Livanda dünyanı silkələyən partlayış - yeni siyasi böhran
Oxunub: 2239
05 Aug 2020 | 16:47
Livanda dünyanı silkələyən partlayış -  yeni siyasi böhran
“Bağdadda sakitlikdir”. Bu həm də ölkədə əmin-amanlığı ifadə edirdi. Dünyada sabitlik, əmin-amanlıq üçün bir neçə şəhər və bölgədə, o cümlədən Beyrutda sakitliyin olması vacibdir.

Livanda vətəndaş müharibəsi bitdikdən sonra Beyrutda sakitlik yaranmışdı. Onda Orta Şərq elə bil dincəlirdi. Ancaq sonra baş verənlər yenidən sakitliyin pozulmasına səbəb oldu.

Ümumiyyətlə, Livan strateji coğrafi ərazidə yerləşir. Elə başının bəlası da geopolitik əhəmiyyətindən irəli gəlir. İsrail və Suriya ilə qonşuluq, Aralıq dənizinin sahilləri ölkədə toqquşan maraqları sadalamağa yardım edər. Ancaq bu yazıda həmin maraqlardan söhbət açmayacağıq. Avqustun 4-də Beyrutda limanda baş verən partlayışla bağlı bəzi məqamlara toxunmaq istərdik. Bu, terror hücumudur? Kim törədib? İndi hamını düşündürən əsas sual budur.


Qeyd edək ki, Beyrutun dəniz limanında, Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib. Partlayışın dalğası Livan paytaxtının yaşayış məntəqələrini silkələyib. Son məlumatlara görə, hadisə zamanı 100-dən çox insan ölüb, 4 mindən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Beyrutdakı xəstəxanaların yaralılarla dolu olduğuna dair məlumatlar da var. Bir sıra ölkələrin səfirliklərinin binaları, əməkdaşları, habelə BMT-nin Livandakı nümayəndəliyinin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb. Hadisə nəticəsində Livanın un ehtiyatının 85 faizi də məhv edilib. Ölkədə çörək qıtlığının yaranacağından ehtiyat edilir.

Partlayışın səbəbi dəqiq məlum deyil. Livanın prezidenti Mişel Aun bildirib ki, limanın anbarında  2 750 ton ammonium nitrat (selitra da deyirlər) olub. Bu maddədən azot gübrəsi ilə yanaşı, partlayıcı maddə kimi istifadə edilə bilər. Selitri 6 ildən çoxdur anbarda nəzarətsiz, heç bir təhlükəsizlik tədbiri görülmədən saxlanılıb. Mişel Aun bunun yolverilməz olduğunu vurğulayaraq maddənin uzun müddətə orada saxlanılmasına cavabdeh olanların cəzalandırılmasını tələbə edib.


Hadisədən sonra Livanın ümumi təhlükəsizlik üzrə rəisi general Abbas İbrahim limanda partlayış baş verən yerdə müsadirə edilmiş partlayıcı maddənin olduğunu bildirib. Ölkənin baş naziri Həsən Diab telemüraciətində deyib ki, limanda 2014-cü ildən bəri saxlanılan “təhlükəli maddə” olub.

Beyrutun qubernatoru Maruan Abbud bildirib ki, limandakı partlayış şəhərə 3-5 milyard ABŞ dolları məbləğində ziyan vurub. Onun sözlərinə görə, ölkə paytaxtının yüzlərlə sakini yaşayış yerindən məhrum olub. Beyrutdakı binaların təxminən yarısı zədələnib.

TASS-ın məlumatına əsasən, 2014-cü ilin martında Beyrut limanında Ukrayna gəmisində Moldovaya məxsus “Rhosus” yük şirkətinin ammonium nitratı saxlanılıb. Gəminin göyərtəsindəki dənizçilər Rusiya vətəndaşları olublar. Onda dənizçilər limanda yaşamaq üçün onlara heç bir vəsait verilmədiyindən şikayətlənmişdilər. Hadisənin açılması üçün vacib məsələlərdən biri Livandakı ictimai-siyasi vəziyyətdir. Çünki ölkədəki mövcud böhranlı vəziyyətin daha da dərinləşməsini istəyənlərin olduğu istisna deyil.

Ötən il oktyabrın 29-da müxtəlif dini qruplaşmanın 30 nümayəndəsinin iştirakı ilə formalaşan hökumət etirazlar fonunda istefa verdi. Livandakı “Hizbullah” hərəkatına yaxın olan, təhsil naziri vəzifəsini daşıyan Həsən Diaba yeni hökuməti formalaşdırmaq tapşırıldı. Onun 20 nəfərlik hökumətinin üçdə birini qadınlar təşkil edir. Ölkənin müdafiə və daxili işlər nazirlikləri ölkə və ərəb dünyası tarixində ilk dəfə olaraq qadınlara tapşırıldı. Yeri gəlmişkən, iki nazir portfeli də erməni enik qrupunun nümayəndələrinə həvalə edildi.


2019-cu ilin oktyabrında irəli sürülən tələblərlə cari ilin yayında etiraz aksiyaları bərpa olundu. Koronavirus pandemiyasınadək Livanda tarixi boyu ən böyük iqtisadi böhran baş verdi. Livan funtunun ABŞ dollarına nisbətdə dəyərini 70 faiz itirməsi aksiyaların daha da kəskinləşməsinə təsir etdi. Aksiya iştirakçıları bildiriblər ki, vətəndaş müharibəsi 30 ildir başa çatıb, ancaq ölkədə sosial problemlər öz həllini hələ də tapmayıb. Livanda korrupsiya, özbaşınalıq, işsizlik və s. problemləri hələ də qalmaqdadır. Aksiya iştirakçıları dükanları dağıdıb, bankların binalarına “Molotov kokteyli” atıb. Polislərlə etirazçılar arasında toqquşmalar olub. Onda sakitliyi bərpa etmək üçün Beyruta hərbi qüvvə yeridildi. Nümayişçilər hərbçilərə də daş, içərisində yandırıcı maddə olan butulkalar atdılar. Nümayişçilər İrandakı rejim əleyhinə də şüarlar səsləndirdilər. İyundakı etiraz hadisələrini dəyərləndirənlər bildiriblər ki, Livanda həmişə xaos olub, bu hadisələr isə 1975-ci ildə başlayan vətəndaş müharibəsini xatırladır. Hələ ki gərginlik artır. Ölkə əhalisi hadisələrin səngiyəcəyini səbirsizliklə gözləyir.

Livan tarixində ilk dəfə borclu olduğu xaricilərə defolt (Defolt  – borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. Defoltun elan edilməsi dövlətin iqtisadi və maliyyə siyasətinə, hər hansı bir təşkilata və yaxud fərdi bir şəxsə şamil edilə bilər. İlk dəfə “defolt” anlayışı İngiltərədə istifadə olunub və “çətin” hərfi mənada “öhdəliklərin yerinə yetirilməməsi” mənasını ifadə edirdi.) elan etdi. Bəs görəsən belə ağır vəziyyətə düşən Livanda vəziyyəti daha da ağırlaşdırmaq istəyən hansı qüvvə olub? Onsuz da etiraz aksiyaları iranyönlü mövcud hökuməti çətin vəziyyətə salmışdı. Bu nə idi, təhlükəsizlik tədbirlərinə əməl edilməməsi nəticəsində baş verən partlayış? Yoxsa azotun anbarda olmasından istifadə edilərək törədilən partlayış?

ABŞ prezidenti Donald Tramp ehtimal edib ki, bu hücumdur. ABŞ-ın dövlət katibi Maykl Pompeo hadisələri izlədiklərini, Livan xalqına yardım etməyə hazır olduqlarını bildirib. Almaniya kansleri Angela Merkel ölkədəki münaqişələri təxirə salmağa çağırıb. O, rəsmi Beyrutu dəstəklədiklərini vurğulayıb.

Livandakı mövcud vəziyyətin mənzərəsini qısaca olaraq təsvir etdikdən sonra partlayışla bağlı aşağıdakı ehtimalları irəli sürmək olar:

- Partlayışı İsrail törədib. İsraildə baş nazir Binyamin Netanyahunun istefası tələb edilir. Diqqəti başqa istiqamətə yönəltmək üçün partlayış törədilə bilər. İranın Suriyadakı fəaliyyətini zəiflətmək, Livanda İranın təsirini azaltmaq, habelə mövcud vəziyyətdə “Hizbullah”ın başını daxili məsələlərə qatmaq üçün bu addım atıla bilər. Ölkənin xarici işlər naziri Qabi Aşkenazi Livandakı partlayışla İsrailin heç bir əlaqəsi olmadığını bildirib.

- Son günlər İranın strateji əhəmiyyətli obyektlərinin yaxınlığında və bazalarında silsilə partlayışlar törədilir. Hakimiyyət həmin hadisələrlə bağlı indiyədək inandırıcı dəlillər təqdim edə bilməyib. Partlayış və yanğınlarla bağlı bütün bəyanatlarda İsrailin adı hallanır. Partlayışlarda bu dövlətin əli olduğu vurğulanır. Livandakı hökumətə münasibətini nəzərə alsaq, İsraili zərbə altında qoymaq üçün partlayışda İranın əlinin olduğunu ehtimal etmək olar.

- Partlayışı Suriyadakı rejimin başçısı Bəşşar Əsədə bağlı qüvvələr törətdiyindən şübhələnmək mümkündür. Onlar bununla bölgədə vəziyyəti gərginləşdirə biləcəklərini göstərirlər.

- Partlayışda Səudiyyə Ərəbistanının əli olduğuna şübhələr var. “Hizbullah” yönlü olduğu üçün krallıq Livandakı mövcud hökumətə rəğbət bəsləmir. Odur ki, hökumətə etimadsızlığı artırmaq üçün bu addımı dəstəkləyə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha çox terror nəticəsində ölmüş Rafiq Həririnin oğlu, sabiq hökumət başçısı Saad əl-Həririni dəstəkləyir. İstefa verəndən sonra onun krallıqda qalması o vaxt böyük qalmaqala səbəb olmuşdu. Saad əl-Həriri istefası ilə bağlı çıxışında ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ovqatı ilə eyni olduğunu bildirmişdi. O, İranı və "Hizbullah"ı da kəskin tənqid etmiş, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırmışdı. Saad əl-Həriri 2017-ci il noyabrın 4-də həyatı ilə bağlı təhlükə səbəbindən istefa verib. O, 3 noyabr 2016-cı ildə Livanın baş naziri təyin olunub. Xatırladaq ki, Saad əl-Həririnin atası Rafiq əl-Həriri 1992-1998 və 2000-2004-cü illərdə Livanın baş naziri olub və istefa verdikdən sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində ölüb.

- Bu partlayışda Rusiya izi. Yuxarıda qeyd etdiyimiz kimi, selitranı rusiyalı dənizçilər müşayiət edib. Saxlanılan zaman onlara qarşı edilən davranışa görə anbarın yerini terrorçulara baha qiymətə sata bilərlər.


- Partlayışı Aralıq dənizinin təhlükə mənbəyinə çevirmək istəyən müxtəlif terror təşkilatları, o cümlədən PKK törədə bilər. Ehtimal etmək olar ki, bununla da Suriyadakı fəaliyyətinə görə həm “Hizbullah”ı, həm də bu silahlı qruplaşmanı dəstəkləyən İranı hədəf alıb.

- Ölkədəki vəziyyətə nəzarət etmək, hərbi rejim yaratmaq üçün partlayışı “Hizbullah”ın törətdiyi ehtimal olunur. Artıq Livanın paytaxtı fəlakət rayonu elan edilib. Şəhərdə ikihəftəlik fövqəladə vəziyyət rejimi tətbiq olunub.


Hadisədən bir gün əvvəl Livanın xarici işlər naziri Nasif Hitti istefa ərizəsini baş nazir Həsən Diaba təqdim edib. O, hökumət başçısı və kabinetlə fikir ayrılığı olduğunu bildirib: “İslahat keçirmək üçün kabinetin lazımi iradəsi olmadığı üçün istefa verirəm. Heç bir yüksək vəzifə məni prinsiplərimdən, əqidəmdən, vicdanımdan çəkindirə bilməz”.

Deməli, Livanda partlayışdan əvvəl siyasi partlayış baş verirmiş. Azot partlayışı bu prosesin yetişməsini tezləşdirdi. Qeyd edək ki, Livanda vətəndaş müharibəsi 1975-ci ildə başlayıb, 1990-cı ilədək davam edib. Bu hadisə nəticəsində 150-230 minədək insanın öldüyü, 350 mindən çox insanın yaralandığı, bir milyondan çox vətəndaşın isə ölkəni tərk etdiyi ehtimal olunur. Yoxsa bu partlayış hakimiyyətdaxili münasibətləri “tənzimləmək” üçün yeni vətəndaş müharibəsinin ilk partlayışıdır. Beyrutda əmin-amanlıq yoxdur...(Report)
Oxşar xəbərlər
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR