Bir neçə saat bundan öncə Bakı Beynəlxalq Avtovağzalında bir qrup sürücü və sahibkarın etiraz aksiya keçirdiyindən bəhs etmişdik. Vurğulamışdıq ki, etiraza səbəb “Mercedes sprinter” markalı, sərnişin tutumu 23 və ondan az olan avtobusların rayonlara sərnişin daşınmasına qoyulan qadağadır. (//www.moderator.az/news/108970.html ). Bunu da qeyd etmişdik ki, sürücü və sahibkarlara bildirilib ki, yaxın dəqiqələrdə Nəqliyat Nazirliyinin yetkililəri arasında dialoq təşkil ediləcək və problem həll ediləcək.
Moderator.az-a daxil olan
məlumata görə, etiraz edən sürücü və sahibkarlarla yetkililər arasında aparılan
danşıqlar nəticə verməyib. Avtovağzal rəhbərliyi bildirib ki, Nəqliyyat
Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq sabahdan “Mercedes sprinter”
markalı avtobuslara rayonlara sərnişin daşımaq yasaqlanacaq.
Mənbənin sözlərinə görə,
danışıqlar nəticəsiz başa çatdığı üçün 40-a qədər sürücü Nəqliyyat Nazirliyi
qarşısında etiraz aksiya keçirməyə hazırlaşır. Yaxın dəqiqələrdə onların media
vasitəsi ilə yetkililərə videomüraciətlər ünvanlayacağı da gözlənilir.