"Azərbaycan Keçici Qırmızı Bayraq alsın deyə pambıq yığmışam"
Cəmiyyət
Oxunub: 2941
08 Jul 2016 | 19:24
Həyatda mütləq anlamda “yaxşı, pis” olduğunu düşünmürəm. Hər şey nisbidir, mənim pis adlandırdıqlarımı kimlərsə özünə ideal seçər, dostlarım kimlərinsə düşməni ola bilər. Oxucudan bircə xahişim var: mənə kiminsə övladı, bacısı, arvadı, valideyni, dostu, qohumu prizmasından baxmasın. Qəbul etdiniz, etmədiniz, mənə Mən kimi baxın.

Birinci fəsil

Atam Asim, anam Fəridə dil-ədəbiyyat mülləmləri idi. Kirovabad (Gəncə) Pedaqoji institutunda bir qrupda oxumuş, beşinci kursda evlənmişlər.

Asim müəllim

Çox gənc olduqlarından ana nənəm bu evliliyə qarşı olub, amma sonra atam onun sevimli kürəkəninə çevrilib.

Fəridə müəllimə

Mən valideynlərimə “papa”, “mama” deyirdim. Belə öyrətmişdilər. Sovet ideologiyasından gəlmə seçim idi. Valideynlərim öz valideynlərindən danışanda “atam”, “anam” deyərdilər. Anam hətta atasını “dədəm”,  hər ikisi ata babamı “ağam” deyə xatırlardılar. Mənsə hələ də “papa, mama” deyə danışıram valideynlərim barədə. Özü də hər zaman sağmışlar, yanımdaymışlar kimi. Onların adının qarşısına “rəhmətlik” sözünü yaraşdırmıram. Heç ölümüylə barışa bilmədiyim yeznəm Xudayətə də.
Gecəli-gündüzlü müəllim nəzarətində olmaq- çətindir.  Ã–zü də ötən əsrin 60-70-ci illərində. Sovet təhsil sisteminin gurlayan, parlayan çağlarında.  Allahım, mən ötən əsrdənmi qalmışam? Deyəsən başımın üstündən, yan-yörəmdən  illər üç-üç, beş-beş uçub gedib. Bunu niyə hiss eləmirəm görəsən? Onlardan elə biri yoxdur ki, uçub getdiyinə təəssüflənəm. Çox pis.
Müəllim adının ən hörmətli, müqəddəs çağları idi o zamanlar. Məktəbdə uşaqlar məndən soruşardılar ki, atan, anan evdə çay içirmi, çörək yeyirmi? Cavabım onları qane etmirdi. Inanmırdılar mənə. Atam məktəbimizin direktoru idi.  24 yaşında Gəncədən təyinatla getdiyi Samux rayonunda müəllim işlərkən onu direktorluğa layiq bilmişdilər. 1954-cü ildə Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar Samuxun suyun altında qalan bir neçə kəndini Bərdə rayonuna köçürəndə valideynlərim Gəncəyə qayıtmır, kənd camaatı ilə birlikdə yeni salınan “Qırmızı Samux”a gəlirlər. Leninabad kəndinə. Ailədəki dörd uşaqdan tək mən bu kənddə doğulmuşam. O birilər “korennoy” gəncəlidirlər. Bərdəyə köçən ili atam qabaqca çiy kərpicdən 5-6 sinif otağı olan məktəb tikdirir. Sonra ora-bura yazıb min zülümlə daş bina tikilməsinə razılıq alır. Yaraşıqlı, hər cür imkan və şəraiti olan  yeni məktəb binası tikdirir. Mən o yaraşılı binada oxumuşam. Yaşadığımız kənd 1954-cü ildə Sovet dönəmində xüsusi planla tikildiyindən qəsəbəyə bənzəyirdi. Asfaltı, qazı, suyu, işığı, hamamı, çayxanası, dəlləkxanası, ərzaq və sənaye malları mağazaları, stadionu, mədəniyyət evi, kino salonu, hər evdə telefon, mərkəzləşmiş radio şəbəkəsi, daha nə bilim nəyi, gülü-çiçəyi, səliqə-sahmanı yerində. İndinin qaçqın qəsəbələri kimi. Ara-sıra Bakıdan kəndə bizə qonaq gələn musiqi nəzəriyyəsi müəllimi Fərman dayım kəndin asfalt döşənmiş  yollarına baxıb bizə sataşırdı: “Kənddə bədən tərbiyəsi”. Yəni bu qədər inkişaf etmisiniz, asfaltda gəzirsiniz. Hardasa haqlıydı da.
Məktəbə beş yaşımda getmişəm. Ailəmizin sonbeşiyiyəm. Özümdən iki yaş böyük bacım birinci sinfə gedəndə bir neçə ay onun çantasını daşımışam. Sonra mənə də kitab, çanta alıblar. Birinci sinif yaşım çatanda mən hamıdan “savadlı” idim.

Birinci sinifdə

Valideynlərim, ayrıca atam çox ciddi və tələbkar idi. Dərsdən qalmaq, məktəbə gecikmək, dərsi öyrənməmək söhbəti yoxdu. Müəllimlər hər səhvimi birinci atama deyirdilər. Əlbət direktorluğuna həsəd aparırmışlar. Onun zəhmi adamı basırdı. Bu zəhmi yaradan direktorluğu, partiya üzvlüyü, aşırı ciddi adam olması idi. Atamın rayon boyda hörməti vardı. Gənc yaşlarında onu kəndin ağsaqqalı bilib yanına məsləhətə gəlirdilər, elçiliyə, qız qaçırılanda barışığa aparırdılar. Atam həm də şair idi, gözəl şerlər yazırdı. Şair ürəyi yumşaq, qəlbi həssas olur. Hərdən atamın xarakterində direktorluğu şairliyini üstələyirdi. Ömrünün sonlarına yaxın xəstəlik onun qəddini əydi, sağlamlığını üstələdi.  1990-cı ilin 20 Yanvar gecəsində yaşadığı həyəcandan anamın da səhhətində problemlər yarandı. Dörd övladı Bakıda olan anam o gecə ciddi sarsıntı keçirib bütün kəndi ayağa qaldırmış, sonra şəkər xəstəsi olmuşdu. Odur ki, atamla anam təqaüdə çıxıb Gəncəyə köçdülər. İndi hər ikisi Səbzikar qəbristanlığında uyuyur, Allah rəhmət eləsin!
Atamın 70 yaşı olanda qardaşım onun şer kitabını çap etdirdi. Atam çox sevindi, qardaşım bu kitabla övladlıq borcundan çıxdı. Mən borclu qaldım”¦ Atamın “Gəncəm” şeirinə dayım Nəriman Əzimov eyniadlı mahnı bəstələyib. O kitab, bizim nəslin toy rəqsinə çevrilən “Gəncəm” atamdan qalan ən böyük xatirədir. (Zəruri əlavə: bu il atamın 90 yaşına ikinci şeir kitabını çap etdirdik).

Sahil bağının keçmişi

Anam şəhər uşağı, gəncəli qızıdı. Amma kəndə elə uyğunlaşmışdı ki, deyərdin burda doğulub. Hamıya əl tutur, hamıyla  dil tapır, kömək edirdi. Deməzdin direktor arvadıdır. O kəndin qadınları şəhər adətlərini-ev bəzəməyi, zövqlü  süfrə açmağı, löyünbəlöyün, yəni növbənöv ətirli, şəffaf mürəbbələr bişirməyi, geyinib-gecinməyi ondan öyrənirdilər. Atam IX-X, Anam V-VIII siniflərə Azərbaycan dili və ədəbiyyatdan dərs deyirdi. Dərsini yaxşı oxuyan uşaqları tərifləyəndə “İstəyirəm ürəyimi yarıb səni ürəyimin içinə qoyum” -deyirdi. İnanırdım, ürəyim düşürdü. Anam çox gözəl qadın, əla müəllim, super evdar xanımdı. Bizdən heç razı qalmırdı: “Biriniz də mənə oxşamadınız”-deyirdi. Amma biz üç bacı elə ona oxşamışıq.

Keçmiş Lenin sarayının qarşısı

Ana babamı, ata nənəmi, babamı yaxşı xatırlamıram.  Tək o yadımdadır, atam bizim hamımızı Gəncəyə xəstəxanaya aparmışdı, orda xəstə yatan babamla görüşmək üçün. Amma babam onun üzündən öpməyə qoymadı bizi. Bir beçə gün sonra səhər çalınan telefon zənginə oyanan anam atamı yuxudan oyadıb, “Asim, dur Ağamı gətiriblər”-dedi. Babam, İsa Çələbi dünyasını dəyişmişdi”¦
Orta məktəb həyatım kənd uşaqlarınınkından fərqlənməyib. Sentyabrdan-noyabracan Azərbaycan Keçici Qırmızı Bayraq alsın deyə pambıq yığmışam (gündə70-80 kiloqram), yayı Gəncədə, Bakıda, Kəlbəcərdə, Xaşbulaqda keçirmişik. Məni bir dəfə olsun dərsdən yayınmağa qoymayıblar. Yuxarı siniflərdə oxuyanda bir yol dərsimi öyrənməmişdim deyə, özümü xəstəliyə vurub məktəbə getmədim. Guya başım ağrıyırdı. Səhəri gün donuzqulağı (svinka) olub düz 14 gün dərsdən qaldım. Yatmaqdan bezdim. Bir də özümü xəstəliyə vurmadım. Sonralar, işləyən zaman bu hal bir neçə dəfə təkrarlandı. Nə zaman vacib iş üçün yalandan xəstəlik vərəqi (bülleten) alsaydım arxasınca xəstələnər, daha bir- iki həftə işdən qalardım. Orta məktəb illərində fasiləsiz  bədii ədəbiyyat oxuyurdum. Evimizdə çoxlu kitab vardı, məktəb kitabxanasında da nə istəsən tapmaq olardı. O kitabların hamısını oxumuşdum. İnşa yazılarından həmişə “5” alardım. Atam məktəb direktoru olduğuna görə beş almırdım, “5” halal qiymətim idi. Mən atamın qorxusundan, daha doğrusu direktor qızı olmağın məsuliyyətindən yana əlaçı olmuşdum. Bir növ məcburi qaydada. Onuncu sinfi bitirəndə bütün fənlərdən “5” almışdım. Amma kimya və fizikadan “5”i yəqin ki, atama görə vermişdilər. Buraxılış imtahanında atamla hər zaman çəkişmədə olan Müysüf müəllim riyaziyyatdan  mənə “4” yazdı, bununla da “Qızıl medal”  ala bilmədim.  Çantasını daşıdığım  bacım Dinar məndən qabaq Qızıl medal almışdı. Tibb institutuna daxil olub istəmədiyi fakültəyə düşdüyünə görə noyabr bayramında (Böyük Oktyabr Sosialist İnqilabının ildönümü) evə gəlib instituta qayıtmamışdı. Rektor Zəhra Quliyevadan dalbadal teleqramlar gəlirdi, axırda atam gedib dedi ki, qızım bu fakültədə oxumaq istəmir. Eşidən- bilənin gözü kəlləsinə çıxmışdı. O illər Tibb institutunun qiyməti 20-25 min idi. Təxminən beş jiqulinin qiyməti. Bizim maşınımız yox idi, amma jiqulinin qiymətini bilirdim. Məktəbdə xadimə işləyən Nabat xalanın oğlu lotoreyada jiquli udmuşdu, (bir dəfə də biz “Zil Moskva” soyuducusu udmuşduq, hələ də işləyir) onu kənddə sürüb “avtoşluq” edirdi, elə bilirdi qızların ağzının suyu axacaq. Gördü belə deyil, maşını 5 min rubla satıb Bakıya getdi. Onu, əlində dəstə-dəstə qırmızı onluqlarla, göy iyirmi beşliklərlə görəndə gözüm kəlləmə çıxmışdı. Bu qədər  pulu ilk dəfə görürdüm. Jiquli necə havayı gəlmişdisə, pullar da elə havaya uçdu. Bacım ikinci il o zamankı qəbul qaydalarına uyğun olaraq bir imtahandan “5” alıb Tibb institutunun müalicə-profilaktika fakultəsinə qəbul olundu. Yəni bizim “5”-lər halal beşlərdi. Haram insanlar onlara şübhə ilə baxırdı.  Müysüf müəllim qardaşımla mənim Qızıl medala gedən yolumuzu bilərəkdən kəsmişdi. Sən bir bax, insanın iki dəfə adını çəkdim, heç birində “rəhmətlik” sözünü yaza bilmədim.
Doqquzuncu sinifdə oxuyanda indiki uşaqların tanımadığı, bizim nəslin “babası” ( indiki nəslin də öz “baba”sı var)-, “proletariatın dahi rəhbəri  V.İ. Lenin” haqqında yazdığım inşa Maarif (indiki Təhsil) nazirliyinin keçirdiyi respublika müsabiqəsində mükafata layiq görülmüşdü. Qəzetlərdə adım, yazımdan parçalar çıxmışdı. Şəklimi verməsələr də çox sevinirdim. Bu uğur həm də məktəbin adına yazılmışdı. Ona sevinməyənlər də vardı, əvəzini çıxdılar. Müsabiqə qalibi olandan sonra həvəsləndim, doqquzuncu, onuncu sinifdə rayon qəzetinə kiçik yazılar yazdım. Bərdədə çıxan “Kommunizm yolu” qəzetində çap olunan saralmış, yapışqanlı yazılarımı hələ də saxlayıram. Sırf sovet üslubudur. Patriotik ruh, supertərif, gələcəyə inam. Ağzında “Kommunizm yolu” deyirsən. Tələbəykən mən o qəzetdə təcrübədə oldum, nə qədər şablon olsa da Rafil Hüseynovun yazılarını daha çox bəyəndim. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir jurnalist nə zamansa icra başçısı ola bilər. Harda? Masallıda.

Rafil Hüseynov

Dünyanın qəribə işləri tək mənim başma gəlmir. Bu qəribəliklər kiminə xeyir gətirir, kiminə zərər. Nə qədər qəribə görünsə də hər zaman ətrafımdakılardan fərqlənmişəm. Bir dəfə mənə dəyər verən dostlardan biri “hardandır səndə  bunca sərbəstlik, özgüvən, azadlıq” -deyə soruşdu. “Bilməm” dedim. Sonra xatırladım, mən- kənd məktəbində oxuyan bir qızcığaz hər zaman bacarığımla, savadımla, davranışımla, geyimimlə, görkəmimlə, hətta maneralarımla öndə, diqqət mərkəzində olmağa, seçilməyə çalışmışam, buna doğru getmişəm. Kənddə yaşayanda ən çox Alla Puqaçovanı, Co Dasseni, Afrik Simonu, ABBA-nı dinləyirdim. Puqaçovanın mahnıları  ilə rəqs edirdim. “Feleçita”nı sevirdim. Nəinki sinfimizdə, hətta məktəbdə kimsə onları tanımırdı. Onların vallarını Bakıda həkimlik oxuyan qardaşım alıb gətirmişdi. Hər gün val çaldırır, dinləyirdim. Özü də yüksək səslə. Avtoş qaqaşlar maşında musiqiyə necə səs verilərsə elə. Həyətimiz məktəbin həyətinə bitişikdi-dərsə gedən də bu musiqiləri eşidirdi, dərsdən qayıdan da.  Məktəbdən bizə iki dəqiqəlik yoldu, evə gələn kimi musiqiyə güc verirdim. Atam, anam işdən qayıdana yaxın söndürürdüm üstü patefonlu radionu. Indi zövqüm dəyişib, yüksək səslə musiqi nədi, danışığı belə dinləyə bilmirəm. Səs beynimə işləyir: taq, taqq, taqqq, taraqqq. Elə gün olmur ki, Sezen Aksunu dinləməyim. Onun mahnıları mənim həyatımdır-öz adına çıxır.  Onun mahnılarının sözlərini mən yazmışam, ayrıları imza atıb-o qədər doğmadır.

Hərdən Xumar Qədimovanı dinləyirəm. Fərqli olsalar da, Xumar mənim üçün yerli Sezen Aksudur. Flora Kərimovaya aşiqəm. Onların sinələrində döyünən, kobud ifadə olmasın, hansısa ət parçası deyil, hər an oxuduğu yerdə dayana biləcək qədər həssas ürəkdir. Indi belə düşünürəm. Mühit, bir də mühit, indikilər yazdığı kimi yazsam, ortam -insanı o formalaşdırır, dəyişdirir. Mən sərbəst düşüncəylə doğuldum, bəzi illər sıxılsam da, bütövlükdə həyat bu sərbəstliyi əlimdən ala bilmədi. Çoxları bunu qəbul etmək istəmir, illah da indiki yaşda. Etməsinlər, öz günahlarıdır.
Onuncu sinifdə oxuyanda  biologiya olimpiadasının respublika turunda 3-cü yerə çıxmışdım. Mənə fəxri fərman, mükafat olaraq çoxlu kitab verdilər. Hələ də anlaya bilmirəm, mənim biologiya olimpiadasında nə işim vardı. Çünki beşinci sinifdən bilirdim ki, hüquqşünas olacam. Özü də ancaq və ancaq müstəntiq. Bu sənətlə bağlı o qədər əsər oxumuşdim ki”¦ Hətta Şerloks Holmsu da tanıyırdım.

Fimar Asimqızı...

Davamı 10 iyulda...
Oxşar xəbərlər
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış