“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Laçın dəhlizi ilə silah və hərbi texnikanın daşınması ilə bağlı faktlar ortaya çıxdı...”-TARİX
Elm və Təhsil
1892
24 Jul 2024 | 18:24

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Laçın dəhlizi ilə silah və hərbi texnikanın daşınması ilə bağlı faktlar ortaya çıxdı...”-TARİX

“Avropa İttifaqı Ermənistan ərazisində “mülki missiya”nın yerləşdirilməsi ilə bağlı qərar qəbul etdi və fevral ayında 100 nəfərə yaxın mülki müşahidəçilərin daxil olduğu ilk qrupu Ermənistanın Azərbaycanla şərti sərhədinin yaxınlığına yerləşdirdi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada:  )
 
Azərbaycanın xarici siyasəti və hərbi gücü (2000-2024-cü illər)- XXXXXI mövzu
 
Xarici siyasət və hərbi güc bir-birini tamamlayan iki vacib amildir. Bir çox hallarda, xüsusilə də İkinci Qarabağ müharibəsinin gedişində bu, özünü aydın şəkildə göstərdi. XXI əsrin əvvəllərində Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri bir daha dəqiqləşdirildi [25].
 
Hazırda Azərbaycan dünyanın BMT-yə üzv olan 193 ölkəsindən 184-ü ilə, həmçinin Fələstin və Vatikanla diplomatik əlaqələrə malikdir [57]. Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edildi [8]. 2002-ci ilin noyabrında isə Azərbaycan NATO Parlament Assambleyasının Assosiativ üzvlüyünə qəbul edildi [17].
Azərbaycanın xarici siyasəti ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin danışıqlar yolu ilə aradan qaldırılmasına yönəlmişdi. 2001-ci ilin aprelində prezident Heydər Əliyev ABŞ-ın Ki-Uest şəhərində növbəti dəfə Ermənistanın işğalçı və ilhaqçı niyyətlərindən əl çəkməsinə nail olmağa cəhd etdi [45]. Bu vaxtdan başlayaraq ABŞ rəhbərliyi Azərbaycana qarşı qərəzli mövqeyini bir qədər yumşaltdı, 2002-ci ilin yanvarında ABŞ prezidenti C. Buş ilk dəfə “Azadlıq Aktı”na 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılmasına dair qərar qəbul etdi [2]. ABŞ prezidentləri həmin vaxtdan hər il 907-ci düzəlişin fəaliyyətini müvəqqəti dayandırmaqla bağlı qərar verir, amma tam ləğv etmirlər.
 
Ermənistanla münasibətdə prezident İlham Əliyev sərt və barışmaz mövqe tuturdu. Ermənistan Azərbaycanın ərazilərinin 20%-ni işğal altında saxlayır və müxtəlif vasitələr, o cümlədən, beynəlxalq təşkilatların, bəzi dövlətlərin himayəsi, “xalq diplomatiyası” ilə rəsmi Bakını reallıqla barışmağa, təslimçi sülhə təhrik etməyə çalışırdı. Azərbaycan rəhbərliyi və cəmiyyətində daha tez-tez məsələnin hərbi yolla həllinə dair tələb və çağırışlar səsləndirilirdi [80].
 
Beynəlxalq təşkilatların və Rusiyanın vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqları heç bir nəticə vermir, imzalanan sənədlərə əməl olunmurdu. Davamlı şəkildə lokal hərbi toqquşmalar baş verirdi. 2008-ci ilin mart ayında Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında Tərtər istiqamətində atəşkəs dövrünün ən irimiqyaslı döyüşü baş verdi [58]. 2010, 2012, 2014-cü illərdə yenidən lokal hərbi əməliyyatlar baş verdi. 2016-cı il 2-5 apreldə “Dördgünlük müharibə” və ya “Aprel döyüşləri” baş verdi. Aprel döyüşləri Azərbaycanın qələbəsi ilə başa çatdı, Rusiyanın təşəbbüsü ilə atəşkəs bərpa olundu. Hər iki tərəf ciddi itkilərə məruz qaldı [56].
 
Aprel döyüşlərindəki məğlubiyyət Ermənistanda hakimiyyət böhranına səbəb oldu, Azərbaycanla Ermənistan arasında təmaslar, demək olar ki, dayandı və 2018-ci ildə Ermənistanda siyasi rəhbərlik dəyişdi, Nikol Paşinyan hakimiyyətə gəldi. N. Paşinyan danışıqlara ciddi əhəmiyyət vermir, Azərbaycan torpaqlarının ilhaqına çalışır, təhrikedici çıxışlar və hərəkətlər edirdi. Onun bu hərəkətləri 2020-ci ilin yayında Tovuz hadisələrinə gətirib çıxardı. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Tovuz rayonu istiqamətində irəliləməyə, döyüş mövqeyini ələ keçirməyə cəhd göstərdi [96]. Hərbi əməliyyatlar əsasən 4 gün davam etdi, Azərbaycan düşmənin geri çəkilməsinə nail oldu. Hər iki tərəfdən itkilər oldu. Azərbaycan tərəfdən 12 hərbçi həlak oldu, 4 nəfər yaralandı, həmçinin 1 dinc sakin düşmən atəşinin qurbanı oldu [94]. Erməni tərəfi ölən və yaralananlarla 100 nəfərə yaxın hərbi qulluqçusunu itirdi [85]. Döyüşlərin gedişində general-mayor Polad Həşimovun həlak olması [79] Azərbaycan cəmiyyətində qəzəblə qarşılandı, düşmənə qarşı müharibənin başlanması tələbləri kütləvi xarakter aldı.
 
Ermənistan rəhbərliyinin real danışıqlardan yayınması və cəbhə boyunca təxribat törətməsinə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks hücuma keçdi. Bununla İkinci Azərbaycan-Ermənistan müharibəsinin son mərhələsi və yaxud İkinci Qarabağ (Vətən) müharibəsi, “Qırx Dörd Günlük Müharibə” başladı [51]. Azərbaycan beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin hərbi əməliyyatların dayandırılması təklifinə müsbət yanaşdı, lakin Ermənistan hər dəfə razılaşmanı pozaraq döyüşləri davam etdirməyə cəhd göstərdi. Nəhayət, 2020-ci il noyabrın 10-da Moskvanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan, Rusiya rəhbərləri arasında birgə bəyanat imzalandı. Sənədin şərtlərinə görə, atəşkəs elan olundu, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsini tərk etdi, bölgəyə təxminən 2000 nəfərlik rus sülhməramlıları yerləşdirildi [82]. Bu bəyanatla bəzi digər məsələlər də razılaşdırıldı, həmçinin Azərbaycanın müharibədə qələbəsi təsbit edildi.
 
Bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası, nəqliyyat yollarının açılması və digər məsələlərə dair danışıqlar prosesi, həmçinin bu prosesdə kimin təşəbbüsünün həlledici olacağı ilə bağlı Qərblə Rusiya arasında rəqabət başladı. İlk vaxtlar təşəbbüs Rusiyanın tərəfində idi. Rusiyanın təşəbbüsü ilə 2021-ci il yanvarın 11-də Moskvada üçtərəfli görüş oldu, Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan növbəti birgə bəyanatı imzaladı. Bu sənəddə əsas diqqət kommunikasiyaların açılmasına yönəldildi və bunun üçün 3 ölkənin baş nazirlərinin müavinləri səviyyəsində İşçi qrup yaradıldı [95].  Həmin il noyabrın 26-da eyni formatda Soçidə görüş oldu, tərəflər Azərbaycanla Ermənistan arasında vəziyyəti müzakirə etdi [93]. Az sonra Qərb təşəbbüsü ələ aldı, dekabrın 14-də Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə Şarl Mişel, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli, sonra isə Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında ilk dəfə təkbətək görüş oldu. Görüşlərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olundu. Ş. Mişel müzakirə olunan məsələlər barəsində mətbuata açıqlamalar verdi [98]. Danışıqlar növbəti ilin payızında yenidən bərpa olundu. 2022-ci il oktyabrın 6-da Qərbin təşəbbüsü ilə yeni formatda görüş keçirildi. Praqa şəhərində baş tutan bu görüşdə İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan formatına Fransanın prezidenti Emmanuel Makron da qoşuldu. Müzakirələrdən sonra Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını, BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiq qaldıqlarını bildirdilər [73].
2023-cü ilin birinci yarısında müxtəlif formatlarda təkliflər verildi, müzakirələr aparıldı. Yanvar ayında Avropa İttifaqı Ermənistan ərazisində “mülki missiya”nın yerləşdirilməsi ilə bağlı qərar qəbul etdi və fevral ayında 100 nəfərə yaxın mülki müşahidəçilərin daxil olduğu ilk qrupu Ermənistanın Azərbaycanla şərti sərhədinin yaxınlığına yerləşdirdi. Avropa İttifaqı bu missiyanın məqsədinin hərbi qarşıdurmanın qarşısının alınmasından ibarət olduğunu bildirdi [81]. Azərbaycan bu təşəbbüsə loyal yanaşdı, ciddi etiraz etmədi. Bu dövrdə Laçın dəhlizi ilə bağlı bir sıra təhlükəli məqamlar məlum oldu. Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdəki qanunsuz erməni silahlı dəstələri fəallaşdı, ciddi təxribatlar törətdi, müxtəlif məntəqələrdə, o cümlədən, Laçın dəhlizi ilə silah və hərbi texnikanın daşınması ilə bağlı faktlar ortaya çıxdı. Azərbaycan rəhbərliyi 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın ərazilərimizin erməni hərbi, silahlı dəstələrindən təmizlənməsinə dair şərtinin Rusiya sülhməramlıları tərəfindən yerinə yetirilmədiyini bir daha diqqətə çatdırdı. Azərbaycan yaranmış vəziyyətə görə əks tərəfin və onu himayə edən dövlətlərin məsuliyyət daşıdığını bildirdi və vəziyyətə nəzarəti ələ götürmək məqsədilə birtərəfli qaydada qərar qəbul edərək, aprelin 23-də Laçın dəhlizində, Azərbaycanla Ermənistanın şərti sərhədi yaxınlığında, Həkəri çayı üzərində Nəzarət Buraxılış Məntəqəsi (NBM) qurdu [67].
 
Bundan sonra Qərb və Rusiya ciddi şəkildə fəallaşdı, ABŞ-ın təşəbbüsü ilə mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında [64], mayın 14-də Brüsseldə İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan formatında [74], mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan arasında [75], iyunun 1-də isə Kişinyov şəhərində Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk dəfə beştərəfli formatda görüş [72] keçirildi. Bu görüş və danışıqlarda razılaşdırılmış və razılaşdırılmamış məqamların olduğu bildirildi, lakin konkret nəticələr əldə olunmadı. Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında iyulda Brüsseldə keçirilən növbəti görüşdə də konkret sənəd imzalanmadı [33]. Rusiya xarici işlər nazirliyi Brüssel danışıqlarına sərt reaksiya verərək bəyanatla çıxış etdi, danışıqların Moskva formatına qaytarılması iddiasını irəli sürdü. Azərbaycan Rusiya xarici işlər nazirliyinə eyni dərəcədə sərt cavab verərək, rəhbər tutduğu əsas prinsipləri bir daha bəyan etdi [41]. Diplomatik səylərin davam etdirilməsi məqsədilə 2023-cü il oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan, Fransa, Almaniya, Ermənistan rəhbərləri İlham Əliyev, Emmanuel Makron, Olaf Şolts, Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə beştərəfli görüşün keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan son anda görüşdə Türkiyə prezidentinin də iştirakını təklif etdi, təklif qəbul edilmədiyinə görə iştirakdan imtina etdi. Azərbaycanın iştirakı olmadan dördtərəfli bəyanat qəbul olundu və həmin sənəddə Azərbaycana qarşı əsassız iddialar irəli sürüldü [31]. Bu vaxtdan etibarən erməni tərəfi və onların havadarlarının günahı ucbatından danışıqlar dalana dirəndi, Azərbaycanın sülh müqaviləsinə dair təkliflərinə adekvat reaksiya verilmədi. 
 
(Davamı var)


Ədəbiyyat:

 

 1. Ali Hərbi Təyyarəçilik və Dənizçilik məktəbləri ləğv olundu.- poliqon.az/ ali-herbi-teyyarecilik-ve-denizcilik-mektebleri-legv-olundu/.

2. ABŞ-ın ikili standartlar siyasəti.- “İki sahil” qəzeti, 2010, 13 aprel, s. 12.

3. Ankarada TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirilib.- oxu.az/politics/ 707820.

4. Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı…- azertag.az/xeber/Aİ_nin_quot_Serq_ terefdasligi_quot_Proqrami_uzre_seferi_Cenubi_Qafqazdaki_veziyyet_barede_melumatlandirilib-2491250.

5. Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb.- report.az/herbi-xeberler/ azerbaycanda-milli-mudafie-universiteti-yaradilib/.

6. Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəliləyib.- azvision.az/ news/316447/news.html.

7. Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir.-web.archive.org/ web/20220523032222/ //www.bbc.com/azeri/azerbaijan-57083506; Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin məlumatı.-mfa.gov.az/aznews/no16521-azerbaycan-respublikasi-xarici-işler-nazirliyi-metbuat-xidmeti-idaresinin -melumati.

8. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv...- azerbag.az/xeber/ Azerbaycanin_Avropa_Surasina_tamhuquqlu_uzv_qebul_olunmasindan_16_il_kechir-1029568.

9. Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirdi.-konkret.az/azerbaycan-ordusu-qisas-emeliyyati- keçirdi/.

10. Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.-web.archive.org/ web/ 20220803162243///mod.gov.az/az/news/azerbaycan-ordusu-qisas-emeliyyati-keçirib-video-41224.html.

11. Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir.-azvision.az/ news/ 329976/news.html.

12. Azərbaycan Ordusunun nəzarətə götürdüyü yüksəkliklərin sayı açıqlandı.-tribunainfo.az/azerbaycan-ordusunun-nezarete- goturdu-yuksekliklerin -sayi-açiqlandi/.

13. Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək.-  ordu.az/az/news/129816/azerbaycanda-herbi-parad-kecirilecek.

14. Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü haqqında.- e-qanun.az/framework/3682.

15. Azərbaycan Rusiya ilə müttəfiqlik haqqında Bəyannamə imzaladı.- bbc.com/azeri/azerbaijan-60474535.

16. Azərbaycan Silahlı Qüvvələri günüdür.- web.archive.org/web/ 20220325090035/  //www.amerikaninsesi.org/a/Ordu/3915821.html.

17. Azərbaycan və NATO Parlament Assambleyası.- nato-pfp.mfa.gov. az/az/30/ azerbaycan-ve-nato-parlament-assambleyasi.

18. Bu gün Hərbi Dəniz Donanma Günüdür.- web.archive.org/web/ 20211025103432/ //www.goal.az/project/news/44725.

19. Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Litsey.- web. archive.org/ web/20230122194422/ //mod.gov.az/az/cemsid-naxcivanski-ve-heyder-eliyev-adina-herbi-lisey-200/.

20. Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib.- 525.az/news/ 223983-cozef-bayden-prezident-ilham-əliyevi-təbrik-edib.

21. Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun birgə məlumatı.- “Azərbaycan” qəzeti, 2023, 20 sentyabr, s.1.

22. Düşmənin itkiləri barədə...- bakupost.az/dusmenin-itkileri-barede-yeni-melumatlar-200-olu-400-yarali.

23. Fərrux yüksəkliyinin azad olunması...-web.archive.org/web/ 20220331194625/ //teleqraf.com/news/toplum/3211514.html.

24. Hərbi Hava Qüvvələri.- web.archive.org/web/20220812170134/ //mod.gov.az/az/herbi-hava-quvveleri-260/.

25. Xarici siyasət.- azerbaijans.com/content_1595_az.html.

26. Xocavənddə 4 polisin ölümü: terrorçular saxlanıldı.- axar.az/news/ gundem/ 787744.html.

27. İkitərəfli münasibətlər.- kiev.mfa.gov.az/az/content/3/ikiterefli-munasibetler.

28. İlham Əliyev Daşkənddə İran prezidenti ilə görüşüb.- report.az/xarici-siyaset/daskendde-prezident-ilham-eliyevin-iran-prezidenti-seyid-ibrahim-reisi-ile-gorusu-olub/.

29. İsrail və Azərbaycan: “Mehriban münasibətlər və gələcək perspektivlər”.- report.az/analitika/israil-ve-azerbaycan-mehriban-munasibetler-ve-gelecek-perspektivler/29.05.2023.

30. “Keşiçidağ”da Gürcüstan vətəndaşları insident törədib.- web.archive.org/ web.20210928163656/ //virtualaz.org/aktual/144369.

31. Qranadada “4-lü” bəyanat: Bakıya qarşı 3 maddə.- axar.az/news/ gundem/ 792328.html.

32. Quru qoşunları.- web.archive.org/web/20220812170132/ //mod. gov.az/az/quru-qosunlari-686/.

33. Michel Ch. : Zorakılıq və sərt ritorika sülh naminə dayandırılmalıdır.- bbc.com/azeri/articles/cxwgmn43gmko.

34. Müdafiə naziri yeni yaradılan Komando hərbi hissəsində olub.- web.archive. org/web/20211226132846/ //mod.gov.az/az/news/mudafie-naziri-yeni-yaradilan-komando-herbi-hissesinde-olub-video-38050.html.

35. Müdafiə Sənayesi Nazirliyinin yaradılması. mdi.gov.az/az/nazirliyin-yaradilmasi-26.

36. Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 17 il ötür.- poliqon.az/ mudafie-senayesi-nazirliyinin-yaranmasindan-17-il-otur/.

37. Müstəqil Azərbaycanda hərbi paradlar.- adalet.az/w226161.

38. Ombudsman nümayəndələri Söyüdlü kəndinin həbsdə olan sakinləri ilə görüşüb.- amerikaninsesi.org/a/7149569.html.

39. 19-20.09.2023-cü il tarixində keçirilmiş antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısı.- mod.gov.az/images/pdf/ 258a06305532057 04e85cdd7aa41a038.pdf.

40. Prezident İlham Əliyevin xalqa müraciəti.- prezident.az/az/articles/ view/61113.

41. Rəsmi Bakıdan Rusiya XİN-in bəyanatına sərt cavab. 15.07.2023.- sputnik.az/ 20230715/resmi-baki-rusiya-xin-in-beyanatini-serh-edib-456842386. html.

42. 8 noyabr Zəfər Günü: Xankəndidə hərbi parad keçirilib.- bbc.com/azeri/ articles/c724zlr90n10.

43. Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaması...- azertag.az/xeber/Nazir_Seudiyye_Arebistaninin_Ermenistanla_diplomatik_ elaqeler_qurmamasini_yuksek_qiymetlendiririk-2414774.

44. Şuşa Bəyannaməsinin tam mətni.- report.az/xarici-siyaset/susa-beyannamesinin-tam-metni/.

45. Tarixi Ki-Uest görüşünün 20 ili...- pia.az/amp/?id=396828.

46. Türk Dövlətləri Təşkilatı (TDT), 14.06.2023.- minenergy.gov.az/az/ beynelxalq-teskilatlarla-elaqeler/turkdilli-dovletlerin-emekdasliq-surasi.

47. Türk Dövlətləri Təşkilatı Sammitinin əhəmiyyəti.- trt.net.tr/azerbaycan/ proqram/2022/11/18/türk-dovl-tl-ri-t-skilati-sammitinin-h-miyy-ti-1907597.

48. Türk Dövlətləri Təşkilatının Zirvə görüşü.- amerikaninsesi.org/a/ 7340098.html.

49. Türk dünyasının çatı quruluşu…- qha.com.tr/haber/arsivi/turk-dunyasinin-cati-kurulusu-turk-kenesi-10-yilinda-93438.

50. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri...- prezident.az/az/articles/view/60232; İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü...- prezident.az/az/articles/ view/60277.

51. Armenia-Azerbaijan clashes kill at least 16, undermine regional stability (27.09.2020).- reuters.com/article/us-armenia-azerbaijan/armenia-azerbaijan-clashes-kill-at-least-16-undermine-regional-stability-idUSKBN2606E.

52. Azerbaijan Military Personel.- globalsecurity.org/ military/world/ azerbaijan/ personnel.htm.

53. Azerbaijan-South Africa Bilateral Relations.- web.archive.org/web/ 20201031092208/ //pretoria.mfa.gov.az/files/Bilaterial_Relations_ Azerbaijan-SA.pdf.

54. Cornell S. E. The Nagorno-Karabakh Conflict.- Uppsala University: Department of East European Studies, 1999, s. 41.- web.archive.org/ web/20210905153354/ //is.muni.cz/ el/fss/jaro2019/POL587/um/Cornell_ The_Nagorno-Karabakh_ Conflict.pdf.

55. EU Statement on opening of the Baku-Tbilisi-Kars railway.- eeas.europa.eu/ node/34825_en.

56. Haut-Karabagh: comment L`Azerbaidjan a change la donne.- web.archive.org/ 20160419231940/ //www.lopinion.fr/blog/secret-defence/ haut-karabagh-comment-l-azerbaidjan-a-change-donne-101092.

57. Republic of Azerbaijan ministry of foreign affairs.- web.archive.org/web /201 91018132330/ //www.mfa.gov.az/?language=en&options=content&id =546.

58. Shootout contineus on Armenia-Azerbaijan contact-line since morning, death tool rises.- web.archive.org/web/20120209051935/ //en.apa.az/news. php?id=45150.

59. The Military Balance 2022/İnternational İnstitute for Strategic Studies.- Abingdon: Taylor & Francis, 2022.- s.504.

60. The War College of the Armed Forces.- web.archive.org/ web/ 20220817121752/ //mod.gov.az/en/war-college-of-the-armed-forces-435/.

61. Turk Says Russia is Tangled in Caucasus War.- The New York Times, 15.04.1993.- web.archive.org/web/20160303165416///www.nytimes.com/ 1993/04/15/world/turk-says-russia-is-tangled-in-caucasus-war.html?scp=1&sq= Kelbacar&st=cse.

62. Ukraine War, Energy İssues Muddle Azerbaijan-Armenia Pease Efforts.-voanews.com/a/ukraine-war-energy-issues-muddle-azerbaijan-armenia-pease-efforts/6749926.html.

63. UNAPF.- web.archive.org/web/20190510085540/ //unazerbaijan. org/en/what-we-do/unapf/.

64. Азербайджан и Армения обсудили в Вашингтоне мир и Лачин.- vedomosti.ru/politics/articles/2023/05/01/973315-azerbaidzhan-armeniya-obsudili-mir.

65. Азербайджан и Грузия открывают новые экономические перспективы в интересах региона.- trend.az/Azerbaijan/politics/3732147.html.

66. Азербайджан и НАТО (обзор взаимоотношений с 1992 по 2006 год).- web.archive.org/web/20120423001452/ //analitika.az/browse.php?sec _id=23.

67. Азербайджан назвал законным решением установку КПП в Лачинском коридоре.- rbc.ru/politics/23/04/2023/644587d09a794792d12c59f5.

68. Азербайджан открывает посольство в Израиле.- www.gov.il/ru/ departments/news/fm-cohen-meets-azerbaijan-fm-bayramov.

69. Азербайджанская армия входит в топ-30 в мире по количеству танков, РСЗО и САУ.- interfax.az/view/884135.

70. Азербайджанские миротворцы, выведенные из Афганистана, вернулись в Баку.- interfax.az/view/843531.

71. Азербайджан увеличит расходы на оборону в 2023 году почти на 5%.- rbc.ru/politics/16/09/2022/6323872c9a79471aa9c22fc7.

72. Алиев, Пашинян, Макрон, Мишель и Шольц проводят встречу в Кишиневе.- tass.ru/mezhdunarodnaya-panorama/17906017.

73. Армения и Азербайджан подтвердили приверженность целостности территорий.- regnum.ru/news/3717666.

74. Брюссельская встреча…- az.sputniknews.ru/20230515/brysselskaya-vstrecha-pochemu-net-konkretnykh-dokumentov-mezhdu-baku-i-erevanom-454874213. html.

75. В Москве завершилась встреча лидеров России, Азербайджана и Армении.- riamo.ru/article/643472/v-moskve-zavershilas-vstrecha-liderov-rossii-azerbajdzhana-i-armenii.

76. Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Армении Сержа Саргсяна при посредничестве Дмитрия Медведева.- 2 ноября 2008 года.- web.archive.org/web/20211028144931///kremlin.ru/events/ president/news/1960.

77. В ходе Карабахской войны… web.archive.org/web/20120614231853/ //ru.salamnews.org/ru/ news/read/50006/predstavitel-ayatoll-xamenei-v-xode-karabaxskoy-voyni-mi-avtokolonnami-postavlyali-azerbaydjanu-voorujenie.

78. Генч С. Отнашения между ГУАМ и Турцией.- Центральная Азия и Кавказ (журналь), 2008, №3-4 (57-58), s. 191.- web.archive.org/web/ 20220204184559/ //cyberleninka.ru/article/n/ otnosheniya -mezhdu-guam-i-turtsiey/pdf.

79. Замминистра обороны сообшил о гибели генерала Азербайджанской армии.- web.archive.org/web/ 20200714214731/ //az.sputniknews.ru/ karabakh/20200714/424431786/ general-armija-azerbaan-pogib.html.

80. Зубков К. Азербайджан угрожает Армении.- РБК daily, 28.11.2007.- archive.is/IP5D.

81. История урегулирования конфликта между Арменией и Азербайджаном с 2020 года.- tass.ru/info/17845181.

82. Конец войны в Карабахе.- web.archive.org/web/20201113002755/ // www.bbc.com/russian/news-54869066.

83. Краткий экскурс в американо-азербайджанские отнашения…- azertag.az/ru/xeber/Kratkii_ekskurs_v_amerikano_azerbaidzhasnkie_ otnosheniya _i_razmyshleniya_o_budushchem-819685.

84. Кто же все-таки признал Карабах?- kavkaz-uzel.eu/articles/282171.

85. Министерство обороны Азербайджана: «Мы призываем вас не тражировать ложние информации противника».- mod.gov.az/ru/ news/ ministerstvo-oborony-azerbajdzhana-my-prizyvaem-vas-ne-tirazhirovat-lozhnye-informacii-protivnika-31537.html.

86. Hаша страна не признает Армению в качестве государства.- regnum.ru/ news/704563? forprint.

87. Нефтепровод Баку-Тбилиси-Джейхан им. Гейдара Алиева. Справка.- web.archive.org/web/20180809060937///ria.ru/economy/ 20090417/ 168381928.html.

88. Новиков А.И. Отнашения Израиля со странами бывшего СССР.- web.archive.org/web/ 20090525045238/ //www.iimes.ru/rus/stat/2005/25-01-05.html.

89. Один человек погиб при нападении…- rbc.ru/politics/27/01/ 2023/ 63d3700c9a79477d2df3734a.

90. Одна нация-три страны: о сотрудничесиве Турции, Азербайджана и Пакистана.- eadaily.com/ru/news/2021/07/08/odna-naciya-tri-strany-o-sotrudnichestve-turcii-azerbaydzhana-i-pakistana.

91. Официальный визит Президента Азербайджанской Республики Гейдара Алиева в США (27 июля-06 августа 1997 года).- lib.alijevheritage. org/ru/6555664.html.

92. Парубочая Е.Ф.Сотрудничество Турции и Азербайджана в военной сфере на рубеже xx-xxı веков.- Вестн. Волгогр.гос.ун-та. Сер.4, Ист.2015, N-6(36), s.25.

93. Переговоры Путина, Алиева и Пашиняна завершились.- russian.rt.com/ ussr/news/932438-peregovory-putin-aliev-pashinyan.

94. Подразделения ВС Азербайджана уничтожили 20 армянских военнослужащих.- az.sputniknews.ru/20200716/ Podrazdeleniya-VS-Azerbaydzhana-unichtozhili-20-armyanskikh-voennosluzhaschikh-424455203. html.

95. Путин, Алиев и Пашинян приняли заявление о Карабахе.- rbc.ru/ politics/11/01/2021/5ffc676f9a794718f2cOe3c6.

96.  Сергей Лавров: Пандемия ускорила мыслительные процессы в Евросаюзе.- archive.ph/20201207124916/ //www.trud.ru/article/20-08-2020/1393051_ sergey_lavrov_pandemija_ uskorila_myslitelnye_protsessy_v_ evrosojuze.html.

97. Скончался азербайджанский военнослужащий… -az.sputniknews.ru/ 20220917/skonçalsya-azerbaydzhanskiiy-voennosluzhaschiy-pri-presechenii-provokatsii-vs-armenii-446189770.html.

98. Состоялась совместная встреча лидеров Азербайджана, ЕС и Армении.- report.az/ru/vneshnyaya-politika/v-belgii-nachalas-vstrcha-liderov-azerbajdzhana-armenii-i-soveta-es/.

99. Чернявский С. Россия и Азербайджан: особенности и основные направления межгосударственного сотрудничества в постсовецкий период.- Central Asia and Caucasus.- web.archive.org/web/20181027202247/ htttp://www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/03.shtml.

100. Экспортные трубoпроводы.- window2baku.com/oil7.htm.

 

 
Link kopyalandı!
Son xəbərlər