“Torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf tempinin artmasına səbəb olacaq”
5372
21 Oct 2020 | 12:29

“Torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf tempinin artmasına səbəb olacaq”

Azərbaycan ordusu işğaldakı torpaqları erməni terrorçularından azad etməkdə davam edir. Dünən Zəngilan şəhəri və bir neçə kəndin ordumuz tərəfindən azad olunması, Silahlı Qüvvələrimizin bu tarixi missiyanı müvəffəqiqyyətlə yerinə yetirdiyini göstərir.

 

Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi yaxın gələcəkdə ölkə iqtisadiyyatına necə təsir göstərəcək? Bu ərazilərin istifadəyə cəlb olunması ölkəmizdə yeni  iqtisadi yüksəlişi səbəb ola bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov Qarabağın iqtisadi baxımdan mühüm önəm kəsb etdiyini qeyd etdi:

 

“Bildiyiniz kimi, dünən cənab prezident Zəngilan və ətraf kəndlərin azad edilməsi ilə bağlı xəbəri xalqımıza çatdırdı. Zəngilan strateji yer olduğu üçün onun azad edilməsi mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, yaxın gələckdə biz Qubadlının, Laçının, digər torpaqlarımızın da işğaqldan azad edilməsinə şahid olacağıq.

 

Qarabağ torpaqlarının kənd təsərrüfatı üçün çox böyük əhəmiyyəti var. Bu torpaqlar olduqca məhsuldar torpaqlardır. Orada taxıl, tərəvəz və s. kimi ən müxtəlif məhsullar yetişdirmək mümkündür. Qarabağda1 milyon hektara yaxın kənd təsərrüfatı üçün yararlı torpaq var. Bu torpaqların kənd təsərrüfatına cəlb olunması sözügedən sahənin inkişafı üçün böyük imkanlar açacaq Qarabağdakı dağlıq rayonlarımız heyvandarlıq baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Qarabağ həm əklinçilik və heyvandarlıq, həm də turizm baxımından mühüm fayda verəcək. Qarabağın özünəməxsus flora və faunası mövcuddur. Hətta arıçılığın inkişaf etdirilməsi üçün gözəl imkan var. Torpaqlarımız azad ediləndən sonra ali baş komandanımızın rəhbərliyi altında müvafiq layihələr hazırlanacaq, bu layihələr əsasında orada evlər tikiləcək, insanlar öz evlərinə köçürüləcək. Lazım gələrsə, ölkə başçısının da qeyd etdiyi kimi, vətəndaşlarımızın mal-qara ilə təmin edilməsinə də köməklik göstəriləcək. Bundan öncə isə oradakı yol və körpülərin bərpa edilməsi, su, qaz, işıq təminatının həyata keçirilməsi, lazıəmi infrastrukturun formalaşması reallaşacaq. Bir sözlə, torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi inkişaf tempinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq”.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər