"Təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir..."
Oxunub: 2271
06 Jun 2020 | 14:48
BÖYÜK SAVAŞIN MƏŞQİ

Qarabağı yalnız savaş yolu ilə qaytaracağıq. Qarabağı savaş yolu ilə qaytarmaq üçün savaşa hazır olan ordu lazımdır. Ordudan da öncə savaşın bütün çiləsini çəkməyə hazır olan xalqın çoxluğu lazımdır. Əlbəttə, ötən əsrin 80-ci illərindən başalyaraq gözümüzün önündə sadə yaşamından yaranmış şəraitin qəhrəmana çevrilmiş yüzlərlə azərbaycanlı ilə yanaşı öz evindən kənarda baş verənlərə biganə, “bir qismət çörəklə” baş girləyən çoxluğu da unutmadan xalq deyilən əlahəzrət və amorf varlığı dəqiq təsəvvür etmədən, hərtərəfli tanımadan bu savaş qərarının verilməsi üzərində həmişə tərəddüdümüz qüvvədə qalacaqdır.
"Ali Baş Komandan əmr versin, hamımız döyüşə hazırıq!" ritorikası əlbəttə ki, təbliğat üçün, ruh yüksəkliyi üçün lazımdır, lakin bu ritorikanın altında real məzmun durmalıdır: bu da xalqın mövcud psixoloji durumudur. Bir siyasətçinin əsas vəzifəsi xalqı ekstremal duruma hazırlamaqdır, onun üçün doğru hədəfləri hazırlayıb təqdim etməkdir. Konkret zaman şərtlərində mövcud cəmiyyətə doğru hədəf göstərmək çox vacibdir. Xüsusilə də bizim kimi dinini cəhalətə uduzmuş, elmini savadsızlığa tabe etdirmiş, “böyük yol” hədəfi “kəsə yol”la əvəzlənmiş bir cəmiyyətin içində doğru mühakimə ilə müzakirə açmanın çətinliyini gözə alaraq irəliyə doğru yenə də səbrlə addımlamalıyıq. İnsanların duyğularını coşduraraq quyunun dibinə də yollaya bilərsən, ağıllarını hərəkətə gətirərək səbrlə uğur zirvəsinə də yüksəldə bilərsən. Bunun üçün dövlət siyasətində üç sahə əlahiddə əhəmiyət daşıyır: təhsil, səhiyyə və mədəniyyət sahəsi. Hər üçünün də yaxşı və yaxud zay məhsulunu bütün tarixi dövrlərdə sonrakı yaşamımızın təzahürlərində gördük, düyduq, yazdıq. Bir gerçəyi qəbul etməliyik ki, bu xalqın rus işğalına qədər normal təhsili olmadı. Bu işğaldan sonra açılan modern məktəblər bizim xalqın çox kiçik bir hissəsini yeni dünyaya daşıya bildi. Arazın o tayı ilə bu tayının fərqi bizim dövlət quruculuğumuzda özünü tam biruzə verdi. Arazın yuxarısında modern təhsil almış varlıqlar öz toplumunu müstəqil dövlət quruluşuna daşıya bildilər. Arazın aşağısında isə sayı yuxarıdakından üç dəfə çox eyni azərbaycanlı hələ dövlət quruluşu bir yana dursun, geriçi təhsil və xəstə dini düşüncə sayəsində bu gün hələ öz ana dilinə insan dili kimi şəhadətnamə verilməsini xısın-xısın, qorxa-qorxa dilə gətirir.
Təhsil həm də sağlamlığı və mədəniyyəti bərqərar edir. Bizim bu günkü sağlıq və mədəniyyət durumumuz da təhsildə qazandığımız natamamlıqlara tam uyğundur. Bəzilərinin şişirtdikləri kimi, düşünmürəm ki, biz təhsil sahəsində ideoloji totalitarizmin ən üst quruluşlarından biri olan SSRİ-nin yaratdığı imkanlardan yaxın qonşularımızdan daha ağıllı yararlana bilmişik. Halbuki sayımız onlardan daha artıq, ancaq qarşımıza hansısa sahədə faydalı hədəflər qoya bilmədiyimizə görə, o dövrün də beynəlmiləl paylaşımlarından layiqincə istifadə edə bilmədik. Hələ də “Neftçi”nin ölmə-diril qazandığı bürüncü dünya çempionluğu kimi qeyd edirik, böyrümüzdəki çempionlar, kubok alanlar sakitcə yerlərində oturublar. Rəsm, musiqi, mədəniyyət, idmanın digər sahələri, akademik mühit, universitetlərin səviyyəsi, tibb və hüquq təhsilinin səviyyəsi kimləri qane edirsə, onları kiçicik bir neçə arqumentlə yerində oturtmaq mümkündür. Biz çox istedadlı xalqıq, biz fərdlər olaraq gözlənilməz möcüzələrə imza ata bilərik, biz hansısa xarici mühitdə briliyant qaşı kimi parıldaya bilərik, sadəcə və nə yazıq ki, bir mühüm nöqsanımız var: hədəfsiz xalqıq. Kim olmaq istəyirik, hansı mərtəbəyə yüksəlmək istəyirik, hansı hədəfə çatmaq istəyirik- problemimiz dünən də, bu gün də məhz bununla bağlıdır. Deyirsən ki, uydurulmuş tarixinizi, uydurulmuş dininizi, imitasiyadan ibarət elminizi, sağlamlığa zidd qidalanmanızı, səmərəsiz təhsilinizi təftiş edin, bir daha masaya yatırın, müasirliyə girişinizi əngəlləyən nə varsa zibilliyə tolazlayın və yeni çağın insanı kimi məsuliyyət yükünü üzərinizə alın, o halda hərəkətə keçmək istərkən görürsən ki, hər baş vurduğun sahənin üzərində sanki “əl vurma, qoxar” deyə bir qadağanedici işarə qoyulub.
Bəli, Qarabağda savaş aparmalıyıq. Erməninin yerinə başqası da olsa öz xoşu ilə qan töküb işğal etdiyi torpaqdan könüllü çıxmaz. Demək ki, zorla, döyərək, savaşaraq, qan tökərək düşməni çıxarmalıyıq. İndi təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir ki, qəti qərarını versin. COVİD-19 kod adı altında mülki müdafiə hazırlığını yoxlamaq üçün əməliyyatın başlamasının “həyəcan” komandasını verir. Yəni düşmən bakteroloji silahla hücum edib, insanlar passiv şəkildə evə çəkilməlidirlər, özlərini əleyhqazlarla qorumalıdırlar, müvafiq ordu birlikləri də düşmənin bu hücumunu xüsusi qoruyucu formalar geyərək dəf etməlidirlər. Cəmi ikicə gün passiv dözmə tələb olunur. Bu zaman görür ki, adamlar əleyhqazları evdən çölə tolazlayırlar, “nəfəs almaqda çətinlik çəkirəm” ərköyünlüyü ilə kütləvi şəkildə virisa yoluxmağa, başqalarını da yoluxdurmağa başlayırlar. Virusa yoluxanların çoxluğu səbəbinə həkimlərin də çoxu xəstələnir və xəstəxanalarda əməlli-başlı xaos yaranır. Bu davranış artıq savaşla bağlı alınacaq qərara ciddi təsirini göstərəcək. Yəni hər hansı bir siyasətçi anlayır ki, xalqın çoxluğunun dəstəyi, səbri və fədakarlığı olmadan uzunmüddətli və itkilərlə müşayət olanan genişmiqyaslı savaş aparmaq mümkün deyil.
İki günlük qadağaya da başqalarından fərqli olaraq və həmişəki kimi bəndəniz siyasi kimlik olaraq məhz bir savaş məşqi kimi yanaşdığımı gizlətmirəm və dərindən müşahidə edirəm. Bir neçə ayıdır bu məhdudiyyət tədbirləri qüvvədədir. İnsanlar tam da psixoloji passivliyə qapılmasınlar deyə, demək olar ki, ay yarımlıq müəyyən təsridetmədən sonra hökumət tərəfindən hamıya tam sərbəstlik verildi. Deyildi ki, çıxın, işləyin, gəzin, istirahət edin, sadəcə iki şərtə əməl edin: maska taxmaq və sosial məsafə. Özümüzü aldatmayaq, xeyli insan bu tələblərə qarşı səssiz etirazını ortaya qoydu və hətta yolda ona pulsuz verilən maskanı belə əlinin arxası ilə geri itələdi. Bizdə məsələnin ən vahim tərəfi isə, hamının özünü bir-birindən ağıllı saymasıdır. Ağlınız Avropaya getməsin, burada yanındakı tanımadığın azərbaycanlıya qətiyyən deyə bilməzsən ki, “niyə maska taxmırsan?” “Sən kimsən?”, “Sənə nə?”dən başlayıb ən yaxşı halda “Əcəb edirəm”lə tamamlanan epizodlar barədə həm təcrübəmizdən, həm də son vaxtlar deyilənlərdən, yazılanlardan anlayırıq.
Son iki günün çölə çıxmamaq qadağası ilə bağlı qərarın mahiyyəti də budur. Hələ savaş başlayanda çörək də, ət də, makaron da olmaya bilər. Ən defisit tapılan yemək konservləşmiş mal əti tuşenkası ola bilər. Su qıtlığı da yarana bilər. Üstəlik də çölə çıxarkən başımıza dəmir dəbilqə taxmaq da tələb olunar. İndi təsəvvür edin ki, parça maskanı taxmayanlar dəmir maskanının başına hansı oyunu gətirəcəklər. İki gün üçün azuqə dağıtma kampına bənzəyən marketlərə baxdıqca dərindən köks ötürürsən ki, biz savaşa başlayan ordumuza çoxluq olaraq ancaq mədəaltı vəzimizlə dəstək verməyi düşünürük. Bu gün virusla savaş aparan ordumuz- həkimlərimiz, tibb bacılarımız, polislərimiz, nəqliyyat işçilərimiz, risqli peşələrdə çalışan digər məmurlarımızdır. Bu anlayışla onlara lazımi yardımı göstərə bilmədik. Bu gün məsuliyyətli, fədakar insanlarımız da, koronavirus fərarilərinin, yekəxanalarının, inancsızlarının qurbanına çevrilməkdədir.
Bir gün təcrid olunma- sanki bir aylıq savaşın məşqi, iki gün təcrid olunma –sanki iki aylıq savaşın məşqidir. İndi necə davranacağıqsa, savaşı da elə aparacağıq. Biz Qarabağı 70 illik Sovet hakimiyyətinin dinc yaşayış məşqində itirdik. O zaman ki, onlar Naxçıvanın Ermənistana verilməsi məsələsini qaldırırdılar, Dağlıq Qarabağda gələcək savaş üçün gizli vəsait toplayırdılar və vəzifədə bir pillə irəliləmək üçün bir-birini satmırdılar, İrəvanda qondarma “soyqırım”a abidə qoyurdular. Onlar Sovet dövrünə öz müstəqillikləri üçün bir məşq prosesi kimi baxırdılar, bizlər isə Şuşa sanatoriyasında kabab yeyəndən sonra təmiz hava udmaq kimi...
Savaşda da, idmanda da, elmdə də, rəqsdə də, musiqidə də məşq çox önəmlidir. Əgər bu günlük, iki günlük qadağada, ev həbsində bişirdiyimizi çörəksiz yeməyi gözə almadıqsa, ən azı iki günlük oruc tutub, yaxud pəhriz saxlamağı düşünmədiksə, bir neçə həftənin azuqəsini toplamaqla rahatlaşdıqsa, şəxsən mən tabeliyimdə nə qədər güclü ordu olursa olsun, hələlik Vətən torpağının azad olunması üçün savaş qərarını verməyə risq etməzdim.
Savaş, hədəfi olan və bu hədəfə doğru yürüyərkən bütün bəhanələri dəftərindən silmiş, mədəaltı vəzinin diqtəsi ilə deyil, ağlının, əxlaqının diqtəsi ilə danışan, yaşayan xalqa söykənərək aparılır. Bu məşqi bir neçə dəfə təkrarlamalıyıq. Biz istedadlı xalqıq, mütləq alınacaq. Sadəcə bu məşqləri heç olmazsa bu dəfə, bu tarixi anda, bu ağır günlərdə boşuna keçirməyək...

Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:05
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
01 May 2024 | 09:29
Küləkli hava nə vaxtadək davam edəcək?
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:05
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
01 May 2024 | 09:29
Küləkli hava nə vaxtadək davam edəcək?