“Rusiyanın bir təxribatı bütün uğurları alt-üst etmək üçün kifayətdir”
Gündəm
7657
10 Jul 2016 | 12:04

“Rusiyanın bir təxribatı bütün uğurları alt-üst etmək üçün kifayətdir”

Tanınmış yazıçı-publisist Mehriban Vəzir Moderator.az-a açıqlamasında Qarabağ probleminin həllində xalq diplomatiyasının oynaya biləcəyi mümkün rola aydınlıq gətirib. M.Vəzirin qənaətincə, nə qədər ki, Rusiya Cənubi Qafqaz xalqlarının həyatına kobud müdaxilə edir, prosesləri Kremlin maraqları baxımından yönləndirməyə çalışır, heç bir vasitə ilə Qarabağ probleminin həllinə nail olmaq mümkün deyil:

“Bütün hallarda dialoq yaxşı bir şeydir. Tərəflərin ictimai-siyasi xadimlərinin oturub görüşməsinə etiraz etmək mümkün deyil. Bir halda ki, prezidentlər vaxtaşırı görüşür, o zaman ziyalılar, digər zümrələrin təmsilçiləri niyə görüşməsin? Yəni bu görüşlərin keçirilməsi məntiqəuyğundur. Amma konfiliktinin həll olunmasına xalq diplomatiyası heç bir töhfə verə bilməz. Bu, mümkün deyil. Çünki hansı zümrələr görüşüb aydınlaşmalar aparsa belə, Rusiyanın ssenarisi əsasında olan bir təxribat bütün işləri alt-üst etmək üçün kifayətdir. Bunun formulasını dahi mütəfəkkir Cəfər Cabbarlı göstərib: “atan kazaklardır”. Erməni-türk insanı bir araya gəlir, görüşür, bu arada yenə silah işlədir və məlum olur ki, yenə də “atan kazaklardır”. Nə qədər ki, Qafqazda rus barmağı var, nə qədər ki, rusun Qafqazı öz təzyiqi altında saxlmaq gücü var, bu münaqişə bitməyəcək. Buna heç bir xalq diplomatiyası yardım edə bilməz”.

 

Seymur Əliyev

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər