Nankorluq ermənilərin qanındadır. Onlar həmişə yemək yedikləri qaba tüpürüblər. Erməni üçün heç vaxt dost anlayışı olmayıb. Onlar ən yaxın dostlarını bir qarın yeməyə satıblar. Qulağımızın dibində yaşadıqları üçün biz dəfələrlə bunun şahidi olmuşuq.
Ermənilər həm də ikiüzlü və yaltaqdırlar. Güclüyə yaltaqlanmaq, zəifə badalaq vurmaq onların xislətindədir. Bu coğrafiyaya ayaq açandan bəri rusun sədaqətli köpəyinə çevriliblər. Birinci dünya Müharibəsində Osmanlıya xəyanət etdikləri üçün qulaqlarının biri kəsilsə də, bundan dərs çıxarmadılar. Görünür, o biri qulaqlarını da kəsmək lazımdır ki, ağılları başlarına gəlsin...
Artıq dördüncü gündür ki, biz bu üzdəniraq qonşularımızla müharibə edirik. İlk gülləni yenə onlar atsa da, bu dəfə tülkü kimi aradan çıxa bilmədilər. Azərbaycan əsgəri onları qarabaqara izləyir. Son 30 ildə törətdikləri cinayətlərin cavabını bir-bir verəcəklər. Səbr kasamızı daşırmaları ermənilərə baha başa gələcək. Həmin kasanı onların başında sındıracağıq.
Biz söy-kökü, şanlı keçmişi, işıqlı gələcəyi olan xalqıq. Heç vaxt yıxılana balta vurmamışıq. Aman diləyini həmişə bağışlamışıq. Düşmənçiliyi də kişi kimi aparmışıq. İkinci Qarabağ müharibəsindəki davranışlarımız da bunu sübut edir. Hələ müharibənin ilk günü Azərbaycanın Müdafiə Nazirliyi mülki erməni əhalisinə müraciət edərək, hərbi obyektlərdən uzaq durmağı tövsiyyə etdi. Biz arvad-uşaqla vuruşmuruq. Silahsız insanlar bizim hədəfimizdə deyil. Azərbaycan Ordusu Cenevrə konvensiyasının bütün müddəalarına dəqiqliklə əməl edir. Əgər qarşı tərəfdən bir nəfər mülki vətəndaş ölübsə, bunu günahı Ermənistanın hərbi-siyasi rəhbərliyindədir.
Arvad-uşaq arxasında gizlənmək ermənilərin çoxdankı adətidir. Azərbaycan Ordusu ilə açıq döyüşdən qorxan ermənilər mülki azərbaycanlıları hədəf alıblar. Təkcə Ağdamın, Tərtərin, Goranboyun mülki əhalisi deyil, hətta cəbhə bölgəsindən onlarla kilometr kənarda yerləşən Daşkəsən əhalisi də atəş altındadır. Ermənilər bu günə kimi Azərbaycanın 12 mülki vətəndaşını öldürüb, 40-a yaxın insanı yaralayıblar. Günahsız insanlara atılan güllələr Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyan beynəlxalq təşkilatların gözünə girsin.
Paşinyanın azca ləyaqəti olsaydı, ona deyərdim: gücünü arvad-uşağa göstərmə, kişi ol! Erməni xislətindən əl çək, günahsız insanların qanını axıtma. Cəsarətin varsa, meydana çıx, kişi kimi döyüş. Amma hardadı səndə o kişilik?..
Bizim alnımıza döyüş, sizin alnınıza söyüş yazılıb.
Hətta uzaqdan da oxunur...
Seymur VERDİZADƏ