Hərbi ekspert sosial şəbəkə istifadəçilərinə səsləndi: “İmkan verin...”
Oxunub: 2054
15 Jul 2020 | 08:43
Hərbi ekspert sosial şəbəkə istifadəçilərinə səsləndi:  “İmkan verin...”
Üzeyir Cəfərov: “Yazdıqlarınızı düşmən  dezinformasiya yaymaq üçün dərhal istifadə edir”

Tovuz rayonu istiqamətində döyüşlər davam edir. Bu çətin günlərdə sosial şəbəkələrdə təxribata bərabər xəbərlər yayılır. Bir çox hallarda belə xəbərləri yayanlar özləri də bilmədən düşmən tərəfə qüvvələrimizin yerdəyişməsi haqda zəruri məlumatlar ötürür, düşmənin adekvat və dəqiq zərbə endirməsinə şərait yaratmış olurlar.

Nə etməli?

Vəziyyətdən çıxmaq üçün sosial şəbəkələrin bağlanması çağırışları real görünür. Texniki imkanların bu çağında bu və ya digər sayta girişin bağlanması, məhdudlaşdırılması ilə nəticə əldə etmək olmaz. 

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, hazırda ölkəmizin gələcəyini müəyyən edən hadisələr baş verməkdədir: “Düşmən tərəfi təkcə ən müxtəlif silahlardan atəş açmaqla kəndlərimizi atəş altında saxlamır, həm də hərtərəfli informasiya müharibəsi aparır. Fikir verin, düşmən tərəfi sosial şəbəkədə itkiləri ilə bağlı susqunluq nümayiş etdirir, okeanın o tayından senatorlara, Nümayəndələr Palatasının üzvlərinə öz mövqelərinə uyğun postlar yazdırmağa qədər səy göstərirlər. Qeyri-dəqiq, çaşdırıcı, təxribata çəkən məlumatları dövriyyəyə buraxırlar. Bizim tərəfdən isə elə xəbərlər yayanlar var ki, bu adamların niyə bu cür addımlar atmasının səbəbini məntiqlə izah etmək olmur. Sosial şəbəkədə hərbi texnikamızın, əsgərlərimizin hansı istiqamətə getməsi, hansı silahlarla silahlanmaları və bu kimi fotolar, videolar yaymaq düşmənə hədəf göstərmək deyil? Bu qədər də düşüncəsizlik olar? Məsələn, qardaş Türkiyədə bu cür situasiyalarda  filtrasiya mövcuddur. Antiterror əməliyyatları zamanı sosial şəbəkədəki qudurğanları cəzalandırırlar. Mən kiminsə həbsə atılmasının tərəfdarı deyiləm. Eyni zamanda belə şəxslərlə müvafiq dövlət qurumları məşğul olmalı, çağırıb izahedici söhbətlər aparmalıdırlar. Tutaq ki, kimsə döyüşlərin getdiyi ərazidə yaşayır, qonaq gedib və orada ordumuzun hərbi birləşmələrinin hərəkətini göstərən fotoları çəkib yayır. Sosial şəbəkə belədir ki, anındaca həmin paylaşımı şəxsi dost-tanışı ilə yanaşı düşmən tərəfi də görür və dərhal qərar verə bilir. Bu cür məsələlər diqqətə alınmalıdır. Biz müharibə şəraitindəyik!”

Hərbi ekspert bildirib ki, bu cür paylaşımlara nəhayət ki, son qoyulmalıdır: “Sözüm sosial şəbəkə istifadəçilərinədir: vicdaniniz olsun, etməyin, eləməyin belə. Açıq səhifədə yazdıqlarınızı düşmən şəxsi heyət arasında panika, dezinformasiya yaymaq üçün dərhal istifadə edir. Mane olmayın düşmənlə üz-üzə qalan əsgər və zabitlərə. Bu müharibədir. Bu real ölümdür. Bu savaşda sıravi əsgərindən tutmuş ən yüksək rütbəli zabitin, generalın belə həlak olması qaçılmazdır. Bu, Amerikada da belədir, Afrikada da belədir, bizdə də ola bilir. Sizdən yeganə  xahiş: ağzınıza gələn və ağlınıza gələnləri yazmayın. İmkan verin dövlətin ordusu öz işini görsün”.

Hərbi ekspert Azərbaycan hüquq-mühafizə orqanlarına da müraciət edib: “Ölkənin müdafiəsinə və təhlükəsizliyinə xələl gətirən istənilən şəxsi cəzalandırın, ictimaiyyətə təqdim edin. Dövlət və hərbi sirri yayanların sayı həddindən çox artıb. 2014-cü il, deyəsən, bəzilərinin yadından çıxıb. Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin rəsmi məlumatlarından savayı heç bir xəbəri özünüz yaymayın, paylaşmayın. Tanrı şəhidlərimizə rəhmət eləsin, əsgər və zabitlərimizə kömək olsun!!!”

Hərbi ekspert bəzi ABŞ konqresmenlərinin Ermənistana dəstək ifadə edən mövqeyinə etirazını da bildirib: “ABŞ-ın Azərbaycandakı səfirliyinə Azərbaycan xəritəsini, BMT-nin Ermənistanı işğalçı kimi tanıyan 4 qətnaməsinin surətlərini yollamışam. Təsəvvür edin ki, ABŞ senatoru Ed Markey bəyan edib ki, Azərbaycan və Türkiyə Ermənistan-Azərbaycan sərhədinə hörmət etməlidir, Dağlıq Qarabağın erməni xalqının istəklərinə hörmət etməli və bu konflikti dərhal de-eskalasiya etməlidirlər.

Senator deyir ki, Ermənistan öz ərazi bütövlüyünü qoruyur. Bu qədər absurd və yalan olmaz! Ermənistan təcavüzçü dövlətdir, ortada olan BMT qətnamələri də bunu təsdiq edir. Sosial şəbəkədə ağlına gələnləri yazanlar Ed Markeyə, ABŞ-ın Azərbaycandakı səfirliyinə məktub yazsınlar. Tovuz rayonu nə vaxtdan Dağlıq Qarabağın ərazisidir? Ed Markey, bu qədər yalan olar? Yazır ki, ərazi bütövlüyünü qoruyan Ermənistanla çiyin-çiyinə dayanıram. Ermənistan Azərbaycanın dinc əhali yaşayan kəndlərini ağır silahlardan atəş açmaqla qadın, uşaq, ahıl, qoca bilmədən qətl edən dövlətdir. Ed Markey inanıram ki, xəritəyə baxıb, BMT qətnamələri ilə tanış olandan sonra danışığının yanlışlığını anlayacaq. Əlbəttə ki, bu cür yanlışlığa bilərəkdən  yol verməyibsə".

Hərbi ekspert deyib ki, Kaliforniya ştatından Nümayəndələr Palatasının üzvü Adam Şiff də postunda Ed Markeydən o qədər də fərqlənməyən yanlış və qərəzli mövqe sərgiləyib: “Adam Şiff ”bu əməllər əsgər və mülki vətəndaşların həyatlarını riskə qoyur və ələlxüsus qlobal pandemiya dönəmində regionu viran qoya biləcək konfliktin nəzarətdən çıxma təhlükəsini artırır" deyir və Azərbaycan tərəfini günahkar bilir. Halbuki vəziyyətin gərginləşməsində Ermənistanın rolu danılmazdır. Hər kəs bilir ki, Ermənistan tərəfi təxribatla məşğuldur, hücuma keçən də məhz Ermənistandır. Adam Şiff əslində Ermənistan tərəfini ittiham etməlidir. Regiondakı gərginliyin yaranmasında birbaşa Ermənistan tərəfi günahkardır. Azərbaycan qarşı tərəfin Dağlıq Qarabağdakı münaqişə zonasından onlarla kilometr uzaq bir ərazisinə, dövlət sərhədinə hücumlara beynəlxalq razılaşmalara, müqavilələrə uyğun olaraq tam qanuni şəkildə adekvat reaksiya verib. Bunu hər kəs bilməlidir".
Oxşar xəbərlər
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:55
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:55
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb