərini tapanda doğru-dürüst mənbəni göstərə bilmirik, halbuki 50-100 il bundan əvvəl baş verənlər tarix üçün çox yaxın məsafədir. Keçən əsr öz yerində, yaşadığın  çağdaş tarix doğru qələmə alınmayanda, birtərəfli göstəriləndə, cəmiyyətə saxta tarix sırınanda gələcək nəsil itirir. Saxta tarixlə tərbiyə olunan adam vətəndaşlıq səviyyəsinə qalxmayacaq.

Universitetdə təhsil aldığım illərdə “Azərbaycan tarixi” fənni cəmi bir semestr keçirilirdi, axırda da imtahan yox, zaçot verirdik. Göy cildli qalın kitabın yarısı 1920-ci ilə qədər dövrü, yarısı da 50 illik sovet tarixindən bəhs edirdi. Tarix Gülüstan, Türkmənçay müqavilələrinə qədər tarix, sonrakı illər isə... siyasət idi. 

Tarixin saxtalaşdırılması faktları çox qədimə, Fironun hökmdar olduğu Misirə gedib çıxır. Firon kənardan seyr etdiyi döyüşlərin səlnaməsini yazdıranda özünü vuruşun mərkəzində göstərdir, şücaətindən bəhs etdirirdi. Tarixi təhrif etmə, saxtalaşdırma siyasətinin müəllifləri, tarixi deyil, istəklərini, arzularını şişirdilmiş formada cəmiyyətə sırıyıblar. Yaxşı ki, tarix gec-tez sırınmışları ələyindən keçirib, söküb zibilliyə atır, yenə də var olan həqiqət, əsl tarix yazılır.
Şəxsiyyətlərin tarixdə rolu danılmazdır, danılsa da, başqa bir şəxsiyyətin hakim olduğu zaman içində danıla bilər. Onun dövranı bitəndə, tarix onun dandıqlarını bərpa edir, üzə çıxarır. Tarixdə belə misallar çoxdur, yaxın keçmişimizdən birini xatırlatmaq istəyirəm. Sovet lideri Nikita Xruşşov müdafiə naziri, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı Georgi Jukovu vəzifədən azad edir, sonra da daim nəzarətdə saxlayırdı. KQB - dən informasiya alınır ki, Jukov müharibədən kitab yazır. Siyasi Büroda məsələ müzakirə olunanda əksəriyyət deyir ki, qoy yazsın, başı qarışsın. Xruşşov qışqırır: “Biz bilməliyik ki, o nə yazır, istədiyimizi yazmırsa, onda necə olacaq?” Müharibədən yazanda, təbii ki, Stalindən yazmamaq mümkün deyildi. Jukovun Stalin haqqında yazdıqları Xruşşovun xoşuna gəlmir. Naşir vasitəsilə çatdırırlar ki, Stalin haqqında yazdıqlarını dəyişsin. Marşala hər şey bəlli olur ”“ həqiqəti yazmaq olmaz...

Azərbaycanın bu günü və ən yaxın keçmişi də təhrif olunur. Dərsliklərdə də, gündəlik xəbərlərdə də, rəsmi mövqelərdə də... Xüsusilə, 1988-1993-cü illərə  baxış belədir ki, respublikaya rəhbərlik edənlər bacarıqsız, əfəl olublar, buna görə də Azərbaycan, xalq, vətəndaşlar böyük əziyyət çəkib.
Yenə də “Bazar ertəsinədək gözləyək” filmindən tarix müəlliminin tarixi şəxsiyyətlərdən biri haqqında yazılanlara etirazını xatırlatmaq istəyirəm. “Hərdən eşidirəm, Jires nəzərə almadı, Gertsen bacarmadı, Tolstoy sonadək anlamadı. Belə çıxır ki, tarixə “ 2 “ alanlar yığışıb”. Bəs, bizdə necə, bizə də işindən iki alanlarmı rəhbərlik edib? Azərbaycanda şəxsiyyət qıtlığımı var? Millət bu qədərmi qısırlaşdı?

SSRİ  boyda nəhəng imperiya dağılırdı. Nəhənglər dağılanda dağıntılar altında çox şey qalır. Azərbaycan da bu imperiyanın neçə illər bir parçası olmuşdu. Təbii ki, imperiyadan qopan hər bir subyekt dərhal rahat həyat tapa bilməzdi. İmperiyanın basdırdığı minalar Cənubi Qafqazda, Moldovada, Rusiyanın özündə faciələrə səbəb oldu. 
Qarabağ isə bu imperiyanın çökməsinin başlanğıcı idi. O illərin rəhbərləri iradələrindən asılı olmayaraq Rusiyanın təzyiqləri altında baş verənlərin qarşısını almaqda çətinlik çəkirdilər. O illərdə kimin rəhbər olması məsələyə, ümumi prosesə müsbət və ya mənfi mənada az təsir edəcəkdi. Gürcüstan kimi ictimai-siyasi şüur səviyyəsinin inkişaf etdiyi ölkə də bizim yaşadığımız taleni yaşadı. Baxmayaraq ki, SSRİ XİN rəhbəri olmuş Şevardnadze Gürcüstan dövlətinin başçısı idi. Kamran Bağırovun vaxtında başlayan Qarabağ hadisələrinin, Ermənistandan qovulanların, Sumqayıt hadisələrinin günahını yalnız onun üzərinə qoymaq düz deyil. Kim olsaydı, vəzifədən çıxarılacaqdı.  Ermənistanın rəhbəri ilə Azərbaycanın rəhbəri eyni gündə işdən çıxarılmışdı. Açar Moskvanın əlində idi.  
Bəs, Əbdürrəhman Vəzirov? Ən ağır dönəm məhz onun rəhbərliyi dövrünə düşdü. Ermənistandan gələn qaçqınlar, milli azadlıq hərəkatının böyük vüsət alması, erməni-azərbaycanlı qarşıdurmasının hərbi-silahlı mərhələyə keçməsi, Moskvanın həmişəki  ikibaşlı oyunu və sonunda 20 yanvarı törətməklə Vəzirovu günahkar tutması. Vəzirovun dövründə Azərbaycan Xalq Cəbhəsi dövlət qeydiyyatından keçdi ( Neçə ildir müstəqilik, qeyri-hökümət təşkilatları var ki, 10 ildir qeydiyyatdan keçə bilmirlər).

Ayaz Mütəllibovun dövründə isə SSRİ rəsmən dağıldı. Artıq Ermənistan və Rusiya birləşib Azərbaycanı diz çökdürmək istəyirdilər. Mütəlliovun rəhbərliyində Xocalı faciəsi baş verdi, 1991-ci il noyabr vertolyot qəzası və böyük kadr potensialının itkisi oldu, amma həm də önəmli tarixi hadisələr baş verdi: müstəqillik əldə etdik, BMT-nin üzvü olduq, Azərbaycan ordusu yaranmağa başladı. 1990-1991-ci illərdə erməni silahlı dəstələrindən xeyli ərazilər, torpaqlar azad edildi.
Əbülfəz Elçibəyin prezidentliyi dövründə ”“ 1992-ci ilin mayın 25-dən başlayaraq 1993-cü ilin aprelinə kimi Qarabağda və onun ətrafında çox böyük uğurlar qazanıldı. Ağdərə alındı, Ağcakənd azad edildi. Bununla bərabər Kəlbəcər kimi strateji bir rayon itirildi. O dövrdə rus qoşunları Azərbaycandan tamamən çıxarıldı. 

1993-cü ilin iyununda Heydər Əliyev hakimiyyətə gəldi. Rəsmən ali baş komandan vəzifəsinin yerinə yetirməyinin 40-cı günündə Ağdam, ardınca Cəbrayıl, Füzuli, Qubadlı, sonda Zəngilan işğal olundu. Amma, ölkədə dövlət strukturları möhkəmləndi, başqa separatçı hərəkatlar əzildi, neft kontraktları imzalandı və s.
Bəli,  Azərbaycan Dağlıq Qarabağı vermədiyi üçün onun başına 20 yanvar gələcəkdi. Rəhbər dəyişəcək, amma Xocalı, Şuşa, Laçın itiriləcəkdi. Hakimiyyət dəyişəcək, amma Kəlbəcər faciəsi yaşanacaqdı, rəhbər yenə dəyişəcək, amma Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan işğal olunacaqdı. Bu günkü təbliğat və hadisələrə baxış bucağı yalnız siyasi baş qaxıncı prizmasından dəyərləndirilir. 
Qələbəni unutdurmaq, müsbətə mənfi don geyindirmək, ağa qara demək təhrifçiliyə xas əlamətdir. Dərd ondadır ki, tariximizdəki faciələrə də münasibət ikilidir. Bəziləri yada salınır, hətta ondan siyasi dividendlər əldə olunur, bəzilərinin üstündən sükutla keçilir.
Tarix saxtalaşdırılaraq yazıla bilər, amma həqiqət anı da uzaqda deyil, əksinə, üzdə olan yalan, sabun köpüyüdür, partlayanda iz də qalmayacaq. Həqiqət ”“ o, həmişə yanımızdadır, sadəcə, onu görmək, üzə çıxarmaq çətindir.  
                                        
(Birinci hissənin sonu)
Oxşar xəbərlər
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib