Elxan Süleymanov: "“Göyçay ensiklopediyası” tezliklə ictimaiyyətə təqdim ediləcək"
Oxunub: 4108
03 Mar 2023 | 11:13
Elxan Süleymanov:
Tanınmış ictimai xadim, sabiq millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun Moderator.az-a müsahibəsini təqdim edirik:
 
– Elxan müəllim, bildiyimiz kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Göyçay ensiklopediyası” layihəsi üzərində işləyir. Bu layihə haqqında danışaq. 
– İlk növbədə onu qeyd etmək istəyirəm ki, AVCİYA “Göyçay ensiklopediyası”nı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edəcək. Artıq bir neçə ildir ki, AVCİYA kollektivi qədim Göyçayla bağlı ensiklopedik tədqiqatlar aparır və 2023-cü ildə “Göyçay ensiklopediyası” fündamental əsərini hazırlayaraq ölkə icitmaiyyətinə təqdim etməyi planlaşdırır. AVCİYA artıq “Göyçay ensiklopediyası” silsiləsindən “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi Göyçay döyüşləri” (2017), “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” (2018)  və “Göyçay tarixi” (2022) kitablarını nəşr edərək, geniş ictimaiyyətin diqqətinə təqdim edib.
Artıq 1 ildən artıqdır ki, //goychay-encyclopedia.az saytı efirdədir. Hazırda efirdə olan elektron resursda 700-ə yaxın məqalə var. “Göyçay ensiklopediyası” saytında olan materiallar nəfis tərtibatda nəşr edəcəyimiz kitaba daxil ediləcək. Bildiyiniz kimi bizim kollektiv 2015-ci ildə 899 məqalədən, 6 böyük həcmli oçerkdən, 663 fotoşəkil və illüstrasiyadan və 20 xəritədən ibarət olan “Şamaxı ensiklopediyası”nı (“Şamaxı ensiklopediyası” kitabı və //shamakhi-encyclopedia.az saytı) hazırlayıb ölkə ictimaiyyətinə təqdim edib. Bu əsərlə bağlı AVCİYA-ya daxil olan məlumatlar bir daha sübut edir ki, “Şamaxı ensiklopediyası” dolğun və hərtərəfli əsərdir. Biz “Şamaxı ensiklopediyası”nı hazırlayarkən qazandığımız təcrübədən yararlanaraq “Göyçay ensiklopediyası” üzərində iş başlayanda ilk olaraq Azərbaycanın görkəmli ziyalılarından ibarət elmi redaksiya şurası formalaşdırmışıq.  
 
– Ensiklopediya yaratmaq əhəmiyyətli olduğu qədər də ciddi məsuliyyət tələb edir. Belə bir layihənin elmi redaksiya şurasına kimlər daxil edilib?
 
– Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şövqi Göyçaylı, Hacettepe (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Kamal Soltanov, Bilkənd (Türkiyə) Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Azər Kərimov, filologiya elmləri doktoru, professor, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov, İsveçin Umea Universitetində elmi işçi və mühazirəçi, dosent vəzifəsində çalışan Səadət xanım Kərimi, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, Göyçay ziyalıları adından Əməkdar müəllim Pərviz Yəhyalı və digər tanınmış simalar “Göyçay ensiklopediyası”nın elmi redaksiya şurasının üzvləridir.
Bundan başqa, AVCİYA-nın əməkdaşları, ekspertləri – tarix elmləri doktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlı, siyasi elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Ramiz Sevdimalıyev, filologiya elmləri doktoru, professor Asif Hacılı, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (aliyevhetitage.org.) icraçı direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev də qeyd edilən ensiklopediyanın elmi redaksiya Şurasında yer alıblar.
 
– “Göyçay ensiklopediyası”na düşəcək şəxsiyyətlər hansı meyarlar əsasında seçiləcək?
 
– Ensiklopediyaya Göyçay doğumlu şəxslər haqqında məqalələr daxil ediləcək. Azərbaycan tarixinə düşmüş dövlət xadimləri, görkəmli şair və mütəfəkkirlər, tanınmış yazıçılar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, xarici ölkələrin elmlər akademiyasının həqiqi və müxbir üzvləri, Elmlər doktorları və professorlar, Göyçay tarixini tədqiq edən alimlər, Sovet İttifaqı Qəhrəmanları, Sosialist Əməyi Qəhrəmanları, Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif olunan şəxslər, Lenin, SSRİ və Azərbaycan dövlət mükafatları laureatları, Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, generallar, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş incəsənət xadimləri, dünya, Avropa və SSRİ çempionatlarının mükafatçısı olan idmançılar haqqında yazılar hazırlanacaq. Eyni zamanda Göyçayda doğulmayan, amma Göyçayı tədqiq etmiş alimlər haqqında da informasiyalar ensiklopediyaya daxil ediləcək. 
 
–  Şəxsiyyətlərlə yanaşı bölgənin tarixi, fiziki-coğrafi obyektləri, təbii sərvətləri haqqında məqalələr də ensiklopediyada yer alacaq?
 
–  Təbii ki, bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr, müvafiq xəritələr ensiklopediyada yer alacaq. Bundan başqa Göyçayın tarixi, ədəbi-mədəni mühiti, folkloru və mərasimləri,  etnoqrafiyası, maddi mədəniyyəti, toponimləri, din xadimləri və dini abidələri, bölgədə mövcud olan tarixi abidələr haqqında tanınmış tədqiqatçılar tərəfindən yazılmış oçerklər də ensiklopediyaya daxil ediləcək.
 
–  “Göyçay ensiklopediyası”sı ilə bağlı problemlərə diqqət çəkməyinizi istərdim. Ensiklopediyadakı qeyri-dəqiqlikləri minimuma endirmək mümkündürmü?
 
–  Qeyd etdiyim kimi bizim Ensiklopediyanın elmi redaksiya şurasında və yaradıcı heyətində tanınmış elm adamları və ziyalılar təmsil olunub. Ensiklopediya ilə bağlı əsas problem ondadır ki, informasiya mənbələri çox kasaddır. Göyçayla bağlı nəşr edilmiş kitablar bu bölgənin Azərbaycan tarixində, ədəbiyyatında, mədəniyyətində oynadığı rola proporsional deyil. Göyçay doğumlu say-seçmə insanlarımızın böyük bir hissəsi Bakıda yaşayır. Biz onları da “Göyçay ensiklopediyası” layihəsinə cəlb etmişik. “Göyçay ensiklopediyası”sı ilə bağlı 1905.az saytının redaksiyasında keçirdiyimiz görüşlərdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Əlisəfdər  Hüseynovla, şair-yazıçı Mahir Qarayevlə, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Göyçayın Qarabağ sevdalıları” kitabınn müəllifi Təranə Abdullayeva ilə, “Göyçay rayonunun toponimlərinin linqvistik təhlili” mövzusunda dissertasiya işi yazmış filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova ilə, Birinci Qarabağ müharibəsinin göyçaylı şəhidlərinə həsr edilmiş “Ruhların səsi” və “Göyçay-nəyi bilirik” kitablarının müəllifi, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əlioğlu ilə söhbətlərimizdə məhz bu məqamlara diqqət yetirmişik. Növbəti aylar ərzində də bizim göyçaylı ziyalılar və Göyçayı tədqiq edən alimlərlə silsilə görüşlərimiz olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, bəzən açıq mənbələrdən götürülmüş məlumatlarda da qeyri-dəqiqlikləri aşkar etmək üçün bizim göyçaylı ziyalıların dəstəyinə ehtiyacımız var. 
 
– Rayon ziyalılarının, ictimaiyyət nümayəndələrinin sizin layihənizdə işini qənaətbəxş hesab edirsinizmi?
 
– Ensiklopediyanın hazırlanmasında Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyi, icra nümayəndələri bizə yaxından kömək edir və işləmək üçün icra hakimiyyəti tərəfindən bizə hər cür münbit şərait yaradılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, tarix üzrə fəlsəfə doktoru, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov, yerli ziyalılardan Vüqar Abdullayev bilavasitə bölgədə ensiklopediyanın işinə öz töhfələrini verirlər. Amma arzu edərdim ki, ictimaiyyət nümayəndələri “Göyçay ensiklopediyası”nın işində daha yaxından iştirak etsinlər. Mən fürsətdən istifadə edərək bir daha oxucularımıza, ictimaiyyət nümayəndələrinə yaxın aylar ərzində işıq üzü görəcək “Göyçay ensiklopediyası”nın elektron poçt ünvanını xatırladıram: [email protected]
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA