"Kiminsə öz bank hesabından çıxardığı puldan 1 faizlik vergi tutmaqla büdcə dolmaz"
Oxunub: 7583
27 May 2017 | 17:27
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli gündəmin bir sıra aktual iqtisadi mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
         
- Mayın 31-də Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcəsinin icrası məsələsi müzakirə olunacaq. Ötən ilin büdcəsinin icra vəziyytini necə qiymtləndirirsiniz?  
         
- Əgər nəzərə alsaq ki, 2016-cı ilin dövlət büdcəsi həm qlobal, həm də  Azərbaycan kontekstində çox çətin və mürəkkəb, eyni zamanda iqtisadiyyatımızın resessiyaya məruz qaldığı bir şəraitdə icra olunur, onda ötən ilin büdcəsinin icra vəziyyətini, gəlirlər üzrə proqnozdan 4 faiz çox, xərclər üzrə isə 4 faiz aşağı səviyyədə icrasını qənaətbəxş hesab etmək olar. 2016-cı ilin büdcəsində Dövlət Neft Fondundan ayırmalar azalıb. Bu məsələ bizim daim qaldırdığımız məsələlər sırasında həmişə xüsusi yer tutduğundan, təbii ki, müsbət qiymətləndiririk. Ötən ilin büdcəsi inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına birbaşa təsir etməyib. İqtisadiyyat resessiya vəziyyətində olduğu bir şəraitdə büdcənin sosial xərclərinin artırılmasını da müsbət dəyərləndirmək olar.
        
- Milli Məclisdə büdcə ilə bağlı hansı məqamları qabartmaq fikrindəsiniz?
       
- Ötən ilin büdcəsində gəlirlər proqnozdan artıq olsa da, ümumiyyətlə götürdükdə onun məbləği 2012-ci ilin büdcəsi səviyyəsinə enib. Buna  Dövlət Neft Fondundan transfertlərin azaldılması da təsir edib. Kiminsə öz bank hesabından çıxardığı puldan 1 faizlik vergi tutmaqla büdcəni doldurmaq, pensiya yaşını artırmaqla isə büdcə vəsaitinə nəzərəçarpan qənaət etmək olmaz. Belə epizodik mənbələr fundamental mənbələrlə əvəz olunmalıdır. Dövlət Neft Fondundan transfertlərin azaldıldığ şəriatdə büdcə gəlirlərini artırmaqdan ötrü real mənbələrdən istifadənin dairəsini genişləndirmək, eləcə də  əlavə mənbələrdən istifadənin səmərəliliyini artırmaq lazımdır. Eyni zamanda büdcə vəsaitinə qənaət edilməsi, ondan istifadənin səmərəlilyini artırmaq üçün işlər davam etdirilməlidir. Hesabatlılıq və şəffaflıq sahəsində işlər genişləndirilməlidir.  

- Məsələn, bu sahədə hansı mənbələr var?
      
- İndiyəcən büdcə gəlirlərinin artırılmasında neft glirlərindn istifadə aparıcı rol oynayıb. İndi neft gəlirləri kəskin surətdə azalıb. Ona görə büdcə gəlirlərinin artırılması və xərclərindən istifadənin səmərəliliyinin artırılmaısının ağırlıq mərkəzi köklü, sistemli və davamlı islahatlar üzərinə keçirilməlidir. 
Bu baxımdan hazırda Azərbaycannın qarşısında duran ən mühüm vəzifələrdən biri neft-qaz sahəsinin üstün inkişafına əsaslanan iqtisadi inkişaf modelindən insan inkişafının prioritet təşkil etdiyi və tədricən dominantlığına əsaslanan innovasiyalı inkişaf modelinə keçid prosesesini maksimum sürətləndirməkdən ibarətdir. Bu məsələdə isə həlledici rol dövlət idarəetmə sisteminin fəaliyyətini günün tələbləri səviyyəsinə çatdırmaqdır. Artıq bu istiqamətdə addımlar başlanıb:
Bu sahədə islahatlar başlamazdan əvvəl əhalisi 10 milyonun altında olan kiçik bir dövlət olmasına baxmayaraq Azərbaycanda 20 nazirlik və təqribən bir o qədər də komitə, xidmət və sair baş idarələr var idi. Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən dövlət idarəçiliyi sahəsində çalışanların say göstəriciləri normal hesab oluna biləcək ölkələrlə müqayisədə yüksəkdir. Belə vəziyyət, xüsusən indiki mərhələdə həm idarəetmə sisteminin səmərəli fəaliyyətinə mane olur, həm inhisarçılıq, korrupsiya, kölgə iqtisadiyatı və s. mənbələrindən biri kimi çıxış edir, həm də maliyyə baxımından büdcə üçün çox ağır bir yükdür. Dövlət idarəetmə və tənzimləmə sisteminin əsaslı surətdə modernləşdirilməsi, dünyada gedən proseslərə operativ reaksiya verən və operativ qərarlar qəbul edən “çevik və kiçik hökumət” modelinə keçilməsi həm dövlət vəsaitinə xeyli qənaət etməyə, həm də  bu əsasda idarəetmənin çevikliyinin artırılması və səmərəliliyinin yüksəldilməsinə imkan verər.  
        
İkinci, əslində isə əsas magistral yol-ölkədə iqtisadi fəallığı artırmaqdır. 2016-cı ilin büdcə siyasəti ötən il ölkədə həyata keçirilən sərt maliyyə-kredit, pul siyasətinin tərkib hissəsi olub. Belə siyasət məqbul zaman həddindən uzun müddət davam etdikdə əks nəticələr verir və real sektorun inkişafını ləngidir. Ona görə də büdcənin istehsal sektoru ilə birbaşa və dolayı əlaqəsini gücləndirmək qeyri neft sektorunun şaxələndirilmiş, hərtərəfli və rəqabət qabiliyyətli inkişafına nail olmağa təkan vermək lazımdır. Bu həm də manatın etibarlı şəkildə dayanıqlığının təmin edilməsinin əsas şərtidir.
       
Üçüncü, böyük mənbə kimi - kölgə iqtisadiyyatının kriminal tərəflərini islah eləmək, vergiyə cəlb edilməsi mümkün olan hissəsini vergiyə cəlb etməklə büdcəyə yüz milyonlarla manat əlavə vəsait cəlb etmək olar.
      
Hazırda  təhsilə yönəldilən vəsait ÜDM-in 3 faizi, büdcə xərclərinin isə 10 faizi səviyyəsindədir. Təhsilimizi inkişaf etdirib rəqabətqabiliyyətli etmədən, müasir tələblərə cavab verən rəqabətqabiliyyətli və səmərəli fəaliyyət göstərən iqtisadiyyat qurmaq, insan inkişafını sürətləndirmək olmaz...Elmə büdcənin 0,8 faizi yönəldilir ki, bu da ÜDM-in 0,2 faizindən də azdır. Yəni elmə ayrılan vəsait bu sahə üçün kritik hesab oluna hədədən 11 dəfə azdır. Halbuki işlər rasional qurulsa, elmə yönəldilən hər manat azı 10-15 manat gəlir gətirə bilər. Ona görə sadaladıqlarımızla yanaşı Azərbaycanın texnoloji cəhətdən daim geri qalması kimi çox ciddi və taleyüklü bir problemin həllini fundamental şəkildə həyata keçirməkdən və əhalininin güzəranını ölkə potensialına layiq səviyyəyə qaldırmaqdan ötrü digət şərtlərlə yanaşı həm də mütləq surətdə təhsil və elm sahəsində köklü islahatlara getmək şərtilə büdcənin strukturunda əsaslı dəyişikliklər etmək, elmə və təhsilə həm büdcədən, həm də büdcədənkənar mənbələrdən sərmayə qoyuluşunu əhəmiyyətli dərəcədə, ondan istiafadənin səmərəlilyini əsaslı surətdə artırmaq  lazımdır.
          
- Beynəlxalq Bank ətrafında baş verənlərin büdcəyə necə təsir edəcək?  
     
- Beynlxalq Bankın səhmlərinin böyük hissəsi Maliyyə Nazirliyinə məxsusudur. Ona görə əsas ağırlıq istqrazlara düşsə də, bu yöndə sözügedən olayların gələcəkdə büdcəyə həm birbaşa, həm də dolayı təsirinin olacağı təbiidir.
     
- Beynəlxalq Bankın aqibəti necə olacaq? Maliyyə Bazarlarına Nəzarət Palatasının ölkənin bank sistemini təpəsi üstə qoyması nə ilə sonuclanacaq?    
      
- Verdiyiniz bu iki sualın yerini dəyişəndə cavab xeyli aydınlaşır”¦Fikrimizcə siz dediyiniz artıq baş verib, yəni əsasən sonuclanıb. Bəlkə də kimlərsə bunu görmürdü, bəlkə də kimlərəsə sərf edirdi, yaxud da “harda qırıla-qırıla” prizmasından yanaşırdı”¦Amma biz görürdük və daim deyirdik”¦ həm də istər Milli Məclisdəki, istər  mətbuatdakı  çıxışlarımızda bank sahəsindəki vəziyyətə dair fikrimizi  çox sərt ifadələrdən istifadə etməklə deyirdik ki, bəlkə təsir edə”¦Nə düşmüşdü ki, biz axına qarşı çıxıb özümüzü hamı ilə pis edirdik?...Bunu ona görə edirdik ki, qaldırdığımız problemlər bank sektorunu indiki vəziyyətə gətirib çıxarmasın”¦
Hökumət və aidiyyatı qurumlar bundan nəticə çıxarmalı və arada yad hesab etdikləri fikirləri də vaxtında  dəyərləndirməyi öyrənməlidir. Amma bunu da nəzərə almaq lazımdır ki, artıq olan olub,”¦qorxduğumuz baş verib. Ona görə də indi yaranmış vəziyyətin müxtəlif rakuslardan izah edilməsinə və tənqidi təhlillərə sərf olunan vaxtın  xeyli hissəsini bu vəziyyətdən optimal variantda çıxış yollarının axtarılmasına yönəltmək lazımdır. Birinci mərhələdə mən də daxil olmaqla bu barədə fikir yürüdən və yazanların hamısı Beynəlxalq Bankın ətrafında yaranan olayın ən kəskin şəkildə tənqidi təhlilini verdik. Yaranmış vəziyyətin  dövlət üçün çox baha başa gəldiyini, reytinqlərə, əlverişli şərtlərlə kredit almaq imkanlarına mənfi təsir göstərdiyini dedik. Beynəlxalq Bankın düşdüyi durum bəzi xarici mətbuat orqanlarının ifadə etdikləri kimi, bütövlükdə Azərbaycanın çöküşü olmasa da, Azərbaycanın bank sisteminin çox ağır durumda olduğunu göstərir.
Mayın 23-də Londonda Azərbaycan Beynəlxalq Bankının xarici kreditorları ilə keçirilən görüş bu bankın xarici öhdəliklərinin restrukturizasiyası ilə bağlı vəziyyəti xeyli aydınlaşdırdı. Ona görə də indi diqqəti daha çox 3 məqama yönəltmək lazımdır:birincisi xarici kreditorlarla münasibətdə qarşılıqlı faydalı variantdan Azərbaycanın xeyrinə maksimum faydalanmaq; ikincisi, Beynəlxalq Bank ətrafında əlavə ajotajın yaranmasına imkan verməmək;  üçüncüsü, ölkənin imicinə, kredit reytiqinə mənfi təsir göstərən amilləri neytrallaşdırmaq. Əgər sağlamlaşdrma planında nəzərdə tutulanlar sistemli, vaxtında və ardıcıl şəkildə həyata keçirilsə, şəffaf idarəetmə, açıq formada islahatların aparılması ilə bu sadalananalar xeyli dərəcədə nail olmaq olar. Azərbaycan Beynəlxalq Bankını yenidən əvvəlki mövqeyinə qaytara bilər. Ümid edək ki, restrukturizasiya prosesinə paralel olaraq bankda bu islahatlar prosesi də qeyd etdiyimiz yöndə aparılır. Bu, nə qədər tez baş verərsə, bir o qədər işin xeyrinədir. İndiki mərhələdə həm bankın, həm də restrukturizasiya prosesini həyata keçirən digər qurumların əsas vəzifələrindən biri baş verənlər barədə ictimaiyyəti mütəmadi məlumatlandırmaqdır. KİV-lər, xüsusən də televiziya vasitəsilə həm bank, həm də aidiyyatı dövlət qurumları tərəfindən “öhdəliklərin ötürülməsi prosesinin əhalinin bu bankdakı əmanətlərinə, bankın vətəndaşlarımıza göstərdiyi xidmətlərə təsirinin olmayacağı” barədə açıqlaması yaxın günlər ərzində müntəzəm olaraq əhaliyə çatdırılmaslıdır ki, bu sahədəki narahatçılıqlar aradan qalxsın.
Oxşar xəbərlər
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib