ABŞ ordusu “mühasirəyə alındı”:  Pentaqon ilk dəfə bu qədər çarəsizdir
10664
15 Mar 2020 | 13:37

ABŞ ordusu “mühasirəyə alındı”: Pentaqon ilk dəfə bu qədər çarəsizdir

ABŞ-ın Avropa və Asiyadakı hərbi bazaları sözün demək olar ki, həqiqi mənasında mühasirəyə düşüb.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq ordunun təhlükəsizliyi ilə bağlı sərt qərarlar almağa məcbur olan ABŞ, Avropa və Asiyadakı hərbi hissələrin taleyindən narahatdır. Belə ki, hər iki qitədə koronavirusun sürətlə yayılması bu ölkələrdəki ABŞ hərbçilərinin həyatı üçün də ciddi təhlükə yaradıb. Məhz bu səbəbdən də xaricdəki amerikan hərbi bazalarının kənar təmaslara tam qapadılmasına qədər verən Pentaqon, təhlükəsizlik məqsədi ilə bütün hərbi təlimləri, o cümlədən ABŞ-Cənubi Koreya təlimlərini təxirə salıb.

 

Bundan başqa, Yaxın Şərqdə və Avropada yerləşən hərbi hissə və qərargahların komanda heyətinin səfərlərinə də müvəqqəti olaraq qadağa qoyulub.

 

Pentaqon koronavirus təhdidi altındakı ABŞ bazalarının nə vaxt “mühasirədən çıxacağı” ilə bağlı hər hansı açıqlama verməyib. ABŞ yetkililəri hesab edir ki, hər şey koronavirusla bağlı mövcud vəziyyətin gedişindən asılı olacaq.

 

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər