AZAL-ın təyyarəsini vuran “Pantsir-S”i Qroznıdan belə çıxardılar
Aktual
1883
30 Dec 2024 | 19:21

AZAL-ın təyyarəsini vuran “Pantsir-S”i Qroznıdan belə çıxardılar

Ruslar Çeçenistan ərazisində olan və AZAL-a məxsus təyyarəni vuran "Pantsir-S" HHM sistemini Qroznıdan çıxarıblar.

 
Moderator.az Musavat.com - a istinadla bildirir ki, bu barədə məlumatı tarixçi alim Zaur Əliyev paylaşıb.
 
O, "Pantsir-S" sisteminin çıxarıldığını əks etdirən fotonu yayaraq, bunun izi itirmək üçün edilə biləcəyini də vurğulayıb.
 
"Pantsir-S" sistemi Qroznıya Ukrayna PUA-larının "Əhməd" xüsusi təyinatlılarının bazasına zərbə endirildikdən sonra gətirilmişdi.
 
Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Link kopyalandı!
Son xəbərlər