Dünyanı sarsıdan koronavirus bəlası haqqında müxtəlif sensasiyalı
məlumatlar yayılmaqda davam edir. Virusun bioloji silah olaraq bəzi mərkəzlər tərəfindən
hazırlandığı və yayıldığı barədə təkcə şayiələr yayılmır, həm də dünyanın ciddi
media orqanlarında bu barədə araşdırma yazılar dərc edilir.
Moderator.az xəbər verir ki, Türkiyənin "Sözçü" qəzeti Almaniya mənbələrindən əldə etdiyi hesabatı yayıb. Yazıda iddia edildiyinə görə, təhlükəli bir virusun ortaya
çıxacağı və dünyanı, o cümlədən Almaniyanı təhdid edəcəyi barədə hələ 8 il əvvəl
bu ölkədə elmi mərkəzlərdən biri tərəfindən gizli raport hazırlanıb və tədbir görülməsi
üçün kansler Angela Merkellə yanaşı, Bundestaqa da təqdim edilib.
8 il əvvəl yaranacağını iddia etdilər
2012-ci ildə Robert Koch İnstitutu tərəfindən
hazırlandığı iddia edilən hesabatda COVİD-19 virusunun bütün simptomları, hətta
haradan və necə yayılacağı, pandemiya halı alacağı, ona qarşı görülən tədbirlərin
miqyası barədə dəqiqliyi ilə yazılıb.
Hesabatda mutasiyaya uğramış yeni SARS-Koronavirusun
Asiya ölkələrinin birindəki heyvan bazarından çıxacağı və bütün dünyanı əhatə
edəcəyi dəqiqliyi ilə qeyd edilib. Vurğulanıb ki, üç dəfə mutasiyaya uğrayacaq
pandemiya 3 il müddətində müxtəlif formalarda davam edəcək və Alman hökuməti
buna hazırlıqlı olmalıdır.
10.12.2012-ci ildə və 17/12051 saylı “Risk analizi və
xalqı qoruma” başlıqlı hesabatda yeni SARS CoV virusunun pandemiya olacağı və
minlərlə insanın həyatına son qoyacağı bildirilir.
Hesabat
Robert Koch İnstitutunun rəhbərliyi ilə Almaniyanın bir sıra dövlət
qurumlarının iştirakı ilə hazırlanıb.
İddialara görə
Alman hökuməti hazırlıqlarını bu hesabata görə əvvəlcədən təşkil edib və
Merkelin məhz bu gün açıqladığı önləmlər də ona uyğundur. Almaniyada xəstə
sayının çox olmasına rəğmən həyatını itirənlərin az olması da bununla izah
edilir.
Hesabatda
virusun təzahürləri olduğu kimi təsvir edilib
Onlardan bəzilərini
diqqətinizə çatdırırıq:
- SARS CoV-un
mutasiyaya uğramış halı olaraq meydana gələcək və insanların immunitetini tez
çökdürəcək və ondan fərqli olaraq sürətlə yayılacaq;
- Bu yeni bir növ
olacaq və SARS Koronavirus, H5N1-dən daha ağır nəticələri olacaq;
- Adı hələlik məlum
olmayan virus yüksək faizdə ölümlərə səbəb olacaq;
- Bir insandan
digərinə bulaşması 5 gün çəkəcək;
- Virusa bulaşan
şəxsdə simptomlar 2-14 gün arasında ortaya çıxacaq;
Çindən dünyaya yayılcağını bildiriblər, əlamətlərini dəqiqliyi ilə göstəriblər
Ən ilginc olan məlumatlardan
biri də hesabatda virusun Almaniyaya, eləcə də dünyaya məhz Çindən və ya ölkəyə gələn çinlilərdən
keçəcəyinin bildirilməsidir.
8 il öncə
virusun əlamətləri - yüksək temperatur, quru öskürək, nəfəs tutulmaları və sair olacağı
da hesabatda dəqiqliyi ilə ifadə edilib. Yaşlılar arasında ölüm hallarının daha
çox olacağı vurğulanıb.
Almanlar
virusun yayıldığı dönəmdə vaksininin olmayacağını, onun qarşısını alan dərmanın
yalnız 3 il sonra tapılacağını da yazıblar.
Xəsətəliyin
daha çox təmasdan yayılacağını, insanların təmizlik məsələlərinə diqqətli
yanaşmalı olduğunu xüsusi vurğulayıblar.
3 il ərzində davam edəcək
Ən təhlükəli
proqnozlardan biri də virusun 3 il ərzində yayılacağı ilə bağlıdır. Qeyd edilir
ki, virus iki dəfə mutasiyaya uğrayacaq və mərhələli şəkildə üç dalğa olaraq
yayılacaq.
Hesabatda
virusa görə alınacaq önləmlərin də siyahısı qeyd edilib. Məktəblərin
bağlanacağını, dövlətlərin karantin tətbiq edəcəyini, insanların kütləvilikdən
uzaqlaşdırılacağını, xəstələrin xüsusi xəstəxanalarda müalicə ediləcyini də
ayrıca bildirblər.
Hesabatda
Alman hökumətinə ciddi xəbərdarlıq edilərək bildirilib ki, əgər vaxtında tədbirlər
görülməzsə, təkcə Almaniyada 7,5 milyon nəfər virusdan həyatını itirə bilər. İlkin
mərhələdə xalqın yüzdə səkkizinin bundan təsirlənəcəyi də vurğulanıb.
Qeyd edək
ki, son statistikaya görə Almaniyada kronavirusa yoluxanların sayı 24 mindən
çoxdur, 100-ə yaxın insan isə bu səbəbdən həyatını itirib.
Taleh