ADP sədri Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklər və s. ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibənin üçüncü hissəsini oxucuların diqqətinə çatdırırıq. (II hissə burada - //www.moderator.az/news/144066.html ).
-Dediklərinizi konkret
faktlarla əsaslandıra bilərsiniz?
-Bəqərə surəsi sünniliyin yaranmasına, Ali-İmran surəsi isə şiəliyin
yaranmasına işarə edir. Ali-İmran surəsi adından da göründüyü kimi, İmran alisə
deməkdir. Şiələr də Əhli-beytə, peyğəmbər ailəsinə inanır, onları yüksək
tuturlar. Şiəlyin düz, yoxsa səhv olduğunu bilmək üçün Ali-İmran surəsinin
mahiyyətinə nəzər yetirmək kifayətdir. Eləcə də, sünnilər səhabələr institutuna
inanırlar. Onlar belə hesab edirlər ki, peyğəmbərin ailəsi müqəddəs olsa da, əsas
aparıcı şəxslər peyğəmbəri görənlər, onun yanında olanlardır. Bəqərə surəsi də
Musa peyğəmbərin yannda olan 72 yəhudi ilə bağlı ayələrdir. Orda iki buzov əhvaları
var ki, bu da sünnilərin yanlış olduğunu göstərir. Orda göstərilir ki, iki
buzovdan birini Allah yaradıb. Onu ölüyə vuranda ölü dirilir. Birini isə
insanlar yaradıb, buzov böyürür, amma heç nəyə yaramır. Burdan da sünnilik
inancının yanlış olduğu sübut olunur. Bəqərə surəsi sünniliyin, Ali-İmran surəsi
isə şiəliyin təhlilinə həsr olunub.
Maraqlıdır, gələcəyi və
keçmişi bilən Allah İslamda sünniliyin və şiəliyin meydana gələcəyini bilib,
yoxsa bilməyib? Əlbəttə ki, bilib. Əgər bilibdisə, o zaman bu təriqətlərin düz,
yoxsa səhv olduğunu göstərib? Göstərib.
Hədislər, hədis etmək
köhnə bir hadisəni təzə formada verməkdir. Hədislərin üsulunu tətbiq edəndə,
görərik ki, köhnə formanın təzə formada verilməsi xristianlığın şiəlik kimi
verilməsinin hədisidir, sünnilik də yəhudiliyin hədisidir. Həmin hədislərin
biri Bəqərədə, digəri isə Ali-İmran surəsində hədis olunur. Bir İslam alimi,
Qurani-Kərimi anlayan bir nəfər, vicdanı olan ən böyük şiə və sünni alimi bunu
təkzib edə bilməz. Bəqərə surəsi sünniliyin, Ali-İmran surəsi isə şiəliyin
yanlış bir yol olduğunu elan edib. Fatihə surəsində isə doğru yol elan edilib. Fatihə
surəsindən sonra isə bu doğru yoldan iki yanlış yolun gəlməsi izah olunur.
-Sizcə bu təriqətlərdən hansı daha əvvəl yaranıb?
-Əgər sünni və şiəliyin əmələ
gəlməsi tarixinə baxsaq, görərik ki, birinci sünnilik, ikinci şiəlik əmələ gəlib.
Bəqərə surəsinin Ali-İmran surəsindən əvvəl gəlməsi də sünniliyin şiəlikdən əvvəl
gəldiyini göstərir.
Istər sünnilikdə, istərsə
də şiəlikdə Qurani-Kərimə uyğun bir neçə müddəa var. Yerdə qalan bütün müddəalar
isə yanlşdır. Biz sünnliyin və şiəliyin əyri yol olduğunu bildiririk. Allah-təala
Qurani-Kərimdə bildirir ki, mənim bir doğru yolum var. Bu da mənim əmrlərimin
icrasıdır. Yerdə qalanlar yanlışdır. Deməli, ayrı-ayrı alimlərin əmrlərini icra
edənlərin yolu əyri yoldur. Əgər biz desək ki, imam Cəfərin yolu ilə gedirik,
deməli bizim yolumuz əydiri. Çünki Allah-təala deyir ki, düz yol mənim əmrlərimin
icrasıdır, imam Cəfərin yox. Sünni təriqətindəki şəxslər də sünni alimlərin əmrlərini
icra etdikləri üçün, bu da Allahın əmrlərinin icrası deyil.
-Şiə təriqətinin əliallahlılıq qolu ilə bağlı
düşüncəniz nədən ibarətdir?
-Əliallahlılar şiə təriqətində
Əlini Allah hesab edən insanlardır. Əlini Allah hesab etmək nə deməkdir? Allaha
şərik qoşmaq deməkdir. Allaha şəriki isə azanlar qoşur. Deməli, əliallahlılıq təriqətinin
olması sübut edir ki, həqiqətən də şiəlik əyri yoldur və insanları Allahın
yolundan çıxardır. Əliallahlılar Əli məsciddə öldürüldüyü üçün nə məscidə
gedir, nə də məsciddə namaz qılırlar. Allah-təala deyir ki, namaz qılmağa mane
olan, məscidə getməyə əngəl olanlar kafirlərdir.Bu məntiqlə əliallahlılıq
kafirlik oldu. Çünki namaz qılmır, məscidə getmirlər. Ondan əvvəlki şiələr
haqqa bir az daha yaxın olan şiələr olub. Bu minvalla gəlib o yerə çatırıq ki,
şiəlik kəlmeyi-şəhadətə qədər gəlir. Şiəlik kəlmeyi-şəhadətə qədər düzdür. Quranı
və peyğəmbəri qəbul etməsi düzdür. Ordan bu tərəfə şiəlik əyilməyə başlayıb. Əyilə-əyilə
gedib əliallahlılığa çıxıb.
-Bəs sünnilikdə doğru olan nələrdir?
-Kəlmeyi-şəhadət,
Qurani-Kərim, peyğəmbərlə bağlı sünnilərin deidkləri düzdür, ondan sonrakı rol
isə indiki İŞİD-ə, yaxud vaxtiylə olan həşşaşilərə aparıb çıxarır. Indiki İŞİD
sünni təriqətidir. İŞİD-in əməllərinə baxsaq, görərik ki, bu, şeytanın fəsadlarından
ibarətdir. Əliallahlılar fikirdə şeytana xidmət edirlər, İŞİD-çilər isə əməlda
şeytana xidmət edir. Qan tökmək, yandırmaq, dağıtmaq, terror və s. şeytanın əməlidir.
Deməli, sünnilik əməlda insnaı şeytanın yoluna gətirib çıxardır, şiəlik isə
sonda gəlib əqidədə şeytanın yoluna çıxardır.
-Sünni və şiə təriqətinə mənsub insanların
qıldıqları namazda necə dz və yanlış olanlar nədən ibarətdir?
-Sünnilərin namaz qılan
zaman əlini bağlaması, şiələrin də möhür qoyması yanlışdır. Deməli, sünnilər əlini
açsa, şiələr isə möhürü götürsə namaz Quranda göstərilən vəziyyətə uyğun
olacaq. Mən bunu özümdən demirəm, Qurandan deyirəm. Istənilən görkəmli İslam
aliminə sübut edərəm ki, əl bağlamaq Qurana ziddir, möhür qoymaq Qurana ziddir.
-Niyə bu vaxta qədər bu cəhalətdən xilas olmamışıq?
Ardı var
Seymur Əliyev