Haqqımızda
 
Moderator.az xəbər portalı 1 noyabr 2012-ci il tarixində fəaliyyətə başlayıb.  Saytın qurucusu mərhum jurnalist Zülfüqar Hüseynzadə olub. Onun təşəbbüsü və ideyası əsasında yaradılan Moderator.az qısa müddətdə ölkənin informasiya məkanında özünəməxsus mövqe qazanıb.
 
Yarandığı gündən etibarən əsas məqsədimiz cəmiyyət üçün əhəmiyyət kəsb edən hadisələri operativ, dəqiq və qərəzsiz şəkildə oxuculara çatdırmaqdır. Portal Azərbaycanın ictimai-siyasi, sosial və mədəni həyatında baş verən yenilikləri diqqət mərkəzində saxlayır, eyni zamanda regionda və dünyada cərəyan edən mühüm prosesləri oxuculara təqdim edir.
 
Moderator.az gündəlik xəbər axını ilə yanaşı, analitik yazılar, eksklüziv müsahibələr, reportajlar, araşdırmalar və müəllif mövqeləri ilə seçilir. Redaksiya fəaliyyətində obyektivlik, operativlik, peşəkarlıq və müstəqillik əsas prinsiplərdir. Sayt hər hansı siyasi və ya kommersiya təsirindən kənar, ictimai maraqları üstün tutaraq fəaliyyət göstərir.
 
Portal müxtəlif sahələri – siyasət, iqtisadiyyat, təhsil, səhiyyə, mədəniyyət, texnologiya və digər istiqamətləri əhatə edir. Məqsədimiz təkcə xəbər yaymaq deyil, həm də hadisələrin mahiyyətini açmaq, cəmiyyətdə sağlam və əsaslı müzakirə mühiti formalaşdırmaqdır.
 
Moderator.az qurucusu Zülfüqar Hüseynzadənin peşəkar jurnalistika ənənələrinə sadiq qalaraq fəaliyyətini davam etdirir və cəmiyyətin informasiya hüququna xidmət edir.
 
Moderator.az 1 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının Media Reyestrinə daxil edilib. 
 
Главные новости
День
Неделя
Месяц
Последние новости
Последние новости