Elm adamlarının belə tam olaraq nə olduğunu təsbit edə bilmədikləri canlı hər kəsi təəccübləndirir.
Moderator.az
xarici KİV-ə istinadla xəbər verir ki, Paris Zooparkı qeyri adi bir canlıya ev
sahibliyi edir. “Blom”, yəni “damla” adı verilən qəribə canlı daha çox bitkiyə
bənzəsə də elm adamları əminliklə söyləyirlər ki, o, bitki deyil.
Sözügedən
zooparkda sərgilənən “Blom” tək hüceyrəlidir
və təbiətin sirlərindən biri hesab edilir. Qəribə canlının beyni olmasa da öyrənmə
qabiliyyətinin olması və özünü iki dəqiqə ərzində “sağalda bilməsi” təəccüb
doğurur.
Canlının
bitki olmadığını əminliklə söyləyən elm adamları onun “göbələklə heyvan
arasında bir varlıq” olduğunu bildirirlər. Beyni, ağzı və gözü olmasa da 720
cinsiyyəti olduğu məlumdur.
Paris
Beynəlxalq Təbiət Tarixi Muzeyinin əməkdaşı Bruno Devid əsrarəngiz canlı haqqında bunları söyləyib:
“Əslində
tam olaraq nə olduğunu bilmirik. Bu gün belə bir göbələk, yoxsa heyvan olduğunu
bilmirik. Bitki olmadığına əminik. Göbələklə heyvan arası bir varlıq kimidir.
İki “Blom”u birləşdirdikdə biri öz “bilgilərini” dərhal digərinə ötürür. Beləcə
digəri maneələri necə keçəcəyini anında bilir”.
Moderator.az