Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi”
Oxunub: 1567
27 Oct 2020 | 18:18
Fransada yaşayan vəkil:  “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi”
Moderator.az Kulis.az-a istinadən Fransanın Strasburq şəhərində yaşayan vəkil, tərcüməçi Dilbadi Qasımovla Qarabağ müharibəsi haqda müsahibəni təqdim edir.

- Dilbadi bəy, Qarabağ müharibəsinin Fransız cəmiyyətindəki əks-sədasını necə qiymətləndirirsiniz?

- Təəssüflər olsun ki, fransız cəmiyyətində bu barədə tam olaraq həqiqi məlumat yoxdur. Çünki, fransız cəmiyyəti uzun illər erməni təbliğatının nəticəsində beyinləri dolub. Artıq bu cəmiyyətdə belə bir fikir formalaşıb ki, ermənilər yazıq, məzlum, balaca, qırılmış, genosidə məruz qalmış bir millətdir, bu gün Türkiyənin dəstəyi ilə Azərbaycan yenidən həmin genosidi davam edir. Çox təəssüf ki, bu cür bilgilər var. Amma sözsüz ki, artıq Fransada azərbaycanlıların, azərbaycanlılara dəstək verən fransızların fəaliyyəti nəticəsində az da olsa bu tendensiya dəyişir. Birinci onu demək istəyirəm ki, burada indiyə qədər səsini çıxartmayan hansısa səbəblərdən bəzi fransız intellektualları hansı ki, bəzi məsələlərdən artıq xəbərləri var idi, onlar sözlərini deməkdən çəkinirdilər. Amma son bir neçə gündə mən müşahidə etmişəm ki, bəzi politoloqlar, ziyalılar açıq-açıq Azərbaycanı dəstəkləyirlər, Azərbaycanın haqq səsini dünyaya çatdırırlar. İkinci bir tendensiya - Fransada və Fransanın xaricində yaşayıb fransız dilini bilən gənclərin, istər qızların, istər kişilərin çox fəaldırlar. Demək olar ki, fransız dilində olan məlumatların hamısının altında azərbaycanlıların şərhinə rast gəlmək olur. Burda on-on beş nəfərdən söhbət getmir, yüzlərlə, minlərlə azərbaycanlı mobilizasiya olublar. Bir misal deyim. Mən internet vasitəsilə bəzi televiziyalara, portallara müsahibələr verirəm. İlk vaxtlar çıxışlarımın altında yalnız ermənilər şərh yazır, söyüb-təhqir edirdilər. İndi baxıram azərbaycanlılar şərhlərə nəzarət edirlər, ermənilərin bütün suallarına cavab verir, qarşısına faktlar qoyurlar. Fransada Azərbaycan diasporu ermənilərlə müqayisədə zəifdir. Bizim təsir dairəmiz onlardan çox deyil. Çünki onlar yüz illərdir burada məskunlaşıblar, möhkəmləniblər, bir çox imkanları ələ alıblar. Dünən mən məhkəmədə olduğum zaman Livan əsilli bir tərcüməçi mənə yaxınlaşdı, dedi, sənin videolarına baxdım. Mən gülərək dedim ki, sən livanlısan, yəqin, mənim dediklərimə inanmamısan. Dedi, yox, mənim üçün fərqi yoxdur, haralı olmağıma baxmayaraq sənin dediklərini yoxladım və ermənilərin dediklərinin həqiqətə uyğun olmadığını gördüm. Sevindiricidir ki, bu gün az da olsa azərbaycanlılar Fransada öz sözünü qəbul etdirməyə, Azərbaycanın maraqlarına öz töhfələrini verməyə başlayıb.

- Bildiyim qədər, xüsusilə sizin yaşadığını Strasburqda azərbaycanlıların aktivliyi bu ildən etibarən seçilir.

- Elədir. Bilirsiniz, Fransa ilə Azərbaycan arasındakı münasibətlər Strasburqdan - Azərbaycan Dövlət Dillər Universiteti ilə Strasburq Universiteti arasında imzalanan müqavilədən başlayıb. İlk azərbaycanlı tələbələr zamanında bura gəlib. Strasburq Almaniyaya yaxın olduğu üçün Almaniyaya gəlib orda sənəd ala bilməyən bir çox həmvətənimiz də bura gəliblər. Bunun üçün Strasburq Fransada azərbaycanlıları qarşılayan ilk şəhərdir. Bura gələn azərbaycanlıların əksəriyyəti tələbədir. Onların bir qismi hələ də Strasburqda yaşayır. Bu səbəbdən düz deyirsiniz, Fransada azərbaycanlılar deyəndə Strasburqun yeri çox əhəmiyyətlidir.

- Mən bilən, ilk dəfədir ordakı mətbu orqanları azərbaycanlıların da fikir və düşüncələrini almağa ehtiyac duyublar və siz, orda yaşayan digər həmvətənlərimiz artıq mətbuata çıxırlar.

- Bu, hələ çox azdır. İstədiyimiz qədər deyil. Amma əvvəlki zamanlarla müqayisədə çox yaxşıdır. Fransız kanallarında monitorinq aparmışam, demək olar, eyni kanal gün ərzində əks tərəf olmadan dörd-beş erməniyə efir verir. Bu mənadan bizim söz demək imkanımız çox azdır. Buna baxmayaraq mümkün qədər sözümüzü deyirik. Mənim özümün bir neçə dəfə mətbuat orqanlarına çıxışım olub. Düşünürəm ki, ən azı hər gün bir azərbaycanlı qəzetdə və ya televiziyada çıxış etməlidir.

Bir amili də nəzərə almalıyıq, on il əvvəl burda sözünü deyə biləcək azərbaycanlı çox deyildi. Televiziya kanalları azərbaycanlı ziyalılar tapmaqda çətinlik çəkirdilər. Bunun üçün əlaqələr lazımdır. Mən özüm burda mediaya çıxmaq üçün çox çalışıram. Tez-tez məktublar yollayıram televiziyalara. Burda Fransa telekanallarına nəzarət edən bir orqan var, televiziyaların birtərəfli çıxışına, yalnız ermənilərə söz verdiyinə görə ora şikayət məktubu yazmışam. Hazırda cavab gözləyirəm. Bu şikayəti Strasburqun millət vəkilinə də bildirmişəm. O da qeyd edib ki, çox doğru addım atmışam. Hətta məsələ ilə yaxından maraqlanacağını deyib. Deməyim odur ki, ermənilərlə müqayisədə bizim mütəxəssislərimiz çox azdır burda. Bəzi kanallarsa ya qorxurlar, ya da ümumiyyətlə ermənilərin irəli sürdüyü versiyalara qarşı söz demək üçün maraqlı deyillər.

- Belə bir tendensiya da var ki, Fransa cəmiyyəti irqçi mahiyyətlidir. Hind-Avropa ailəsi və xristian təəssübkeşliyi ilə ermənilərin haqsız mövqeyini müdafiə edir...

- Fransız cəmiyyəti birrəngli deyil. Burda həm də çox gözəl insanlar var. Sosial yönlü, başqalarını sevən, qardaşlıq prinsipi ilə çıxış edənlər var. Dediyiniz də doğrudur. Fransada əhalinin bir hissəsi, bəlkə də bir az çox hissəsi irqçi fikirlərlə yaşayır. Fransada bir problem də var. Tədris orda - Azərbaycanda olduğu kimi beynəlmiləl xarakterli deyil. Biz Azərbaycanda hər şeyi öyrənirik. Hətta ən kiçik ölkələri, onların tarixini, mədəniyyətini... Burda yaşayan insan elə bilir ki, Fransa sərhədlərindən o tərəfdə heç nə yoxdur. Yaxud da hamı acından ölür. Onlar Fransanı dünyanın mərkəzi sayır. Tədrisi yalnız öz mədəniyyətlərinə, öz tarixlərinə yönəlib. Qapalılıq var. İkinci tərəfdən, siz deyən xristian amili də var. Ermənilər yüz illərlə elə bir imic yaradıb ki, guya türklər onları qırıb. Fransa həmişə şərqdəki xristian azlıqları həmişə müdafiə edib. Xristian azlıqlara zəifliyi var. Fransada belə təqdim olunur ki, guya ermənilər oturduğu yerdə biz onlara hücum etmişik, onları qırırıq. Uzun illərdir təsəvvürlərində yaratdıqları yazıq, balaca xristian millətinə yenə də yazıqları gəlir, yenə də nə olur-olsun, hətta Azərbaycanın haqlı olduğunu bilsələr belə, ermənilərlə sakit davranmağın, müharibə etməməyin tərəfdarıdırlar. Fransızlar belə bir xasiyyət var; inandıqları bir fikri sonradan kiminsə dəyişdirməsi çətin olur. Onlar hesab edirlər ki, mən fransız kimi düşünürəmsə, deməli haqlıyam. Çünki mən güclü ölkəyəm, kimin haqlı, kimin haqsız olduğuna mən qərar vermişəm. Kənardan gələn biri onların yanlış düşündüyünü deyəndə, heç cür qəbul etmirlər.

- Prezident Makronun ermənipərəst çıxışı yerli fransızlar və digər xalqlar tərəfindən necə qarşılandı?

- Onlara görə, Makronun ermənipərəst çıxışında qeyri-adi bir şey yoxdur. Makron fransızların istədiyi fikirləri söyləyib, yenilik yoxdur. İkinci bir tərəfdən, Fransada çox böyük daxili problemləri var. Erməni məsələsi onların tək problemi deyil. Onlar üçün bu məsələ hər hansı bir ölkədə gedən müharibə haqqında məlumat sahibi olmaqdan kənara çıxmır. Söhbət, təbii ki, erməni əsilli olmayan fransızlardan gedir. Onların işsizlik problemi, miqrasiya problemi daha vacibdir, nəinki erməni məsələsi...

- Biz nə edə bilərək ki, fransızların siz deyən eqosu deyil, həqiqəti öyrənmək istəyi önə çıxsın?

- Bu suala cavab vermək asan deyil. Bu haqda mən də çox düşünmüşəm. Şəxsi fikrim belədir ki, biz Fransaya bacardığımız qədər çox tələbə göndərməliyik. Orda intellektual baza, intellektual icmalar yaratmalıyıq. Bu tələbələr zamanla öz çıxışları, yazıları ilə sözlərini deyəcəklər. Düşünürəm ki, bu gün bu, ən mədəni və effektli çıxış yoludur. Övlad valideynini seçmədiyi kimi, biz də qonşularımızı seçməmişik, ən axmaq, ən pis qonşular bizə qismət olub. Bizim də ömür boyu onlarla mübarizə aparmaqdan başqa əlacımız yoxdur. Arzu edirəm, gələcəkdə Azərbaycanda elə bir nəsil yetişsin ki, erməniləri siyasi-mədəni formada məğlub etsin, öz yerində oturtsun və ölkəmizin haqlarını qorumağa müvəffəq olsun.

- Amin. Müsahibə üçün sağ olun.

- Siz də sağ olun.

Oxşar xəbərlər
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir