Salam Sarvanın absurd şeirləri...
Oxunub: 5157
03 May 2018 | 23:36
Salam Sarvanın absurd şeirləri...


Orda qapı yoxdu, niyə döyürsən?

S.Sarvanın “Heykəl tənhalığı” kitabı haqqında

(Bakı, Qanun nəşriyyatı, 2017 )

 

Hər şairin poeziyasını səciyyələndirən, onu özünəməxsus obrazı ilə yaddaqalan edən təkcə vəzn, üslub, məcazlar sistemi və digər sənətkarlııq xüsusiyyətləri deyil. Bəlkə də daha çox həmin şairin müraciət obyekti və ünvanlarıdır. Ünvan - ruhun və hissin, düşüncənin can atdığı məkanlar, məqamlar...

Dünya poeziyasında, ümumiyyətlə,  ədəbiyyatında və incəsənətində “qapı”  simvolu həmişə çoxmənalı olub. Professor R.Kamal “Hamımız qapıyıq” essesində yazır: “ M.Eliade (sitatın məzmunu yadımdadır) qeyd edirdi ki, insan ilahi və bəşəri dünyaları yalnız vəhdətdə dərk edəndə onu müqəddəs dünya kimi qəbul edir. Bu dünyaları ayıran və birləşdirən bir qapı var. Yuxarıda hansısa bir qapı olmalıdır ki, tanrılar Yerə enə bilsinlər, insan da simvolik olaraq Göyə qalxa bilsin.

S.Sarvanın da “qapısı” məişətdəki qapılardan deyil, o da Yer, Göy, insanın özündən özünə, içinin dərinliyinə, o dünya, bu dünya və daha uzaqlıqlara açılan keçid kimi təqdim olunur. İnsandan insana da bir qapı olmalıdır, amma şair bu münasibətdə də qapısızlıq, üstündə qapı şəkli çəkilmiş “kor divar” əngəli ilə rastlaşır. Onun dillər əzbəri olmuş “Min ildi qapım döyülür, aç gör kimdi bu GƏLMƏYƏN?” misrasından həm də yadımda bir “GƏLMƏYƏN” nisgili qalıb. Salam Sarvanın “qapısı” bəzən F.Kafkanın əsərlərindəki döyülməyən, açılmayan, qıfılı pas atmış, kandarında illərlə gözləyən,  ümidi ölmüş insanları aldadan, üstündə sanki “ümid yoxdur”  bildirişi yazılmış qapılara bənzərlik görürük.  Və belə məqamlarda şair əsəbi tonla soruşur: Orda qapı yoxdur, niyə döyürsən?

Özünü yandırma yaşların üstə,

Bu başı, ürəyi boşların üstə...

Bir gün asacaqlar başları üstdən

Ya o cəsədini, ya bu şəklini.

...

Başın xarabdırmı bəyəm,  döyürsən:

Yer qalıb, başını göyə döyürsən...

Orda qapı yoxdu, niyə döyürsən

Divara çəkilmiş qapı şəklini?!

Onun poeziyasında sözün leksik və qrammatik məzmunu inkar şəkilçilidir. Orda hər şey sanki “yox”, “deyil”, sözləri və “ma-mə” şəkilçisi ilə tənzimlənir: Dayan bir dəqiqə, bir “yox” de mənə...

Və aldadıcı bir göndəriş var.  Şeirin əvvəlində deyir ki, get qarşıla! Şeirin sonunda isə boşluğa, heçliyə, ümidsiz qapıya ünvanladığının fərqində oluruq. Burda yollar da çarpazlaşır, yan-yana, üz-üzə dayanmalar yox, ayaq saxlamadan ötüb keçmələr var... Lakin bu “ötüb keçmə” ötəriliyinin də xatirəsi, kədəri çökür şeirin ovqatına.

Dayan bir dəqiqə, bir “yox” de mənə.

Hər gecə yuxuma girib yatan qız.

Adamı arxadan gəlib ötərlər,

Ay məni qarşıdan gəlib ötən qız.

 

İndi bu qış ömrü sürüşmək gərək...

Bizi qar ötürər, dolu qarşılar.

Bu da ki, sonuncu teleqramım.

Mən gələr olmadım, yolu qarşıla.

Başqa bir şeirində isə onu yenə simvolik bir naməlumluğa göndərir. Gedişin marşrutunu izləyirsən dairədə qapanır hər şey:

      Bizimki çoxdan qurtarıb...

     Çoxdandı mən səndən çıxıb gedirəm.

      Sən də məndən çıx get.

      Get çat mənə.

Və ya, hansı ünvanasa məktub göndərilir. Amma necə?

Hər gün neçə məktub yazıb cırıram,

Cırıb tullayıram poçt qutusuna.

Bu sevda sahibinin qəribə məktubları kimi, qəribə də hədiyyələri var:

         Sənə kağızdan qayıq, sənə kağızdan çiçək,

         Sənə kağızdan şeir düzəldib bağışlaram.

Salamın şeirlərini “absurdluq poeziyası” adlandırardım. Hər misra, hər bənd, parça özünüinkar, “hə və yox”, “olar-olmaz” dilemmasının tərəddüdü, ziddiyyəti nöqtəsində səslənir sanki. Növbəti şeirə diqqət edin, nə qədər absurdluq var:

Nə qalan kimi qalıram,

Nə gedirəm gedən kimi.

Bir yekəpər Ölüm gəzir

Yanımda cangüdən kimi.

Burada “qalmaq və ya getmək” antiliyi “Ölüm, ya qalım?” sualı qədər fəlsəfidir. Və çox gözəl bir poetik ağrı... Ölüm adlı  cangüdəni var, hər anını izləyir, onu qoruyur...   Yenə də absurd bir məqam: yıxılmış ağacın başına dırmanmaq, qalxmaq adıyla yerə enmələr!

Deyəsən dəli oluram,

Qılan yox əlac başıma:

Gövdəsindən dırmaşıram

Yıxılmış ağac başına.

       Növbəti bənddə isə başımız “sökmək-tikmək”, “təsəlli və düzəlməmək” antonim mənalılığında daha bir kilidli qapıya dəyir:

          Ya sök, ya tik, nə fərqi var,

          Bu daxma düzəlməyəcək.

          Gəl sənə təsəlli verim:

          Darıxma, düzəlməyəcək!

Poeziya ruhun həzin titrəyişidirsə, orda ağrı da, təbiətin həzzi də, sevgisizlik və ümidsizlik, ayrılıq, ölüm və itkilər də - hər şey zövq verəcək. Hətta “ürəyi sıxılan dağ”ın elə həmin sıxıntının ortasından açılan gülü də...

Buludlar tozdurmu belə qopublar

Yağışın yol keçib axdığı yerdən?

İlahi, indicə bir gül çıxacaq

Dağ öz ürəyini sıxdığı yerdən.

    Salam Sarvan şeirində məlum həqiqətlərin, hətta minlərlə dəfə təkrarlanan “xoşbəxtlik”, “bədbəxtlik” sözlərinin tam yeni tərzdə və aydın ifadə ilə şeirləşməsini görürük. Məzmunu dəyişməyən məfhumlar, forması əbədi olan əşyalar belə hansısa şairin poetik özünüifadəsində yeni çalar qazanırsa, o sənət əsil ədəbiyyat malı olur. Salam şeirində saat da funksiyasını dəyişir. Burada saat görüşü, vüsalı, xoşbəxtliyi yox, ölümü, ayrılığı və yolu uzun xoşbəxtlikləri gözləmək üçündür. Bir ömür boyu sanki  gözlərini saata zilləyib bəxtin yolunu gözləyirlər,  vaxt keçmir... Nəhayət,  Bəxt gəlir...

          Bir uzaq yol gəldi bu bəxt bizəcən,

          O da gələn kimi yoruldu yatdı.

Uzun yoldan sonra yorulub yatan bəxtin bir “sevda” adlı qardaşı da var ki, o da lirik qəhrəmanın inadla başını döydüyü dəmir qapı kimi yolunu bağlayıb. Bəxt qapılarına çırpılan sevdalı başlarda minillik zərbələr var. Yenə qapı baryeri...

Başımla döyürəm qapını, sevda,

Nə evdən çıxırsan, nə də başımdan.

Həyatı müşahidədə yeni mənalar yaradıcısı olan incəsənət adamları ətrafı içərisinə köçürüb onun şəklini sözlə və ya rənglə, musiqi ilə  olduğu kimi rəsm edirsə, bu çox az uğur olar. Məsələ həm də ətrafda və düşüncələrdə daşlaşmış anlayışlara özündən, öz ruhundan, hiss və təfəkkür tərzinin estetikasından töhvə verməkdir.

Onun “Öləsən, bir düşmən sevindirəsən” adlı şeirində xatirələrindən nigaran adamın narahatlığı var:

Gözlərin tavana dəyib qayıda,

Ürəyin atlanıb çöllərə düşə...

Salıb itirəsən xatirələri,

Ancaq etibarlı əllərə düşə.

Bu poeziyada modern sənət estetikasına xas baxış motivlərini bəlkə hər şeirdə görmək olur. Qəhrəmanı yad, qərib və tənhalığını dost kimi qəbul edib özünə sığınan adamdır. Şəxsiyyətləri içərisində əridən toplumların sükutunda haray salıb qışqıran səs kimi solo ifadır onun harayı... Onun yaddaşı zamansızdır, mövcudluğu isə məkansız. “Ölüb əvvəlki yerimə qayıdacam”- arxayınçılığı var. Hərəkət mexanizmi də fizika qnunlarına zidd, lakin anlaşılandır. Enmə, düşmə hərəkəti bir talenin kompas göstəricisi kimi təsdiqlənir. Bir insanın həyatında nə qədər “düşmə”lər olarmış?

Elə hey düşürsən...

Deşilib boşalır iddiaların,

Göydən düşürsən.

 

Elə hey düşürsən...

Gözdən, ruhdan, həvəsdən,

Heydən düşürsən.

 

İndi düşmək səninçün

Yeganə mümkün hərəkət forması.

     “Azadlığın yiyəlik halı” şeirində isə əks-hərəkətlə boylandırır bizi. Biz qalxmaq, ucalmaq üçün hərəkətləndik. Salam bu şeiri ilə neçə on illərin ictimai-siyasi, sosial mənzərəsinə heykəl qoyur. Bu qədər lakonik və bu qədər məlum gördüklərimiz onun misralarında aforizmləşir:

   Əvvəl “Azadlıq” qışqırıb səsini qaldırdın,

    Sonra imperiyaya yumruğunu qaldırdın.

    Sonra bayrağını qaldırdın.

 

   Sonra saray tikintisinə,

  Daş qaldırdın, taxta qaldırdın.

  Sonra şahlar seçib taxta qaldırdın.

Sonra baxıb gördün ki,

Bütün qaldırdıqlarından aşağıda qalan

Yenə sənsən.

Salamın şeirinin mənalılıq sirri onun təxəyyülünün  obrazlılığı və fəlsəfiliyi ilə izah edilə bilər. Təkcə təşbeh, mübaliğə, metafora rəngarəngliliyi yoxdur. Həm də ifadələrlə, bəzən sabit söz birləşmələri, fraziologizmlərlə postmodern davranış ustalığı bu poeziyanın siqlətini artırır. Məsələn, biz “ürəyim açılmır” ifadəsini məişətdə adi ovqat, əhval-ruhiyyə təcəssümütək  qəbul edirik. Şair isə həmin fikri işlətsə də, ardınca məna və məzmunu dəyişən bir gözlənilməz ifadə (kilid-kiliddi) ilə mürəkkəblik yaradır. Meşədə azan adamın düşdüyü meşənin özü də yoxa çıxır. Sandıq içində sandıq bağlılıqları, kilid-kilid ürək sıxıntısı və s.

Ürəyim açılmır daha

kilid-kiliddi, vəssəlam.

İçində itdiyim meşə

Özü də itdi, vəssəlam.

     Salam sözü o qədər qənaətlə və bir sözdən min məna çıxara-çıxara işlədir ki, onun poetik leksikasının xüsusi lüğəti yaranır ədəbiyyatımızda. Məsələn, “dağ” sözündən istifadədəki “xəsislik” əsil ədəbi səriştə və estetik mükəmməllikdir. Aşağıdakı misrada “dağ” həm coğrafi simvol, həm də zülm, yara, əzab, dağlamaq, yandırmaq mənasını verən əlamət kimi hallanır, şəkillənir:

       Sənin ad gününə gül dərmək üçün

       Sinəmə çəkdiyin dağa çıxıram.

Və təsadüfi deyil ki, həmin müəmmalı, ilğımlı, sirli gedişlər silsiləsi  şeirin sonuna qədər davam edir:

      Səni axtarmağa gedirəm daha

      ta mən də bu gündən yoxa çıxıram.

   Bu poeziyada zamanın, saatın, tarixin və sevgi yaşının bir ünvanda cəmlənməsi məqamı var.  Burda zamansızlıq, məkansızlıq, bütün kiçik hisslərdən, bütün adiliklərdən, bütün kütləvilikdən  uzaq, ali duyğuların diktəsinə ram olaraq yaşaya bilmək ucalığı var. O ucalıqda hətta adamlar arasında və fiziki zaman sərhəddində tənhalaşmır şair, əsrlər arasında heykəlləşib dayanaraq tənhalıq abidəsinə çevrilir. Burada zamanın qəribə meyarı, adı var. Məsələn, “Sən o gün niyə bikef idin”-yox, “Niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaq?” –deyir... Bu qədər yeni, fərqli, canlı və qulağımızın duymadığı, ağlımızın hələ dərk etmədiyi  məntiqli, poetik və sadə, amma doğma, həm də təəccüblü olsa da, tanış bir zaman zərfi görməmişdik - beş yuxu bundan qabaq... Simvollaşmış, absurdlaşmış, ağlı çaşdıracaq qədər qarışıq və həm də adi günlərdən birinin sualını eşidirik:

Yeni sevgi deyildin sən, sən tarix idin axı:

Saatın neçəliyiydin sən axı bundan qabaq.

Ta beş gün, beş il, beş əsr vaxtın ölçüsü deyil!-

Niyə bikef idin, “Qızım”, beş yuxu bundan qabaq.

Səni axtarmaq əbəsdi dünyadakı küçədə...

Zamanın harasındasan – gündüzdəsən, gecədə?

Səndən sonra daş dövrüdü, tunc dövrüdü, bilmirəm.

Bilmirəm ölüm başıdı, ya ölüm ayağıdı...

Daha adamlar içində təklik deyil mənimki,

əsrlərin içində heykəl tənhalığıdı.

Realizm və naturalizm kimi estetik yaradıcılıq tipindən fərqli olaraq Salam Sarvanın da poeziyasını aid etdiyimiz simvolizm estetikası və metodunda həyatın sənətə deyil, sənətin həyata diktəsini görürük. Simvollar yeni dünya yaradır. Zaman başqa dünya meyarları ilə işləyir. Burda sevgilinin də yaşı yoxdur. Tunc dövründən qalıb, amma sağdır bəlkə də... Sevgilinin surəti, kimliyi də müəmmadır. ( “Sevdiyim həmişə sən olmusansa, bir vaxt unutduğum kim imiş görən?”)

 Heç nədə konkretlik, maddilik, reallıq cisgisi yoxdur. Hətta dar ağacının kəndiri də ölçüsüzdür. (“Kəndiri rezinmiş dar ağacımın, bəxtəvər başıma hələ dartılır”.)  Burda ölmək də olmur, öldürmək də... Burda dözüm üçün sonsuzluq,  limitsizlik var. Dünyaya barmaqlıqlar arxasından baxan məhbus olduğunu deyir, lakin daha yeni və maraqlı baxış yeri, torpağı bu şəkildə görməkdir:

Bu həyatda

Heç bircə saat da məhbəs görməyən

Adamda bu nə azar ki,

Hər şeyə barmaqlıqlar arasından baxıram:

Hətta torpaq da mənimçün

Ayaq barmaqlarımın arasından göründüyü qədərdir.

Bəzən isə həmin torpaq ayaq barmaqları arasından yox, içindən uçulub tökülür. “İçində torpaq sürüşməsi baş verir” və bütün xəyalların yox olur.

        Xəyalında tikdiyi evi

         Yenə uçdu bu yazığın-

          Içindəki torpaq sürüşməsindən.

Salamın şeirləri ilə tanış olduğum ilk gündən havasına öyrəşmədiyim yeni bir poeziya otağına girdiyimi hiss etdim. Bu otaqda dünyanın və insanın, həyatın  heçliyinə həsr olunmuş çoxlu simvolik fraqmentlər tablosu asılmışdı. Acı dadlar, tünd rənglər, qorxulu həqiqətlər qalereyası köçdü yaddaşıma...

 Tənhalıq acısından minlərlə şeir yazılıb. Hamı ən kədərlisini deməyə çalışıb. Salam isə bu mövzuda sanki məişət dili ilə nəsə danışır... “Yol qırağında tapılmış naməlum kişi meyidi”... Elə bil xəbərlər proqramından gəlir səs, adidir, çox adi... heç bir tənhalıq romantikası hiss edilmir, bu adama necə şeir yazmaq olar? Lakin bu kiçicik  şeiri oxuyub bitirəndən sonra şüuruna ağırlıq, qəm kölgəsi çökür... düşünürsən, İlahi, bu qədər tənha bədbəxtlik olarmı?

      Vaxt gələcək...

      Yol qırağında tapılmış

       Naməlum kişi meyidi olacaqsan,

      “tanımağa” bir kimsə gəlməyəcək.

     “Böyük dərdlərdən büdrəyəndə xırda sevinclər yıxılmağa qoymadı” təsəllisi ilə nə qədər yaşamaq olar? Bu poeziyanın qəhrəmanına adam heç vaxt təsəlli vermək istəməz. Çox süni görünər, mənasız olar... 

Getmək lazımdı şair,

dostların hamısı öldü,

bir biz qaldıq, bir ofisant, bir də kafe aşığı...

 

İradə Musayeva

Ardı var

04.05.2018

Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."