"Heydər Əliyev məhz Gəncədə müşavirə keçirməklə Surət Hüseynova anlatdı ki..."
Araşdırma
Oxunub: 9317
16 May 2016 | 02:08
Moderator.az bir müddətdir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Bəri başdan oxucuları əmin etmək istəyirik ki, kitab çox maraqlıdır və müəllif o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirdiyi halda taleyin gərdişinin onu adı gələndə sovetlər ölkəsinin hər bir guşəsində dodaqları cadar-cadar edən dövlət təhlükəsizlik orqanlarına aparıb çıxarmasının tarixçəsini oxucularla bölüşür, müstəqilliyimizin ilk illərini və ondan sonrakı keşməkeşli dönəmi təsvir edərək maraqlı bir tablo yaradır...

Moderator.az kollektivi və yüz minlərlə oxucumuz adından müəllifə bizə göstərdiyi lütfkarlığa və etimada görə təşəkkürlərimizi bildirərək kitabın təqdimatını davam etdiririk. 

Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/136395.html
                            

ŞİRVAN  YOLLARINDA

On illik Gəncə həyatımdan ayrılıb yeni bir yerə köçmək psixoloji baxımdan çətin olsa da hərbçilərin taleyinin bir yerdə qərarlaşmadığını mən də, ailəm də bildiyindən, köçməyimizi sakit qarşıladıq. 1993-cü ilin  noyabrı qarla başladı və alaçalpov sulu qarın yağdığı gün Göyçayda  işə başladım. Göyçay rayon bölməsi  Göyçay rayonundan başqa Ucar, Zərdab rayonlarının ərazisində də xidməti fəaliyyət göstərir, əks kəşfiyyat tədbirləri həyata keçirirdi. 1993-cü il 4 iyun hadisələrindən sonra hər üç rayonun  icra  hakimiyyətləri AMİP üzvləri tərəfindən qanunsuz olaraq tutulmuşdu  və rəsmi sərəncamla fəaliyyət göstərən başçı yox idi. Faktiki olaraq mən rayon ictimaiyyətinə deyil, qanunsuz fəaliyyət göstərən başçılara təqdim olundum. Qeyd edim ki, Prezident Aparatından da göstərişlər, hər hansı bir tapşırıq bu adamlara verilir, tədbir keçirmə də bu qanunsuz fəaliyyət göstərən şəxslərə həvalə olunurdu.  
 

Əməliyyat şəraiti ilə tanış olduqca cəbhə bölgəsindən uzaq bu yerlərin özünəməxsus problemlərinin olduğu aydın olurdu. Bu, daha çox dindarların, radikal islam təfəkkürünün, sünni-şiə qarşıdurmasıyla müşayət olunan  dini fanatizmin sürətlə bölgədə inkişaf etməsilə xarakterizə olunurdu. Göyçayın və ətraf rayonların  əməliyyat şəraitinə daha çox təsir edən  faktor İrandan qaynaqlanırdı. Mən fəaliyyətə başlayanda İrandan gələn iki müəllim Göyçay mədrəsəsində dərs deyirdi. Dörd nəfər müəllim heyəti növbə ilə iki qrupa bölünərək  İranın maliyyəsi hesabına dərs keçirdilər. Əməliyyat mənbələriylə iş zəif təşkil olduğundan  yeni cəlbetməyə ehtiyac vardı. Xüsusi xidmət orqanının vacib işi informasiya əldə etməkdi, onun da əsas mənbəyi insandı. Texnika nə qədər inkişaf etsə də insanı əvəz edəcək ikinci vacib mənbə hələ yoxdu. Xüsusi xidmət orqanının agenti professional baxımdan daha çox əks kəşfiyyat  sistemində düşmənin casusluq fəaliyyətini, daxildə dövləti cinayətlərə apara biləcək bütün hərəkətləri, mütəşəkkil cinayətkarlığı və digər təhlükəni zamanında aşkar etmək üçün ən əsas köməkçidi. SSRİ dönəmində agentura daha çox antisovet mövqedə olanları aşkar etmək, məhz donos vermək istiqamətində istifadə olunduğundan  agentə dövlətin köməkçisi yox,  adamları satan, qərəzli, pis adam kimi baxmaq ənənəsi vardı və bu indi də hələ davam edir, çünki zaman dəyişsə də hələ də agent qarşısında dövləti cinayətlərin zamanında aşkar edilib qarşısı alınması vəzifəsindən çox,  “kim nə düşünür, kim nə deyir, kim hakimiyəti tənqid edir” kimi  ötən əsrin 30 - cu illərindən qalma tapşırıqların verilməsi  hələ də aktual olaraq qalır. Zaman-zaman  mətbuatda  “KQB arxivləri açılsın”  deyə müzakirə açmaq istəyənlərə  bir daha üzümü tutub deyirəm. Arxiv həmişə alimlərin, konkret, əsaslandırılmış  marağı olan vətəndaşın üzünə açıq olmalıdı və bununla bağlı komissiya yaradıb qanun qəbul olunmalıdı. Agentura şəbəkəsinin arxivə aidiyyatı yoxdu. İctimai qurluşundan asılı olmayaraq  xüsusi  xidmət orqanının agentura şəbəkəsi açılmamalıdı. Diletantlar populist, əsaslanmayan çıxışlar edə bilərlər, bu işi bilənlər, dövlətçilik xəttində duranlar heç vaxt bu fitnəyə getməzlər. Bir-birinə düşmən olan qüvvələr hakimiyyətə gələndə belə özündən əvvəlki şəbəkəni açıqlamazlar.., istifadə edərlər.
  
İran tərəfdən Hacı Ocaq Nəjat kimi diplomatik pərdə altında gizlənən biri  də tez-tez bizim xidməti bölgəyə səfər edənlərdən idi. Onun hər bir gəlişini  bölgənin şiə dindarları  az qala bayrama çevirir, kameralarla lentə alır, öz aralarında yayır və təbii ki, o lentlər.., həm də bizə  çatırdı.
Göyçayda  o zaman bir məscid vardı və əsasən də şiələr tərəfindən  idarə olunurdu. Tez-tez pişnamazın kim olması barədə sünnilərlə şiələr arasında  mənasız mübahisələr yaranır, bəzən açıq qarşıdurmaya qədər gəlib çıxırdı. Aşura günü ərəfəsində məlumat aldıq ki, İrandan gələn  dindarların təbliği nəticəsində gənc şiə dindarlar dəmir armaturlar hazırlayıb, aşuradan sonra  şəhərin bütün mağazalarına girib spirtli içkiləri qırıb dağıtmağı planlaşdırırlar. Gecə ilə mədrəsənin gənc direktoru və məscidin axundu ilə görüşdüm, gərəkli söhbətlər apardım, məlumatsız olduqlarını desələr də inandırıcı deyildi. Gecə ilə polisi də xəbərdar etdim. Ertəsi gün bütün dini ritual və sonrakı proseslər tam nəzrətimizdə idi.
 
İranın təsiri get-gedə açıq hiss olunurdu. Göyçaydan, Ucardan qanunsuz yolla Quma aparılıb təhsil alan gənclər barədə  məlumatımız vardı və nəzarətimizdə idi. Bəzi gənc mollalar MTN rayon bölməsi barədə aqressiv  mövqelərini gizlətmirdilər. Məclislərdə  haqqımızda  xoş sözlər söyləmirdilər, hətta din düşmənləri kimi  təqdim edirdilər. İnformasiya mənbələri  nüfuz sahibləri, təsir imkanları olsa da İranlı müəllimlərin  qarşısında bəzən aciz durumda olduqlarını da hiss edirdik. Səbəblərdən biri hər dəfə İrandan gələndə bu dırnaqarası müəllimlərin kiçik hədiyyələri idi. Sünni məzhəbindən olan dindarların xeyli sıxışdırıldığı hiss olunur, onların da liderləri  Ağdaşda dini təhsil alan gənclərin əli ilə hər zaman məsciddə qarşıdurma yaradırdılar. Daha mötəbər din xadimlərinin  bu məsələyə müdaxiləsinə ehtiyac yaranmışdı. Vəziyyət barədə nazirliyə təqdim etdiyim analitik məlumatda  Qafqaz Müsəlmanları İdarəsinin müdaxiləsini məqsədəuygun hesab etdim. İnformasiyamız məqsədinə şatdı. Şeyxülislam Allahşükür Paşazadə hər iki tərəfin liderləriylə söhbət aparmışdı. Detallarına varmadan qeyd etmək istəyirəm ki, hər iki  din xadimi rayonda dindarlar arasında mövcud neqativ halların  bir daha təkrar olunmayacağına söz verib, yarana biləcək problemləri aradan qaldırmaq üçün dövlətlə əməkdaşlıq edəcəklərinə söz vermişdilər. 

O vaxt arayışda sünni məzhəbinin nümayəndələri üçün  ikinci məscidin tikilməsini zəruri hesab edirdim. Bir neçə ildən sonra Göyçayda ikinci  məscidin tikildiyini eşitdim. Hadisələri qabaqlayaraq  bir faktı nəzərinizə çatdırım. İranlı müəllimlər  təbliğatları keçmədikcə MTN rayon bölməsini  söhbətlərində  hədəfə alırdılar. 1994-cü il Futbol üzrə dünya çempionatının açılış günündə açılışa bir neçə dəqiqə qalmış bölmənin qarşısında 16-17  yaşlı yeniyetmə gənclər “KQB istefa” şüarı səsləndirib qaçdılar. Bu adi məsələ deyildi. Gənclərdən birini elə həmin gecə bölməyə gətirib yerdə qalanların da hər birini  müəyyənləşdirdik. Məlum oldu ki, axşam namazından sonra İrana tez-tez gedib gələn gənc bir molla dindarların Göyçayda  bir nömrəli düşməninin “KQB işçiləri” olduğunu  söyləyib və bizi qovmağın vaxtı yetişdiyini təbliğ edib. Uşaqlar da buna uyublar. Onların valideynlərilə söhbət apardıqdan sonra həmin gənc mollanın ətrafında informasiya  topladıq. Məlum oldu ki, hər ay ticarət məqsədilə İrana  gedən bu gəncə orda  şərait yaradılır, əvəzində dini təbliğat, daha doğrusu Azərbaycanda da İran kimi islam dövlətinin  yaranmasının təbliğini aparmaq tövsiyyə olunurmuş. Gənc mollanın  hərbi mükəlləfiyyətdən yayındığı, qeydiyyatda Göyçayda  olmadığı məlum oldu. Qeydiyatda olduğu Bakı rayonlarından birinin hərbi komissarının tanışlıq müqabilində onu hərbi xidmətdən yayınmasına şərait yaratdığı da məlumatlar sırasında idi. Tədbirlərimiz nəticə verdi. Gənc molla QMİ-də təhsilini əyani davam etdirməklə bir müddət Göyçayda görünmədi. Sonralar mən Bakıya işə gələndə onu “Abşeron”mehmanxanası qarşısında gördüm. Özü mənə yaxınlaşdı və etirafda bulundu:”İlham müəllim, Siz mənim gözümü açdınız, elə bilirdim ki, İran dinin müdafiəçisidi, amma elə deyilmiş.., mən tam anladım ki, onlara din yox,  Azərbaycanın məhvi  lazımdı”

Göyçay, Ucar, Zərdab  rayonlarına 1994-cü ilin mart-aprel ayına kimi, Zərdaba isə hətta mən Göyçaydan Bakıya gedənədək  icra başçıları təyin edilmədi. Göyçayda rəsmi olaraq icra başçısının müavini kimi fəaliyyətini davam etdirən Rövşən Məmmədovla  əlaqə saxlayır, sənədləşmə işlərini onunla həll edirdik. R.Məmmədov həqiqətən dövlətçilik mövqeyində dayanıb bəziləri kimi “ fəaliyyətini dondurmadı”, vəzifə tutmaq perspektivinin olmadığını bilsə də sonadək ona tapşırılan  vəzifəni icra edir və bu ona asan başa gəlmirdi. İcra başçılarının olmamasının rayonun ictimai-siyasi həyatında mənfi təsirləri vardı və yaranmış vəziyyət barədə geniş analitik arayışı nazirə ünvanladım. Sonradan mən Bakıya işə gələndə nazirin köməkçisi mənə dedi ki, sənin arayışını nazir oxuyub soruşmuşdu ki,”çox mükəmməl arayışdı, bilmirsən Göyçayın rəisi özü yazır, yoxsa işçisi?”
                                                     
1993-cü ilin sonu, 1994-cü ilin əvvəli cəbhənin Füzuli istiqamətində nisbətən ugurlu döyüşlər oldu, bir neçə kənd qaytarıldı. Heydər Əliyev Gəncədə  respublika müşavirəsi çağırdı. Göyçaydan icra başçısı olmadığından mən gəlmişdim. Bu, Surət Hüseynovun 1993-cü ilin avqustunda  Gəncədə keçirdiyi respublika müşavirəsinə cavab idi. Heydər Əliyev  S.Hüseynova, məhz Gəncədə, onun iştirakı olmadan müşavirə keçirməklə anlatdı ki, Gəncəni özünə dayaq hesab edə bilməz, Gəncə də, Bakı da Heydər Əliyevin nəzarətindədi. Müşavirə  xüsusi olaraq  hansısa  hadisəylə yadda qalmadı.., xırda bir “çp”-dən başqa. H.Əliyev Gəncə icra hakimiyyətinə daxil olan zaman  işıqlar söndü. Mühafizə bir anlığa özünü itirib əlindəki fənəri Əliyevin üzünə tutur.., sonda Əliyev mühafizəçiyə deyir ki, üzümə yox, ayağımın altına tut işığı. Hamı şübhələnmişdi  ki, işıqların keçirilməsi Surət Hüseynovun adamlarının təxribatıdı, amma bu sübut olunmadı.
  
1994-cü ilin fevralında nazirlikdən tapşırıq gəldi ki, Kəlbəcər istiqamətində döyüşən  əsgərlərə yardım aparılmalı, əsgərlərlə bir neçə gün birlikdə olub, onları ruhlandırmaq lazımdı. Başçını əvəz edən Namiq Qasımovla ərzaq məhsulları, isti əlcəklər alıb yola düşdük. Gəncə icra hakimiyyətində digər rayonların da rəhbərləri ilə birlikdə qısa görüşdən sonra Toğana- Kəlbəcər istiqamətində yola çıxdıq. Toğanadan sonra yol daha sərt, daha qarlı idi. Murova yaxınlaşdıqca ağaclar azalır, sərt qayalıqlar başlayırdı. Maşın karvanının yolunu qar uçqunu kəsdi. Yolun açılması üçün traktorlar gəldi. Traktorlar yolu açanadək  Samux rayon icra hakimiyyətinin başçısı Məmməd Ələkbərov  maşının kapotu üstündə, gözəl bir çöl süfrəsi  açdırdı... 

Murovun qərb hissəsində, hər yanın qarla örtüldüyü, soyuğun adamın iliyinə işlədiyi bir  vaxtda  xüsusi hazırlıq keçmiş hərbi  dəstələrin olmadığı bir ordu ilə Kəlbəcəri almaq adı ilə döyüş keçirmək böyük avantüra idi. Həmin günlərdə amerikalı mütəxəssislərin hansısa qəzetdə rəyi vardı ki, Murovdağ silsiləsində qış zamanı  müharibəyə başlamaq məğlubiyyətlə nəticələnəcək.Təəssüf ki, mütəxəssislərin rəyi nəzərə alınmadı,  Bərdənin, Kəlbəcərin o vaxtkı icra başçılarının  avantürist  çıxışları, bu qələbə ilə hakimiyyəti  daha da möhkəmlətmək düşüncəsi nəticədə böyük faciəyə səbəb oldu.
 
Yol açıldı, ”Güzgü” deyilən yerə çatanda artıq toran çalırdı. Maşını saxladıb bayıra çıxdım, çovğun başlamışdı. İki əsgər postda dayanmışdı. Onlara baxanda təəccüb etdim. ”Bu zənciləri hardan gətiriblər?”. Onlara yaxınlaşanda əsgərlər öz dilimizdə hara getdiyimizi soruşdular. Bu, bizim əsgərlər idi, qarın soyuğu vurub üzlərini elə yandırmışdı ki, zənciyə oxşayırdılar. Dəniz səviyyəsində 3000 metrdən çox yüksəklikdə oksigen  çatmırdı, yaxamı açıb nəfəs almağa çalışsam da  boğulduğumu hiss edir, əsgərlərin halına acıyırdım. Bu vaxt bir “Niva” ilə Gəncənin və Bərdənin icra başçılarının tələsik geri qayıtdıqlarını gördüm. Niyə qayıdırdılar? Axı bir neçə gün  burda qalmalıyıq? Bu vaxt yanımda bir hərbi yük maşını saxladı. Bir zabit maşından düşüb mənə yaxınlaşdı: ”İlham müəllim, bu vaxt burda nə gəzirsiniz? Hara gedirsiniz?” Mən məqsədimizi deyəndə bu gün də tanımadığım, özünü xüsusi şöbənin işçisi kimi təqdim edən  o zabit: ”Siz nə danışırsınız? O gördüyünüz Yanşaq kəndidi, ermənilər kəndin başı üstündə mövqe tutublar. Bir azdan keçən istənilən maşının işığına atəş açacaqlar. Bu çox təhlükəlidi. Mən də tez gedirəm ki, tam qaranlıq düşməmiş dislokasiya yerinə çatım. Xahiş edirəm, təcili qayıdın. Sabah hələ burda nələr olacağı bəlli deyil. Bizi başlı ”“başına buraxıblar. Yaxşı olar ki, gedib deyəsiniz ki, burda bizi fəlakət gözləyir. Əsgərə gətirdiyiniz ərzaqdan çox, ona daha isti paltar, tez-tez əvəz edən ehtiyyat qüvvələr lazımdı. Erməni hücum etsə, tətik çəkməyə əsgərin barmağı yoxdu, çoxunun əlini don vurub. Bu bir avantüradı, Sizdən xahiş edirəm gedin, rəhbərliyə də çatdırın.”

Maşını idarə edən Göyçay  icra hakimiyyətinin sürücüsü  idi, döyüş bölgəsinə birinci dəfə gəlirdi, o da yalvarırdı ki, qayıdaq. (Bu illərdə qoçaq sürücü sarıdan heç bəxtim gətirmədi) Bizimlə gələn maşın karvanından bir nəfər belə yox idi. Məhz Bərdənin və Gəncənin icra başçılarının geri qayıtması onlara da təsir etmişdi. Hamı qayıtmışdı, bizim qalmağımızın heç bir mənası yox idi. Başqa rayonlardan gələnlər də məsləhət gördülər ki, gətirdiyimiz bütün ərzaqları məni tanıyan zabitin maşınına yükləyək. Namiq Qasımov da zabitin maşınına minib gedəcəyini dedi, özü deyirdi ki, bunu ona görə edir ki, bəlkə başçı kimi  təsdiq etdilər. 

Ağlım kəsəndən nəinki  kəndimizdən,  az qala Qarabağın hər yerindən görünən Murovun zirvəsindən o yana sanki dünya qurtarırdı, bu zirvədən  qabağa yol yox idi, qabağa getmək boşluğa,  mənasız ölümə getmək idi... 
Geri dönəndə qaranlıq tam çökmüşdü, buzlu yolları  çətinliklə enir, dolamalar bitmək  bilmədikcə zirvədə keşik çəkən əsgərləri düşünür, zabitin fəlakət olacağı barədə dedikləri yadımdan çıxmır, həm də bu vəziyyəti dəyişə bilmək üçün əlimdən heç nə gəlmədiyi, yəni  öz zəifliyimi dərk etməyim əzab verirdi. Toğanaya çatdıq. Dörd il əvvəl -1990-cı ilin yanvarında  Toğanada erməni əsirləri verib, azərbaycanlı əsirləri dəyişən zaman gecə Toğanadan qayıdanda özümü qalib hiss edirdim. Bu dəfə Toğanada  o hissləri yaşaya bilmirdim.., özümü üzü soyuqdan yanmış əsgərlərin yanında günahkar hesab edir, məğlub olan adam kimi geri dönürdüm.  Göyçaya çatanda səhər açılırdı..
 
Səhərisi gün  Murovdağda gördüklərimi, vəziyyətin çətin olduğunu, fəlakət olacağını birbaşa telefonla nazirə dedim. İmranov: ”Çətin olduğunu bilirik, amma addım atılıb, geri dura bilmərik.”  Bəli, zamanında durdurulsaydı, bu qədər əsgər itkisi verməzdik. Murovdağda Kəlbəcər istiqamətində məğlub olan əsgərlərimiz düşmən gülləsindən çox, soyuqdan, şaxtadan qırıldı. Bir neçə il sonra iki mindən çox əsgərin həlak olduğu, itkin düşdüyü barədə  rəsmi sənədlər açıqlandı. Bizim bölmənin xadiməsinin oğlu da orda olmuşdu. Ayaqlarını  don vurduğundan, əməlyyatla ayaqlarının altını tamam götürmüşdülər.Onunla söhbət edəndə deyirdi ki, sağ qalmağına görə komandirinə borcludu. Dağları aşdıqca dağ gəlirdi,  taqətdən düşüb elə soyuqdaca yatmaq istəyəndə komandir bizi təpiklə vururdu - yatmayın, öləcəksiniz, bir azdan kəndə çatacağıq, deyirdi. Düz iki gün, iki gecə yol gələn əsgərlər Daşkəsənin kəndinə çatmışdılar. Ötən yay Daşkəsənin Zağalı kəndində olanda yerli adamlar  Daşkəsənlə Kəlbəcərin arasındakı yerlərdə hələ də  insan skeletlərinin qalıqlarına rast gəldiklərini söyləyirdilər.

Ardı var...
Oxşar xəbərlər
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb