“Müstəqillik dövründə Azərbaycan kinematoqrafiyası son dərəcə zəifləmiş və bu gün də böhran içərisindədir…”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Siyasi, sosial-iqtisadi dəyişikliklər. Mədəniyyət (2000-2024-cü illər)...-XXXXX mövzu
Bu dövrdə Azərbaycanda sosial siyasətə xüsusi önəm verilib. Sosial siyasətin mahiyyəti əmək münasibətlərinin səmərəli inkişafını təmin etməklə yoxsulluğun və iqtisadi problemlərin aradan qaldırılmasından ibarətdir. Azərbaycanda minimum əmək haqqı tədricən nizama salındı, 2023-cü il yanvarın 1-dən 345 manat həcmində müəyyən edildi. [5]. Əmək pensiyasının aşağı həddi 310 manata qaldırıldı [22].
Həm sosial, həm də iqtisadi göstəricilərə aid olan bəzi məsələlər xüsusi əhəmiyyətə malikdir. 2013-cü ildə “ASAN xidmət” (Azerbaijan Service and Assesment Netüork-Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi) yaradıldı. Hazırda “ASAN xidmət”in 7-si Bakıda, 18-i bölgələrdə olmaqla 25 mərkəzi fəaliyyət göstərir. [4]. Yeni əsrin əvvəllərindən başlayaraq bu günə qədər 8 metro stansiyası, o cümlədən, Dərnəgül, Azadlıq prospekti, 8 Noyabr, Xocasən stansiyaları istifadəyə verildi. Ümumilikdə Bakı metropoliteni 27 stansiyadan ibarətdir [25].
Azərbaycan Avropanın vahid ali təhsil sisteminə inteqrasiya etmək məqsədilə 2005-ci ildə tam şəkildə Boloniya təhsil prosesinə qoşuldu [1]. 2009-cu ildə isə yeniliklərin əlavə olunması, sistemləşdirilməsi məqsədi ilə Milli Məclis tərəfindən “Təhsil haqqında Qanun” qəbul olundu [43]. 2022-ci ildə Təhsil nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil nazirliyinə çevrildi [44].
Elm sahəsində də uğurlar əldə edildi. Reaktiv mühərriklər üçün yeni növ yanacaq əldə edildi, informasiya emalının akustooptik metodları işləndi, fasiləsiz işləyən texnoloji proseslərin riyazi modelləşdirilməsi həyata keçirildi, türk dillərinin məntiqi tipinin yaradılması ideyası təklif edildi, Azərbaycan tarixinin problemləri ilə bağlı yeni konsepsiyalar təklif olundu, yeni əsərlər yaradıldı [7].
Mədəniyyətin müxtəlif sahələri müasir tələblərə uyğun olaraq inkişaf etdirildi. Memarlıq sahəsində islam, qotik, klassik, barokko, modern üslubları milli elementlərlə uyğunlaşdırılmışdır. Məşhur memarlıq abidələrindən Alov qülləsi, “SOCAR Tower”, Bakı Kristal Zalı, Bakı Olimpia Stadionu, Gəncə Dövlət Filarmoniyasının binası, Heydər Əliyev Mərkəzi, Heydər Məscidi, “Port Baku” və digərlərini göstərmək olar [12].
Müasir rəssamlarımızdan Sakit Məmmədov, Xanlar Əhmədov, Mir Nadir Zeynalov, Arif Əziz, Eldar Qurbanov, Səmədağa Cəfərov, Nağdəli Xəlilov və digərlərini qeyd etmək olar. Onların əksəriyyəti Dünya Rəssamlıq Akademiyasının üzvləridir. Sakit Məmmədov daha çox tanınır. Onun özünün üslubu və məktəbi vardır. Görkəmli tədqiqatçı Andrey Bajenov onun yaradıcılığını yüksək qiymətləndirir: “Sakit Məmmədovun əli intibah rəssamının əlinə bənzəyir” [36]. Onun “Xatirə şəkli”, “Oyun”, “Ad günü”, “Yaşasın İstanbul”, “Toy” və digər əsərləri dünyada maraqla qarşılanıb, bir çox ölkələrdə fərdi sərgiləri keçirilib [40].
Müstəqilliyin bərpası uğrunda mübarizə illərindən başlayaraq ədəbiyyat aparıcı mövqedən çıxış edir, insanların vahid ideya ətrafında birləşdirilməsində əvəzsiz rol oynayırdı. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz yaradıcılıqlarını yeni ruhla davam etdirdi. Xəlil Rzanın “Davam edir 37” şeirlər toplusu, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, “Göytürklər” pyesi, Famil Mehdi, Nəbi Xəzri, Fikrət Qoca, Baba Pünhan, Vaqif Səmədoğlu, Ramiz Rövşən və digərlərinin yeni əsərləri həvəslə oxunurdu [20, s. 352]. Yazıçılardan İsmayıl Şıxlının “Ölən dünyam”, İsa Muğannanın “Cəhənnəm”, Sabir Rüstəmxanlının “Ömür kitabı”, Əzizə Cəfərzadənin, Aqil Abbasın tarixi romanları, Əli Əmirlinin “Meydan”, İsi Məlikzadənin “Qırmızı şeytan”, həmçinin Rəşad Məcid, Ramiz Abbaslı, Qaraqan və digərlərinin müxtəlif səpkili əsərləri oxucuların rəğbətini qazandı, Çingiz Abdullayev, Varis, Elxan Elatlının detektiv janrında yazdıqları əsərlər dünya miqyasında tanındı, ən çox oxunan kitablar sırasına daxil oldular [20, s. 352-353].
Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” adlı psixoloji romanı 2016-cı ildə Azərbaycanda ən çox oxunan kitab oldu [47]. Vahid Məmmədlinin Azərbaycan ədəbiyyatında fentezi (fantastika janrının əsasən nağıl, əfsanələrə söykənən qolu) olan “Atropatena dastanı” trilogiyası, dünya ədəbiyyatında ilk qansız döyüş romanı olan “Tunc Allahın yükü”, milli-tarixi yaddaşı əks etdirən “Şəhrizad” və “Palıda sarılmış üzüm” romanları maraqla qarşılandı [46].
Musiqi sahəsində də müəyyən uğurlar əldə olundu. Klassik musiqi sahəsində Firəngiz Əlizadənin “Qarabağnamə” operasını qeyd etmək olar. O, bu əsərinə görə 2007-ci ildə UNESCO tərəfindən “Dünyanın artisti” adına layiq görüldü [37]. 2009-cu ildən başlayaraq Azərbaycanda klassik musiqi ilə bağlı Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı və Qəbələ Musiqi Festivalı keçirilir [52]. Digər bəstəkarlardan Oqtay Kazımovun “Hophopnamə” (1991), Süleyman Ələsgərovun “Solğun çiçəklər” (1997), Vasif Adıgözəlovun “Natəvan” (2003), Nazim Quliyevin “Xocalı” (2018), Pikə Axundovanın “Məhsəti” (2019) və digər operaları göstərmək olar. Bəstəkar Rizvan Sədirxanov “Səyyah Sindbad” adlı ilk rok-operasını (2017) yazdı [9].
Xalq musiqisinin muğam, aşıq, meyxana, rəqs sahələri inkişaf etdirildi. Aşıq yaradıcılığı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irsinin siyahısına daxil edildi [23]. Tanınmış ifaçılardan Aşıq Ədalət, Aşıq Əhliman, Aşıq Kamandar, Mikayıl Azaflı, Aşıq Zülfiyyə, Telli Borçalı və digərləri müasir dövrdə aşıq sənətinə öz töhvələrini verdi. Muğam ifaçılarından Alim Qasımov, Mənsum İbrahimov Azərbaycanın sərhəddindən çox-çox uzaqlarda tanınmış, ən qədim musiqi nümunələrimizi bacarıqla təbliğ etmişlər. Digər xanəndələrimiz Arif Babayev, İslam Rzayev, Əlibaba Məmmədov, Yaqub Məmmədov, Səkinə İsmayılova, tarzənlər Ağasəlim Abdullayev, Elçin Həşimov, Vamiq Məmmədəliyev, kamançaçılar Habil Əliyev, Şəfiqə Eyvazova, Elnur Əhmədov, Fəxrəddin Dadaşov və digərləri muğam ifaçılığı mədəniyyətinə böyük töhvələr verdilər. 2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan edildi [13]. 2005-ci ildən keçirilən televiziya muğam festivalları təbliğat, həmçinin gənc istedadların aşkar edilməsi baxımından əhəmiyyətli oldu [45]. 2009-cu ildən Muğam Dünyası Beynəlxalq Musiqi Festivalı keçirildi [50]. 1989-cu ildən Şuşada, Şuşanın işğalından sonra Ağdamda keçirilən Xarıbülbül Festivalı 2021-ci ildə fəaliyyətini bərpa etdi, 2022-ci ildən Xarıbülbül Beynəlxalq Folklor Festivalı adı ilə Şuşada davam etdirildi, 2023-cü ildə xüsusi təntənə ilə keçirildi [42]. 2024-cü ilin may ayında Şuşada “Xarıbülbül” beynəlxalq festivalı böyük coşqu ilə baş tutdu.
Müstəqillik dövründə Azərbaycan kinematoqrafiyası son dərəcə zəifləmiş və bu gün də böhran içərisindədir. Lakin ötən əsrin 90-cı illərində bir neçə maraqlı film, o cümlədən “Yarasa”, “Özgə vaxt” filmləri çəkilmişdir. Vətənpərvərlik mövzusunda “Fəryad”, “Arxada qalmış gələcək” kimi filmlər yaradılmışdır [11]. 2011-ci ildə Rüstəm İbrahimbəyovun “Kabusun gözü ilə” [64], 2020-ci ildə Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi beynəlxalq festivallarda iştirak etdi [40].
Bir çox sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun hərtərəfli dəstəyi həlledici rol oynayır.
Ədəbiyyat:
1. Ağaverdiyeva N. Ali təhsildə Boloniya sistemi.- “Səs” qəzeti, 2010, 26 iyun, s. 10.
2. Ağdamda Cümə məscidinin bərpası yekunlaşır.- moderator.az/az/ qarabagh /641313/agdam-cume-mescidinin-berpasi-yekunlasir/.
3. Azad edilmiş ərazilərin 70 min hektarı...- anspress.com/azad-edilmis-erazilerin-70-min-hektari-minalardan-temizlenib.
4. “ASAN xidmət”in fəaliyyəti ilə bağlı “Data Portal”.- web.archive.org/ web/20220801125310/ //vxsida.gov.az/statisties/.
5. Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat oldu.- azerbaycan24.com/ azerbaycanda-minimum-ayliq-emekhaqqi-345-manat-oldu-serencam/.
6. Azərbaycanda ölüm hökmünün ləğvi.- modern.az/az/news/330035.
7. Azərbaycan elminin uğurları.- azerbaijans.com/content_607_az.html.
8. Azərbaycan əhalisinin milli tərkibi.- modern.az/az/news/159429.
9. Azərbaycanın ilk rok-operası.- modern.az/az/news/148870.
10. Azərbaycanın ilk kosmik peyki orbitə uçub.- bbc.com/azeri/azerbaijan/ 2013/02/ 130206_azeri_first_satellite.
11. Azərbaycan kinosunun tarixi.- azerbaijanfilmproduction.com/az/ haqqimizda /azerbaijan-kinosu.
12. Azərbaycan mədəniyyəti. Müasir memarlıq.- axtar.len.az/?q= Azərbaycan_ mədəniyyəti#Müasir_dövr.
13. Azərbaycan muğamı.- azerbaijan.az/related-information/39.
14. Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabat.- minenergy.gov.az/uploads/Hesabatlar/son%20son-Hesabat%20NK%202022_ v7.pdf.
15. Azərbaycan Respublikasının İnkişafı Naminə...- ict.az/mobile/az/ content/88.
16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında...- e-qanun.az/framework/1407.
17. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında...- president.az/az/articles /view/20630.
18. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsinin (referendumun) yekunları haqqında...- qanun.az/framework/16449.
19. “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası - İqtisadiyyat”.- web.archive.org/web/20210830233924/// files.preslib.az/ projects/azerbaijan/ gl4.pdf.
20. Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı, “Elm”, 2008.
21. Dünya Azərbaycanlılarının I Qurultayı.- files.preslib.az/projects/ diaspora/c1.pdf.
22. Əmək pensiyaları haqqında...-e-qanun.az/framework/11566.
23. İbrahimov R. “Aşıq sənəti yalnız Azərbaycan xalqına məxsusdur”.- web.archive.org/ web/20150407231423/ //bizimyol.info/news/ 22319.html.
24. Hacızadə E. Dünya iqtisadiyyatı və Azərbaycan. Dərslik. Bakı, “Letterpress” nəşriyyat evi. 2018.
25. İlham Əliyev Bakı Metropoliteninin “Xocasən” stansiyasının...- report.az/daxili siyaset/ilham-eliyev-baki-metropoliteninin-xocesen-stansiyasinin-acilisinda-istirak-edib/.
26. İlham Heydər oğlu Əliyev.- prezident.az/az/pages/view/president/ biography.
27. İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda iştirak edir.- “Azərbaycan” qəzeti, 2023, 07 dekabr, s. 2.
28. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi” publik hüquqi şəxs.- mincom.gov.az/view/organization/34.
29. İnformasiya-kommunikasiya texnologiyaları.- kayzen.az/blog/ informatika /24819/informasiya-kommunikasiya-texnologiyaları.html.
30. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”...- e-qanun.az/framework/1405.
31. İşğaldan azad olunmuş ərazilərdə Yaşıl Enerji Zonası.- area.gov.az/az/ page/layiheler/yasil-enerji-zonasi/yasil.
32. XXI əsrin, üçüncü minilliyin qarşılanması ilə bağlı...- e-qanun.az/ framework/177.
33. Konstitusiyada əlavə və dəyişikliklər...- “Azərbaycan” qəzeti, 2009, 17 fevral, s. 7.
34. Mehriban Arif qızı Əliyeva.- president.az/az/pages/view/first-vice-president/biography.
35. Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı...- qanuninfo.az/index.php?newsid=36116; Bu Milli Məclisdə 9 partiya...- modern.az/bu-milli-meclisde-9-partiya-temsil-olunacaq-siyahi/227042.
36. Müasir dövrdə Azərbaycan təsviri sənətinin rolu və mövqeyi.- azerbaijan.az/related-information/176.
37. Musiqi sənətinin inkişafı tarixi.- web.archive.org/web/20160109205934/ //www.azerbaijan.az/portal/Culture/Music/music_a.html.
38. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 29-da Zəngilanda çıxışı.- qafqazinfo.az/news/detail/qarabagin-berpasina-budceden-7-milyard-dollar-xerclenib-413809.
39. Sadıqlı F. Bakı-Tbilisi-Ərzurum kəməri Azərbaycanı qaz ixracatcısı kimi tanıtdı.- “Azərbaycan” qəzeti, 2022, 3 iyul, s.6.
40. Sarıyeva İ. “Dünyada Azərbaycanı tanıdan müasir rəssamlar”...- “Bakı Xəbər” qəzeti, 2017, 16-18 avqust, s. 15.
41. Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu.- e-qanun.az/framework/53163.
42. Şuşada “Xarıbülbül” Festivalı başlayır.- web.archive.org/web/ 20230518134913/ //www.qafqazinfo.az/news/detail/susada-xaribulbul-festivali-baslayir-video-399798.
43. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 2009-cu il.- baku.edu.gov.az/page/281/2476.
44. Təhsil nazirliyinin adı dəyişdirildi. Fərman.- oxu.az/politics/627402.
45. VII Muğam Televiziya Müsabiqəsi...- culture.gov.az/az/umumi xeberler/vii-mugam-televiziya-musabiqesi-basa-catir (10.06.2019).
46. Yusifli V. Milanda ölüm.- adalet.az/az/writers/detail/milanda-olum-15554.
47. Zərif N. Tilsim sındı- Azərbaycanlı yazıçı xariciləri üstələdi.- news. milli.az/ country/507460.html.
48. BP Statistical Review of World Energy June 2017.- British Petrolium (июнь 1917).- bp.com/content/dam/bp/en/corporate/pdf/energy-ecenomics/ statistical-review-2017/bp-statistical-review-of-world-energy-2017-full-report.pdf.
49. Grater Tom. “In Between Dying: Watch Debut Trailler For Venice Completition Pic.- deadline.com/video/in-between-watch-debut-trailer-venice-completition/.
50. Mugam feast in prospekt.- web.archive.org/web/20140408224830/ //news.az/articles/culture/32515.
51. Statistical Review of World Energy 2020.- bp.com/content/ dam/bp/business-sites/en/global/corporate/pdfs/energy-economics/statistical-review/bp-stats-review-2020-full-report.pdf.
52. 3rd Uzeyir Hajibeyli İnternational Music Festival in Baku.- archive.is/20120712045409/ //en.apa.az/news.php?id=154899/; Gabala International Music Festival programme.- web.archive.org/web/20100801061045/ //news.az/articles /19387.
53. Азербайджан в 2022 г. увеличил экспорт газа на 18%. (13.01.2023).- Interfax.az/view/884556.
54. Азербайджан на достаточном уровне самообеспечеивается пшеницей.- news.day.az/economy/1426995.html.
55. Азербайджан начал экспорт ноутбуков в страны Западной Европы.- web.archive.org/web/20110706130855/ //www.vesti.az/news.php ?id=34858.
56. Азербайджан существенно улучшил позиции…- trend.az/business/ it/3699854.html.
57. Азербайджан увеличил в 2022 году выручку от экспорта электроэнергии на 75%.- interfax.az/view/887381.
58. Азербайджан// Энциклопедический географический словарь/ отв. редакторы Е.В.Варавина и др. Москва, «Рипол-классик», 2011.
59. «Азерэнержи» планирует расширить экспорт электроэнергии.- news.day.az/economy/ 1418775.html.
60. В Азербайджане на создание 51 агропарка израсходовано 2,3 млрд. манатов.- apa.az/ru/agro-promyshlennyj/v-azerbaidzane-na-sozdanie-51-agroparka-izrasxodovano-23-mlrd-manatov-484529.
61. В Азербайджане при поддержке ЕС создана информационная система сельского хозяйства.- news.day.az/economy/1517058.html.
62. В Азербайджане увеличилось площадь посевов пшеницы.- news.day.az/economy/1525015.html.
63. ВВП Азербайджана в 2022 году вырос на 4.6%- interfax.az/ view/884764.
64. В Москве назвали лауреатов премии «Ника».- web.archive.org/web/ 20220526040644/ //rg.ru/2010/04/01/nika.html.
65. В селе Агалы созданы все необходимые условия…- trend.az/ azerbaijan/ society /3641606.html.
66. Все дополнения и изменения к 29 статьям Конституции Азербайджана…- trend.az/Azerbaijan/politics/1442873.html.
67. В Турции открыли газопровод TANAP.- kommersant.ru/doe/3656841.
68. Государственный Комитет по делам Диаспоры.- web.archive.org/ web/ 20180110114723///azerbaijans.com/content_556_ru.html.
69. Добыча газа в Азербайджане в 2022 году выросла на 6.5%.- finmarket.ru/database/news/5877716.
70. Добыча газа в Азербайджане… (06.12.2021).- interfax.az/ view/852215.
71. Добыча нефти в Азербайджане в 2015 г. снизилась на 0,8%, газа выросла на 1.1%- госкомстат.- oilcapital.ru/upstream/280784.html.
72. Добыча нефти в Азербайджане… (13.02.2023).- interfax.az/ view/886579.
73. Доходы аграрного сектора Азербайджана за последние семь лет увеличились.- trend.az/business/finance/3294694.html.
74. Евросoюз придает большое значение развитию сельского хозяйства в Азербайджане.- news.day.az/economy/1409134.html.
75. За 2022 г. дабыча нефти…- neftegaz.ru/news/dobycha/766357-za-2022-g-dobycha-nefti-v-azerbaydzhane-dostigla-32-6-mln-t-a-gaza-46-7-mlrd-kubometrov.
76. Из-за девалвации в Азербайджане…- tass.ru/ekonomika/2548083.
77. Как восстанавливается освобожденные…- //vestikavkaza.ru/ analytistics/kak-vosstanavlivautsa-osvobozhdennye-azerbaidjanskie-rajony.html.
78. «Контракт века»: норвежские миражи Азербайджана.- BBC: Русская служба (15 сентября 2017).- bbc.com/russian/features-41274750.
79. Назван потенциал производства меди на месторождении Карадаг.- news.day.az/economy/1551421.html.
80. Население земли.- countrymeters.info/ru/World.
81. Основные показатели банковского сектора АР.- web.archive.org/ web/20220303191955/ //uploads.cbar.az/assets/d701b fa769e508299fb f2354c.pdf.
82. Победный 2020 год для Азербайджана-в том числе на энергетическом рынке Европы.- news.day.az/politics/1303562.html.
83. Стратегические валютные резервы Азербайджана…- apa.az/ru/ finance/ strategiceskie-valyutnye-rezervy-azerbaidzana-za-god-uvelicilis-bolee-cem-na-10-mlrd-dollarov-518472.
84. Стратегия транспортировки энергетических ресурсов.- azerbaijans. com/content _1030_ru.html.
85. Трубопроводный транспорт.- azerbaijans.com/content_467_ru.html.
86. Успехи Министерства оборонной промышленности…- 1news.az/ news/20171217113359721-Uspekhi-Ministerstva-oboronnoi-promyshlennosti-rastut-s-kazhdym-godom-FOTO.
87. Халилов А. Природного газа в Азербайджане хватит еще на 60 лет (13 июня 2012).- web.archive.org/web/20180425032041/ //echo.az/artiche. php? aid=20522.
88. Что такое индустрия 4.0…- trends.rbc.ru/trends/industry/5e74oc5b9 a79470c22dd13e7.