Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları... - FOTOLAR
Oxunub: 2516
22 Sep 2020 | 14:46
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları...  - FOTOLAR
Azərbaycanda bəlkə də ən ciddi korrupsiya və dələduzluq faktları tikinti sektorunda yaşanır. Təsadüfi deyil ki, təkcə 2018-ci ildə Prezident Administrasiyasına vətəndaşlardan 100-dən çox tikinti şirkətinin qanunsuz fəaliyyəti barədə şikayət məktubları ünvanlanmış və bu, Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən “AzərTac”-a verilən açıqlama ilə rəsmən etiraf olunmuşdu. 
 
 Dövlət rəsmisinin etirafına görə, vətəndaşlar əsasən, dələduz şirkətlər tərəfindən “çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, bəzi şirkətlərin mənzilləri 2 və daha artıq şəxsə satmasından, razılığa gəlinmədən, kompensasiyalar verilmədən söküntü işlərinə başlanılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən” şikayət etmişlər.

 
Süleyman İsmayılov: PA Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri 

  
S.İsmayılov yazılı açıqlamasında ən çox şikayət edilən həmin şirkətlərin adını açıqlamış və onlar barəsində ciddi ölçü götürüləcəyini vəd edərək bildirmişdi: “İnanırıq ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, eləcə də digər qurumlarda vətəndaşların müraciətlərinə, xüsusilə şikayətlərinə daha çox diqqət yetiriləcək və şikayətlərin sayı getdikcə azalacaq”.
 
PA-nın məsul şəxsinin məlum açıqlamasından da göründüyü kimi, o belə, tikinti dələduzluğunun tam qarşısının alınacağına şübhə ilə yanaşır və sadəcə şikayətlərin azalacağına ümid edirdi. Görünür, cənab Süleyman İsmayılov bu dələduz şirkətlərin “dabbaqda gönünə bələd” olduğundan qəti fikir bildirməkdən çəkinmişdi.
 
Ovqat.com-a bəzi Bakı sakinlərinin etdiyi şikayətlərdən belə anlaşılır ki, Süleyman İsmayılov heç də haqsız deyilmiş. Çünki “Konstra” MTK adlı tikinti şirkətinin dələduzluq yolu ilə aldatdığı vətəndaşların sayı 169, ələ keçirdiyi vəsaitin miqdarı isə milyonlarla manatdır. Üstəlik, bütün bu dələduzluqlar PA-nın sözügedən məsul şəxsinin dövlət informasiya agentliyində dərc olunan yazılı açıqlamasından sonra baş vermişdi. Görünən budur ki, PA belə, bu cinayətlərin qarşısını almaqda acizdir.


 
Şikayətçilərin bildirdiyinə görə, onlar 2018-2019-cu illərin müxtəlif vaxtlarında “Konstra” MTK tikinti şirkətindən mənzil alıblar. Aldıqları mənzillər Tibb Universitetinin qarşısında tikilən çoxmərtəbəli binada yerləşəcəkmiş. “Konstra” MTK öz “qurban”larına tikintinin 2020-cu ildə başa çatacağına dair söz verdiyindən hər kəs səbirsizliklə şəhərin ən gözəl məkanlarından birində məskunlaşacağı günü gözləyiblər.
 
Faktların analizi göstərir ki, “Konstra” MTK-ın iki il aldatdığı qurbanların sayı 169 olub. Bu qurbanlardan bəzilər hətta tikintinin fundamenti qazılmamış “tora salınıb”. Bəziləri isə inşa edilməmiş “xəyali” mənzillərinin pulunu ödəməyə başlayıblar. Böyük xəyallarla yeni mənzilə köçəcəyi günü gözləyiblər.


 
  2019-cu ildə isə şirkət sözün həqiqi mənasında “qurbanlar”ına sürpriz edir: tikinti işləri dayandırılır, binanın üzərinə yapışdırılmış reklam və satış lövhələri sökülür. Gözlərinə inanmayan müştərilər (indiki halda dələduzluq qurbanları) şirkətdən bunun səbəbini soruşurlar. Aldıqları cavaba isə inana bilmirlər. Sən demə, onlara verilən həmin möhürlü-imzalı sənədlər saxta imiş. Bu tikinti obyektinin ümumiyyətlə “Konstra” MTK-ya aidiyyəti belə yox imiş. Daha doğrusu, tikintinin əsl sahibi “Orxan TİT” MMC imiş, “Konstra” MTK isə sadəcə podratçıymış. Podratçıyla bağlanan müqavilədə isə ona ev satmaq səlahiyyəti verilməyib. Tərəflər arasında imzalanmış №0507/01-18 saylı Müqaviləyə əsasən, “Konstra” MTK sadəcə “Orxan TİT” MMC-nın “tapşırığına uyğun olaraq, layihəsi  “Azərdövlətlayihə” DBLİ tərəfindən imzalanmış, Bakı şəhəri, Möhsin Sənani küçəsi 13/15 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasını” tikməklə yükümlü imiş. Binanın satışına sifarişçi baxmalı və podratçıya gördüyü işin müqabilində xidmət haqqı verməli imiş.
 
 
Müqavilə 8 vərəqdən ibarətdir 


 Podratçı şirkət “Konstra” MTK isə sifarişçidən xəbərsiz öz qurbanlarına mənzil satıb və bütün pulları isə öz cibinə qoyub. Bir sözlə, həm müştərilər, həm də sifarişçi tərəf aldadılıb.
 
Sual oluna bilər: “Konstra” MTK kimə məxsusdur ki, bu qədər cəsarəti göstərə bilsin? Özü də PA-nın tikinti şirkətləri ilə bağlı “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, eləcə də digər qurumlara” müvafiq göstəriş verdikdən sonra. 
 
Faktiki ölkə başçısının göstərişi sayıla biləcək təlimatı heçə sayan bu tikinti şirkətinin əsl sahibi belə bilinmir. Sənədlərə görə, “Konstra” MTK-in qanuni təmsilçisi Bəsrət Abbaslıdır. Amma qurbanlarla o yox, atası Bəhram Abbasov danışıb, sövdələşib. Bəsrət Abbaslı bu müəmmanı özünün “azyaşlılığı” ilə izah edib. O, media orqanlarına verdiyi açıqlamada eynilə belə deyir: “Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur”.


 
 Prinsipcə, Bəsrət Abbaslı atasının bu şirkətlə sadəcə “qanuni bağlılığı”nı inkar edir. “Atam əvvəllər bu işlərlə məşğul olub” deməklə isə bu şirkətə faktiki Bəhram Abbasovun rəhbərlik etdiyini gizlətməyib. Bəhram Abbasova gəldikdə, onun Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi şöbəsinin müdiri olduğu bildirilir. Hesablama Palatasının ən mühüm şöbəsinə belə bir adamın rəhbərlik etməsi Azərbaycan iqtisadiyyatının illər boyu nə qədər ciddi təhlükə ilə üz-üzə qaldığını da təsdiqləyir. Hələlik mövzumuzdan kənar məsələ olduğundan bu barədə gələcək yazılarımızda danışmağa çalışacağıq.
 
Bu yazıda isə Hesablama Palatasının öz oğlunu belə, qanunsuz əməllərinə qurban verməyə hazır olan yetkilisi Bəhram Abbasovun ev tikmək əvəzinə şeytana papış tikmək məharətindən və qurduğu korrupsiya mexanizmindən bəhs etmək istəyirik. Maraqlıdır ki, atasının qurduğu bu mexanizmin sirlərinə onun oğlu Bəsrət Abbaslı Qafqazinfo.az saytına verdiyi açıqlamada  kifayət qədər aydınlıq gətirir: “Şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.
 
Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D.Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib”.


 
Yəni bütün günahlar Bəsrət Abbaslı və onun dövlət məmuru olan atasında yox, həmin şirkətə icraçı direktor təyin edilən Dilafir Rəsulovda imiş. Bəs, bu dələduz indi hardadır? Bəsrət Abbaslı bu suala belə cavab verir: “Hazırda məni aldadan şəxs heç ölkədə deyil”. 
 
Başqa sözlə, “şir evdən qaçıb”. PA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun və ya Azərbaycan Baş Prokurorluğunun qabiliyyəti çatırsa, getsin, onu dünyanın bütün dəlmə-deşiklərində axtarsın. 


 
 Maraqlı yanaşmadır, deyilmi? Di gəl ki, Əlahəzrət Faktlar tamamilə başqa mətləblərdən xəbər verir. Şikayətçilərin bizə təqdim etdiyi sənədlərdən aydın olur ki, Dilafir Rəsulov ölkədən qaçdıqdan sonra bağlanan ən azı 16 müqaviləyə şəxsən Bəsrət Abbaslının özü imza atıb. Üstəlik, onlardan 7-sı sifarişçi şirkətlə əməkdaşlığa xitam verdikdən sonra bağlanılıb. Belə ki, 2019-cu ilin oktyabrın 5-də şirkətlər arasında əməkdaşlıq müqaviləsinə son qoyulub, üzərindən bir həftə keçməmiş Bəsrət Abbaslı öz imzasıyla evlərdən birini Bağırova Nailə Asif qızına satıb. Daha sonra əlavə 6 ev də ayrı-ayrı müştərilərin adına keçirilib. Bu faktlar sübut edir ki, evlərin qanunsuz satışından Bəsrət Abbaslının nəinki xəbəri yox imiş, əksinə bütün maxinasiyalara özü birbaşa rəhbərlik edirmiş. Şikayətçilərin təxmininə görə, “Konstra” MTK şirkətinin icraçı direktorunun ölkədən qaçırılmasını təşkil edən də əslində Bəsrət Abbaslı və onun atasıdır. Məqsəd bütün günahları bu adamın üstünə yükləmək və sudan quru çıxmaqdır. Başqa sözlə desək, şikayətçilərin nəzərincə, icraçı direktor Dilafir Rəsulov əslində bu dələduzluq çetesinin günah keçisindən başqa bir şey deyil.

Sənədlərin analizi onu da göstərir ki, qanunsuz ev satılan müştərilər iki kateqoriyaya bölünür. Bunlardan birini şərti olaraq vicdanlı alıcılar, digər qismini isə mütəşəkkil dələduzluq çetesinin üzvləri adlandırmaq olar. Vicdanlı müştərilər həqiqət “Konstra” MTK-dən ev almaq istəyən vətəndaşlardır ki, onlar illər uzunu ailələrinin boğazından kəsərək topladıqları pula mənzil almaq arzusuyla dələduz çetesinin əlinə düşüblər. Digər bir qrup isə “Konstra” MTK-ya müxtəlif zamanlarda xidmət göstərmiş, amma pulunu ala bilməyən iş adamları da ola bilər, sifarişçinin payını ələ keçirmək istəyən podratçının öz adamları da. Birinci halda, onlar həmin mənzillərin podratçı şirkətə aidiyyəti olmadığını bildikləri halda öz ölmüş pullarını diriltmək üçün şirkət təsisçisinə qanunsuz sənədi imzalatdırıblar. İkinci halda isə, hər şey bəllidir: suçu günah keçisinin üzərinə yükləməklə nə qədər mümkündür, mənzil əldə etmək məntiqi, görünür, bu işdə də dələduzluq çetesinin iştahasını qabardıb. Sözsüz ki, bütün bunlar bizim jurnalist təxminlərimizin məhsuludur. Həmin müştərilərin niyyətini və hansı əsaslarla “Konstra” MTK ilə sövdələşməyə getdiyini istintaq orqanları müəyyənləşdirə bilərlər.
 
 Ən acınacaqlı vəziyyət isə ondan ibarətdir ki, “Konstra” MTK-nın mənimsədiyi iddia olunan vəsait gördüyü işlərin həcmindən dəfələrlə böyükdür. Hər halda podratçı şirkətlə sifarişçi arasında bağlanan 07.01.2020-cı il tarixli “Təhvil-Təslim” Aktından və 21.01.2020-ci il tarixli “Mənzillərin bölgüsü” Aktından belə çıxır. Həmin aktlara görə, podratçı şirkətin gördüyü iş 62 mənzilin qiymətinə ekvivalentdir və bu dəyər ödənilib. Deməli podratçı şirkətin aldatdığı 169 vətəndaşdan cəmi 62-si evlə təmin olunacaq. Qalan 107 satışın dələduzluq mexanizminin qanunsuz yolla mənimsədiyi mənzil olub-olmaması isə bəlli deyil. Yəqin ki, bunu hüquq mühafizə orqanları müəyyənləşdirəcək. Əlbəttə, müəyyənləşdirmək niyyətləri olsa.
 
Məsələ burasındadır ki, Baş Prokurorluq bu dələduzluq faktı əsasında 03 iyun 2020-ci il tarixində cinayət işi açıb. Üzərindən hardasa 4 ay vaxt keçməsinə baxmayaraq, hələ də bu cinayətə yol verənlər barədə hər hansı tədbir görülməyib. Bu da saytımıza şikayətlə müraciət edən vətəndaşları xeyli əndişələndirir. Onlar Baş Prokurorluğun niyə bu qədər ləng tərpəndiyinin səbəbini anlaya bilmirlər.


  

 Qeyd edək ki, Konstra” MTK-nin təsisçilərinin dələduzluqla məşğul olduğunu əslində Baş Prokurorluq da təsdiqləyib. Baş Prokurorluğun rəsmi saytının 03.06.2020-ci il tarixli “Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir” sərlövhəli xəbərində deyilir: “Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qarajın podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir”.
 
Baş prokurorluğun məlumatında o da vurğulanır ki, sözügedən şirkətlə bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu maddələrə görə, podratçı şirkətin təsisçilərini əmlakı müsadirə olunmaqla on iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 


 
 Bəs, bu cəza aldadılmış vətəndaşın qəsb olunmuş hüquqlarını bərpa edəcəkmi? Ən əsası isə, cinayətin cəzasını kim çəkəcək – şirkətin qanuni sahibi, yoxsa öz oğlunu qurban kimi önə çıxaran həqiqi dələduz şübhəlisimi? (Məhkəmə qərarı olmadığından biz hələ ki dələduz ittihamı irəli sürə bilmirik).
 
P.S. Yazıda adı keçən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq və araşdırmalarımız davam edəcək.

Sənədlər

         
Oxşar xəbərlər
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
01 May 2024 | 11:31
Azərbaycanda yeni telekanal açıldı
01 May 2024 | 11:35
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
01 May 2024 | 11:31
Azərbaycanda yeni telekanal açıldı
01 May 2024 | 11:35
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”