ABŞ-da koronavirus xəstəliyinin sürətlə yayılması fonunda hərbi tibbi fakültənin tələbələrinin erkən məzun edildiyini bildirmişdik. (//www.moderator.az/news/317103.html)
Moderator.az xarici
mediaya istinadən xəbər verir ki, ölkədə yaranan həkim qıtlığını ortadan qaldırmaq
üçün Pentaqon daha bir yeniliyə imza atıb. Belə ki, yaş faktoru ilə əlaqədar
olaraq ordudan tərxis edilən və təqaüdə çıxan hərbi həkimlərə çağırış ünvanlayan
Pentaqon, onları geri dönməyə səsləyib.
Pentaqonun yalvarış məzmunlu
mesajında anestezioloq, tibb bacısı və s. ixtisaslar üzrə
kadrlara daha çox ehtiyac duyduğunu, bu çağırışa cavab verən hər kəsin arzuladığı
təqdirdə yenidən orduya qaytarılacağını bildirib.
Pentaqonun məlum mesajından
sonra 14 min təqaüdçünün daha ətraflı məlumat almaq üçün xidmətlə əlaqə
saxladığı bildirilib. ABŞ hərbi komandanlığı hesab edir ki, təqaüddə olan hərbi
həkimlərin bəlli bir qisminin geri qayıtması, koronavirusla mübarizəyə müsbət təsir
göstərəcək, həkim çatışmazlığı hallarının qarşısını alacaq.
Seymur ƏLİYEV